Zina Cinayətinin Cəzası: Rəcm və Cəldə.
İslam dini iman, ibadət, muaməlat (əməllər) və əxlaq sahələrindəki prinsiplərin həyata keçirilməsini təmin etmək, bunlarla əlaqədar əmr və qadağaların pozulmasının qarşısını almaq, fərdi və ictimai həyatı bütün istiqamətləriylə islah etmək məqsədilə istər dünya istərsə də axirət həyatına yönəlmiş olan bəzi təşviq edici, həvəsləndirici, şirnikləndirici və ya daşındırıcı, qorxuducu, çəkindirici tədbirlər gətirmişdir. Bu tədbir və sanksiyaların hamısı cəza anlayışının əhatəsi daxilindədir. İslam hüququ cinayət və cəza məsələlərini "Uqubat" termini altında toplamışdır.
İslam hüququnun ilk və ən əsaslı qaynağı olan Qur`anda Uqubat deyə ayrı bir bölüm yoxdur. Ancaq Qur`an hökmlərinin təsnif edilməsində cinayət hüququnun əhatəsinə girən mövzular, "Uqubat" adıyla bilinir və həmçinin İslam hüququnun əsas qaynaqlarından sayılan Sünnə, İcma və Qiyas yolu ilə əldə edilən cəza hökmlərini də ehtiva edir.
Rəcm birinə daş atmaq, daşa tutmaq, daşla öldürmək, söymək, lənət etmək, qovmaq, birinin namusuna böhtan atmaq, pis zənndə olmaq mənalarına gələn bir sözdür (İbn Manzur, Lisanü’l-Arap, C. XII, Beyrut Ty. s. 226). Eyni kökdən olan "racim" isə rəcm olunan, daşlanan, qovulan və lənətlənmiş kimi mənalara gəlir. Bu söz Qur’an-ı Kərimdə bir mövzu haqqında bilmədən danışmaq (Kəhf,18/22.) və şeytanları daşlamaq (Mülk, 67/5) mənasında istifadə edilmişdir. İslam cəza hüququnda rəcm, evli və ya dul olan (muhsan) kişi və ya qadının zina etməsi halında İslam məhkəməsinin qərarı ilə daşlanaraq öldürülməsidir.
Zinanın cinayət olaraq görülmədiyi, əksinə təşviq edildiyi, hətta qanunlarla qorunduğu bir dünyada əlbəttəki zinaya tətbiq olunacaq cəza da qəbul edilməyəcək və bu bəhanəylə İslama hücum olunacaqdır. Zinanın necə çirkin bir əməl olduğunu bilməyən insan təbii ki, bu cinayətə görə verilən cəzanı da anlaya bilməz. Müasir dövrümüzdə, müxtəlif qurumlar, nəşriyyatlar və təşkilatlar tərəfindən zina bir cinayət olaraq görülməməkdə, əksinə təşviq edilməkdədir. Zinanın cinayət sayılmasını, azadlığın məhdudlaşdırılması olaraq qəbul edirlər. Halbuki zina, əvvəla şəxsin özünü, sonra ailəsini, sonra nəslini sonra da cəmiyyəti pozub alt-üst edir. Zinanın geniş yayıldığı cəmiyyətlərdə, ailə anlayışından danışmaq mümkün deyildir. Belə bir cəmiyyət isə zamanla yox olmağa məhkumdur. Bu gün zinanın geniş yayıldığı millətlərin ölkələrindəki əhali azalmasından necə narahat olduqları hər kəsə bəllidir. Bəzi ölkələr, iyirmi ildən sonra bu qədər, otuz ildənsonra bu qədər deyərək nüfuslarının azalacağı haqqındakı narahatçılıqlarını bildirməkdə və gəncləri evliliyə təşviq edib həvəsləndirməkdə və hətta uşaq sayına görə ailələrə ciddi şəkildə pul da verməkdədirlər. Çünki bu ölkələrdə zina geniş yayılmışdır. Bu da evliliyin önündəki ən böyük əngəldir. Zinaya açıq cəmiyyətlərdə, insanlar şəhvani istəklərini onsuz da bir şəkildə təmin etdiklərinə görə ailə qurmağa ehtiyac duymamaqda, ailə qursa belə yoldaşına sadiq qalmır və beləcə evliliklər çox qısa davam edir.
