Kəramət - 2

 

 

İmam Fəxrəddin ər-Razi, "Məfatihu'l-Ğeyb" təfsirində, Kəhf surəsi/19-22-ci ayətlərin təfsirində deyir:

✓ Altıncı məsələ: Övliyanın kəramətinə dəlil:

Sufi alimlər, "kəramət" görüşünün doğruluğuna, bu ayətlə istidlal etmişlərdir. Ki, bu, açıq bir istidlaldır.

Biz, bu məsələni burda, təfsilatlı bir şəkildə ələ alacağıq. Bu səbəblə, biz, deyirik ki:

Kəramətin caiz olduğunu göstərən dəlillərə girmədən əvvəl, bu müqəddiməni ərz etmək ehtiyacı duymaqdayıq:

"Vəli"nin tərifi (Vəli kimdir?)

• Birinci müqəddimə: Bu müqəddimə, "vəli"nin nə demək olduğunun bəyanı xüsusundadır. Bu səbəblə, biz deyirik ki, burda bu 2 izahı vermək lazımdır:

a. Bu kəlimənin, eynilə "alim" və "qədir" kimi ism-i failin (feldən törəyən və işi görəni göstərən isim cinsindən kəlimələr) mübaliğə vəznlərində olmasıdır. 

Buna görə, "vəli": "Araya heç bir günah girmədən, ibadətləri bir-birinə əlavə edilən və ibadətləri bir-birini izləyən kimsə" deməkdir. 

b. Bu qəlibin, eynilə "qatil/qətl edən" və "cərih/yaralayan" kəlimələrinin, "məqtul/qətl edilən" və "məcruh/yaralı" mənalarında olması kimi, məfulun (failin felinin təsir etdiyi şey) mənasında olmasıdır. 

Buna görə, "vəli": "Allahın Öz qoruması altına aldığı; və onu, hər cür günah növündən qoruduğu; Özünə itaətə müvəffəqqiyyəti davam etdirdiyi kimsə" deməkdir. 

Bil ki, bu isim, Allah Taala'nın:

ٱللَّهُ وَلِىُّ ٱلَّذِينَ ءَامَنُوا۟...

~ "Allah, iman edənlərin Vəli'sidir." "(Bəqərə/257);

أَنتَ مَوْلَىٰنَا فَٱنصُرْنَا عَلَى ٱلْقَوْمِ ٱلْكَـٰفِرِينَ...

~ "Sən, bizim Mövlamızsan! Kafirləri məğlub etməkdə bizə yardım et!” (Bəqərə/286);

إِنَّ وَلِۦِّىَ ٱللَّهُ ٱلَّذِى نَزَّلَ ٱلْكِتَـٰبَ ۖ وَهُوَ يَتَوَلَّى ٱلصَّـٰلِحينَ 

"Şübhəsiz, mənim Vəlim, Kitabı nazil edən Allahdır. O, əməlisalehlərə vəlilik edir." (Əraf/196);

ذَ‌ٰلِكَ بِأَنَّ ٱللَّهَ مَوْلَى ٱلَّذِينَ ءَامَنُوا۟ وَأَنَّ ٱلْكَـٰفِرِينَ لَا مَوْلَىٰ لَهُمْ 

"Bu, ona görədir ki, Allah möminlərin Mövla'sıdır. Kafirlərin isə, heç bir mövlası yoxdur." (Muhamməd/11);

إِنَّمَا وَلِيُّكُمُ ٱللَّهُ وَرَسُولُهُ

"Sizin Vəliniz, yalnız Allah, Onun elçisi..." (Maidə 55) ayətlərində bildirilən mənanın (himayə etmək, qorumaq mənasının) eynisidir. 

Mən (Razi) deyirəm ki:

Ərəbcədə "vəli" kəliməsi: "yaxın olan" deməkdir. Buna görə qul, ibadətlərinin, ixlasının çoxluğu səbəbilə Allaha yaxınlaşıb; Rəbb Taala da lütf və ehsanı ilə ona yaxınlaşdığında, bax bu nöqtədə vəlilik gerçəkləşir. 

----------------------------------------------------------------------------------------------

• İkinci müqəddimə: Bir insanın əlində fövqə'l-adi bir fel meydana gəldiyində, bu, ya bir iddia ilə bağlı olaraq meydana gəlmiş olur, ya da belə olmur.

1. Bir iddiadan dolayı meydana gələn birinci qismə gəlincə, bu iddia:

~ ya uluhiyyət;

~ yaxud nübüvvət;

~ və yaxud vəlayət;

~ yaxud da sehr və şeytana itaət iddiası olur. Bundan dolayı, beləcə, bu 4 qisim olmuş olur:

~ Birinci qisim: Bu qisim, uluhiyyət iddiasında olmaqdır. 

Alimlərimiz, heç bir muaraza olmadan (yəni onlar, buna qarşı çıxmadan), uluhiyyət iddiasında olan kimsənin əlindən qeyr-i adi halların zühur etməsini, caiz görmüşlərdir. 

Rəvayət edildiyinə görə, Firon, uluhiyyət iddiasında olmuş və onun əlindən, qeyr-i adi şeylər zühur etmişdir. Bu cür şeylər, Dəccal üçün də nəql edilmişdir. 

Alimlərimiz, belə demişlərdir:

"Bu, ola bilər. Çünki onun şəkil və şəmaili (əxlaq və davranışları), onun yalançı olduğunu, zatən göstərməkdədir. Bundan dolayı, onun əlində qeyr-i adi halların zühur etməsi, hər hansı bir qarışıqlığa səbəbiyyət verməz."

~ İkinci qisim: Peyğəmbərlik iddiasında olmaq demək olan bu qisim də, ikiyə ayrılır. 

Çünki bunu iddia edən:

1. Ya doğru söyləməkdədir;

2. Ya da yalan. 

1. Əgər doğru söyləyirsə, onun əlindən fövqə'l-adi halların zühur etməsi, vacib olur. Bu, peyğəmbərlərin nübüvvətinin doğruluğunu qəbul edən hər kəs haqqında "müttəfəqun aleyh" / üzərində ittifaq edilən bir məsələdir. 

2. Əgər yalançıdırsa, onun əlindən qeyr-i adi halların zühur etməsi, caiz olmaz. Fərz edək ki, zühur etsə belə, onda, mütləq (doğruluğunu zədələyən) zidd bir halın mövcud olması lazımdır.

~ Üçüncü qisim: Bu qisim, vəlayət (vəlilik) iddiasında olmaq və vəlilərin kəramət sahibi olduqlarını iddia etməkdir. 

Alimlər, vəlinin həm kəramət iddia etməsinin caiz olub-olmaması; həm də o kəramətin, onun iddiasına uyğun gəlib-gəlməməsi xüsusunda, ixtilaf etmişlərdir. 

~ Dördüncü qisim: Ki, bu, sehr və şeytana itaət iddiasıdır.

Biz Əhl-i Sünnətə görə, belə kimsələrin əlindən qeyr-i adi halların zühur etməsi caiz olduğu halda, Mötəziləyə görə isə, caiz deyildir.

-------------------------------------------------------------------------------------------------------------------------------------------

2. Hər hansı bir iddia olmadan, bir kimsənin əlindən qeyr-i adi halların zühur etməsidir.

Bundan dolayı, bu insan:

~ ya saleh, Allahın razı olduğu kimsədir;

~ ya da pis, günahkar bir kimsədir.

1. Belə saleh və vəli qulların, kəraməti olduğunu söyləməkdir. 

Alimlərimiz, bunun caiz olduğu xüsusunda ittifaq etmişlərdir. Mötəzilədən əbu'l-Huseyn əl-Basri və tələbəsi Mahmud əl-Xarəzmi istisna olmaqla, digərləri, bunu qəbul etməmişlərdir.

2. Allah Taala'dan uzaq olan bəzi kimsələrdən fövqə'l-adi halların zühur etməsinə gəlincə, bax buna da, "istidrac" (haşiyə) adı verilmişdir. 

Bu 2 müqəddimə xüsusundakı təfsilatlı açıqlamalarımız, bax bunlardan ibarətdir. 

----------------------------------------

(Haşiyə:

İstidrac: lüğətdə, "nərdivan, yol" mənasındakı "dərəc" və "nərdivan pilləkənləri" demək olan "dərəcə" ilə aralarındakı etimoloji münasibət olan dərc (düruc/dərəcan) kəliməsi, "nərdivan pilləkənlərini çıxmaq kimi yavaş-yavaş yerimək, nərdivanı çıxmaq" kimi mənalara gəlir.

Bu kökdən törəyən istidrac isə, "bir kimsəni bir şeyə, addım-addım, dərəcə-dərəcə yaxınlaşdırmaq, onu, qurduğu tələyə yaxınlaşdırıb düşürtmək, aldatmaq" mənasındadır. 

Əraf surəsi 182-ci ayətdə keçən bu kəlimə, "Allahın, ayətlərini yalanlayanları, dərəcə-dərəcə, sezdirmədən əzaba doğru çəkməsi, hər yeni xəta və günahda, yeni nemət və imkanlar verərək azdırması, yavaş-yavaş həlaka aparması" kimi mənalar ifadə edir.

وَٱلَّذِينَ كَذَّبُوا۟ بِـَٔايَـٰتِنَا سَنَسْتَدْرِجُهُم مِّنْ حَيْثُ لَا يَعْلَمُونَ

"Ayələrimizi yalan sayanları, özlərinin də bilməyəcəkləri bir yerdən tədricən tovlayıb məhvə aparacağıq." (Əraf/182)

-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

Bunu yaxşıca qavradığında, biz, deyirik ki:

Vəli qulların kəramətlərinin caiz olduğuna:

1. Quran;

2. Hədis;

3. Əsər; və 

3. Əqli dəlillər dəlalət etməkdədir. 

