Zumər surəsi 6-cı ayətin təfsiri

وَأَنزَلَ لَكُم مِّنَ ٱلْأَنْعَـٰمِ ثَمَـٰنِيَةَ أَزْوَ‌ٰجٍ ۚ

Və ənzələ ləkum minə'l-ənami səməniyətə əzvəc.

Yəni:

"O, sizin üçün, ənamdan 8 cift endirdi." (Zumər/6)

------------------------

Təfsiri:

Uca Allah, burda, ciftlərin endirilmiş olduğunu bizə xəbər verməkdədir. Çünki:

bu ciftlər, bitkilər sayəsində; bitkilər də ---> endirilən su sayəsində var olurlar.

Bax buna, "tədric" (bir işi, tədricən, yəni, mərhələ-mərhələ gerçəkləşdirmək) adı verilir. Uca Allahın:

...أَنزَلْنَا عَلَيْكُمْ لِبَاسًا...

Ənzələ aleykum libəsən.

Yəni:

"Sizin üçün bir libas endirdik." (Əraf/26) ayəti də, buna bənzəməkdədir.

"Ənzələ/Endirdi" ləfzinin, "inşa etdi""var etdi" mənasında olduğu da deyilmişdir.

(Tabiun, yəni, səhabələri görən imamlardan biri olan) Səid b. Cubeyr də: "yaratdı" deyə açıqlamışdır.

Deyildiyinə görə, uca Allah, bu ənamı, cənnətdə yaratmış; sonra onları yerə endirmişdir. Uca Allahın bu ayətində olduğu kimi:

"Biz, özündə çox böyük qüvvə və insanlar üçün mənfəətlər olan dəmiri də endirdik." (Hədid/25)

(Qurtubi, "əl-Cami li Əhkami'l-Quran" təfsiri -müxtəsər bir şəkildə-)

------------------------

------------------------

Ayətin təfsirində, imam Fəxrəddin ər-Razi əl-Əşari (rahiməhullah), belə deyir:

...Bil ki, Allah Taala, bir Yaradıcının (yəni, Özünün) varlığına, insanın yaradılması ilə istidlal edincə (dəlil gətirincə); bu istidlalın ardından, yenə, bir Yaradıcının varlığına, heyvanların varlığı ilə də istidlal edərək,

...وَأَنزَلَ لَكُم مِّنَ ٱلْأَنْعَـٰمِ ثَمَـٰنِيَةَ أَزْوَ‌ٰجٍ ۚ...

"Sizin üçün, ənamdan 8 cift endirdi." buyurmuşdur ki, bunlar:

• dəvə;

• inək;

• qoyun; və

• keçidir.

Biz, bu heyvanların, bir Yaradıcının varlığına necə dəlalət etdiklərini, Nəhl surəsi 5-ci ayətin təfsirində açıqlamışdıq. (haşiyə)

--------------------

(Haşiyə:

Nəhl surəsi 5-6-7-ci ayələrin təfsiri üçün bax:

https://suallarlaislam.com/.../n%C9%99hl-sur%C9%99si-5-6...

---------------------

"İnzal" təbirinin istifadəsi:

Haqq Taala'nın, "sizin üçün...endirdi." ifadəsinin təfsiri xüsusunda, bu izahlar verilmişdir:

a. Allahın hökmü, təqdiri və qədəri, lövh-i məhfuzda olacaq hər şey yazılı olduğu üçün, "göydən enmə" ilə ifadə edilmişdir.

b. Hər canlı, bitki ilə diriliyini davam etdirir. Bitkilər də, ancaq su və torpaq ilə diriliyini davam etdirirlər. Su isə, əsas olaraq, göydən enir. Beləcə də, əsas etibarilə, bu heyvanlar da, sanki göydən enmiş kimidir.

c. Allah Taala, bu heyvanları, ilk əvvəl, cənnətdə yaratdı; daha sonra, endirdi.

---------------------

"8 zövc/cift" təbiri, "Dəvə, inək, qoyun və keçidən, 1 erkək və 1 dişi olaraq 8 zövc/cift" deməkdir. "Zövc", bərabərində, bir digəri olan hər şey üçün istifadə edilir. Bundan dolayı, bu, tək başına qaldığında, "fərd" olur. Necə ki, Haqq Taala,

فَجَعَلَ مِنْهُ ٱلزَّوْجَيْنِ ٱلذَّكَرَ وَٱلْأُنثَىٰٓ

Fə cəalə minhu'z-zəvceyni'z-zəkəra və'l-unsə.