Zina edənlərə rəcm və ya başqa şəkildə ölüm cəzasının verilməsi sadəcə İslama xas olan bir cəza deyildir. İstər dini istərsə də bəşəri hüquq sistemlərində zina edən kəslərə ümumiyyətlə sürgündən ölümə qədər ağır cəzalar verildiyi məlumdur. Məsələn Hammurabi Qanunvericiyinə görə zina edənlər suda boğularaq öldürülürdü. Qədim Yunanıstanda da evli qadınla zina edən kişi öldürülürdü (Sadri M. Arsal, Umumi Hukuk Tarihi, İstanbul 1944, s. 128.). Digər tərəfdən Tövratda, zina edən evli kəslərə rəcm cəzası veriləcəyi hökm altına alınmışdır (Levililer, 20/10; Tensiye, 22/23.). İncildə isə, zina etmiş bir qadının rəcm edilməsi üçün Hz. İsaya aleyhissalam gətirildiyindən söz edilir [Yuhanna, 8/3-11.].
Zina bütün səmavi dinlərdə haramdır və çox pis bir əməl olaraq qəbul edilmişdir. İslamda zina böyük günahlardan olub ismət, namus və insanın nəsil və nəsəbinə yönəlmiş olduğu üçün, cəzası da hədlərin ən şiddətlisidir. Zinanın cəzası, bu əməli işləyənin evli və ya subay olmasına, İslamın əmr və qadağalarını yerinə yetirməklə mükəlləf olub-olmamasına görə qisimlərə bölünür. Çubuqla vurmaq (cəldə), daşla öldürmək, sürgün və İslam dövlətinin verəcəyi tə'zir cəzası bunlar arasındadır. Təzir cəzası, İslam hüququnda ayə və hədislərlə həd cəzası təyin edilməmiş olan cinayət və ya bəzi əməllər üçün İslam dövlətinin sərbəst olaraq müəyyən edib tətbiq etdiyi cəzaları ifadə edir. Bu cinayətlər ya Allah haqqı ilə əlaqədar olur- üzrsüz olaraq ramazan orucunu tutmamaq, namazı tərk etmək, faiz yemək, insanların keçəcəyi yola pislik atmaq kimi, yaxud da qul haqqı ilə bağlı olur- yad qadınla zina xaricində əlaqələr qurmaq, on dirhəmdən (iki qoyun pulu) az bir malı oğurlamaq və ya qoruma altında olmayan bir şeyi almaq, əmanətə xəyanət etmək, rüşvət almaq, söymək və başqalarına əziyyət vermək kimi.
Yüz Çubuq Cəzası- Cəldə.
Subay kişi ilə subay qadın zina edərsə cəza olaraq hər birinə yüz çubuq vurulur. Allah Təala belə buyurur:
"Zina edən qadın və kişidən hər birinə yüz çubuq vurun" (ən-Nur, 34/2).
Zina cəzası tətbiq olunan kimsənin, cəmiyyət nəzdindəki etibarını qorumaq, hörmətdən salmamaq üçün, bəlkə hadisənin unudulmasını təmin etmək məqsədi ilə bir il müddətlə sürgünə göndərilməsi İslamın ilk illərində əlavə bir cəza olaraq verilirdi. Ubadə b. Samit dən (r.ə) rəvayətə görə belə demişdir: Rəsulullah (s.a.s) belə buyurmuşdur:
"Zinanın hökmünü məndən öyrənin. Allah o qadınlara bir çıxar yol göstərdi. Subayla subay zina edərsə yüz çubuq və bir il sürgün; evli ilə evli yüz çubuq və rəcm vardır "(İbn Macə, Hudud, 7; Müslim, Hudud, 12).
Ancaq bu cəza Nur surəsinin enməsindən əvvələ aiddir. Bu surə nazil olduqdan sonra subaylar üçün sadəcə çubuq, evli olanlar üçün sünnə ilə rəcm cəzası təyin olunmuşdur (əs-Səraxsi, əl-Məbsut, Beyrut 1398/1978, IX, 36 vd.).
Hənəfilərə görə, subayların zina cəzası olan yüz çübuğa ayrıca sürgün əlavə olunmaz. Çünki ayədə sürgündən söz edilmir. Ancaq sürgün bir həd cəzası deyil; İslam dövlət başçısının səlahiyyətinə buraxılmış bir tə'zir cəzası xüsusiyyətindədir. Necə ki zina edənin tövbə edənə qədər həps edilməsi də, pis yola düşənləri bir müddət cəmiyyətdən təcrid etmək məqsədi ilə alınan tədbirdir.
