Zilhiccə

Abdullah b. Abbas (radiyallahu anh)'dan belə rəvayət edilir:

Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"İçində olduğunuz bu günlər (yəni Zilhiccə'nin ilk 10 günün)dəki saleh əməldən, Allah qatında daha sevimli (saleh əməlin olacağı) başqa günlər heç yoxdur." buyurdu.

(Səhabələr):

"Ey Allahın rəsulu! Allah yolunda cihad da mı (daha sevimli deyildir)?" diyə soruşdular. O:

"(Bəli) Allah yolunda cihad da. Məgər ki, bir adam nəfsi və malı ilə cihada çıxıb, özünə aid mal və nəfisdən heç bir şeyi geri gətirə bilməsə. (Yəni onun bu əməli, bu 10 gündəki əməldən daha fəzilətli olar)." buyurdu.

------------------------

Əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Bu 10 gündə Allah Subhənəhu'ya edilən ibadətdən, Ona daha sevimli ibadətin ediləcəyi günlər, dünya günləri içərisində yoxdur.

Və şübhəsiz, o günlərdəki bir günün orucu, bir ilin orucuna və onlardakı bir gecə, Qədr gecəsinə şübhəsiz bərabər olar."

İbn Macə, Sünən tərcümə və şərhi, "Kitabu's-Siyam (Oruc kitabı): (Zilhiccə'nin ilk) 10 gün orucu (haqqındakı hədislər) babı", hədis no: 1727, 1728

---------------------------

İzahı:

İbn-i Abbas (radiyallahu anh) hədisini, Buxari, əbu Davud, Tirmizi və Beyhaqi də rəvayət edirlər.

Əbu Hureyrə (radiyallahu anh) hədisini, Tirmizi də rəvayət etmişdir.

Zilhiccə'nin ilk 10 günündən məqsəd, ilk 9 gündür. Çünki 10-cu gün, Qurban bayramıdır. Qurban bayramı günü oruc tutmaq isə, haramdır.

Bu 2 hədis, bu 10 gündə edilən hər cür ibadətin, ilin digər günlərində edilən ibadətlərdən daha fəzilətli olduğuna dəlalət edirlər. Oruc da bir ibadət olduğu üçün, bu günlərdəki orucun üstün fəzilətinə də dəlalət etmiş olur.

İkinci hədis, bu günlərdəki bir günlük orucun, bir illik oruca və bir gecəsindəki ibadətin, Qədr gecəsindəki ibadətə bərabər olduğuna dəlalət edir.

"Əl-Mənhəlu'l-Azbi'l-Məvrud şərh-u Sunən-i əbu Davud" əsərinin müəllifi- Mahmud Muhamməd Xattab əs-Subqi (rahmətullahi aleyh), ilk hədisin açıqlaması ilə bağlı olaraq icmalən belə deyir:

"Hədisdən məqsəd budur ki, bu günlərdə işlənən saleh əməllər elə uca əcr qazandırır ki, o əməllər başqa günlərdə işlənərsə, bu qədər savab qazandıra bilməz. Başqa günlərdə işlənəcək əməl, cihad belə olsa, hal eynidir.

Ancaq bir adam, nəfsi və malı ilə Allah yolunda döyüşə çıxıb şəhid olar və malı Allah yolunda xərclənmiş olduğu təqdirdə, onun savabı daha çoxdur."

Möhtəmələn hədisdən məqsəd budur:

Bu günlərdə işlənən saleh əməl az belə olsa, sair zamanlarda işlənən çox əməldən əfdaldır (fəzilətlidir).

"Tuhfətu'l-Əhvəzi" əsərinin müəllifi- Mübarəkpuri, ikinci hədisin açıqlaması bəhsində belə deyir:

"Yəni bu günlərdə tutulan bir günlük nafilə oruc, içində bu günlərin olmadığı bir illik oruca bərabərdir. İçində Ramazan ayının olmadığı bir il deməyə gərək yoxdur. Çünki onun orucu fərzdir."

İmam əbu'l-Həsən əs-Sindi (əl-Hənəfi), belə deyir:

Hədisdəki "...10 gün orucu..." ifadəsindən məqsəd, 9 gündür. Çünki 10-cu gün, Qurban bayramıdır. Və onda oruc tutula bilməz."

Tuhfə müəllifi əl-Mirqat'dan nəqlən belə deyir:

"Alimlər, bu 10 gün ilə Ramazan ayının son 10 günündən hansının daha fəzilətli olduğu xüsusunda ixtilaf etmişlərdir.

Bəziləri bu hədisə istinadən, bu günlərin, Ramazan'ın son 10 günündən daha fəzilətli olduğunu söyləmiş;

Bəziləri də Ramazan'ın son 10 gününün bu günlərdən daha fəzilətli olduğunu söyləmişlərdir.

Daha seçkin görüş:

Bu 10 günün gündüzünün, Ramazan'ın son 10 gününün gündüzündən daha fəzilətli olmasıdır. Çünki bu günlərin içində Ərəfə günü vardır.

Gecələrə gəlincə isə:

Ramazan'ın son 10 gecəsi, bu günlərin gecələrindən daha fəzilətlidir. Çünki içlərində Qədr gecəsi vardır.

Ərəfə günü, ilin ən fəzilətli günüdür. Qədr gecəsi də, ilin ən fəzilətli gecəsidir."

Read 14 times
In order to make a comment, please login or register