✓ 1. Quran ayətlərindən dəlillər:

• Birinci dəlil: Məryəm qissəsidir. Ki, biz bunu, Al-i İmran surəsində (37-ci ayətin təfsirində) açıqlamışdıq. (Haşiyə)

-------------------------------

(Haşiyə:

İmam Razi, ayətin təfsirində deyir:

• İkinci məsələ:

Bizim alimlərimiz, övliyanın kəramətinin haqq olduğuna, bu ayəti dəlil gətirmişlərdir. Bu ayət ilə, buna (kəramətin haqq olduğuna) belə istidlal edilir:

Allah Taala, Zəkəriyyə (əleyhissəlam) nə vaxt Məryəmin yanına mehraba girsə, onun yanında bir ruzi olduğunu, ona:

"Ey Məryəm! Bu, sənə hardan gəlir?" dediyini; 

Onun da, "Bu, Allah qatındandır." deyə cavab verdiyini bildirmişdir.

Elə isə, bu ruzinin onun yanında olması, ya qeyr-i adi bir hadisədir və ya deyildir. 

Bunun, qeyr-i adi/fövqə'l-adi bir hadisə olmadığını desək, bu görüş, 5 cəhətdən qeyr-i məqbul olacaq:

a. Bu təqdirdə, bu ruzinin, Məryəmin yanında olması, onun şanının ucalığına, şərəfinin dərəcəsinə və bu məziyyət ilə, digər insanlardan üstün olmasına bir dəlil olmazdı. Halbuki bu ayətdən muradın, bunu ifadə etmək (yəni onun üstünlüyünü bildirmək) olduğu, məlumdur.

b. Haqq Taala, bu ayətdən sonra:

هُنَالِكَ دَعَا زَكَرِيَّا رَبَّهُۥ ۖ قَالَ رَبِّ هَبْ لِى مِن لَّدُنكَ ذُرِّيَّةً طَيِّبَةً...

"Elə oradaca Zəkəriyya Rəbbinə dua edərək dedi: “Ey Rəbbim! Öz tərəfindən mənə pak bir nəsil bəxş et!" (Al-i İmran/38) buyurmuşdur.

Quran-i Kərim, Zəkəriyyə'nin həm Özünün, həm də xanımının qocalığı səbəbilə, bir uşaq sahibi olmaqdan ümidlərini kəsmiş olduqlarına dəlalət etməkdədir. Zəkəriyyə, Məryəmdəki bu fövqə'l-adi hadisəni müşahidə edincə, Özünün də bir uşağı olmasını arzu etdi. 

Bax bu səbəblə də, 

"Elə oradaca Zəkəriyya Rəbbinə dua edərək..." ayəti, yerində olmuşdur.

Əgər Onun, Məryəmdə müşahidə etdiyi şey, qeyr-i adi bir hadisə olmasaydı, Onun bu hadisəni görmüş olması, yenə qeyr-i adi bir şəkildə yaşlı xanımından bir uşağı olması arzusunu doğurmazdı.

c. Ayətdəki "رِزْقًا / bir ruzi" kəliməsinin nəkirə/qeyr-i müəyyən olması, bu ruzinin şanının ucalığına dəlalət etməkdədir. Sanki belə deyilmişdir:

"Bir ruzi, yəni nadir və heyranlıq oyandıran bir ruzi..."

Bax bu hadisə, əgər qeyr-i adi bir hadisə sayılsa, yalnız o vaxt, bu ayətin siyaqına (bu sözün, özündən əvvəlki sözə) uyğun düşən bir məna ifadə etmiş olar. 

d. Haqq Taala:

...وَجَعَلْنَـٰهَا وَٱبْنَهَآ ءَايَةً لِّلْعَـٰلَمِينَ 

"...Onu və onun oğlunu aləmlərə bir möcüzə qıldıq." (Ənbiya/91) buyurmuşdur.

Bu göstərir ki, Məryəm və İsadan, qeyr-i adi hallar zühur etmişdir. Əks halda, bu ayətin ifadə etdiyi məna, doğru olmazdı. 

Əgər:

"Bundan (yəni Məryəmin ayətdə buyurdulduğu kimi, möcüzə qılınmasından) muradın:

'Allah Taalanın, Məryəmə bir kişi olmadan bir oğul vermiş olmasıdır.' deyilməsi, niyə caiz olmasın ki?" deyilərsə, biz, belə deyərik:

Bu (yəni sizin dediyiniz), tək başına bir möcüzə deyildir. Əksinə, bunun (sizin dediyinizin) doğru olduğunu ortaya qoya bilmək üçün, başqa bir möcüzəyə daha ehtiyac vardır. O halda, bu ayəti o (yəni sizin dediyiniz) mənaya necə həml edəcəyik?

Əksinə, bu ayətdən murad, Məryəmin doğru olduğuna və təmizliyinə dəlalət edəcək şeyləri ortaya çıxarmaqdır. Bu isə, ancaq oğlu İsa (əleyhissəlam)'ın əlində də təcəlli edəcəyi kimi, Onun əlində də qeyr-i adi şeylərin zühur etməsilə mümkündür. 

e. Çox saydakı rəvayətə görə, Zəkəriyyə (əleyhissəlam), Məryəmin yanında, yayda qış meyvələrini, qış da da yay meyvələrini görürdü. Beləcə, Məryəm üçün təcəlli edən bu halın, qeyr-i adi bir iş olduğu ortaya çıxmaqdadır. 

Biz, deyirik ki: Belə də deyilə bilər:

Bu hadisə, Peyğəmbərlərdən birinin möcüzəsi idi və ya belə deyildi. 

Birinci ehtimal, batildir. Çünki o vaxt, Zəkəriyyə (əleyhissəlam), peyğəmbər idi. Əgər bu, Onun bir möcüzəsi olsaydı, bu işin həqiqi, gerçək halını bilər, bu məsələ Ona qarışıq gəlməz və Məryəmə:

"Bu, Sənə hardan gəlir?" deyə soruşmazdı.

Yenə Haqq Taala'nın:

"...Elə oradaca Zəkəriyya Rəbbinə dua edərək..." ifadəsi:

~ Zəkəriyyə (əleyhissəlam)'ın, Məryəmdən bunları soruşduğunu; ---> 

~ Məryəmin də, bunların Allah qatından olduğunu söylədiyini; --->

~ Bunun üzərinə, Zəkəriyyə (əleyhissəlam)'ın da, yaşlı və doğa bilməyəcək halda olan xanımından qeyr-i adi bir şəkildə bir uşaq əldə etmə arzusuna düşdüyünü 

bildirməkdədir. Bu isə, Zəkəriyyə (əleyhissəlam)'ın bu hallara, Məryəmin bildirməsilə vaqif olduğuna dəlalət edər. Hal belə olunca da, bu qeyr-i adi halın, Zəkəriyyənin bir möcüzəsi olmadığı, qətilik qazanır.

Geriyə, söylənəcək bir tək şey qalır:

Bu, ya İsa (əleyhissəlam)'ın, ya da Məryəmin kəramətidir. Hansı olursa olsun, hər 2 halda da, məqsəd (kəramətin haqq olduğu), hasil olmaqdadır. 

Bax vəlilərin kəramətlərinin vaqe və haqq olduğuna dair bu ayətlə istidlal şəkli, belədir.

Əbu Əli əl-Cübbai (Mötəzili alim), buna etiraz etmiş və belə demişdir:

"Bu qeyr-i adi halların, Zəkəriyyə (əleyhissəlam)'ın möcüzələrindən olduğunun söylənməsi, niyə caiz olmasın ki?! Bu sual, 2 şəkildə açıqlana bilər:

1. Zəkəriyyə (əleyhissəlam), Məryəm üçün, ümumi olaraq Allahın ona ruzi yetirməsinə dua etdi. Allah nəzdindən ona gələn ruzilərin təfsilatından, bir çox dəfə xəbərsiz idi. Bundan dolayı, hər hansı bir zamanda, şəxsən ruzi olan bir şeyi gördüyündə, ona:

'Bu, sənə hardan gəlir?' deyə soruşdu. Məryəm də:

'Bu, Allah qatındandır.' deyə cavab verdi. 

Buna görə də, Allah Taalanın, bu möcüzəni, Zəkəriyyə (əleyhissəlam)'ın duası ilə ortaya çıxardığı başa düşülmüş olur.

2. Zəkəriyyə (əleyhissəlam)'ın, Məryəmin yanında, adət edilmiş, lakin göydən gələn bir ruzi görmüş olması, möhtəməldir. Bu halda, Zəkəriyyə (əleyhissəlam), bunun Məryəmə bir insan tərəfindən göndərildiyindən narahatlıq duyaraq, bu sualı vermiş, Məryəm də:

'Bu, Allah qatındandır, başqası tərəfindən deyildir.' deyə cavab vermişdir.

İkinci bir izah olaraq, biz, Məryəmin yanında, qeyr-i adi bir şeyin meydana gəldiyini qəbul etmirik. Əksinə, ayətin mənası, belədir:

'Allah Taala, zühd və ibadət ilə məşğul olan xanımlara, nəfəqə verməyə can atan bəzi möminlər əli ilə, Məryəmi ruzilənəndirirdi. Zəkəriyyə (əleyhissəlam), bu yeyəcəklərdən hər hansı bir şey görüncə, bunun ona, uyğun olmayan bir şəkildə gəlmiş olmasından qorxdu. Bax bundan dolayı, halın əslini ondan soruşdu."

Cübbai'nin, ayətin təfsiri olaraq söylədiyi söz, bunlardan ibarətdir. 

Doğrusu, onun bu izahları, son dərəcə zəifdir:

Çünki əgər bu, Zəkəriyyə (əleyhissəlam)'ın bir möcüzəsi olsaydı, Ona, bu şeyləri tələb etmə xüsusunda (Allah tərəfindən) icazə verilərdi. ---> Bunu tələb etmə xüsusunda icazəli olsaydı, onun meydana gələcəyini qəti olaraq bilərdi. ---> Bunu bilincə də, məsələnin əslini Məryəmdən soruşması, imkansız olardı. Yenə buna görə, Allah Taalanın:

"...Elə oradaca Zəkəriyya Rəbbinə dua edərək..." ayətinin bir mənası qalmazdı. 