Şafii və Hənbəlilərə görə isə subayların zina cinayətində yüz çubuq və bir il sürgün birlikdə tətbiq olunur. Dəlil, sürgün bildirən hədisdir. Ancaq qadın əri və ya bir məhrəmi ilə birlikdə sürgünə göndərilir. Ayrıca sürgün yerinin səfər məsafəsindən yaxın olmaması da lazımdır. Hz. Peyğəmbər "Qadın, yanında əri və ya bir məhrəmi olmadığı təqdirdə səfərə çıxa bilməz" (Buxari, Taksir, IV, Sayd, 26, Savm, 67; Əbu Davud, Mənasik, III) buyurmuşdur.
Rəcm Cəzası
Hz. Peyğəmbərin evli olaraq zina edənə rəcm cəzasını tətbiq etdiyi, təvatürə çatan hədislərlə sabitdir. Təməldə qiyasa əsasən evlilərə də yüz çubuq (cəldə) cəzası tətbiq edilməssi lazım olarkən, bu mövzudakı hədislərlə əməl edilərək rəcm cəzası nəzərdə tutulmuşdur.
1. İşəgötürənin yoldaşıyla zina edən subay işçiyə yüz çubuq və bir il sürgün cəzası, qadına isə rəcm tətbiq olunmuşdur.
Əbu Hureyrə ilə Zeyd b. Xalid əl-Cuhenidən (r.anha) nəql edildiyinə görə, zina edən qadının əri ilə, zina edən işçinin atası Rasulullaha (s.a.s) müraciət edərək bu mövzuda "Allahın kitabı" ilə hökm verməsini istəmişlər. İşçinin atası belə dedi: "Mənim oğlum bu adamın yanında işçi idi. Onun xanımı ilə zina etdi. Mənə, oğlum üçün rəcm lazım olduğu xəbəri verildi. Ancaq mən onun adına yüz qoyunla bir cariyə fidyə verdim. Həmçnin bilənlərə məsləhətləşdim, (oğlum subay olduğu üçün) ona yüz dəyənəklə bir il sürgün cəzası, bunun arvadına isə rəcm cəzası lazım olduğunu xəbər verdilər". Bunun üzərinə, Hz. Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurdu:
Nəfsim qüdrət əlində olan Allaha and içirəm ki, aranızda Allahın kitabı ilə hökm verəcəyəm. Cariyə və qoyunlar geri veriləcək. Oğluna yüz dəyənəklə bir il sürgün tətbiq ediləcək. Ey Üneys, sən də bu adamın arvadının yanına get. Əgər zinasını etiraf etsə, onu rəcm et". Üneys qadına getmiş və qadın günahını etiraf etmiş, Hz. Peyğəmbərin əmri üzərinə də rəcm edilmişdir. (Müslim, Hudud, 25; Buxari, Hudud III, 38, 46, Vəkalət, 13). Əbu Hənifə'yə görə, yüz çubuqla yanaşı bir il sürgün, ayəyə əlavə xüsusiyyətində olub, ayə nazil olduqdan sonra bu əlavə qisim nəsx edilmişdir (qüvvədən qalxmışdır). Ancaq İslam dövlət başçısı belə bir cəzanı tə'zir cəzası olaraq verə bilər.
2. Zinasını dörd dəfə iqrar edən Maiz b. Malikin (r.ə) rəcm edilməsi.
Maiz b. Malik, Hz. Peyğəmbərə gələrək "Məni təmizlə" dedi. Hz. peyğəmbər "Təəssüf lər olsun sənə, çıx get, Allaha tövbə və istiğfar et" buyurdu. Maiz, çox uzaqlaşmadan geri qayıtdı və "Ey Allahın Rəsulu! Məni təmizlə" dedi. Hz. Peyğəmbər eyni sözlərlə üç dəfə daha geri göndərdi. Dördüncü iqrarında "Səni hansı mövzuda təmizləyim?" deyə soruşdu. Maiz; "Zinadan" dedi. Hz. Peyğəmbər "Bunda ağıl xəstəliyi var mıdır?" deyə soruşdu. Belə bir narahatlığı olmadığını söylədilər. "Şərab içmiş ola bilərmi?" deyə soruşdu. Bir adam qalxıb yoxladı. Onda şərab qoxusu təsbit edə bilmədi. Hz. Peyğəmbər yenidən "sən zina etdinmi?" deyə soruşdu. Maiz "Bəli" cavabını verdi. Artıq əmr buyurdu və Maiz rəcm edidi. Rəcimdən sonra onun haqqında səhabələr iki hissəyə ayrıldılar. Bir hissəsi Maiz'in həlak olduğunu, başqa bir qrup isə onun ən fəzilətli tövbəni etdiyini söylədilər.
