Fitrə Sədəqəsi Nədir?

Sədəqə-i fıtır (fitrə sədəqəsi) Ramazan ayının sonuna çatan və əsl ehtiyaclarından başqa ən az nisab miqdarı bir mala sahib olan hər müsəlmanın verməsi lazım olan vacib bir sədəqədir. Buna yalnız fıtra da deyilir. Bu söz xalq arasında fitrə şəklini almışdır. 

Fıtır sədəqəsi (fitrə), insanın yaradılışına bir şükür olmaq üzrə savab qazanmaq niyyəti ilə verdiyi sədəqə deməkdir.

Fitrə, orucun qəbuluna, ölüm sərxoşluğu və qəbir əzabından qurtuluşa bir vəsilədir. Yoxsulların ehtiyaclarını aradan qaldırmağa, bayram gününün nəş'əsindən onların da istifadə etmələrinə bir yardımdır. Bu cəhətlə fitrə, insanî bir xeyir və mədəni bir vəzifədir.

Fitrə Kimlərə vacibdir?

Fitrə vermək üçün şərt olan, müsəlman olmaq, azad olmaq və əsl ehtiyaclar xaricində nisab miqdarı mala sahib olmaqdır. Ağıl və büluğ fitrədə şərt deyildir. Zəngin ağıl xəstələrinin və uşaqların fitrəni, vəliləri tərəfindən verilməlidir.

Fitrə vacib olduqdan sonra nisab miqdarı olan mal tələf olsa belə, fitrənin ödənməsi şərtdir.

Fitrə Nə Zaman ödənməlidir?

Fitrə, Ramazan bayramının birinci günü sabahı, fəcrin doğuşundan etibarən vacib olar. Fitrə vermənin müstəhəb olan şəkli isə, fəcrin doğuşundan etibarən namazdan çıxmadan öncə kasıblara verilməsidir. Lakin fitrənin bayramdan bir neçə gün, hətta bir neçə ay əvvəldən verilməsində də bir bəis yoxdur. Beləcə kasıbların bayram ehtiyaclarını əvvəldən qarşılamaları, nöqsanlarını təlâfi etmələri təmin edilmiş olar. Zamanında ödənməyib sonraya qalan fitrələr isə, mümkün olan ilk fürsətdə ödənməlidir.

Bu görüş İmam Əbu Hənifə'nindir. Digər üç İmama görə, fitrə, Ramazanın son axşamı günəşin batmasından etibarən vacib hala gələr. Ödəmənin bayram namazından sonraya gecikdirilməsi də caiz deyildir.

Ramazan bayramının 1-ci günü fəcrin doğuşundan əvvəl vəfat edən və ya kasıb olan kimsəyə fitrə vermək vacib olmaqdan çıxar. Fəcrin doğuşundan sonra vəfat edən zənginə isə, fitrə vacibdir. Mirasından ödənər.

Nisab miqdarına çatan mal, fitrənin vâcib olmasından sonra, ödənmədən tələf olsa fitrə sakit olmaz (hökmdən düşməz).

Kimler Fitrə Verər?

Nisab miqdarı malı olan bir müsəlman, həm özü üçün, həm kasıb olan uşaqları üçün, həm də xidmətçisi üçün fitrə verər. Zəngin olan uşaqların fitrəni, İmam-ı A'zam'a görə o uşağın malından verilər. İmam-ı Muhammədə görə isə, onu da atası verər.

Həddi buluğa girməklə yanaşı ağılı tarazlığı yerində olmayan uşaqların fitrəsini də yenə atası verər. Hələ doğmayan uşaq üçün isə, fitrə verilməz.

Bir kimsə, öz evində yaşasalar belə, atası, anası, babası, nənəsi üçün fitrə verməklə mükəlləf deyildir. Qohumlar da belədir. Ataları həyatda olsun olmasın baba, oğlunun kasıb uşaqları (nəvələri) üçün fitrə verməklə mükəlləf deyildir.