Yəni:

"Ondan da, kişi və qadın olmaqla 2 zövc yaratdı." (Qiyamət/39) buyurmuşdur. (haşiyə)

----------------------

(Haşiyə:

ثَمَـٰنِيَةَ أَزْوَ‌ٰجٍ ۖ مِّنَ ٱلضَّأْنِ ٱثْنَيْنِ وَمِنَ ٱلْمَعْزِ ٱثْنَيْنِ ۗ قُلْ ءَآلذَّكَرَيْنِ حَرَّمَ أَمِ ٱلْأُنثَيَيْنِ أَمَّا ٱشْتَمَلَتْ عَلَيْهِ أَرْحَامُ ٱلْأُنثَيَيْنِ ۖ نَبِّـُٔونِى بِعِلْمٍ إِن كُنتُمْ صَـٰدِقِينَ

Səməniyətə əzvəc...

"Allah, o heyvanlardan səkkiz cift yaratdı; qoyundan ikisini və keçidən ikisini. De: 'O, iki erkəyi haram buyurdu, yoxsa iki dişini, yaxud iki dişinin qarnındakı balaları? Əgər doğru danışanlarsınızsa, elmə əsaslanıb bu haqda mənə xəbər verin.

وَمِنَ ٱلْإِبِلِ ٱثْنَيْنِ وَمِنَ ٱلْبَقَرِ ٱثْنَيْنِ ۗ قُلْ ءَآلذَّكَرَيْنِ حَرَّمَ أَمِ ٱلْأُنثَيَيْنِ أَمَّا ٱشْتَمَلَتْ عَلَيْهِ أَرْحَامُ ٱلْأُنثَيَيْنِ ۖ أَمْ كُنتُمْ شُهَدَآءَ إِذْ وَصَّىٰكُمُ ٱللَّهُ بِهَـٰذَا ۚ فَمَنْ أَظْلَمُ مِمَّنِ ٱفْتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا لِّيُضِلَّ ٱلنَّاسَ بِغَيْرِ عِلْمٍ ۗ إِنَّ ٱللَّهَ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلظَّـٰلِمِينَ

"Dəvədən də ikisini, inəkdən də ikisini. De: 'O, iki erkəyi haram buyurdu, yoxsa iki dişini, yaxud iki dişinin qarnındakı balaları? Yoxsa Allah bunu sizə tövsiyə etdiyi zaman şahid idiniz?' Elmsiz olaraq insanları azdırmaq üçün Allaha qarşı yalan uyduran kimsədən daha zalım kim ola bilər? Şübhəsiz ki, Allah zalım qövmü doğru yola yönəltməz." (Ənam/143-144)

"Səməniyətə əzvəc/8 zövc, tay", Ənam/143-144 ayələrində açıqlandığı üzərə:

~ ikisi - qoyun;

~ ikisi - keçi;

~ ikisi - dəvə;

~ ikisi - inək

cinsindən olmaq üzərə, erkək və dişi 4 cüt; lakin 8 cift/taydır.

 

--------------------

--------------------

 

Ustad Bədiü'z-zaman Said Nursi (rahmətullahi aleyh)'in ayəti təfsiri:

 

"وَاَنْزَلَ لَكُمْ مِنَ اْلاَنْعَامِ ثَمَانِيَةَ اَزْوَاجٍ يَخْلُقُكُمْ فِى بُطُونِ أُمَّهَاتِكُمْ خَلْقًا مِنْ بَعْدِ خَلْقٍ فِى ظُلُمَاتٍ ثَلٰثٍ âyeti, وَاَنْزَلْنَا الْحَدِيدَ âyetinde beyan ettiğimiz nüktenin aynını tazammun edip, hem onu te'yid ediyor, hem onunla teeyyüd ediyor."

