Zümər surəsi 68-ci ayətin təfsirini verə bilərsinizmi?

Əbu Hureyrə (radiyallahu anh)'dan belə rəvayət edilir:

Yəhudilərdən bir adam, Mədinə bazarında, 'Musanı insanlar üzərinə seçib tərcih edən (Rəbbim)'ə and olsun.' diyə and içdi. 

Bunun üzərinə Ənsar'dan bir adam (bu yəhudiyə):

'İçimizdə Allah rəsulu (sallallahu aleyhi və səlləm) olduğu halda, sən bu sözü (necə) söyləyərsən?' diyərək əlini qaldırıb onu vurdu. 

Sonra o hadisə Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə bildirildi. Bunun üzərinə Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

"Allah (azzə və cəllə):

'---وَنُفِخَ فِى ٱلصُّورِ فَصَعِقَ مَن فِى ٱلسَّمَـٰوَ‌ٰتِ وَمَن فِى ٱلْأَرْضِ إِلَّا مَن شَآءَ ٱللَّهُ ۖ ثُمَّ نُفِخَ فِيهِ أُخْرَىٰ فَإِذَا هُمْ قِيَامٌ يَنظُرُونَ---'

'---Sur üfürüləcək və Allahın istədiyi kimsələrdən başqa göylərdə və yerdə kim varsa, hamısı öləcəkdir (şiddətli qorxudan dolayı özündən gedəcəkdir). Sonra bir daha ona üfürülən kimi onlar qalxıb baxacaqlar.---' (Zümər/68) buyurmuşdur.

Mən, başımı qaldıranlardan ilki olaram. O anda Mən, Ərşin ayaqlarından birini tutan Musa ilə qarşılaşaram. Artıq bilmirəm O, başını Məndən əvvəl mi qaldırdı, yoxsa O, Allah (azzə və cəllə)'nin ölməkdən (şiddətli qorxudan dolayı özündən getməkdən) müstəsna tutduğu kimsələrdən mi oldu?!

Kim də:

'Mən, Yunus b. Mətta'dan daha xeyirliyəm (üstünəm) deyərsə, şübhəsiz yalan söyləmiş olar."

(İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Ba's (yəni ölümdən sonra dirilmə) haqqında gələn hədislər babı", hədis no: 4274)

Not: Heysəmi, "Məcmau'z-Zəvaid"də sənədinin səhih, ravilərinin də siqa olduğunu" söyləmişdir.

-----------------------

İzahı:

Bu hədisin mislini:

• Tirmizi: "Zümər surəsinin təfsiri" bölməsində rəvayət edərək, hədisin həsən-səhih olduğunu söyləmişdir.

• Buxari: "Husumət, Tövhid və Riqaq" bölmələrində;

• Muslim: "Musa (əleyhissəlam)'ın fəzilətləri" bölməsində;

• əbu Davud: "Sünnət" bölməsində; və 

• Nəsai: "Nuut və Təfsir" bölmələrində, 

bunun bənzərini rəvayət etmişlərdir.

------------------

"Saak": Şiddətli qorxudan dolayı özündən getmək, ildirim vurması və ölmək kimi mənalara gəlir.

Zümər/68 ayətində keçən "saak", müfəssirlərin çoxuna görə, ölmək mənasındadır. Bəzilərinə görə isə, özündən gedib yıxılmaq mənasındadır.

Müfəssirlərin əksəriyyətinə görə, ayətdə bəyan edilən Sura ilk üfürmək nəticəsində, Allahın dilədikləri kimsələr xaricində qalan, göylərdə olanların və yerdə olanların hamısı ölür. 

Sura ikinci dəfə üfürmək nəticəsində də, ölülərin hamısı dirildilir.

Birinci dəfə üfləmə nəticəsində ölmələri təqdir edilməyən və Allahın diləməsi ilə həyatda qalanların kimlər olduğu xüsusunda fərqli rəvayətlər vardır. 

• Bir rəvayətə görə, onlar, şəhidlərdir. 

• Digər bir rəvayətə görə, 4 böyük mələkdir.

• Üçüncü bir qövlə görə, Ridvan, Malik isimli 2 mələk ilə hurilər və zəbanilərdir.

----------------------------

Bu hədisə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) qiyamət günü başını qaldıracağı zaman, Musa (əleyhissəlam)'ın Ərşin bir ayağını tutmuş halda görəcək və Allah rəsulu (sallallahu aleyhi və səlləm), Musa'nın özündən əvvəl mi başını qaldıracağını və ya ayətdə istisna edilən şəxslərdən biri mi olduğunu bilə bilməmişdir.