Bu, eyni zamanda, Cübbai'nin ikinci izahı üçün də bir cavabdır.

Onun üçüncü sualına gəlincə, bu da, son dərəcə zəifdir. Çünki bu təqdirdə, belə bir hadisəni, sadəcə Məryəmə təxsis etməyin (xas qılmağın) bir mənası yoxdur. 

Yenə əgər Zəkəriyyə (əleyhissəlam)'ın qəlbində, bu yeməklərin Ona, uyğun olmayan bir şəkildə gəlmiş ola biləcəyi ehtimalı var idisə, bu şübhənin, sırf Məryəmin sözü ilə zail olması, necə qəbul edilə bilər?!

Bax biz, beləcə, bu sualların məqbul olmadığını başa düşmüş olduq. 

Müvəffəqiyyət, yalnız Allahdandır.

Mötəzilə, bu qeyr-i adi halların, peyğəmbərlərin doğruluqlarının dəlilləri olduğunu söyləyərək, kəramətin imkansız olduğuna istidlal etmişlər və:

"Necə ki, sağlam bir işin bir biliyi göstərməsi, o işin alim olmayan biri tərəfindən edilə bilməyəcəyini göstərirsə; eyni şəkildə, nübüvvətin dəlili, peyğəmbərlərdən başqası əlində ola bilməz." demişlərdir. 

Buna, bir neçə cəhətdən cavab verilə bilər:

1. Qeyr-i adi bir felin zühur etməsi, iddiada olan bir kimsənin doğruluğuna bir dəlildir. Bu qeyr-i adi felin sahibi, əgər peyğəmbərlik iddia etmişdirsə, bu fel, həqiqətən onun peyğəmbər olduğuna dəlalət edir. Əgər o şəxs, "vəlilik" iddia etmişdirsə, bu, onun bir vəli olduğunu göstərir. 

2. Bəzi alimlər, belə demişlərdir:

"Peyğəmbərlər, bu möcüzələri izhar etməklə; vəlilər isə, bu qeyr-i adi hallarını gizləməklə əmr olunmuşlardır."

3. Peyğəmbər (sallallahu aleyhi və səlləm), bir möcüzə gətirdiyini iləri sürmüş və o xüsusda qəti danışmışdır. Vəlilərin isə, qeyr-i adi halları xüsusunda qəti danışması, mümkün deyildir.

4. Möcüzəyə qarşı gəlinməməlidir. Kəramətə qarşı gəlinməsi isə, mümkündür.

Müvəffəqiyyət, sadəcə Allahdandır.

(Haşiyə burda bitir.)

--------------------------------------------------------------------------------------------------------------------------

2. İkinci dəlil: Əshab-ı Kəhf qissəsi və onların, 309 il, hər cür pisliklərdən, afətlərdən uzaq bir şəkildə diri qalmaları və Allah Taala'nın, onları, günəşin istisindən qoruyub mühafizə etməsidir. Necə ki, Haqq Taala:

وَتَرَى ٱلشَّمْسَ إِذَا طَلَعَت تَّزَ‌ٰوَرُ عَن كَهْفِهِمْ ذَاتَ ٱلْيَمِينِ وَإِذَا غَرَبَت تَّقْرِضُهُمْ ذَاتَ ٱلشِّمَالِ وَهُمْ فِى فَجْوَةٍ مِّنْهُ...

"Orada olsaydın günəşin doğduğu zaman onların mağarasının sağ tərəfinə yönəldiyini, batdığı zaman isə, onlardan uzaqlaşıb sol tərəfə addadığını, onların da mağaranın içində geniş bir yerdə yerləşdiklərini görərdin..." (Kəhf/17);

وَتَحْسَبُهُمْ أَيْقَاظًا وَهُمْ رُقُودٌ...

"Onlar yatmış ikən, Sən, onları oyaq hesab edərdin..." (Kəhf/18) buyurmuşdur.

Mötəzili alimlərdən Qadı (Abdu'l-Cəbbar):

"Onların içində və yaxud da o zamanda, özündə bir elm olan bir nəbinin mütləq olması lazımdır. Çünki bunda da (yəni bu hadisədə də), digər möcüzələr kimi qeyr-i adi bir hal vardır."

Biz deyirik ki:

Bu hadisənin, hər hansı bir peyğəmbər üçün bir möcüzə olması, imkansızdır. Çünki onların yuxuya yönəlməsi, qeyr-i adi bir iş deyildir ki, bu, bir möcüzə qəbul edilsin! Çünki xalqın bu hadisədə onları təsdiq edə bilmələri üçün, bu yuxu boyunca yaşayıb o vaxt qalxanların, 309 il yatmış olan o kimsələr olduqlarını bilmələri lazımdır. Halbuki, bu şərtlərin heç biri baş verməmişdir. 

Bundan dolayı, bu hadisəni, hər hansı bir peyğəmbər üçün möcüzə qəbul etmək, imkansızdır. Geriyə sadəcə, bunun vəli qullar üçün bir kəramət və onlar üçün bir ehsan qılınmış olması halı qalır.

----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

✓ Hədislərdən dəlillər: 

1. Zahir Cüreyc və Süd əmər körpə:

Əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

Beşikdə olan körpələrdən, ancaq 3-ü danışmışdır:

• (Onlardan biri), İsadır;

• (İkincisinə gəlincə), İsrail oğulları içində, Cüreyc adlı bir (zahid) var idi. (Bir dəfə), o, namaz qılarkən, anası gəlib onu çağırdı. O, öz-özünə dedi:

"Görəsən, anama cavab verim, yoxsa namazımamı davam edim?" 

Anası dua edib belə dedi:

"Allahım, oğlum pozğun qadınların üzünə baxmayınca, canını alma." 

Bir dəfə Cüreyc, öz məbədində ikən, (pozğun) bir qadın gəlib onu yoldan çıxartmaq istədi, lakin o, imtina etdi. Belə olduqda, qadın, bir çobanın yanına gedib onunla cinsi münasibətdə oldu və (bir müddət keçdikdən sonra), uşaq doğdu. (Camaat ondan, uşağın kimdən olduğunu soruşduqda): "Cüreycdəndir!" dedi. Camaat da gedib Cüreycin məbədini dağıtdılar. Özünü də ordan bayıra atıb söyüb biabır etdilər. Onda Cüreyc dəstəmaz alıb namaz qıldı, sonra da dünyaya gəlmiş uşağın yanına gəlib:

"Ey uşaq, atan kimdir?" deyə soruşdu. 

- Uşaq:

"Çobandır." deyə cavab verdi. 

- Kəndlilər, Cüreycə:

"İstəyirsənsə, sənə qızıldan məbəd quraq?" deyə təklif etdilər. 

- O:

"Xeyr! Ancaq gildən olsun!" dedi.

(O ki qaldı, üçüncü körpəyə), İsrail oğullarından olan bir qadın, öz uşağını əmizdirərkən, yaraşıqlı bir atlı, onun yanından keçdi. Uşağın anası (atlını görüb) dedi:

"Allahım! Mənim oğlumu da bunun kimi et!"

Bu vaxt uşaq, anasının döşünü buraxıb atlıya tərəf üz tutdu və belə dedi:

"Allahım! Məni, onun kimi etmə!"

Əbu Hureyrə (davam edərək) deyir:

"Sanki mən, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in Öz barmağını sovurduğunu görürəm."

Peyğəmbər (sallallahu aleyhi və səlləm), buyurdu:

"Sonra bir nökər ordan keçdi və uşağın anası dedi:

"Allahım! Mənim oğlumu bunun kimi etmə!"

Bu vaxt, uşaq, anasının döşünü buraxıb belə dedi:

"Allahım! Məni, onun kimi qıl!"

Sonra uşaq, yenə anasının döşünü əmməyə başladı. Anası dedi:

"Niyə belə?"

- Uşaq dedi:

"O atlı, qəddar adamlardan biridir. Bu nökər barəsində isə:

'O, zina və oğurluq edib.' deyirlər.

Halbuki o belə bir iş tutmayıb." (Buxari, hədis no: 3436)

 

2. Mağara hədisi:

Allah rəsulu (sallaallahu aleyhi və səlləm), belə buyurmuşdur: 

“Sizdən əvvəlki xalqlarda, üç nəfər səfərə çıxmaq məqsədilə yola düzəlmişdilər. Gecə yatmaq vaxtı gəlib çatdıqda, bir mağaraya rast gəlir və gecələmək üçün ora girirlər. Bu vaxt, dağdan bir qaya qoparaq, mağaranın ağzını örtür. Onlar: 

“Bizi buradan ancaq, saleh əməllərinizlə Allaha edilən dualar xilas edə bilər” — deyirlər. 

Birincisi söhbətə belə başlayır:

"Allahım! Mənim çox qoca valideynlərim var idi. Onlardan qabaq nə ailəmdən, nə xidmətçilərimdən, nə də nökərlərimdən heç kimə bir şey yedirtməzdim (axşamlar süd içirtməzdim). Bir gün (heyvanların otlaması və ya odun yığmaq üçün) ağaclıq axtarmaq fikrinə düşməyim, məni yubatdı və mən, heyvanları sağıb qayıdanda, onların artıq yuxuya getdiklərini gördüm. Nə onları oyatmağa qıydım, nə də onlardan qabaq ailəmə və nökərlərimə süd verməyə ürəyim gəldi. Uşaqlar ayağıma dolaşaraq, acından ağladıqları halda, mən, əlimdə qab, səhər olana qədər, onların oyanmasını gözlədim. Sonra oyandılar, südlərini içdilər. 

Allahım! Əgər bu işi, Sənin rizana layiq olmaq üçün etmişəmsə, bizim bu qayadan çıxmağımızı asanlaşdır."

Qaya bir qədər aralanırsa da, onlar oradan çıxa bilmirlər. 