Yəni:

"O, sizin üçün, ənamdan 8 cift endirdi. O, sizi, analarınızın bətnlərində, üç zülmət içərisində, yaranış ardından yaranışa salaraq yaradır." (Zumər/6) ayəti, "Dəmiri endirdik." (Hədid/25) ayətində bəyan etdiyimiz nüqtə (incə məna)'nın eynisini ehtiva edib, həm onu qüvvətləndirir; həm də onunla qüvvətlənir. (haşiyə)

---------------------

(Haşiyə:

Müəllif Said Nursi'nin Hədid surəsi 25-ci ayətini təfsiri üçün bax:

https://suallarlaislam.com/.../d%C9%99mir-goyd%C9%99nmi...)

----------------------

"Evet, Kur'ân-ı Mu'cizü'l-Beyân Sûre-i Zümer'de وَخَلَقَ لَكُمْ مِنَ اْلاَنْعَامِ ثَمَانِيَةَ اَزْوَاجٍ demeyip, وَاَنْزَلَ لَكُمْ مِنَ اْلاَنْعَامِ ثَمَانِيَةَ اَزْوَاجٍ demesiyle ifade ediyor ki: 'Sekiz nevi hayvânât-ı mübârekeyi size hazine-i rahmetinden, güya Cennetten nimet olarak indirilmiş, gönderilmiş.' Çünkü o mübârek hayvanlar, bütün cihetleriyle, bütün beşere nimet olduğundan, saçından bedevîlere seyyar hâneler, elbiseler, etinden güzel yemekler, sütünden güzel, leziz taamlar ve derilerinden pabuçlar ve saire, hattâ gübreleri mezrûâtın erzâkı ve insanların mahrûkàtı hükmünde olup, güya o mübârek hayvanlar, tecessüm etmiş ayn-ı nimet ve rahmettirler."

Yəni:

Bəli, bəyanı möcüzə olan Quran, Zumər surəsində, "O, sizin üçün, ənamdan 8 cift yaratdı." deməyib, "Sizin üçün, ənamdan 8 cift endirdi." deməsilə ifadə edir ki: 8 cift mübarək heyvan, sizə, rəhmət xəzinəsindən; sanki, cənnətdən nemət olaraq endirilmiş, göndərilmişdir." Çünki, o mübarək heyvanlar, bütün cəhətlərilə, bütün bəşərə nemət olduğundan, (məsələn):

~ saçından - bədəvilərə səyyar xanələr (evlər), paltarlar;

~ ətindən - gözəl yeməklər;

~ südündən - gözəl, ləziz təamlar;

~ dərilərindən - ayaqqabılar və s.

~ hətta, gübrələri - əkilmiş şeylərin ərzaqı və insanların yanacağı

hökmündə olub, guya o mübarək heyvanlar, təcəssüm etmiş (cisimləşmiş) nemət və rəhmətin məhz özüdürlər.

------------------------

"Onun içindir ki, yağmura 'rahmet' nâmı verildiği gibi; bu mübârek hayvanlara da 'en'âm' nâmı verilmiş. Güya nasılki rahmet tecessüm etmiş, yağmur olmuş; öyle de nimet dahi tecessüm etmiş, keçi, koyun, öküz ile manda ve deve şekillerini almış. Çendan cismânî maddeleri yerde halk olunuyor; fakat nimetiyet sıfatı ve rahmetiyet mânâsı, maddesine tamamiyle galebe ettiğinden, اَنْزَلْنَا tâbiriyle, doğrudan doğruya bu mübârek hayvanları hazine-i rahmetin birer hediyesi olarak, Hâlik-ı Rahîm, yüksek mertebe-i rahmetinden ve mânevî, âli Cennetinden yeryüzüne indirmiş."

Yəni:

Onun üçündür ki, yağışa "rəhmət" adı verildiyi kimi; bu mübarək heyvanlara da, "ənam" adı verilmişdir. Guya, necə ki rəhmət təcəssüm edib yağış olmuşdursa; elə də nemət də təcəssüm edib keçi, qoyun, inək ilə camış və dəvə şəkillərini almışdır. Hərçənd ki, cismani maddələri yerdə xəlq olunur; lakin (bunların) nemət (olma) sifəti və (bunların) rəhmət (olma) mənası, maddəsinə tamamilə qələbə çaldığından, "ənzəlnə/endirdik" təbirilə bir-başa bu mübarək heyvanları, rəhmət xəzinəsinin bir hədiyyəsi olaraq, Rahim və Xaliq olan Allah, yüksək rəhmət mərtəbəsindən və mənəvi, ali cənnətindən yer üzünə endirmişdir.

