"Zina edən, zina etdiyi vaxt, mömin olaraq zina etməz" hədisi-2

İbn Abbas belə demişdir:

"Zina etdiyi vaxt, iman etmiş kimsədən, onun nuru çəkilib alınar."

6772- əbu Hureyrə (radiyallahu anh)'ın nəqlinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

~ Zina edən, zina etdiyi vaxt, mömin olaraq zina etməz;

~ İçki içən də, içki içdiyi vaxt, mömin olaraq içməz;

~ Oğru da, oğurluq etdiyi vaxt, mömin olaraq oğurluq etməz;

~ Yağmalayan da, insanların gözləri qarşısında yağmaladığı vaxt, mömin olaraq yağmalamaz.

-------------------------------

İzahı:

İmam Buxari'nin istifadə etdiyi bu başlıq, zina etmək və şərab içməkdən çəkindirmək mənasına gəlməkdədir.

İbn Abbasın bu sözünü, əbu Bəkr b. əbi Şeybə, "Kitabu'l-İman"da, Osman b. Safiyyə vasitəsilə məvsul (haşiyə) olaraq belə rəvayət etmişdir:

"İbn Abbas, öz nökərlərinə, 'qulam, qulam' deyə xitab edər və belə deyərdi:

'Səni evləndirimmi?' Zina edən heç bir nökər yoxdur ki, uca Allah, ondan, iman nurunu çəkib almasın." (İbn əbi Şeybə, "əl-Musannəf", Vl, 160)

-------------------------------------

(Haşiyə:

Məvsul: özü üstündəki ravi ilə görüşüb ondan eşitmək və ya almaq surətilə rəvayət edən ravilərdən meydana gələn isnada deyilir.)

------------------------------------

Bu hədisi, əbu Cəfər ət-Təbəri, Mücahid təriqi ilə ibn Abbasdan mərfu (haşiyə) olaraq belə rəvayət etmişdir:

Mən, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'i belə buyurarkən eşitdim:

"Kim zina edərsə, Allah onun qəlbindən iman nurunu çəkib alar. Əgər bu nuru ona qaytarmaq istəyərsə, qaytarar."

Bu hədisin, əbu Davud'un "Sünən"ində, əbu Hureyrə'dən nəql edilən şahidi vardır.

(Haşiyə:

Mərfu hədis: sənədi zəif olsun və ya qüvvətli olsun, Peyğəmbərə nisbət edilən hədisə deyilir.)

Yuxarıdakı hədisdə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), imanın mövcud olmamasını, zina felinin işlənməsi halı ilə məhdudlaşdırmışdır. Bunun gərəyi, insan o feli bitirdikdən sonra, imansızlıq halının davam etməməsidir. Doğru olan da, budur.

Hədisin mənası:

"İmansızlıq halının sonlanması, şəxsin o feldən tam olaraq dönməsi halında bəhs mövzusudur."

şəklində də ola bilər. Buna müqabil olaraq, insan, bəhs mövzusu günahda israrlı olduğu halda, bu feli tərk edərsə, (yenə) onu işləyən kimsə kimi olar. Belə kimsədə imansızlıq halının davam etməsi, daha isabətli olar.

"Muharibun" bölməsində gələcəyi üzərə, hədisin bəzi rəvayət yollarında yer alan ibn Abbasın:

"Tövbə edərsə, imanı özünə qayıdar." şəklindəki ifadə də, bu görüşü dəstəkləməkdədir.

------------------------------------

Hədisdə keçən "nuhbə": "yağmalanmış mal" deməkdir. Bundan məqsəd: "insanların əlindən açıqca və cəbrən alınan mal" deməkdir.

Peyğəmbər (sallallahu aleyhi və səlləm):

"...insanların gözləri qarşısında..."

ifadəsilə, malları əllərindən alınan zərər çəkmişlərin halına işarət etməkdədir. Çünki onlar, mallarını əllərindən yağmalayan kimsələrə baxmaqda, ancaq buna mane ola bilmədikləri kimi, yalvara da bilməməkdədirlər.