Aralarından ikincisi başlayır:

"İlahi, mənim bir əmim qızı var idi. Mən, onu hamıdan çox sevirdim. Hətta ona qarşı olan bu sevgim, bir kişinin qadına olan sevgisindən də artıq idi. Ondan özünü istədim, amma o buna razı olmadı. Bir il bərk quraqlıq oldu, torpaq yararsız hala gəldi, məhsul qıtlığı başladı. Bu vaxt yanıma gəldi. Məndən yüz iyirmi dinar istədi. Mən də, özünü mənə təslim etməsi şərti ilə, pulu ona verdim. Razılaşdı. Ona yaxınlıq etmə ərəfəsində:

'Allahdan qorx! Haqsızlıq edərək (qanuni nikaha girmədən) bakirəliyimi pozma, bunu sənə halal etmirəm' — dedi. 

Mən də onu hamıdan çox sevdiyim halda, ona sahib olmaq fikrindən döndüm və ondan uzaqlaşdım. Verdiyim qızılları da, geri götürmədim. 

Allahım, əgər mən, bu işi Sənin rizana layiq olmaq üçün etmişəmsə, bizi düşdüyümüz bu çətinlikdən qurtar!"

Qaya bir qədər də aralanır, lakin bu yenə də onların çıxa bilmələri üçün kifayət etmir.

Onlardan üçüncüsü belə deyir:

"Allahım! Mən, bir neçə adamı işə götürmüşdüm. Hamısının da haqqını vermişdim, yalnız onlardan biri, haqqını almadan getmişdi. Onun pulunu işlədib dövriyyəyə buraxdım. Nəhayət, onun bu pulu ilə, malım xeyli çoxaldı. Bir müddətdən sonra yanıma gəlib:

'Ey Allahın qulu! Haqqımı ver!' dedi. 

- Mən də:

'Gördüyün bu dəvələr, inəklər, qoyunlar, kölələr, hamısı sənin haqqındır.' dedim. 

- O təəccüblənərək:

'Məni ələ salma!' dedi. 

- Mən də:

'Səni ələ salmıram!'  dedim. 

O, hamısını özü ilə götürüb apardı, heç nə də saxlamadı. 

Allahım, əgər mən, bu işi Sənin rizana layiq olmaq üçün etmişəmsə, bizi buradan qurtar!”

Bundan sonra qaya tamamilə aralanır və nəhayət onlar çıxıb gedə bilirlər”. (Muslim, hədis no: 2743)

 

3. Əsərdən dəlillər:

Əsərdən olan dəlilə gəlincə, biz, bu işə, rəşidi xəlifələrdən zühur etdiyi söylənilən kəramətlərlə işə başlayaq. Daha sonra da, digər səhabələrdən zühur edənləri ələ alaq:

1. Rəşidi xəlifələrin kəramətləri:

a. Əbu Bəkr (radiyallahu anh)'a gəlincə, məsələn bu, Onun kəramətlərindəndir:

Əbu Bəkrin cənazəsi, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in qəbrinin qapısına qədər götürülüb və:

"Salam olsun Sənə, ey Allahın rəsulu! Qapıdakı əbu Bəkrdir." deyə nida edildiyində, bir qapı açılır və qəbrdən anidən gələn bir səs, deyir:

"Sevəni, Onu sevənin yanına qoyun." 

b. Ömərə gəlincə, Ondan, bir çox kəramət görülmüşdür. Bunlardan biri, rəvayət edilən bu xüsusdur:

O, bir ordu yollamışdı. Ordunun başına da, adı Sariyə b. əl-Husayn olan bir şəxsi əmr təyin etmişdi. Ömər, cümə günü xütbə oxuyarkən, minbərin üzərində olduğu vaxt:

"Ey Sariyə! Dağa, dağa!" (Yəni dağa tərəf çəkil.) deyə bağırır.

Əli b. əbu Talib (radiyallahu anh), belə deyir:

Bir müddət sonra, ordudan bir nəfər gəldi və:

"Ey möminlərin əmiri! Biz, cümə günü xütbə vaxtında döyüşürdük. Qarşı tərəf, bizi məğlubiyyətə uğratmaq üzərə idi. Birdən nə görsək, yaxşıdır:

"Ey Sariyə! Dağa, dağa!" deyə bağıran bir insan.

Bunun üzərinə, biz dağa sığındıq. Nəticədə, Allah kafirləri məğlubiyyətə uğratdı. Biz, o səsin bərəkəti səbəbilə, böyük bir qənimət əldə etdik." deyir.

Nasihlərdən (nəsihət edənlərdən) biri, bunun, Peyğəmbərə aid bir möcüzə olduğunu; çünki Onun, əbu Bəkr və Ömərə:

"Siz, Mənim qulağım və gözüm kimisiniz." dediyini; bundan dolayı da, Ömər, Allah rəsulunun gözü kimi olunca, heç şübhəsiz, o qədər uzaqdakı şeyləri görə bilmişdir." demişdir.

2. Rəvayət edildiyinə görə, Misirdəki Nil çayı, cahiliyyə dövründə, hər il bir dəfə axmaz və dayanarmış. Belə ikən, ona gözəl bir qızı qurban verərlərmiş. İslam gəldiyində, Amr ibnu'l-As, bu hadisəni, Ömərə bildirdi. Bunun üzərinə Ömər də, bir kərpic üzərinə:

"Ey Nil! Əgər Allahın əmrilə axacaqsansa, ax! Yox əgər öz buyruğunla axacaqsansa, bizim sənə ehtiyacımız yoxdur." deyə yazıb kərpici Nilə atır. O da, bunun üzərinə durmur və axmağa başlayır.

3. Mədinədə bir zəlzələ olmuşdu. Ömər, qamçısını yerə vurub:

"Allahın iznilə dayan!"

O da, dayandı. Və artıq bundan sonra, Mədinədə zəlzələ görülmədi.

4. Mədinənin bəzi ev və baxçalarında, yanğın meydana gəlir. Bunun üzərinə, Ömər, bir kərpic üzərinə:

"Ey atəş! Allahın iznilə sön!" deyə yazır və onu, yanan yerə atır. Atəş, dərhal sönür.

5. Rəvayət olunduğuna görə, Roma kralının elçisi, müsəlmanların yanına gəlir və Ömərin evini soruşur. Və elçi, Ömərin evinin, kralların sarayları kimi olduğunu düşünür. Bunun üzərinə, müsəlmanlar:

"Onun belə bir şeyi yoxdur. O, səhrada kərpic tökür." deyirlər.

Səhraya gəlincə, Öməri, qamçısını başının altına qoymuş və yatmış bir vəziyyətdə görür. Elçi buna təəccübblənir və:

"Şərq və qərbdəkilər, bu insandan çəkinirlər. Halbuki Bunun halı, budur." deyir və sonra öz-özünə:

"Ömər yalnız ikən, Onu öldürüm ki, insanlar Ondan qurtulmuş olsunlar." deyib qılıncını qaldırınca, Allah Taala, ordan 2 şir çıxarır və bu 2 şir, adama hücum edirlər. Bunun üzərinə elçi, qılıncı əlindən atır. O əsnada da, Ömər oyanır və heç bir şey görmür. Bunun üzərinə Ömər, ondan nə baş verdiyini soruşunca, elçi, başına gələnləri Ömərə danışır. Və müsəlman olur. 

Mən (Razi) deyirəm ki:

Bu hadisələr, əhəd xəbərlərlə rəvayət edilən hadisələrdir. Ancaq burda, təvatür ilə bilinən bir həqiqət vardır:

Ömər, dünya zinətindən, hər cür ifrat və zorakılıqlardan uzaq olduğu halda, şərq və qərbə hakim olmuş, kralları və dövlətləri alt-üst etmişdir. Əgər sən, tarix kitablarına baxacaq olsan, Adəm zamanından o vaxta qədər, Ömərə müyəssər olanın, heç kimə nəsib olmadığını görərsən. Bundan dolayı, O, təkəllüflərdən (çətinliyə qatlaşmalardan) son dərəcə uzaq olmasına baxmayaraq, O, o hakimiyyətləri necə əldə edə bilmişdir? Bunun, ən böyük kəramətlərdən olduğunda, heç şübhə yoxdur.

Osmana gəlincə, Ənəs (radiyallahu anh)'dan belə rəvayət edilir:

a. Yolda gedərkən, gözümü qaldırıb bir qadına baxdım. Sonra da, Osmanın yanına gəldim. Bunun üzərinə, O:

"Nə olub? Mən, sənin üzərində açıq zina əlamətləri olduğu halda, yanıma girərkən görürəm." dedi.

- Mən, dərhal:

"Allah rəsulundan sonra da, vəhy gəlirmi?" deyə soruşduğumda,

- O:

"Xeyr, bu həqiqi və doğru bir fərasətdir." deyə cavab verdi.

b. Osman mizraqla yaralandığında, qanından ilk axan damla, Allahın Mushafdakı:

...فَسَيَكْفِيكَهُمُ ٱللَّهُ ۚ وَهُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ

"...Allah, onlara qarşı sənə kifayət edəcəkdir. O, eşidən və biləndir." (Bəqərə/137) ifadəsi üzərinə düşmüşdür.

c. Cəhcah əl-Ğifari, Osmanın əlindən (bilinməyən bir səbəbdən) əsasını çəkib alır və onu, dizi üzərində qırır. Bunun üzərinə, dizlərinə, (öldürücü) qurtlar düşməyə başlayır.

Əli (radiyallahu anh)'a gəlincə, rəvayət edildiyinə görə, Onu sevənlərdən biri, oğurluq edir. Bu, zənci bir nökər idi. Belə ikən, o, Əliyə gətirilir. Bunun üzərinə, Əli (radiyallahu anh), ona:

"Oğurluq etmisən?" deyə soruşduğunda, o: "Bəli!" cavabını verir. 

