Çox yemənin zərərləri nələrdir?
Qur`an-i Kərim, İslamiyyət`dən öncəki dinlərdə də orucun fərz olunduğunu bildirir. Hz. Peyğəmbər (sallallahu aleyhi və səlləm) çox açıq ifadələrlə az yeməyi tövsiyə etməkdə və belə buyurmaqdadır:
"Adəmoğlunun doldurduğu ən zərərli qab qarınıdır. Adəmoğluna belini dikəldəcək qədər loxma kifayət edər. Əgər Adəmoğluna nəfsi qələbə çalar da çox yemə məcburiyyətində qalarsa, bu halda qarınını üçə ayırsın; biri yemək, biri su, biri də rahat nəfəs üçün olsun..."
Rəsulullah`ın (aleyhissalâtu vəssəlâm) biri səhər, biri də axşam olmaq üzrə gündə iki dəfə yediyi, yemək yeyincə də yaxşıca doymadan süfrəni tərk etdiyi rəvayətlərdə ifadə edilmişdir. Abdullah İbn-i Ömər(Allah ondan razı olsun), səhabələrin doyana qədər xurma belə yemədiklərini söyləyər. Hz. Aişə (r. anha), Rəsulullah`ın (asm) vəfatından sonra ümmətdə zühur edən ilk bəlanın toxluq olduğunu söyləmişdir.
İslam alimləri Sünnədə gələn bu tövsiyələrə dayanaraq, ittifaqla, çox yemənin zərərlərinə diqqət çəkərlər. Məsələn İbn-i Sina, "Bütün xəstəliklər yeyilən və içilən şeylərdən irəli gəlir" deyər. Qəzali: "İnsanoğlunu fəlakətə atan şeylərin ən böyüyü qarın şəhvətidir. Hz. Adəm (as) və Həvva da bu səbəblə cənnətdən çıxdı... Qarın, dərdlərin və fəlakətlərin nəşvü nəmə tapdığı (bitib böyüdüyü) yerdir." deyər. Alimlərimiz, Quran-i Kərimdə keçən: "Yeyin, üçün, lakin israf etməyin." ayəsini nəzərdə tutaraq: "Cənab-ı Haqq tibbi yarım ayədə xülasə etmişdir." demişlər.
Qəzali, İbni Sina kimi İslam alimlərinin bəslənmə barəsində iki prinsipdə israr etdikləri görülər:
1. Həqiqi aclıq hiss edilmədən, yəni yaxşıca acmadan yemək yeməmək.
2. Həqiqi iştah mövcud ikən, yaxşıca doymadan süfrəni tərk etmək.
İki yemək arasında heç bir şey yeməmək lazım olduğunu da ayrıca qeyd edək.
Xəstəliklərə qarşı dözmək üçün çox yemək lazım olduğu fikri səhvdir. Bu fikir, qida sənayesinin ortaya çıxmasıyla, sənayeçilər tərəfindən istehsal etdikləri mallara daha çox alıcı cəlb etmək üçün qəsdən ortaya atılmış, edilən təbliğat və reklamlarla zehinlərə yaxşıca yeridilmişdir. Son dərəcə zərərli bir nağd hökmdür.
Səhhət üçün yemək lazım olduğu fikirinin yanlışlığını göstərmək üçün, günlər və hətta həftələrcə aç qalan insanlarda ürək və beyin kimi bədənin dəyərli orqanlarının ağırlıqlarında heç bir itkinin olmadığı göstərilir. İbn-i Xəldun çox yeməyə öyrəşən kəslərin qıtlığa məruz qaldıqları zaman, az yeməyə öyrəşənlərə nəzərən daha çox əziyyət çəkdiklərini qeyd etdikdən sonra: "Onları öldürən qarşılaşdıqları aclıq deyil, daha öncə öyrəşmiş olduqları toxluqdur." deyər.
İfadə edildiyinə görə vücud, acdığı zaman, bünyədə yığılmış olan zərərli maddələri yeyərək təmizləmək surətiylə bir çox xəstəliyin amillərini aradan qaldırmaqdadır. Bu səbəblə Dr. Bertholet oruc üçün: "Bıçaqsız əməliyyat." təbirini istifadə etməkdədir. İlk günlərdə orucluda görülən ağız qoxusu, sözünü etdiyimiz zərərli maddələrin təmizlənmə və təmizlik edilməsi səbəbiylə ortaya çıxmaqdadır. Müalicə əlaməti olan bu qoxu üçün Allah Rəsulu(aleyhissalâtu vəssəlâm),
"Nəfsimi qüdrət əlində tutan Allah`a and içərəm ki oruclunun ağız qoxusu, Allah qatında müşk qoxusundan daha xoşdur." deyər.
Dini əmrlərdə birinci hədəf Allah rizası olduğu üçün bütün əməllərin mənəvi yönü, Allah`a baxan cəhəti göstərilərək təşviq edilməkdədir. Bunların dünyəvi faydaları, fərdi və ictimai xeyirləri də təmin etdiyini hamımız bilirik. Oruc üçün də vəziyyət belədir. Nasslarda sağlamlıq yönü haqqında israr edilmiş olmaması yoxluğuna dəlil təşkil etməz. Oruca olan təşviqə verilən əhəmiyyətə hər yönü daxildir.
Orucun digər ibadətlər arasında neə önəmli bir yer tutduğunu bu hədis-i qutsidən öyrənməkdəyik: Cənab-ı Haqq belə buyurur:
"Hər xeyirli əməl, on mislindən yeddi yüz mislinə qədər mükafat görər. Oruc bundan müstəsnadır. Çünki o Mənə məxsusdur, onun mükafatını da ancaq Mən verərəm."
- Az yemə və içmənin faydaları nədir? Yemək yemədə ölçü nə olmalıdır?
- ORUCUN ƏSL MƏNASI VƏ RUHU
- ORUCUN ƏSL MƏNASI VƏ RUHU
- Sünnə nə deməkdir?
- Qadının kişilər olan məclislərdə oynaması və hicabını açması...
- Peyğəmbərimizi (s.ə.s.) himayəsinə alan Əbu Talib və xanımı Fatimə xatunun Əfəndimizə qarşı davranışları necə idi?
- İbn-i sina
- Peyğəmbərimizin (sallallahu alehyi və səlləm) Ramazanı
- Peyğəmbərimizin (sallallahu alehyi və səlləm) Ramazanı
- ORUC