Bu ifadədə, yağmalamağın, açıqdan olaraq edilməsinin kinayə olaraq bildirilməsi də, möhtəməldir. Bu halda, ifadə, yağmalamağın bir vəsfi olmaqdadır. Oğurluqla, hilə ilə malı zimmətinə keçirmək (ihtilas) isə, belə deyildir. Çünki bunlar, gizlincə edilir. Yağmalamaq isə, oğurluqdan daha betərdir. Çünki bunda, daha çox cürət və qorxusuzluq bəhs mövzusudur.

----------------------------------------

Nəvəvi belə deyir:

"Alimlər, bu hədisin mənası üzərində ixtilaf etmişlərdir. Mühəqqiq alimlərin ifadə etdikləri isabətli və doğru məna budur:

Bir kimsə, kamil bir iman halında ikən, bu günahları işləyə bilməz. Burda istifadə edilən ifadə, bir şeyin olmadığını bildirən ifadələrdəndir. Məqsəd isə, onun kamil mənada olmadığını ifadə etməkdir.

Bu ifadənin bənzəri budur:

~ Fayda verən elm xaric, heç bir elm yoxdur;

~ Məhsuldar olan məhsul xaric, heç bir mal yoxdur;

~ Axirət həyatı xaric, heç bir həyat yoxdur.

Hədisi bu şəkildə açıqlamağımız, əbu Zərr'in rəvayət etdiyi bu hədisdən dolayıdır:

"Lə iləhə illəllah deyən kimsə, zina və oğurluq etmiş belə olsa, cənnətə gedər."

Bir digər hədis isə, məşhur və səhih olan Ubadə hədisidir. Onun nəqlinə görə:

"İnsanlar, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə oğurluq və zina etməmək üzərə beyət etmişlərdir."

Bu hədisin sonunda:

"Bu fellərdən hər hansı birini işləyən kimsə, dünyada cəzasını görər. Bu, ona kəffarət olar. Dünyada cəza görməyən şəxsin halı isə, uca Allaha qalmışdır. Allah diləyərsə, onu bağışlayar; diləyərsə, əzab verər."

cümləsi yer almaqdadır.

Bununla bərabər, bir də:

إِنَّ ٱللَّهَ لَا يَغْفِرُ أَن يُشْرَكَ بِهِۦ وَيَغْفِرُ مَا دُونَ ذَ‌ٰلِكَ لِمَن يَشَآءُ...

"Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqasını isə, istədiyi kimsəyə bağışlayar..." (Nisə/48)

ayəti də vardır.

Yenə, əhl-i sünnətin:

"Böyük günah işləyən kimsələr, şirk günahını işləmədikcə, kafir olmaz."

şəklində icmaları vardır.

Burda yer verdiyimiz 2 hədis, ayət və icma, bizi, bu və bənzəri hədisləri, yuxarıdakı şəkildə açıqlamaq məcburiyyətində buraxmaqdadır.

Etdiyimiz, doğru; və dil cəhətindən münasib bir açıqlama olub, dildə çoxca baş vurulan bir metoddur.

Nəvəvi, son olaraq belə deyir:

Bəzi alimlər, hədisi:

"Hər kim, haram olduğunu bilə-bilə halal olduğuna inanaraq zina edərsə..." şəklində açıqlamışdır.

Həsən əl-Basri və Muhamməd b. Cərir ət-Təbəri, belə demişlərdir:

"Hədisin mənası, o şəxsdən, uca Allahın dostlarını adlandırmış olduğu mədh, tərif adı çəkilib alınar, deməkdir. Dolayısı ilə, onun haqqında, mömin deyilə bilməz. O, qınanma adını almağa layiqdir. Bu səbəblə, ona:

~ oğru;

~ zinakar;

~ facir; və

~ fasiq deyilər."

İbn Abbas'ın:

"Belə bir şəxsdən imanın nuru çəkilib alınar."

dediyi nəql edilmişdir.

Bu mövzuda, mərfu bir hədis vardır. Muhəlləb'in:

"Ondan, Allah itaət nöqtəsində bəsirəti çəkilib alınar."

şəklində məna verdiyi nəql edilmişdir.