Belə ikən, Əli (radiyallahu anh), onun əlini kəsir və o, Əlinin yanından ayrılır. Nökər, yolda Salman əl-Farisi və ibnu'l-Kəra ilə qarşılaşır. Bunun üzərinə, ibnu'l-Kəra:

"Əlini kim kəsib?" deyə soruşunca, nökər:

"Möminlərin əmiri, müsəlmanların lideri, Peyğəmbərin kürəkəni və Fatimənin əri" deyə cavab verir.

- İbnu'l-Kəra:

"O, sənin əlini kəsib, sən də hələ onu tərifləyirsən." deyincə, nökər:

"Onu niyə tərifləməyim ki? O, haqlı olaraq mənim əlimi kəsdi və beləcə, məni cəhənnəm atəşindən qutardı." dedi.

Salman əl-Farisi bunu eşidib Əliyə xəbər verincə, Əli, o nökəri çağırdı, əlini, biləyinin üzərinə qoydu və onu bir dəsmal ilə örtüb dua etməyə başladı. Bunun üzərinə, biz, göy üzündən belə bir səs eşitdik:

"Əlindən örtünü qaldır." 

Örtünü qaldırdığımızda, nökərin əli, Allahın izni və sənətilə yaxşılaşmışdı.

 

Digər səhabələrin kəramətləri:

Digər səhabələrin də, bu mövzudakı misalları çoxdur. Bu mövzuda, onlardan az bir şey bəhs edəcəyik:

1. Muhamməd ibnu'l-Munkədir, Muhamməd (sallallahu aleyhi və səlləm)'in nökərinin gəmisində zühur edən hal haqqında, belə deyir:

- Nökər deyir:

"Gəmiyə minmişdim. Belə ikən, içində olduğum gəmi, parçalandı. Gəminin taxtalarından birinin üzərinə mindim. Bu taxta parçası, məni, bir şir yuvası olan bir yerə apardı. Belə ikən, qarşıma mənə doğru gəlməkdə olan bir şir çıxdı. Bunun üzərinə mən:

'Ey əbu'l-Haris (ərəblərdə şirin ləqəbi əbu'l-Harisdir)! Mən, Peyğəmbərin nökəriyəm.' dedim.

Bunun üzərinə, şir, qarşıma keçdi və mənə yol göstərdi. Sonra şir, özüncə bir səslər çıxardı. Mən də başa düşdüm ki, məni yola salır. Sonra da geri qayıtdı."

2. Sabit, Ənəs (radiyallahu anh)'dan bunu rəvayət etmişdir:

Üseyd b. Hudayr ilə Ənsardan başqa biri, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in yanında, ehtiyac duyduqları bir mövzuda danışırdılar. Gecə idi. Bunun üzərinə, onlar, Peyğəmbərin evindən ayrıldılar. Gecə qaranlıq idi. Hər birinin əlində, bir dəyənək var idi. Bu əsnada, onların dəyənəklərindən biri, onlara işıq tutdu, yollarını işıqlandırdı və onun işığında, yollarına davam etdilər. Yolları ayrılınca, digərinin əsası, özünün yolunu işıqlandırdı. O da, onun işığında yoluna davam etdi və evinə çatdı.

3. Alimlərin dediklərinə görə, Xalid b. Vəlidin ordusunda, içki içənlər vardı. O, bir gecə atına minib ordunu dolaşmağa çıxdı. Yanında bir küp içki olan at üzərində bir adama rast gəldi. Ondan:

"Bu nədir?" deyə soruşdu. 

- Adam: "Bu, sirkədir." deyə cavab verdi.

- Bunun üzərinə, Xalid:

"Ey Allahım! Onu sirkə halına gətir." dedi.

- Adam, dostlarının yanına gedib:

"Sizə, ərəblərin, ömründə heç içmədikləri bir içki gətirmişəm." dedi.

Onlar, küpün ağzını açınca, onun sirkə olduğunu gördülər və:

"Allaha and olsun ki, sən, bizə sirkə gətirmisən." dedilər.

- Bunun üzərinə, o adam:

"Bu, Allaha and olsun ki, Xalid b. Vəlid'in duasının nəticəsidir." dedi.

4. Məşhur bir hadisə, ki, o da, budur:

Xalid b. Vəlid, Allahın ismini zikr edərək, bir ovuc zəhər içdi. Ancaq zəhər, ona zərər vermədi.

5. Rəvayət olunduğuna görə, ibn Ömər, bir səfərində, vəhşi heyvanların qorxusu səbəbilə, yolda gözləyən bir camaata rast gəlir. Bunun üzərinə, O, insanların yolundakı vəhşi heyvanları qovur. Daha sonra da:

"Allah, insan oğluna, qorxduğunu musallat edər. Əgər o insan oğlu, Allahdan başqasından qorxmasa idi, ona heç bir şey musallat olmazdı." deyir.

6. Rəvayət olunduğuna görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), Ala ibnu'l-Hadrami'ni bir döyüşə yollamışdı. Belə ikən, onlarla, çatacağı o yer arasına, bir dəniz parçası (qədər böyük) bir su girir. 

Bunun üzərinə, O, İsm əl-Əzəm ilə dua edir və beləcə, suyun üzərindən yeriyərək keçirlər.

Bu mövzuda, tasavvuf əhlinin kitablarında, çoxlu rəvayətlər vardır. İstəyən, onları gözdən keçirə bilər.

----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

Kəramətə dair əqli dəlillər:

Kəramətin caiz olduğuna dair qəti əqli dəlillərə gəlincə, bunlar, olduqca çoxdur.

• Birinci dəlil:

Qul, Allahın dostudur. Necə ki, Allah Taala:

أَلَآ إِنَّ أَوْلِيَآءَ ٱللَّهِ لَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ

"Şübhəsiz ki, Allahın vəli qulları üçün, heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər." (Yunus/62) buyurmuşdur.

Rəbb Taala da, qulunun dostudur.

ٱللَّهُ وَلِىُّ ٱلَّذِينَ ءَامَنُوا۟...

"Allah iman edənlərin Himayədarıdır, onları zülmətlərdən nura çıxarır..." (Bəqərə/257);

...وَهُوَ يَتَوَلَّى ٱلصَّـٰلِحِينَ

"...O, bütün salehlərə də, Vəlilik edir." (Əraf/196);

إِنَّمَا وَلِيُّكُمُ ٱللَّهُ وَرَسُولُهُۥ...

"Sizin dostunuz, ancaq Allahdır, Onun peyğəmbəridir..." (Maidə/55);

...أَنتَ مَوْلَىٰنَا...

"...Sən, bizim Mövlamızsan..." (Bəqərə/286);

ذَ‌ٰلِكَ بِأَنَّ ٱللَّهَ مَوْلَى ٱلَّذِينَ ءَامَنُوا۟...

"Bu ona görədir ki, Allah möminlərin Vəlisidir..." (Muhamməd/11) buyurmuşdur.

Beləcə, Allah Taalanın, qulunun dostu; qulunun da, Allahın dostu olduğu sabit olmuş olur.

Həm Allah, qulunu sevər; qul da, Allahı sevər. Necə ki, Allah Taala:

"O (Allah) onları sevər; onlar da, Onu sevərlər..." (Maidə/54);

"İman edənlər isə, Allahı daha çox sevərlər..." (Bəqərə/165);

"...Şübhəsiz ki, Allah tövbə edənləri də sevir, pak olanları da." (Bəqərə/222) buyurmuşdur.

Bunun belə olduğu sabit olunca, biz, deyirik ki:

Qul, Allaha itaətdə, Onun əmr etdiyi və özündə rizasının olduğu hər şeyi edəcək; Onun nəhy və qadağan etdiyi hər şeyi də tərk edəcək bir dərəcəyə çatdığında, Hakim (hikmət sahibi) və Rahim (rəhmət sahibi) olan Allahın, qulunun bir dəfə istədiyi o şeyi etməsi və yerinə yetirməsi, necə ağıldan uzaq görülə bilər ki?! 

Tam əksinə, Allah Taalanın, onun bu istəyini yerinə yetirməsi, daha uyğundur. Çünki qul, paxıllığı, acizliyi və tənbəlliyinə baxmayaraq, Allah Taalanın, özündən istədiyi və özünə əmr etdiyi hər şeyi edincə, Rahim olan Rəbb Taala'nın, qulunun istəyini bircə dəfə yerinə yetirməsi, əvləviyyətlə lazımdır. 

Bax bundan dolayıdır ki, Haqq Taala:

...وَأَوْفُوا۟ بِعَهْدِىٓ أُوفِ بِعَهْدِكُمْ...

"...Mənə verdiyiniz əhdə sadiq olun ki, Mən də sizə verdiyim əhdi yerinə yetirim..." (Bəqərə/40) buyurmuşdur.

• İkinci dəlil:

Kəramət izhar etmək, əgər imkansız olsaydı, bu imkansızlıq:

1. Ya Allah Taalanın bunu etməyə əhil ola bilməməsindən;

2. Və yaxud da, o mömin qulun, bu ehsanın özünə verilməsinə əhil ola bilməməsindən qaynaqlanır.

1-cisi, Allahın qüdrətini zədələyir ki, bu, küfürdür;

2-cisi də, batildir. Çünki Allahın Zatını, sifətlərini, fellərini, hökmlərini və isimlərini tanımaq, Allahı sevmək, Ona itaət etmək, Onu təqdis və təmcidə davam etmək, çöldə bir yumşaq çörəyi ona verməkdən; və ya bir ilanı, ya da bir şiri qulunun əmrinə verməkdən daha qiymətlidir. 

Bundan dolayı, O, quluna, qulu hər hansı bir istəkdə olmadan, Özünü tanımağı, sevməyi, zikr və şükr etməyi nəsib etdiyinə görə, ona, çöldə bir yumşaq çörəyi, əvləviyyətlə verər. Burda, ağla sığmayan nə vardır ki?!