Bir kimsə öz xanımıyla böyük və ağıllı olan oğlunun fitrəsini verməklə mükəlləf deyildir. Çünki bunlar özlərinə sahib və tək başlarına istədiklərini etməyə səlahiyyətlidirlər. Lakin bunların icazəsini alaraq ərin və ya atanın onlar yerinə fitrə verməsi caiz olar. Və bunlar öz evində və idarəsi altında olsalar icazəsiz də verə bilər. Lakin əsas olan hər kəsin öz fitresini öz malından ödəməsinin.

İmam-ı Şâfiî'yə görə qadının fitrəsini qadın zəngin belə olsa əri ödəyər. Fitrə zəkat kimi verən tərəfindən niyyət edilməlidir. Və kasıblara təmlik surətiylə verilib kasıbın mülkiyyətinə keçirilməlidir. Fitrə verərkən verilən şeyin fitrə olduğunu ifadə şərt deyildir.

Fitrəni aralarında evlilik və ya atalıq - oğulluq (üsul - füru ') əlaqələri olanlar bir-birlərinə verə bilməzlər. Məsələn bir kimsə fitrəsini kasıb olan ərinə və ya atasına və ya oğluna verə bilməz.

Fitrə Necə ödənilər?

Bir kimsə fitrəsini bir kasıba verə bilər. Lakin bir fitrə bölünərək bir neçə kasıba verilə bilməz. Bir neçə nəfər fitrələrini birləşdirib tək bir kasıba verə bilərlər.

Bir neçə fitrə sahiblərinin icazəsi ilə qarışmış halda kasıblara verilə bilər. Hər fitrəni ayrı-ayrı vermək lüzumu yoxdur. Bununla yanaşı ayrı-ayrı verilməsi daha gözəl görülmüşdür.

Fitrələr mükəlləfin yerləşdiyi yerin kasıblarına verilməlidir. Başqa yerlərə göndərilmək məkruhdur.

Fitrənin miqdarı nə qədər?

Fitrə başlıca 4 maddə üzərindən verilər:

1 - Buğda və ya buğda unundan. Bunun vâcib olan miqdarı, yarım sa '(520 dirhəm: 1667 qram.) dır.

2 - Arpadan və ya arpa unundan. Bunun miqdarı isə, bir sa '(1040 dirhəm: 3333 qram.) dır.

3 - Hər cür quru üzümdən. Bunun miqdarı da bir sa '(3333 qram.) dır.

4 - Quru xurmada. Bunun miqdarı isə yenə 1 sa '(3333 qram.) dır.

Bu 4 qida maddəsindən hər hansı birinə görə fitrə verilə bilər. Bu fitrə eynilə xurma, buğda, üzüm olaraq verilə biləcəyi kimi, qiymətləri pul olaraq da verilə bilər. Hətta qiymətlərinin pul olaraq ödənməsi, daha da üstündür.

Şəxsin fitrəsini verərkən öz maliyyə imkanını və zənginliyini nəzərə alaraq, fitrəsini bu 4 qida maddəsindən birinin qiyməti üzərindən ödəməsi lazımdır. Məsələn çox zəngin olanlar fitrələrini xurmanın dəyəri üzərindən ödəməlidirlər. Çünki ən yüksək fitrə miqdarı xurmadır. Onun o zənginliyinə münasib olan, fitrəsini xurma üzərindən ödənilməlidir. Artıq zənginlik dərəcəsinə görə, quru üzüm, arpa və buğda olmaq üzrə fitrə ödənəcək qida maddəsi dəyişər. Hər il Ramazan ayında, müftülüklər bu 4 qida maddəsinə olan fitrə əvəzlərini elan edirlər. O əvəzlərə görə fitrəni ödəmək mümkündür.

Fitrə Sədəqəsi...

FİTRƏ SƏDƏQƏSİ

Read 940 times