---------------------------------------

Hədisdən çıxan nəticələr:

1. Zina edən bir şəxs, istər subay, istər evli, istər zina etdiyi qadın naməhrəm, istər məhrəmi olsun, hədisdə bildirilən təhdidə daxil olur. Zinanın məhrəm olan qadınla edilməsinin daha iyrənc, evli kimsə tərəfindən edilməsinin böyük günah olduğunda, heç bir şübhə yoxdur.

2. Haram olan toxunma kimi, adına zina deyilən fellər, hədisdə bildirilən zina felinə daxil deyildirlər. Eyni şəkildə, haram olan öpmək və baxmaq da, belədir. Çünki bunlara dinimizin örfündə, hər nə qədər zina deyilsə də, hədisdə keçən zinaya daxil deyildir. Səbəbinə gəlincə isə, bu fellər, "əl-ləməm" kəliməsinin təfsirində daha əvvəl keçdiyi üzərə, kiçik günahlardandır.

3. Az və ya çox oğurlayan, hədisdə bəhsi keçən təhdidə daxildir. Yağmalayan da, belədir. Ancaq bu mövzu bizcə mübahisəlidir.

Aralarında bəzi Şafii alimləri olmaq üzərə bir qrup alim, qəsbin böyük günah olması üçün, qəsb edilən malın, nisab miqdarı (haşiyə) olmasını şərt qoşmuşlardır. Oğurluqda da bəziləri, qeydsiz-şərtsiz olduğunu desələr də, hal belədir.

Mütləq ifadə, məşhur anlayışa paralel olaraq açıqlanmışdır. Bəhs mövzusu anlayışa görə, oğurluqda əl kəsməyin gərəkliliyi -nisab miqdarından daha azı belə haram olmaqla birlikdə- nisab miqdarının mövcud olmasına bağlıdır.

-----------------------------------

(Haşiyə:

Qızılın nisab miqdarı: 20 misqaldır (təxminən, 90 qram;

Gümüşün nisab miqdarı: 200 dirhəmdir (yəni 600 qram)

--------------------------------

4. Başqasının malını haqsız yerə almaq, çox böyük günahdır.

5. Şərab içən kimsə, içdiyi çox və ya az olsun, hədisdə bildirilən təhdid muhtəvasına daxildir. Çünki az miqdardakı şərab, böyük günahlardan sayılmışdır. Hərçənd qadağan edilmiş içkinin meydana gətirdiyi əqli nöqsanlıq, ağlı nöqsan buraxmayan şeyləri içməkdən daha ağırdır.

Toylarda gəlinin başına saçılan şeylər nümunəsində olduğu kimi, "sahibi icazə versə belə, yağmalamaq, bütünü ilə haramdır" deyən alimlər, bu hədisi dəlil olaraq göstərmişlərdir.

Lakin:

~ Həsən əl-Basri;

~ İbrahim ən-Nəxai; və

~ Qatadə,

İbnu'l-Munzir'in özlərindən verdiyi bir nəqlə görə, haramlığın şərti, "yağmalamağın, mal sahibinin icazəsi olmadan edilməsidir." demişlərdir.

Əbu Ubeydə, bu məsələdə:

"Hökm, onların dediyi kimidir." demişdir.

İxtilaflı olam yağmalamaq isə, hədiyyələri saçan şəxsin, hər kəsə bərabər və ya bərabərə yaxın vermək məqsədilə icazə verdiyi yağmalamaqdır. Yağmalayan şəxslərdən güclü olan, zəif olana qalib gəldiyində və mal sahibinin buna rizası olmadığında, bəhs mövzusu yağmalamaq, məkruhdur və bu, harama qədər gedər.

Maliki, Şafii və əksəriyyəti meydana gətirən fəqihlər, bunun məkruh olduğunu, açıqca bildirmişlərdir. Belə bir felin məkruh olduğunu bildirənlər arasında,

Səhabələrdən:

~ əbu Məsud əl-Bədri;

Tabiundan:

~ İbrahim ən-Nəxai; və

~ İkrimə də vardır.

(ibn Həcər Asqalani, "Fəthu'l-Bari şərh Sahih əl-Buxari", 86-cı kitab: "Kitabu'l-Hudud", 2-ci bab: "Zina və şərab içmək babı", hədis no: 6772)

Read 3 times
In order to make a comment, please login or register