zühd

Amr b. Ğaylan əs-Saqafi (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Allahım, kim mənə iman edib təsdiq edər və gətirdiyim (din)'in Sənin qatından (gəlmə) yeganə haqq (din) olduğunu bilərsə:

• Sən, o kimsəyə az mal və az uşaq ver;

• Sənə qovuşmağı ona sevimli qıl; və

• Ölümünü tezləşdir (yəni ömrünü uzun tutma).

Kim də Mənə iman etməz, Məni təsdiq etməz və Mənim gətirdiyim din(in) Sənin qatından (gəlmə) yeganə haqq (din) olduğunu bilməzsə:

• Sən, o kimsəyə çox mal və çox uşaq ver; və

• Ömrünü uzat."

Not:

"Zəvaid"də belə deyilmişdir:

"Bu sənədin raviləri siqadır. Hədis, mürsəldir. İbn Macə də, bu Amr'ın bundan başqa hədisini rəvayət etməmişdir. Kütübü'l-Sittə'nin qalanlarında, Amr'ın heç bir hədisi yoxdur."

(İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Malı çox olan varlılar haqqında bir bab", hədis no: 4133)

--------------------

İzahı:

Allah rəsulu (sallallahu aleyhi və səlləm), bu hədisdə Allahdan, mömin qulun malının və uşağının az olmasını diləmişdir. Çünki malın və uşaqların çoxluğu, mənəvi imtahanda müvəffəqiyyətsizliyə yol açması, qüvvətlə möhtəməldir.

Bununla bərabər, mal-mülk az ikən, uşaqlarının çoxluğu, halal-haram ayırmadan nəfəqə təmin etməsinə və dolayısı ilə günaha girməsinə yol aça bilər.

Möminin ömrünün uzun olmaması istəyinə gəlincə, ömrün uzunluğu, dünya sıxıntılarının daha çox çəkilməsinə səbəbiyyət verə bilər.

Mömin olmayan kimsənin mal və övladının çoxluğu və ömrünün uzunluğu, onun əzabının şiddətinə səbəb olar. Çünki dünya həyatında nə qədər çox qalsa və malı ilə uşağı nə qədər çox olsa, o qədər çox günah işləmiş olar.

Read 9 times
In order to make a comment, please login or register