Zilzal surəsi təfsiri

إِذَا زُلْزِلَتِ ٱلْأَرْضُ زِلْزَالَهَا • وَأَخْرَجَتِ ٱلْأَرْضُ أَثْقَالَهَا • وَقَالَ ٱلْإِنسَـٰنُ مَا لَهَا • يَوْمَئِذٍ تُحَدِّثُ أَخْبَارَهَا • بِأَنَّ رَبَّكَ أَوْحَىٰ لَهَا •

Yer titrəyib (sarsılıb) lərzəyə gələcəyi zaman. Yer öz yükünü bayıra atacağı və insan: “Ona nə olur?”– deyəcəyi zaman – həmin gün yer öz xəbərlərini danışacaqdır. Çünki Rəbbin ona VƏHY edəcəkdir.

(Zilzal/1-5)

----------------------------

Təfsiri:

"...yer öz xəbərlərini danışacaqdır..."

Yəni yer üzü, o gün, üzərində işlənmiş olan xeyir ya da şər növündən hər cür əməli xəbər verəcəkdir, deməkdir.

Bunun:

• uca Allahın sözü olaraq zikr edildiyi, söyləndiyi kimi;

• insanın söyləyəcəyi sözlərin bir qismi olduğu da, söylənmişdir. Yəni insan, heyrət edərək:

"Bu yerə nə olur ki, xəbərlərini verir?!" deyəcəkdir.

Tirmizidə, əbu Hureyrə (radiyallahu anh)'dan belə dediyi rəvayət edilmişdir:

Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"O gün yer, bütün xəbərlərini danışacaqdır."

ayətini oxuyub belə dedi:

"Onun xəbərlərinin nə olduğunu bilirsinizmi?"

Səhabələr:

"Allah və rəsulu daha yaxşı bilir." dedilər.

O (sallallahu aleyhi və səlləm) belə buyurdu:

"Onun xəbərləri, kişi yaxud qadın hər bir qul haqqında, üzərində işləmiş olduqları əməllərə dair şahidlik etməsi və filan günü, bunu, bunu işlədi, deməsidir. Bax, onun xəbərləri bildirməsi, budur."

Tirmizi deyir:

"Bu, həsən-səhih bir hədisdir."

---------------------------------

İmam Mavərdi belə deyir:

Uca Allahın:

"O gün bütün xəbərlərini danışacaqdır."

buyuruğu haqqında, 3 görüş vardır:

1. "O gün bütün xəbərlərini danışacaqdır."

Yəni üzərində qulların işlədikləri əməlləri, bildirəcəkdir.

Bu görüş, əbu Hureyrənin görüşü olub, o, bunu, (Allah rəsuluna aid) mərfu bir hədis olaraq da rəvayət etmişdir.

Bəhsi keçən "titrəmək, sarsıntı keçirmə"yin, qiyamət sarsıntısı olduğunu mənimsəyənlərin görüşü də, budur.

--------------------------------------

2. Yer, bayıra çıxaracağı yükləri ilə, xəbərlərini bildirmiş olacaqdır.

Bu izahı, Yəhya b. Səllam vermişdir.

Sarsıntının: qiyamətin əlamətlərindən olan sarsıntı olduğunu qəbul edənlərin görüşü, budur.

Mən (Qurtubi) isə, deyirəm ki:

Abdullah b. Məs'udun, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən rəvayət etdiyi hədis, bu mənadadır. Nəbi (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Bir qulun əcəli bir yerdədirsə, ehtiyacı onu ora getməsini təmin edər. Nəhayət, çatacağı ən iləri nöqtəyə vardığında, Allah, onun ruhunu qəbz edər. Yer, qiyamət günündə:

'Rəbbim, Sənin mənə əmanət olaraq buraxdığın budur.' deyəcəkdir."

Bu hədisi, ibn Macə, Sünən'ində rəvayət etmiş olub, daha əvvəl, Loğman surəsi 34-cü ayətin təfsirində keçməkdədir.

--------------------------------

3. "İnsan: buna nə olur?" deyə soruşacağı zaman, qiyamətin qopacağını xəbər verəcəkdir.

Bu açıqlamanı da, ibn Məsud vermişdir.

O, dünyanın işinin artıq bitdiyini, axirətin gəlmiş olduğunu xəbər verəcəkdir.

Beləliklə, yer, onların sual soruşmaqlarına müqabil olaraq, bu sözü ilə cavab vermiş olacaqdır.

Bu, kafirlər üçün bir təhdid, möminlər üçün qorxulma və xəbərdarlıqdır.

-------------------------------------

Yerin, xəbərlərini danışması xüsusunda da, 3 görüş vardır:

1. Uca Allah, yeri, danışan bir canlıya çevirəcəkdir. O da, bunu söyləyəcəkdir.

2. Uca Allah, yerdə, danışmaq xəlq edəcəkdir.

3. Yerdə, danışmağın yerini tutacaq şəkildə bir açıqlama olacaqdır.

Təbəri deyir:

• Zəlzələ ilə;

• Sarsılmaq ilə; və

• Ölüləri bayıra çıxarmaqla

xəbərlərini açıqlayacaqdır.

---------------------------------

"Çünki Rəbbin ona VƏHY edəcəkdir."

• Yəni yer, uca Allahın ona vəhyi nəticəsində, xəbərlərini bildirəcəkdir.

"Ona VƏHY edəcəkdir."

buyuruğunun:

• "ona əmir verəcək" mənasında olduğu da söylənmişdir. Bu açıqlamanı, Mücahid vermişdir.

Süddi də:

"Ona VƏHY edəcəkdir.":

• "Ona deyəcəkdir." deməkdir, deyə açıqlamışdır.

Mənanın belə olduğu da söylənmişdir:

• Sarsıntının olacağı və yer üzünün, yüklərini çıxaracağı gün, yer, xəbərlərini söyləyəcək, üzərində işlənmiş olan xeyir və şərri bildirəcəkdir.

Bu izah, Sevri və başqasından rəvayət edilmişdir.

(Qurtubi, "əl-Cami li Ahkami'l-Quran", Zilzal surəsi təfsiri)

 

 

Read 17 times
In order to make a comment, please login or register