• Üçüncü dəlil:

Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in nəql etdiyi bir qüdsi hədisdə, Allah Taala belə buyurmuşdur:

"Qul, Mənə, özünə fərz qıldığım şeyləri əda etməklə yaxınlaşdığı qədər, başqa heç bir əməl ilə yaxınlaşa bilməz. Fərzlərin yanında nafilə ibadətlərlə də, qulum, Mənə yaxınlaşar. Nəhayət, Mən, onu sevərəm. Mən, onu sevdiyimdə, onun eşidən qulağı, görən gözü, söyləyən dili, anlayan qəlbi, əli və yeriyən ayağı olaram." (Buxari, Riqaq/38)

Bu hədis, bu kimi şəxslərin qulağında, gözündə və digər üzvlərində, başqasına aid bir nəsib və payın qalmadığını göstərir. Çünki əgər orda, başqasına aid bir hissə və pay qalmış olsaydı, o vaxt, Haqq Taala:

"Mən, onun qulağı, gözü olaram." deməzdi.

Bunun belə olduğu sabit olunca, biz, deyirik ki:

Heç şübhəsiz ki, bu məqam, ilanı və vəhşi heyvanları o qulunun əmrinə verməkdən və ona bir yumşaq çörək, bir salxım üzüm və bir stəkan su verməkdən, daha dəyərlidir. 

Bundan dolayı, Allah Taala, rəhmətilə, o qulunu bu yüksək dərəcələrə çatdırdığına görə, ona çöldə, bir parça çörək, bir stəkan su verməsində, ağla sığmayacaq nə vardır?!

• Dördüncü dəlil:

Yenə Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, Allah Taaladan nəql etdiyi bir qüdsi hədisdə:

"Kim Mənim dostuma əziyyət verərsə, o, Mənə müharibə elan etmiş olar." (İbn Macə, Fitən:16) buyurmuş, beləcə, dostuna əziyyət etməyi, Özünə əziyyət etmək kimi saymış olur ki, bu, Allah Taalanın:

"Sənə beyət edənlər, Allaha beyət etmiş olurlar..." (Fəth/10) ayətinin mənasına yaxın bir ifadədir. 

Yenə Haqq Taala:

وَمَا كَانَ لِمُؤْمِنٍ وَلَا مُؤْمِنَةٍ إِذَا قَضَى ٱللَّهُ وَرَسُولُهُۥٓ أَمْرًا أَن يَكُونَ لَهُمُ ٱلْخِيَرَةُ مِنْ أَمْرِهِمْ...

"Allah və Onun Elçisi bir işə hökm verdiyi zaman heç bir mömin kişi və mömin qadın, öz işlərində istədikləri qərarı verə bilməzlər..." (Əhzab/36);

 إِنَّ ٱلَّذِينَ يُؤْذُونَ ٱللَّهَ وَرَسُولَهُۥ لَعَنَهُمُ ٱللَّهُ فِى ٱلدُّنْيَا وَٱلْءَاخِرَةِ وَأَعَدَّ لَهُمْ عَذَابًا مُّهِينًا

"Şübhə yoxdur ki, Allahı və Onun Elçisini incidənləri, Allah həm bu dünyada, həm də Axirətdə lənətləmiş və onlara alçaldıcı bir əzab hazırlamışdır." (Əhzab/57); buyurmuş:

~ Muhamməd (sallallahu aleyhi və səlləm)'ə edilən beyəti, Özünə edilmiş bir beyət; 

~ Onun rizasını, Özünün rizası;

~ Onu incitməyi, Özünü incitmək saymışdır. 

Muhamməd (sallallahu aleyhi və səlləm)'in dərəcəsinin, bütün dərəcələrin üstündə olub zirvəyə çıxdığında şübhə yoxdur. Bax, burda da belədir. 

- O:

"Kim Mənim dostuma əziyyət edərsə, o, Mənə müharibə elan etmiş olar." buyurunca, bu, Allah Taalanın, vəlisinə əziyyət etməyi, Özünə əziyyət etmək saydığını göstərir.

Bu xüsus, bu məşhur qüdsi hədis ilə də dəstəklənir:

Allah Taala, qiyamət günündə, belə buyuracaq:

"Mən xəstələndim, Məni ziyarət etmədin. Su istədim, su vermədin. Yemək istədim, yemək vermədin."

- (Bunun üzərinə) qul:

"Ey Rəbbim! Sən, aləmlərin Rəbbi ikən, mən, bunu necə edə bilərəm?" dediyində,

- Haqq Taala:

"Filan qulum xəstələndi, sən, onu ziyarət etmədin. Onu ziyarət etməklə, bunu(n qarşılığını) Mənim yanımda tapacağını bilmədinmi?" 

Su, yemək vermədəki hökm də, eynidir. 

Bundan dolayı, bütün bu hədislər, Allahın vəli qullarının, bu dərəcələrə çatdıqlarına dəlalət edir. 

O halda, Allahın o quluna bir parça çörək və bir stəkan su verməsində və yaxud da bir iti və ya bir şiri onun əmrinə verməsində, ağla sığmayan nə vardır ki?!

• Beşinci dəlil:

Biz, örfən (adət-ənənə gərəyi), hökmdarın öz xüsusi xidmətinə təxsis etdiyi; və insanların məclisinə qatılmasına icazə verdiyi kimsəyə, başqasının edə bilməyəcəyi şeyləri etmək səlahiyyəti də verdiyini, müşahidə etməkdəyik. Hətta səlim ağıl sahibləri, belə bir yaxınlıq meydana gəldiyində, bu məqamın, bunu izləyəcəyinə də şəhadət etməkdədirlər. Bundan dolayı, yaxınlıq əsl; məqam da fər (ardından gələn) qılınmış olur.

Hökmdarların da ən böyüyü, Rabbu'l-Aləmindir. Bundan dolayı, O, qulunu, ikram (ehsan) dərəcəsinə çatdırmaq; və onu, Özünü tanımağın sirlərinə vaqif etmək və Özü ilə qulu arasındakı pərdələri qaldırıb onu Özünə "yaxınlıq səccadəsi"nə oturtdurmaq surətilə şərəfləndirdiyində, -bu aləmdəkilərin hər biri, ruhani səadətin və Rabbani biliklərin bir zərrəsinə nisbətlə, mütləq yoxluq kimi olmasına baxmayaraq-, bu aləmdə bəzi kəramətlərin zühur etməsində, ağla zidd nə vardır ki?!

• Altıncı dəlil:

Felləri öz öhdəsinə götürənin, bədən deyil ruh olduğunda, şübhə yoxdur. Yenə, bədən üçün ruh nədirsə, ruh üçün də Allahı tanımağın eynilə o məsabədə olduğunda, şübhə yoxdur. Necə ki, bunu, Allah Taalanın Nəhl surəsi 2-ci ayətinin təfsirində açıqlamışdıq.

Yenə Peyğəmbər (sallallahu aleyhi və səlləm) də, belə buyurmuşdur:

"Mən, Rəbbimin yanında gecələyirəm. O, məni yedizdirir və içizdirir." (bax: Buxari, Savm/20)

Bax bundan dolayıdır ki, qeyb aləminin hallarını ən çox bilənin, qəlb qüvvəti cəhətindən çox yüksək olub, çox da zəiflik duymadığını görməkdəyik. 

Bundan dolayıdır ki, Əli b. əbu Talib (radiyallahu Taala anh):

"And olsun Allaha ki, mən, Xeybərin qapısını, bədəni qüvvətimlə deyil, Rabbani qüvvətimlə söküb atdım." demişdir.

Bu, belədir. Çünki Əli (radiyallahu anh)'ın baxışları, o vaxtda, maddi aləmdən uzaqlaşmış; mələklər, kibriya aləminin nurları ilə Onu nurlandırmışdılar. Beləcə, Onun ruhu qüvvətlənmiş və mələki ruhların cövhərlərinə bənzəmişdi. Və onda, qüdsiyyət və əzəmət aləminin işıqları parlamışdı. 

Bax bu səbəblə, heç şübhəsiz ki, O, başqasının görə bilməyəcəyi işi görmüşdü. 

Bax qul da, belədir. O, Allaha itaəti davam etdirdiyi müddətcə, Allahın:

"Onun qulağı, gözü olaram." dediyi məqama çatar. 

Allahın cəlalının nuru, özünün qulağı olunca da, o kimsə yaxın-uzağı eşidər. Onun gözü olunca da, o, yaxını-uzağı görər. O nur, onun əli olunca da, o kimsə, çətin-asan; uzaq-yaxın hər şey xüsusunda təsərrüf edə bilər.

• Yeddinci dəlil:

Bu dəlil, əqli fəlsəfi qanunlara istinad edən bir dəlil olub, budur:

Biz, ruh cövhərinin, bölünməyə və parçalanmağa əlverişli, xarab olan maddələr cinsindən olmadığını; tam əksinə, onun, mələklər, göylər aləminin varlıqlarının cövhərindən və arınmış-təmiz şeylər növündən olduğunu bəyan etmişdik. Ancaq nə var ki, ruh, bədənlə əlaqə qurub, özünü tamamilə onun işlərini görməyə verdiyində, özünü bu işlərə vermək, ilk vətənini və ilk iqamət etdiyi aləmi unudacaq dərəcəyə varır və tamamilə xarab olub çürüyən maddələrə bənzəmiş olur. Beləcə də, gücü və qüvvəti zəifləyir. Qüdrəti qalmır, o fellərdən hər hansı birini də görə bilmir. 

Ancaq ruh, mərifətullah (Allahı tanımaq) və muhabbətullaha (Allaha sevgiyə) ünsiyyət qazanar, bu bədəni işlərilə olan məşğuliyyəti azalar, üzərində səmavi və ərşi müqəddəs ruhların nuru parlayar və o nurlar bu ruha nüfuz edərsə, o, eynilə, fələki ruhların bu işləri görə bilməsi kimi, bu aləmin maddələrində təsərrüf etməyə də güc tapar, ki, bax kəramət budur.

Bu xüsusdakı digər bir incəlik də, budur ki:

Bizə görə, bəşəri ruhlar, mahiyyətləri cəhətindən fərqli-fərqlidirlər. Onların içində qüvvətli olanlar-zəif olanlar; nurani olanlar-bulanıq olanlar; dəyərli olanlar-dəyərsiz olanlar mövcuddur. 