Bu fərqli yanaşma üç gün davam etdi. Daha sonra yanlarına gələn Rəsulullah (s.a.s) "Maiz b. Malik üçün dua edin" buyurdu. "Allah Maizi bağışlasın" dedilər. Hz. Peyğəmbər belə buyurdu: "Maiz elə bir tövbə etdi ki, bu tövbə bir ümmət arasında paylaşdırılsa idi onlara kifayət edərdi" (Müslim, Hudud, 22; əş-Şevkânî, Neylül-Evtar, VII, 95,109; əz-Zeylaî, Nasbu'r-Raye, III, 314 vd.).
3. Qamidiyəli evli qadının zinaya görə rəcm edilməsi.
Maiz'in rəcm edilməsindən qısa bir müddət sonra Ezd qəbiləsinin Qamid qolundan bir qadın gəldi və "Ey Allahın elçisi! Məni təmizlə" dedi. Hz. Peyğəmbər "Təəssüflər olsun sənə. Çıx get, Allaha tövbə və istiğfar et" buyurdu. Qadın dedi: "Məni, Maiz'i kimi gerimi qaytarmaq istəyirsən" Hz. Peyğəmbər, "Sənə nə oldu?" deyə soruşdu. Qadın zinadan hamilə olduğunu söylədi.
Bunun üzərinə "Sənmi?" buyurdu. Qadın "Bəli" dedi. Hz. Peyğəmbər "Uşağı dünyaya gətirənə qədər get" buyurdu. Qadının bu arada dolanışığını Ənsardan bir adam boynuna götürdü. Daha sonra Hz. Peyğəmbərə gələrək; "Qamidli qadın uşağı dünyaya gətirdi" dedi. Uşağın himayəsini də Ənsardan bir nəfər üzərinə götürdü və qadın rəcm edildi". (Müslim, Hudud, 22, 23, 24; İbn Macs, Diyat, 36; Malik, Muvatta, Hudud, II). Başqa bir rəvayətdə, uşaq süddən kəsilənə qədər əmizdirməsinə icazə verildiyi, rəcm əsnasında Xalid b. Vəlidin (ra) üzərinə qan sıçraması üzərinə qadın haqqında pis sözlər söylədiyini eşidən Hz. Peyğəmbərin belə buyurduğu nəql edilər: "Ey Xalid! Yavaş ol. Nəfsim qüdrət əlində olan Allaha and içirəm. Bu qadın elə bir tövbə etdi ki, onu bir baççı (vergi məmuru) etsəydi, şübhəsiz bağışlanardı" Sonra qadının hazırlanmasını əmr edərək cənazə namazını qılmış və qadın dəfn olunmuşdur. (Müslim, hudud, 23).
4. Evli olan Yəhudi kişi ilə Yəhudi qadınının zina səbəbiylə rəcm edilməsi.
Abdullah b. Ömərdən (r.ə) nəql edildiyinə görə, Hz. Peyğəmbərə, zina etmiş bir yəhudi kişi ilə bir yəhudi qadını gətirmişdilər. Allahın Rəsulu aleyhissalam, yəhudilərə Tövratda zinanın hökmünün nə olduğunu soruşmuşdu. Yəhudilər; "Üzləri qaraya boyanır, kürək kürəyə heyvan üzərinə mindirilib küçələrdə dolaşdırılır" dedi. Sonra Tövrat gətirilmiş, ancaq oxuyan yəhudi gənc rəcm ayəsinə gəlincə cəza qismini barmağı ilə örtüb üzərindən keçincə vəziyyətin fərqinə varan və yəhudi ikən İslama girən Abdullah b. Salam, Hz. Peyğəmbərə yəhudinin Tövratın üzərindən əlini qaldırmasını əmr etməsini istəmişdir. Yəhudi əlini qaldırınca rəcm ayəsi görülmüş və hər iki yəhudi haqqında da evli olaraq zina etdikləri üçün rəcm tətbiq edilmişdi. (Müslim, Hudud, 26).