Burda açıqlanması gərəkli olan 2 nöqtə var:

• Birincisi: Musa (əleyhissəlam) vəfat etmişdir. Qiyamətin qopacağına yaxın zamanda, Sura ilk üfürüldüyündə, Musa (əleyhissəlam)'ın həyatda qalmaq üzərə istisna edilən şəxslərdən olması necə ola bilər?

• İkincisi: Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in ilk diriləcək olan şəxs olduğu səhih hədislərlə sabit ikən, Musa (əleyhissəlam)'ın özündən öncə başını qaldırması ehtimalı necə izah edilə bilər?

Muslim'in əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət etdiyi buna bənzər hədisin izahı bölməsində, Nəvəvi icmal olaraq belə deyir:

"Qadı İyad demişdir ki:

Bu, çözülməsi və izahı ən çətin hədislərdən biridir. Çünki Musa (əleyhissəlam) vəfat etmişdir. Qiyamətə yaxın zamanda baş verəcək Sura ilk üfürmə hadisəsinə necə yetişə bilər və ya bundan necə təsirlənə bilər?

Çünki bundan təsirlənmək, həyatda olanlara məxsusdur. Sura üfürüldüyündə həyatda qalmaları təqdir edilənlər arasında Musa (əleyhissəlam)'ın olması necə ola bilər?

Çünki belə bir istisna, onun həyatda olduğuna dəlalət edər. Halbuki Onun həyatda olduğuna dair və ya öldükdən sonra dirildiyinə dair heç bir şey varid olmamışdır.

Bu etibarla, hədisdə bəyan edilən "saak": qiyamət qopduqdan və ölülər diriltdirildikdən sonra, göylərin və yerin yarıldığı zaman meydana gələcək şiddətli qorxu saakı ola bilər.

Yəni o zaman təkrar sura bir üfürmə hadisəsi meydana gələr və hər kəs şiddətli qorxudan dolayı özündən gedib yerə yıxılar. 

Musa (əleyhissəlam) isə, Tur dağında Allah Taala'nı görmək istədiyində, başına gələn özündən getmə hadisəsi dolayısı ilə, qiyamət günü baş verəcək bu saak təsirindən və özündən getməsindən uzaq tutulmuş olar.

--------------------------

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in:

"Bilmirəm Musa, Məndən əvvəl mi başını qaldırdı?" 

ifadəsi, Onun şəxsinin, hər kəsdən əvvəl dirildiləcəyi hökmünün, özünə bildirilmədən əvvəlki dönəmə aid ola  bilər. 

Belə bir ehtimal da var:

Muslim və əbu Davud'un rəvayət etdikləri əbu Hureyrə (radiyallahu anh)'ın bir hədisində Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"...Mən, qəbirdən dirildiləcəklərin ilkiyəm..." buyurmuşdur.

Bu hədis belə də açıqlana bilər:

Yəni, "Mən, qəbirləri yarılıb ilk diriləək zümrədənəm." 

Bu zümrə peyğəmbərlər zümrəsidir. Musa (əleyhissəlam) da, bu zümrəyə daxil olduğu üçün, Allah rəsulu (sallallahu aleyhi və səlləm), Onun özündən əvvəl mi qalxdığını bilmədiyini ifadə etmiş ola bilər. 

Qadı İyad (rahiməhullah)'ın sözü burda bitdi.

• imam Sindi (əl-Hənəfi) hədisin izahında belə deyir:

"Musa, çox əvvəl vəfat etdiyi halda, qiyamətə yaxın zamanda meydana gələcək Sur üfürmə əsnasında, ölənlərdən istisna edilməsi və ya ölənlər içində olması necə ola bilər?" diyə sual xatirə gəlir. 

Bu suala belə cavab veririk:

"Peyğəmbərlər, qəbirlərində həyatlarını davam elətdirirlər. Bu etibarla, qiyamətə yaxın zamanda meydana gələcək Sura üfürmə hadisəsindən təsirlənmələri və ya təsirindən uzaq tutulmaları mümkündür."

------------------------

Yəhudinin Musa (əleyhissəlam)'ın seçkinliyini ifa edər mahiyətdə and içməsi hadisəsi ilə bağlı olaraq, Buxari və Muslim'dəki bir rəvayətə görə, yəhudi, satışa ərz etdiyi bir malına verilən ücrəti az görüncə, belə and içmişdi.