Fələki ruhlar da, belədir. Cibrilə bir nəzər sal! Allah Taala, onu vəsf edərkən:

إِنَّهُۥ لَقَوْلُ رَسُولٍ كَرِيمٍ • ذِى قُوَّةٍ عِندَ ذِى ٱلْعَرْشِ مَكِينٍ • مُّطَاعٍ ثَمَّ أَمِينٍ

"Həqiqətən, bu, möhtərəm Elçimizin sözüdür. O elçi ki, qüvvətlidir, Ərşin sahibi yanında böyük hörmət sahibidir, orada itaət ediləndir, etibarlıdır." (Təkvir/19-21); və digər mələkləri vəsf edərkən də:

وَكَم مِّن مَّلَكٍ فِى ٱلسَّمَـٰوَ‌ٰتِ لَا تُغْنِى شَفَـٰعَتُهُمْ شَيْـًٔا إِلَّا مِنۢ بَعْدِ أَن يَأْذَنَ ٱللَّهُ لِمَن يَشَآءُ وَيَرْضَىٰٓ

"Göylərdə neçə-neçə mələklər vardır ki, onların şəfaəti Allahın istədiyi və Özünün razı qaldığı kimsələrdən başqa heç kəsə heç bir fayda verməz." (Nəcm/26) buyurmuşdur. Burda da, belədir.

Hər hansı bir nəfsdə, eynilə təbiəti uca, cövhəri aydın və parlaq, qüdsi qüvvət növündən olmaq üzərə, bir qüvvət görülər, sonra da bu ruha, kövn və fəsad (yaradılıb yox edilmə) aləminin tozlarını onun üzündən siləcək olan fərqli riyazətlər (nəfsini tərbiyə məqsədilə çox yemək və içməyi tərk edərək, faydalı fikirlərlə, ibadət və elmlə məşğul olmaq) tətbiq edilərsə, o aydınlanar, işıldayar və Saməd olan Allahın hüzurunda olmağın qüvvətilə, bu kövn və fəsad aləmində təsərrüf edə bilər. 

Biz, bu xüsusda, daha çox açıqlama verməyək. Çünki bunun fövqündə çox incə sirlər əldə edə bilməyənlərin təsdiq edə bilməyəcəyi dərin hallar mövcuddur. 

Biz, xeyirləri idrak etmək xüsusunda Allahdan kömək istəyirik.

-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

Kəraməti inkar edənlərin iddiaları:

Kəraməti inkar edənlər də, bu şübhə və dəlilləri iləri sürmüşlərdir:

• Birinci şübhə: Ki, bu, özünə söykəndikləri və bu səbəblə azdıqları şübhədir.

Buna görə, Haqq Taala, qeyr-i adi halların zühurunu, nübüvvətin dəlili qılmışdır. Bundan dolayı, bu hal (qeyr-i adi halların zühuru), nəbi olmayanlar üçün zühur edərsə, o vaxt, bu dəlalət (nübüvvət) yox olar. Çünki mədlul (dəlalət edilən) olmadan da dəlilin olması, onun dəlil olmasını zədələyər ki, bu da, batildir.

• İkinci şübhə: Onlar, Peyğəmbərdən nəql edilən bu qüdsi hədisə istinad etmişlərdir:

"Qulum Mənə, özünə fərz qıldığım şeyləri əda etməklə yaxınlaşdığı qədər, başqa heç bir əməl ilə yaxınlaşa bilməz."

Bu, fərzləri əda etmək surətilə Allaha yaxınlaşmağın, nafilələri əda etmək surətilə olan yaxınlaşmaqdan daha böyük olduğunu göstərir. Ancaq Allah Taalanın fərzləri əda etmək surətilə Özünə yaxınlaşanlar üçün, hər hansı bir kəramət gerçəkləşməməkdədir. (Demək ki) Allah üçün nafilələri ifa etmək surətilə Ona yaxınlaşmaqdan dolayı, belə bir kəramətin meydana gəlməməsi, daha əvladır.

• Üçüncü şübhə: Onlar, Haqq Taalanın:

وَتَحْمِلُ أَثْقَالَكُمْ إِلَىٰ بَلَدٍ لَّمْ تَكُونُوا۟ بَـٰلِغِيهِ إِلَّا بِشِقِّ ٱلْأَنفُسِ...

"Onlar yüklərinizi, özünüzün çətinliklə apara biləcəyiniz bir ölkəyə daşıyırlar..." (Nəhl/7) ayətinə istinad etmiş və belə demişlərdir:

"Vəlinin, bir diyardan uzaq bir diyara, ayətdə bildirilən şəklin xaricində keçmiş olduğunu söyləmək, bu ayəti tən etmək olur. 

Həm Muhamməd (sallallahu aleyhi və səlləm) də, Məkkədən Mədinəyə böyük çətinliklər içində, bir neçə günə çata bilmişdir. 

Bundan dolayı, vəlinin, öz diyarından bir gün içində Həccə gedib həcc etdiyinin iləri sürülməsi, necə düşünülə bilər?"

• Dördüncü şübhə:

(Fərz edək ki) özündən kəramətlərin zühur etdiyi bu vəli, bir kimsədə alacağının olduğunu iddia etsə, biz, ondan bir dəlil istəyə bilərikmi, yoxsa yox? 

Bundan dolayı, biz, əgər ondan dəlil istəyəcək olsaq, bu, əbəs olar. Çünki üzərində kəramətlərin görünməsi, onun, yalan söyləyə bilməyəcəyini göstərir. Qəti dəlil var ikən, zənni dəlil necə istənilə bilər?

Əgər biz, ondan bu bəyyinə (açıq, qəti dəlil) istəməzsək, o vaxt, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in:

"Bəyyinə (dəlil), iddia edən üzərinə düşür." (Tirmizi, Ahqaq/12) hədisi ilə əməl etməmiş olarıq. Bundan dolayı, bu, kəramətin varlığını söyləməyimizin batil olduğunu göstərir.

• Beşinci şübhə: 

Bəzi vəli qulların kəramət göstərməsi caiz olunca, digərlərinin kəramət göstərmələri də caiz olur. Kəramətlər, qeyr-i adiliyi qaldıracaq bir surətdə çoxaldığında, artıq adətə (isanların adət etdiyi bir hala) uyğun bir hala gəlir ki, bu da, möcüzə və kəraməti zədələyir.

---------------------------------------

• Birinci şübhəyə belə cavab veririk:

Alimlər, vəlinin, vəlayət (vəlilik) iddiasında olmasının caiz olub-olmayacağı xüsusunda ixtilaf etmişlərdir. 

~ Bir qrup mühəqqiq (həqiqətləri dəlillərilə bilən) alim, bunun caiz olmadığını söyləmişlərdir. 

Bu görüşə görə, möcüzə ilə kəramət arasındakı fərq, budur:

Möcüzədən əvvəl, peyğəmbərlik iddiası bəhs mövzusudur. Bu fərqin səbəbi, budur:

Peyğəmbərlər, ancaq, xalqı küfrdən imana, günahdan itaətə çağıra bilmək, çəkə bilmək üçün göndərilmişlərdir. Bundan dolayı, peyğəmbərlik iddiası ortaya çıxmazsa, onu təsdiq etməzlər. Onlar onu təsdiq etmədikləri müddətcə də, küfr üzərə davam etmiş olarlar. Peyğəmbərlər, peyğəmbərlik iddiasında olub möcüzələr göstərdiklərində, ümmətləri ona iman edərlər. Bundan dolayı, peyğəmbərlərin nübüvvət iddiasına yönəlmələrinin qayəsi, özlərini ucaltmaq olmayıb, əksinə, küfrdən imana keçmələri xüsusunda insanlara şəfqəti ortaya qoymaqdır. 

Vəlinin vəlayətinin olduğunu bilməmək isə, küfr sayılmadığı kimi; bunu bilmək də bir iman olmaz. Bundan dolayı, vəlayət iddiasında olmaq, nəfsin arzusunu yerinə yetirmək üçün olur. 

Beləcə, peyğəmbərin, peyğəmbərlik iddiasını açıqca ortaya qoyması gərəkdiyini; ancaq vəlinin, vəlayət iddiasında olmasının caiz olmadığını anlayırıq. Dolayısı ilə, ikisi arasındakı fərq ortaya çıxır.

~ Vəlinin vəlayət iddiasında olmasının caiz olduğunu söyləyənlər, möcüzə ilə kəramət arasındakı fərqi, bu şəkillərdə dilə gətirmişlərdir:

a. Qeyr-i adi fellərin zühur etməsi, o insanın günahdan bəri olduğunu göstərir. Sonra bu fellər, əgər peyğəmbərlik iddiası ilə bərabər edilərsə, o kimsənin, iddiasında doğru olduğunu göstərir. Yox əgər vilayət iddiası ilə bərabər edilərsə, bu da, o şəxsin vəlayət iddiasında sadiq olduğuna dəlalət edir. 

Bax bu yolla, vəlilər üzərində zühur edən kəramət, Peyğəmbərlərin möcüzələrinə zərər verməz.

b. Peyğəmbər (sallallahu aleyhi və səlləm), möcüzə iddiasında olmuş və iddia etdiyini də gerçəkləşdirmişdir. 

Ancaq vəli, kəramət göstərə biləcəyi iddiasında olduğunda, onu gerçəkləşdirməyə bilər. Çünki möcüzənin zühur etməsi lazımdır. Kəramətin isə, zühur etməsi lazım deyildir.

c. Möcüzəyə qarşılıq verilə bilməz. Ancaq kəramətə qarşılıq verilə bilməyəcəyi, söylənə bilməz.

d. Vəlayət iddiasında olan bir vəlinin kəramət göstərməsi üçün, iddiası əsnasında, filan peyğəmbərin dininə mənsub olduğunu bildirməsini şərt qoşuruq. 