--------------------------

"Evet, nasıl ki bazan beş paralık bir maddede beş liralık bir san'at derc edilir. O zaman o şeyin maddesi nazara alınmıyor; san'at noktasında kıymet veriliyor: sineğin küçücük maddesi ve içindeki pek büyük san'at-ı Rabbâniye gibi. Bazan beş liralık bir maddede beş kuruşluk bir san'at bulunur; o vakit hüküm maddenindir. Aynen onun gibi, bazan cismânî bir maddede o kadar nimet ve rahmet mânâsı bulunur ki, yüz defa maddesinden ziyade ehemmiyetli oluyor. Âdetâ cismânî maddesi gizlenir; hüküm, nimetiyet cihetine bakar."

Yəni:

Bəli, necə ki:

~ bəzən, 5 qəpiklik bir maddədə, 5 liralıq bir sənət dərc edilir. O vaxt, o şeyin maddəsi nəzərə alınmır; sənət cəhətindən qiymət verilir -(məsələn), milçəyin kiçik maddəsi və içindəki Rabbani sənət kimi-

~ bəzən də, 5 liralıq bir maddədə, 5 qəpiklik bir sənət olur. O vaxt, hökm, maddənin sayılır.

Eynilə bunun kimi, bəzən, cismani bir maddədə, o qədər nemət və rəhmət mənası mövcud olur ki, 100 dəfə maddəsindən çox əhəmiyyətli sayılır. Sanki, cismani maddəsi gizlənir; hökm, nemət (olma) cəhətinə baxır.

------------------------

"İşte, demirin pek azîm menâfii ve çok semereleri, onun maddî maddesini gizlediği gibi, mezkûr mübârek hayvanların dahi her cüz'ünde nimet bulunması, onların cismânî maddelerini güya nimete kalb ettirmiş. Onun içindir ki, cismânî maddelerinin hükmü nazara alınmadan mânevî sıfatları nazara alınmış, وَاَنْزَلْنَا, وَاَنْزَلَ tâbir edilmiştir."

Yəni:

Bax, dəmirin çox əzəmətli mənfəətləri və çox səmərələri, onun maddi maddəsini gizlədiyi kimi; məzkur (yuxarıda zikri keçən) heyvanların da hər parçasında nemət mövcud olması, onların cismani maddələrini, sanki nemətə çevirmişdir. Bunun üçündür ki, cismani maddələrin hökmü nəzərə alınmadan, mənəvi sifətləri nəzərə alınmış, "endirdik, endirdi" (deyə) təbir edilmişdir.

-----------------------

"Evet, وَاَنْزَلْنَا, وَاَنْزَلَ hakikat itibârıyla sâbık nükteyi ifade ettikleri gibi, belâgat noktasında da ehemmiyetli bir mânâyı mûcizâne ifade ediyorlar."

Yəni:

Bəli, "endirik, endirdi" (ləfzləri), həqiqət etibarı ilə, bura qədər danışdığımız mənanı ifadə etdikləri kimi; (bu ləfzlər, ayətin) bəlağatı cəhətində də, əhəmiyyətli bir mənanı, möcüzəvi bir şəkildə ifadə edirlər. (Belə ki):

-----------------------------

"Demir gayet sert fıtratıyla ve gizliliği ve derinliğiyle beraber, her yerde hazır bulunmak ve hamur gibi yumuşatmak hâsiyetini ihsân ettiğinden, herkes, her yerde, her işte kolayca elde etmesini ifade etmek için, وَاَنْزَلْنَا الْحَدِيدَ tâbiriyle, güya fıtrî ve semâvî nimetler gibi, demir âletlerini yukarı bir tezgâhtan indirip beşerin ellerine verilmiş gibi kolaylıkla elde ediliyor. Hem hayvânât cinsinden, sivrisinekten tut, tâ yılan, akrep, kurt, arslana kadar insanlara zararlı vaziyetleriyle beraber, hayvânâtın mühimlerinden olan koca manda ve öküz ve deve gibi büyük mahlûkat gayet derece musahhar, mutî; hattâ zayıf bir çocuğa da yularını verip itaat etmek mânâsını ifade için, وَاَنْزَلَ لَكُمْ مِنَ اْلاَنْعَامِ ثَمَانِيَةَ tâbiriyle, güya bu mübârek hayvanlar dünya hayvanları değil ki, içinde tevahhuş ve zarar bulunsun. Belki mânevî bir Cennetin hayvanları gibi menfaattar, zararsızdırlar. Yukarıdan, yani, rahmet hazinesinden indirilmiştir, diye ifade ediyor."