Bəra b. Azibdən (r.a) nəql edilən, iki yəhudinin rəcm edilməsi hadisə isə belədir: Hz. Peyğəmbərə, üzü kömürlə qaraldılmış və döyülmüş bir yəhudi gətirildi. Allahın Rəsulu aleyhissalam evli olanların zina etməsinin Tövratdakı hökmünü yahudilərdən soruşdu. Onlar, bu şəkildə olduğunu söyləyincə, Allahın Rəsulu bir yəhudi alimindən sorudu "Tövratı Musaya endirən Allah xatirinə səndən soruşuram. Zina edənin Tövratdakı hökmü nədir?". Yahudi alim, Tövratda rəcim var dedi. Lakin zina nüfuzlu insanlar arasında artınca, şərəfli birini gətirərkən sərbəst buraxar, yoxsul biri tutulsa onu rəcm edən hala gəldik. Bu iki sinifə bərabər cəzanın verilməsi üçün rəcmi tərk etdik, kömürlə rəngləyib, döyməyi rəcm yerinə qoyduq". Bunun üzərinə, Hz. Peyğəmbər belə buyurdu: "Allahım! Sənin əmrini onlar dəyişdirdikdən sonra ilk olaraq tətbiq edən mənim. Bunun üzərinə əmr verdi və yəhudi rəcm edildi "(Müslim, Hudud, 28).
Bəzi İslam alimlərinə görə əhli-i küfr, müsəlman məhkəməsinə müraciət edərsə, hakim mütləq şəkildə Allahın hökmü ilə əməl etməlidir və onlar bu mövzudakı sərbəstliyin nəsx edildiyini söyləyir, Hənəfilər və İmam Şafinin bir görüşünə görə bu əsas qəbul ediləndir. Ancaq Əbu Hənifə belə demişdir: "İslam məhkəməsinə inkarçı ər-arvad birlikdə gəlsələr, aralarında ədalətlə hökm etmək lazımdır. Yalnız qadın gələr, əri razı olmazsa hakim hökm verə bilməz". Əbu Yusuf və İmam Muhammədə görə isə hökm verə bilər (Əhməd Davudoğlu, Səhihi Müslim Tərcümə və Şərhi, İstanbul 1978, VIII, 376).
Rəcm cəzasının tətbiq oluna bilməsi üçün lazım olan şərtlər:
1. Zina edən qadın və ya kişinin həddi-büluğa çatması.
2. Ağıllı olması. Ağıl xəstəsinə had tətbiq edilmir. Ağıllı və yetkin bir kimsə ağıl xəstəsi ilə zina etsə, yalnız özünə had tətbiq olunar.
3. Evli olan qeyri-müsəlmana rəcm əvəzinə çubuq cəzası tətbiq olunur. Şafii və Hənbəlilərə görə pasportla İslam dövlətinə gələn qeyri-müsəlman xaricilərə nə zina, nə də içki içmə cəzası tətbiq olunmaz.
4. Zina məcburiyyət istifadə edərək baş tutmamalıdır.
5. Zinanın diri bir insanla olması lazımdır.
6. Zina edilən qadının da həddi-büluğa çatmış və ya ona qarşı cinsi istək duyulan bir yaşda olması lazımdır.
7. Zinanın baş verməsi ilə bağlı heç bir şübhə olmamalıdır. Fasid, yəni şərtləri düzgün yerinə yetirilməyən nigahdan sonrakı cinsi əlaqəyə həd cəzası tətbiq olmadığı mövzusunda görüş birliyi vardır. Məsələn, Vəlisiz (valideynlərin iştirakı, razılığı) və ya şahitsiz olan evlilik kimi.
Zina bir pul qarşılığında olarsa Əbu Hənifəyə görə hər ikisinə də had cəzası tətbiq olunmaz. Çünki bu vəziyyət bir mehir qarşılığında nikah əqdinə bənzəyir. Burada şübhədən dolayı həd cəzası düşər. Ancaq əməl haram olduğu üçün tə'zir cəzası tətbiq olunar. Əbu Yusuf və İmam Muhammədə görə bu vəziyyətdə də həd cəzası tətbiq olunur. (Ömər Nəsuhi Bilmən, İstilahât-ı Fıkhıyye Kamusu, İstanbul 1968, III, 197 vd.).