Digər bir rəvayətə görə, özü ilə bir müsəlman arasında çıxan münaqişə səbəbilə müsəlman:

"Muhamməd (sallallahu aleyhi və səlləm)'i aləmlərə üstün qılan (Allah)'a and içirəm."

diyə and içmiş və buna qarşılıq, yəhudi də:

"Musa (əleyhissəlam)'ı aləmlərə üstün qılan (Allah)'a and olsun." diyə and içmişdi.

Bunun üzərinə Müsəlman kimsə, yəhudini vurmuşdu.

Müsəlmanın yəhudiyə vurması səbəbilə bağlı olaraq hafiz ibn Həcər Asqalani belə deyir:

"Müsəlman, yəhudinin and içmə şəklinin ümumi olmasından dolayı əsəbləşmişdi. Çünki bu ümumi ifadəyə görə, yəhudi, Musa (əleyhissəlam)'ın Muhamməd (sallallahu aleyhi və səlləm)'dən də üstün olduğunu iddia etmiş  beləcə yalan demişdi. 

Müsəlman kimsə isə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in bütün peyğəmbərlərdən üstün olduğunu bildiyi üçün, yəhudini, söylədiyi yalandan dolayı cəzalandırmaq üzərə vurmuşdu."

Vurma hadisəsi Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə çatdığında, O, Musa (əleyhissəlam)'ın fəzilətini bəyan etmişdi.

Yəni yuxarıda bildirilən Qadı İyadın izahına görə, qiyamət qopub insanlar dirildikdən sonra baş verəcək Sura üfürülmə hadisəsi nəticəsində, istər Musa (əleyhissəlam) özündən getmə xaricində tutulanlardan olsun, istər Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm)'dən əvvəl qalxanlardan olsun, hər 2 ehtimala görə, onun bu cəhətdən insanlara üstünlüyü, məziyyəti vardır.

Bu etibarla, yəhudini belə bir sözündən dolayı vurmamaq lazımdır.

--------------------------

Hədisin sonundaki:

"Kim də: Mən Yunus b. Mətta'dan daha xeyirliyəm (üstünəm) deyərsə, şübhəsiz yalan söyləmiş olar."

hissədə keçən "Mən" əvəzliyi, bir söz söyləyən kimsəyə aid ola bilər. 

• Bu təqdirdə məna belə olur:

"Hər hansı bir kimsə, öz şəxsinin Yunus b. Mətta (əleyhissəlam)'dan üstünlüyünü iddia etməsin, edərsə, yalan söyləmiş olar."

• İkinci bir ehtimal: 

Cümlədə keçən "mən" əvəzliyinin Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə aid olmasıdır. 

Bu təqdirdə cümlənin mənası belə olur:

"Kim Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in Yunus peyğəmbərdən üstün olduğunu söyləyərsə, yalan söyləmiş olar."

• Birinci izaha görə, yalandan məqsəd küfürdür. Çünki peyğəmbər olmayan bir kimsənin, bir peyğəmbərdən üstün olması düşünülə bilməz.

"əl-Mirqat" əsərində bildirildiyi kimi, peyğəmbər olmayan bir kimsənin, bir peyğəmbərdən üstün olduğunu söyləməsi, küfrə bərabər bir yalan sayılır.

• İkinci izaha gəlincə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), bütün məxluqatdan üstündür. 

Muslim və əbu Davud'un rəvayət etdikləri:

"---...انا سيد ولد آدم...---"

"Mən, Adəm nəslinin seyyidiyəm (böyüyüyəm)." hədisi kimi bir çox dəlil, Onun bütün insanlardan üstün olduğuna dəlalət edər.

Bu etibarla, yuxarıdakı hədisin son cümləsi, ikinci şəkildə açıqlandığı təqdirdə, bu buyuruğun əvvəl buyurulduğu və daha sonra məxluqatdan üstünlüyü Allah tərəfindən özünə bildirildiyi yolunda izah verilmiş olur.

• İkinci izahla bağlı olaraq, digər ehtimal budur:

"Allah rəsulu (sallallahu aleyhi və səlləm), Yunus (əleyhissəlam)'ın Quranda bəyan edilən məsələsindən dolayı, cahil kimsələrin Yunus (əleyhissəlam)'ın mərtəbəsinin aşağı olduğunu sanmamaları üçün və bəhs mövzusu məsələnin, Onun peyğəmbərlik dərəcəsindən düşürtmədiyini bildirmək məqsədilə belə buyurmuşdur."

Read 7 times
In order to make a comment, please login or register