zühd dair hədislər
Əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:
"Yanımda Uhud (dağı) qədər qızıl olub ondan bir parça yanımda qaldığı halda (2 gün keçib) üçüncü bir gecənin gəlməsini sevmərəm.
Bir borcu ödəmək üzərə (o qızıldan) saxlayacağım qisim xaric."
Not:
Heysəmi, Məcmau'z-Zəvaid'də belə deyir:
"Bunun sənədi həsəndir. Ravi Yaqub b. Humeyd haqqında ixtilaf vardır. Əbu Suheyl'in adı: Nafi b. Malik b. əbi Amir əs-Asbahi'dir. Bu şəxs, Malik b. Ənəs'in əmisidir."
(İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Malı çox olan varlılar haqqında bir bab", hədis no: 4132)
---------------------.
İzahı:
Bu hədisin bir bənzərini, Buxari, "Riqaq" kitabının "Babu Qavli'n-Nəbiyyi..." babında rəvayət etmişdir. Ordakı hədisin baş qismi:
"Uhud dağı qədər qızılım olsa..." şəklindədir.
Bu hədis, malı, Allah yoluna xərcləməyi təşviq edir və Nəbi (sallallahu aleyhi və səlləm)'in, dünyadan üz çevirmənin ən üstün dərəcəsində olduğuna, insanın özünə və ya başqasına aid bir borcu ödəmək üçün kifayət qədər mal saxlamasının, Zühdə, yəni dünyadan üz çevirmə fəzilətinə kölgə düşürtmədiyinə dəlalət edər.
- 'Allahım! Məni miskin olaraq yaşat, miskin olaraq öldür və Məni, miskinlər zümrəsi içində dirilt." hədisi necə başa düşülməlidir?
- İsrafilin suru haqqında məlumat verərsinizmi?
- İslamda it saxlamağın hökmü-3
- İslamda it saxlamağın hökmü-3
- Allah təalanın Qiyamətə qədər yardım edəcəyi bir camaat.
- Peyğəmbər də ac qalmışdırmı?
- "Mənim ümmətimdən, daim Allah Taala tərəfindən dəstəklənən və onlara kömək etməyən xalqın zərər verə bilməyəcəyi bir camaat, qiyamət qopuncaya qədər, heç əskik olmayacaqdır." hədisi
- Az da olsa, davamlı ibadət etmək
- Cənnət və cəhənnəmin bəzi xüsusiyyətləri
- Cənnət və cəhənnəmin bəzi xüsusiyyətləri