Yəni:

Dəmir, çox sərt fitrəti və gizliliyi və dərinliyi (yəni, yerin dərinlərində olması) ilə bərabər, hər yerdə mövcud olmaq və xəmir kimi yumşalmaq xüsusiyyətini ehsan etdiyindən, (Hədid/25 ayəti), hər kəs, hər yerdə, hər işdə asanca əldə etməsini ifadə etmək üçün, (ayət), "Dəmiri endirdik." təbirilə, guya, fitri və səmavi nemətlər kimi, dəmir alətlərini yuxarı bir dəstgahdan endirib, bəşərin əllərinə verilmiş kimi, asanlıqla əldə edilirlər (demək istəyir).

(Eynilə), həm heyvan cinsindən olan -ağcaqanaddan tut, ta ilan, əqrəb, canavar, şirə qədər- insanlara zərərli vəziyyətlərilə bərabər, heyvanların mühimlərindən olan camış, öküz və dəvə kimi böyük məxluqat, iləri dərəcədə musaxxar (boyun əydirilmiş), muti (itaətkar), hətta zəif bir uşağa belə cilovunu verib itaət etmək mənasını ifadə üçün,

"O, sizin üçün, 8 cift ənam endirdi." təbirilə, (ayət): "Sanki bu mübarək heyvanlar, dünya heyvanları kimi deyillər, ki, içində təvahhuş (vəhşilik) və zərər olsun. Bəlkə, mənəvi bir cənnətin heyvanları kimi, mənfəətli, zərərsizdirlər. Yuxarıdan, yəni rəhmət xəzinəsindən endirilmişlərdir." deyə ifadə etməkdədir.

-------------------------

"Muhtemeldir ki, bazı müfessirlerin bu hayvanlar hakkında "Cennetten indirilmiştir" dedikleri, bu mânâdan ileri gelmiştir." (haşiye)

"Haşiye: Bazı müfessirler, "Mebde'leri semâvâttan gelmişler" demelerinden muradları şudur ki: Bu en'âm denilen hayvânâtın bekàları rızık iledir ve rızıkları ottur; onların rızkı da yağmurdur. Yağmur ki, âb-ı hayattır ve rahmettir; ve rızık da semâvâttan gelir. "Ve fi's-semâi rizgukum" âyeti buna işaret eder. Madem o hayvanların devam eden müteceddit vücutları semâvâttan gelen yağmur içindedir; semâdan indirilmiş mânâsını ifade eden "Enzele" tâbiri yerindedir."

Yəni:

Bəzi müfəssirlərin, bu heyvanlar haqqında "Onlar, cənnətdən endirilmişlərdir." dedikləri, ehtimal ki, bu mənadan iləri gəlmişdir. (haşiyə)

(Haşiyə:

Bəzi müfəssirlər, "Məbdələri göylərdən gəlmişlərdir." demələrindən muradları budur ki:

Bu "ənam" deyilən heyvanların həyatlarının davamları, ruzi ilədir və ruziləri də, otdur. Otların ruziləri də ---> yağışdır. Yağış ki, "həyat suyu" və rəhmətdir və ruzi (kimi olan su) da, səmadan gəlir. "Göydə də ruziniz vardır." (Zariyat/22) ayəti, buna işarət etməkdədir.

Madam ki, o heyvanların davam edən yenilənən vücudları, səmalardan gələn yağış içindədir. (Elə isə), "səmadan endirilmiş" mənasını ifadə edən "ənzələ/endirdi" təbiri, yerindədir.)

 

(Said Nursi, "Ləmalar", 28-ci Ləma, 26-cı Nüqtə, s. 661-664)

-------------------

-------------------

Əlavələr:

Tövhidin isbatında fayda dəlili:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/tovhidin-isbatinda-fayda-d%C...

 

 

 

 

 

Read 59 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR