Hicri Yeni İlimiz xeyirli olsun...

Hicri yeni ilimiz xeyirli olsun ...

 

Artıq Hicri 1438-ci ildəyik. Suallarla İslam ailəsi olaraq bütün qardaşlarımızın hicri yeni ilini təbrik edirik. Bu vəsiləylə aşağıdakı suallarla əlaqədar qısaca məlumat vermək istəyirik:

- Hicri təqvim nədir; nə vaxtdan bəri tətbiq olunur?

 

- Hicri yeni ilin ilk ayı olan Muhərrəm ayına xas bir ibadət var?

 

- Peyğəmbərimiz hicri yeni ili necə qarşılamışdır?

 

- Aşura günü nədir? Aşura gününə xas bir ibadət şəkli var?

Hicri tarix, Hz. Muhəmmədin (s.a.s) Məkkədən Mədinəyə hicrətiylə başlayır. Ancaq təqvim başlanğıcı olaraq bu tarix, Hz. Ömər dövründə qəbul olunmuşdur. Ondan əvvəl ərəblərin müəyyən bir tarixi yox idi. Bəzi əhəmiyyətli hadisələri (Hz. İbrahimin alova atılmasını, Fil hadisəsi və s.) tarixə başlanğıc olaraq göstərirdilər.

Hicrətdən on altı il sonra (638), dövrün xəlifəsi Hz. Ömərin əmri ilə Mədinədə bir məclis toplanaraq, tarix məsələsinə bir həll yolunun tapılması istəndi. Hz. Əlinin təklifi və məclisdə olanların qəbulu ilə Hz. Muhəmmədin (a.s.v) hicrəti, İslam tarixinin başlanğıcı və Muhərrəmin də bu ilin ilk ayı olması qərarlaşdırıldı. Belə bir tətbiqin qoyulmasına səbəb olaraq bu iki xüsus göstərilir. Hz. Ömər dövründə təqdim edilən bir borc sənədində ödəmə üçün vədə tarixi olaraq göstərilən Şaban ayının, keçən ilinmi yoxsa gələcək ilinmi olduğu bilinməmişdi. Bundan əlavə eyni dövrdə Bəsrə valisi olan Əbu Musa əl-Əş'aridən gələn bir yazıda Xilafət məqamında göndərilən kağızların hansının əvvəl hansının sonra olduğu və hansının hökmüylə hərəkət edilməsi gərəkdiyinin bilinməməsi cəhətiylə, bu problemin təcili olaraq həll edilməsi tələb olunurdu. Bu səbəblərlə Hicrət İslam tarixinə başlanğıc təşkil etmişdi.

Hicri-Qəməri il, on iki aydır. İlk ayı olan Muhərrəm ilə birlikdə Rəcəb, Zilqədə və Zilhiccərə Ərəblər "əşhuri hurum" adı verir və bu aylarda müharibə və hər cür şiddətdən uzaq dururdular.

Hz. Muhəmməd (s.a.s) bu ayın doqquz, on və on birinci günləri oruc tutmağı əshabına tövsiyə etmişdi. Peyğəmbər Əfəndimiz buyurur ki: "Ramazan orucundan sonra tutulan orucların ən fəzilətlisi Allaha izafət (sayğı, bağlılıq) ilə şərəfləndirilən Muhərrəm ayındakı orucdur" (Riyazus-Salihin, II, 504). Digər hədislərdə, Muhərrəm ayının onuncu gününə rast gələn və bir çox əhəmiyyətli hadisənin cərəyan etdiyi "Aşura Günündə tutulan orucun bir il əvvəl edilən xəta və günahların bağışlanmasına vəsilə olacağı müjdələnmişdir" (Riyazus-Salihin, II, 509).

Əməvilərin ikinci hökmdarı Yezid zamanında və hicri 61 / miladi 680-ci il Muhərrəm ayının onuncu cümə günündə baş verən Hz. Hüseynin şəhadəti məsələsindən ötəri Şiələrə görə o gün matəm günü sayılmış və bu matəm daha sonra geniş miqyasda və rəsmi bir mahiyyətə bürünmüşdür.

Aşura günü deyilən Muhərrəm ayının onuncu günündə tarixdə bir çox əhəmiyyətli hadisənin meydana gəldiyi rəvayət edilir. Bunlar arasında bu hadisələri saymaq mümkündür:

- Nuhun (ə) gəmisinin tufandan qurtulub Cudi dağının təpəsinə oturması bu günə rastlayır. Bilindiyi kimi bu hadisə, Hz. Nuha iman gətirənlərin bir gəmi vasitəsilə xilas olduğu və inkarçıların da tamamilə yox olub getdiyi bir hadisə olmuşdu.

- Bununla birlikdə, Hz. Adəmin tövbəsi,

- Hz. İbrahimin alovdan xilas olması və

- Hz. Yakubu oğlu Hz. Yusifə qovuşması bu günə təsadüf edir.

- Digər tərəfdən Muhərrəm ayının on altıncı günü Qüdsün qiblə təyin edildiyi və

- On yeddinci gündə Fil əshabının gəldiyi gün olduğu nəql edilənlər arasındadır.

Muhərrəm ayının Osmanlılar dövründə də ayrı bir yeri var idi. Bu ay səbəbindən şairlərin yazdığı və "Muhərrəmiyyə" adı verilən mənzum şeirlərin sayı olduqca çoxdur. Bundan başqa yeni ilin əvvəli olması səbəbiylə bu ayda, dövlət ərkanı, padşahın hüzuruna çıxaraq yeni ili təbrik edir və padşahın "Muhərrəmiyyə" deyilən hədiyyələrini alardılar.

Muhərrəm ayı  Osmanlı arxivlərində "Muhərrəmul-Haram" şəkliylə keçir və qısaca "mim" rəmziylə göstərilir. (Mefail HIZLI - Şamil İslam Ensiklopediyasından)

Əlavə məlumat üçün klikləyin:

Hicri Yeni il Nədir?

Read 401 times