8. Cinsi təmasın öndən olması. Arxadan əlaqə yəni livata üçün Əbu Hənifəyə görə yalnız tə'zir cəzası tətbiq olunur. Əbu Yusuf, İmam Muhamməd və Hənəfilər xaricindəki üç məzhəbə görə isə livata cinayətinə görə hədd cəzası tətbiq olunur. Yad bir qadına ön və ya arxa istisna olmaqla qarın, bud kimi başqa bir yerə təmas isə yalnız tə'zir cəzası tələb edir. Çünki bu, şəriət baxımından haqqında bir şey təqdir edilməyən münkər (çirkin) bir əməldir.
9. Həd cəzalarının tətbiq oluna bilməsi üçün İslam dövlətinin varlığı şərtdir. Çünki darul-hərb və ya darul-bagydə (asilər ölkəsi) həd cəzalarını tətbiq etməyə İslam dövlətinin vəlayət səlahiyyəti olmaz və bu hökmləri tətbiq etməyə gücü çatmaz.
10. Zina edən kişi və ya qadının hal-hazırda və ya daha əvvəl səhih bir nikahla evlənmiş olması və bu nikah davam edərkən yoldaşıyla bir dəfə də olsa cinsi təmasda olması şərtdir. Belə bir kişiyə "muhsan", qadına isə "muhsana" deyilir. Rəcm cəzası üçün bu son xüsusiyyətin olması da lazımdır.
Rəcm üçün kişi və ya qadının muhsan sayıla bilməsi üçün bu yeddi xüsusiyyətin olması şərtdir: Ağıllı olmaq, həddi-büluğa çatmış olmaq, azad və müsəlman olmaq, səhih nikahla evlənmiş olmaq və bu nikahdan sonra yoldaşıyla qüslü tələb edəcək şəkildə cinsi təmasda olmaq. Bu şərtlərdən hər hansı biri olmazsa rəcm cəzası 100 çubuq cəzasına çevrilər. Zina edənlərdən biri muhsan olub, digəri subay olarsa; subaya yüz çubuq, muhsan olana isə rəcm cəzası tətbiq olunur.
Əbu Hənifə və İmam Malikə görə, bir kişi və ya qadının muhsan sayılması üçün müsəlman olması şərtdir. Buna görə evli olan qeyri-müslimlərin zinasına rəcm cəzası tətbiq olunmaz, çünki rəcm, zina günahdan təmizlənmə yoludur. Zimmi isə günahdan təmizlənməyə layiq (əhil) deyildir. Onun təmizlənməsi ancaq axirətdə əzabla reallaşar. Hz. Peyğəmbər; "Allaha şirk qoşan kimsə muhsan deyil" (Zeylai, Nasbu'r-Rayə, III, 327) buyurmuşdur. Bu fikirdə olanlar üçün iki yəhudinin Hz. Peyğəmbər tərəfindən rəcm edilməsi hadisəsi, Tövratın hökmünə görə olmuşdur. Daha sonra bu nəsx edilmişdir (Zeylai, eyni əsər , III, 326; əş-Şövqani, Neylül-Övtar, VII, 92).
İmam Şafii, İbn Hənbəl və Əbu Yusufa görə, rəcmin tətbiq olunması üçün zina edənin müsəlman olması şərt deyil. Bir zimmi zina günahıyla İslam məhkəməsinə gəlsə həd tətbiq olunar. Müsəlman bir kişi zimmi bir qadınla evlənib cinsi təmasda olsa, hər ikisi də "muhsan" olar. Dəlil, Hz. Peyğəmbərin iki yəhudiyə rəcm tətbiq etməsidir. "Dulun dul ilə zinasında daşlama vardır" (Müslim, Hudud, 12-14; Əbu Davud, Hudud 23; Tirmizi, Hudud, 8) hədisinin ümumi mənası da başqa bir dəlildir. Digər tərəfdən zina bütün səmavi dinlərdə haram edilmişdir. (bax. əş-Şirazi, əl-Mühezzeb, II, 267; İbn Qudamə, əl-Muğni, Qahirə 1970, VIII, 163; əz-Zühayli, əl-Fiqhul-İslami və Edilletüh, Dəməşq 1405/1985, VI, 43).
Zina Günahının Sabit Olması:
Zina, ya iqrarla ya da dörd şahidlə sabit olur.
1. İqrarla Təsbit:
Zina iqrarını edən şəxs ağıllı, yetişkin olmalı və məcburiyyət altında olmamalıdır. Ayrıca iqrarın dörd dəfə edilməsi tələb olunur. Çünki Maiz b. Malikə Allah elçisi dörd dəfə iqrar əsasını tətbiq etmişdir. Hənəfi və Hənbəlilərin görüşü budur. Şəfii və Malikilərə görə isə tək iqrar kifayətdir. Bunlar da işçinin öz müdirinin yoldaşıyla zina etməsi hadisəsinə əsaslanırlar. Çünki orada dörd iqrardan söz edilməmişdir (Buxari, Əhəd, I, Şurüt, 9; Müslim, Hudud, 25; əl-Baci, əl-Müntəka, VII, 135; İbn Qudamə, əl-Muğni, VIII, 191 vd.).
Digər tərəfdən dörd iqrar ayrı məclislərdə edilməlidir.
2. Zinanın dörd şahidlə isbat:
Zinanın müsəlman, kişi, ədalətli və azad dörd şəxsin şahidliyi ilə isbat edilməsi lazımdır (ən-Nisa ', 4/15; ən-Nur, 24 / 4,13). Şahid sayı dörddən az olar və ya dördüncü şahid "sadəcə bunları bir yorğan altında gördüm" kimi zinaya qəti dəlil ola bilməyəcək bir fikir bildirərsə, ilk üç şahidə "zina iftirası (kazf)" cəzası tətbiq olunur. Zina isnad edilən şəxsdən isə həd cəzası düşər. (Bax. Əz-Zühaylı, a.k.ə., VI, 48; "Kazf" maddəsi).
Rəcm Cəzasının Yerinə Yetirilməsi:
Zina iqrarla sabit olubdursa rəcmin tətbiq edilməsinə dövlət başçısı və ya edam işçilərinin başlaması lazımdır. Şahidlə sabit olacağı zaman isə edam yerində şahidlərin hamısının hazır olması və ilk daşı onların atması ilə başlanır. Beləcə hər hansı bir şübhə, imtina etmək, yanlışlıq və s. bütün ehtimalların aradan qalxması və məhkəmənın xətaya düşməməsi üçün lazımlı tədbirlər alınmışdır. Hz. Əlidən belə dediyi nəql olunur: "Əvvəl şahidlər daş atmağa başlayır, sonra dövlət başçısı, daha sonra isə digər insanlar" (Zeylai, a.k.ə., III, 319 vd .; əş-Şövqani, a.k.ə., VII, 108). Subayların zinasında isə tətbiq olunacaq çubuq cəzasına şahidlərin başlaması lazım deyil. Çünki onlar bu cəzanın tətbiq olunmasının üsul və şəklini bilməyə bilərlər və bu hal zülmə yol aça bilər.
Rəcm cəzası, ibrət olması üçün bir meydanda kişi ayaq üsdə, qadın isə əsas görüşə görə sinəsinə qədər bir çuxura salınaraq ölənə qədər kiçik daşlar atılmaq surətiylə edam edilər. Hz. Peyğəmbərin Qamidiyəli qadın üçün, sinəsinə qədər bir çuxur qazdırdığı nəql edilir (Zeylai, a.k.ə., III, 325; əş-Şövqani, a.k.ə., VII, 109).
Rəcm edilməklə öldürülən şəxs yuyular, kəfənlənər, cənazə namazı qılınar və dəfn edilər. Çünki Hz. Peyğəmbər, rəcm edilən Maiz üçün "Öz Ölülərinizə etdiyiniz şeyləri ona da edin" (Zeylai, a.k.ə, III, 320) buyurmuşdur.
Hamdi Döndürən
- Zina Nədir?
- Livata nədir? Onun hökmü nədən ibarətdir?
- Zina nədir? Cəzası necədir?
- İslam Hüququ və Milli Qanunvericilik nöqteyi-nəzərindən Homoseksualizm
- İslam Cəza Hüququnda Rəcm
- Ölüm cəzası
- Zina edən kimsə tövbə etsə bağışlanar?
- Əbu Hənifənin "Məhrəmi ilə evlənənə hədd yoxdur." sözünü necə başa düşməliyik?
- Rəcm
- İslamın Homoseksuallığa baxışı.