Hal belə olunca da, onun göstərəcəyi kəramət, peyğəmbəri üçün bir möcüzə; və o peyğəmbərlərin peyğəmbərliyini dəstəkləyən bir şey olmuş olur. Belə olunca da, kəramətin zühur etməsi, peyğəmbərlərin nübüvvətini zədələməz. Əksinə onu dəstəkləyən bir şey olmuş olur.

• İkinci şübhəyə belə cavab veririk:

Sadəcə fərzlərin ifası ilə Allaha yaxınlaşmaq, sadəcə nafilələri ifa etmək surətilə Allaha yaxınlaşmaqdan daha mükəmməl olur. Ancaq vəli kimsə, ancaq həm fərzləri, həm də nafilələri yerinə yetirmək surətilə vəli olur. Bunun halının, sırf fərzlərlə kifayətlənəninkindən daha tam və mükəmməl olduğunda, şübhə yoxdur. Beləcə, bu 2 şey arasındakı fərq ortaya çıxmış olur.

• Üçüncü şübhəyə belə cavab veririk:

Haqq Taalanın:

وَتَحْمِلُ أَثْقَالَكُمْ إِلَىٰ بَلَدٍ لَّمْ تَكُونُوا۟ بَـٰلِغِيهِ إِلَّا بِشِقِّ ٱلْأَنفُسِ...

"Onlar yüklərinizi, özünüzün çətinliklə apara biləcəyiniz bir ölkəyə daşıyırlar..." (Nəhl/7) ayəti, normal (adət edilmiş) hallara həml edilir. Halbuki vəlilərin kəramətləri, nadir hallardandır. Bundan dolayı, kəramətlər, ayətin ümumi mənasından müstəsna tutulmuş kimi olur. 

Bu, eyni zamanda, onların, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in:

"Bəyyinə, iddia edən üzərinə düşür." şəklindəki hədisini dəlil gətirdikləri "dördüncü şübhə"yə də cavabdır.

• Beşinci şübhəyə belə cavab veririk:

Onların içində itaətkar olanlar azdır. Necə ki, Haqq Taala:

...وَقَلِيلٌ مِّنْ عِبَادِىَ ٱلشَّكُورُ

"...Qullarımdan şükür edən azdır." (Səba/13) buyurmuşdur.

- İblis də:

...وَلَا تَجِدُ أَكْثَرَهُمْ شَـٰكِرِينَ

"...Sən onların əksəriyyətini şükür edən görməyəcəksən." (Əraf/17) demişdir.

Onlar, belə az olduqlarına görə, onlarda bəzən kəramətlərin zühur etməsi, kəramətlərin adətin (adət edilmişin) əksinə olması halını zədələməz.

----------------------------------------

✓ Yeddinci Məsələ: İstidrac nədir?

Bu, kəramət ilə istidrac arasındakı fərqi ortaya qoymaq haqqındadır.

Bil ki, birinin bir şey istəyib, Allahın da o istədiyini verməsi; verilən şey, istər adətə (adət edilmişə) uyğun olsun, istər olmasın, o qulun, Allah qatında etibarlı bir qul olduğunu göstərməz. Əksinə bu (yəni Allahın o qula istədiyini verməsi), bəzən o qul üçün bir ikram, bəzən də bir "istidrac" olur. 

İstidrac, Quranda fərqli isimlərlə zikr edilmişdir:

1. "İstidrac" ləfzi ilə, Haqq Taala:

وَٱلَّذِينَ كَذَّبُوا۟ بِـَٔايَـٰتِنَا سَنَسْتَدْرِجُهُم مِّنْ حَيْثُ لَا يَعْلَمُونَ 

"Ayələrimizi yalan sayanları, özlərinin də bilməyəcəkləri bir yerdən istidrac ilə məhv edəcəyik." (Əraf/182) buyurmuşdur.

İstidrac: "Allah Taalanın, azğınlığı, zülmü, cəhaləti və inadı artsın deyə, belə bir qula, dünyada ikən istədiyi hər şeyi verməsidir."

Beləcə, o insan, hər gün bir az daha Allahdan uzaqlaşar. 

Bunun əsli, budur:

Əqli elmlərdə, belə deyilir:

"Bir şeyi təkrar-təkrar etmək, kök salmış bir bacarıq, məharətin meydana gəlməsinə səbəb olur. Bundan dolayı, qulun qəlbi, dünyaya meyilli olub, Allah da onun muradlarını verdiyində, bu halda, o, istədiyini əldə etmiş olur. Bu da, ləzzətin gerçəkləşməsinə səbəb olur. Ləzzətin gerçəkləşməsi də, meyli artırır. Təmayül isə, daha çox səy göstərməyi gərəkdirir. Bunların hər biri, həmişə bir digərinə aparır. Beləcə də, bu hallardan hər biri, getdikcə, dərəcə-dərəcə güc-qüvvət qazanır. Dünyəvi ləzzətlərlə məşğul olmağın, mükaşəfə məqamlarlna və maarif dərəcələrinə mane olacağı, məlumdur. Bu halı ilə o kimsə, getdikcə Allahdan uzaqlaşır və iş, bir gün ən son nöqtəsinə çatır. Bax istidrac, budur."

2. "Məkr" (hiylə) ləfzi:

Allah Taala:

أَفَأَمِنُوا۟ مَكْرَ ٱللَّهِ ۚ فَلَا يَأْمَنُ مَكْرَ ٱللَّهِ إِلَّا ٱلْقَوْمُ ٱلْخَـٰسِرُونَ 

"Yaxud onlar, Allahın məkrindən (hiyləsindən) ehtiyat etmirdilərmi? Allahın məkrindən (hiyləsindən), yalnız ziyana uğrayanlar ehtiyat etməzlər." (Araf/99);

وَمَكَرُوا۟ وَمَكَرَ ٱللَّهُ ۖ وَٱللَّهُ خَيْرُ ٱلْمَـٰكِرِينَ 

"Onlar, məkr (hiylə) qurdular, Allah da, məkr (hiylə) qurdu. Allah məkr (hiylə) quranların ən yaxşısıdır." (Al-i İmran/54); 

وَمَكَرُوا۟ مَكْرًا وَمَكَرْنَا مَكْرًا وَهُمْ لَا يَشْعُرُونَ 

"Onlar məkr (hiylə) qurdular, Biz də hiylə qurduq. Lakin onlar bunu hiss etmədilər." (Nəml/50) buyurmuşdur.

3. Keyd (tələ) ləfzi:

Allah Taala:

إِنَّ ٱلْمُنَـٰفِقِينَ يُخَـٰدِعُونَ ٱللَّهَ وَهُوَ خَـٰدِعُهُمْ...

"O (münafiqlər), Allaha tələ qurarlar. Halbuki Allah da, onlara tələ qurmaqdadır." (Nisa/142);

يُخَـٰدِعُونَ ٱللَّهَ وَٱلَّذِينَ ءَامَنُوا۟ وَمَا يَخْدَعُونَ إِلَّآ أَنفُسَهُمْ وَمَا يَشْعُرُونَ 

"Onlar, Allahı və iman gətirənlərə tələ qurmağa çalışırlar. Halbuki yalnız özlərini tələ qurmuşlar və bunu anlamırlar." (Bəqərə/9)

4. İmla (möhlət vermə) ləfzi:

Allah Taala:

وَلَا يَحْسَبَنَّ ٱلَّذِينَ كَفَرُوٓا۟ أَنَّمَا نُمْلِى لَهُمْ خَيْرٌ لِّأَنفُسِهِمْ...

"Kafirlər elə güman etməsinlər ki, Bizim onlara möhlət verməyimiz, onların xeyirlərinədir..." (Al-i İmran/178) buyurmuşdur.

5. "Həlak" ilə.

Necə ki, Haqq Taala:

فَلَمَّا نَسُوا۟ مَا ذُكِّرُوا۟ بِهِۦ فَتَحْنَا عَلَيْهِمْ أَبْوَ‌ٰبَ كُلِّ شَىْءٍ حَتَّىٰٓ إِذَا فَرِحُوا۟ بِمَآ أُوتُوٓا۟ أَخَذْنَـٰهُم بَغْتَةً فَإِذَا هُم مُّبْلِسُونَ

"Onlar özlərinə edilmiş xəbərdarlığı unutduqları zaman hər şeyin qapılarını onların üzünə açdıq. Özlərinə verilən şeylərə sevindikləri vaxt isə onları qəflətən yaxaladıq və onlar naümid qaldılar." (Ənam/44) buyurmuşdur.

Haqq Taala, firon haqqında da:

وَٱسْتَكْبَرَ هُوَ وَجُنُودُهُۥ فِى ٱلْأَرْضِ بِغَيْرِ ٱلْحَقِّ وَظَنُّوٓا۟ أَنَّهُمْ إِلَيْنَا لَا يُرْجَعُونَ • فَأَخَذْنَـٰهُ وَجُنُودَهُۥ فَنَبَذْنَـٰهُمْ فِى ٱلْيَمِّ ۖ فَٱنظُرْ كَيْفَ كَانَ عَـٰقِبَةُ ٱلظَّـٰلِمِينَ

"Firon və onun əsgərləri yer üzündə haqsız yerə təkəbbür göstərdilər və elə güman etdilər ki, hüzurumuza qaytarılmayacaqlar. Biz də onu və onun əsgərlərini tutub dənizə atdıq. Bax gör zalımların aqibəti necə oldu." (Qasas/39-40) buyurmuşdur.

Bax bütün bu ayətlərlə, Allahın bəzi insanları istədiklərinə çatdırmasının, onların dərəcələrinin mükəmməl olduğuna, beləcə, xeyri əldə etmiş olduqlarına dəlalət etmədiyi sabit olmuş olur.

---------------------------------------

Geriyə sadəcə, kəramətlə istidrac arasındakı fərqi açıqlamağımız qalır:

Biz deyirik ki:

Kəramət sahibi, kəramətinə çox da əhəmiyyət (dəyər) verməz. Əksinə, özündən kəramət meydana çıxdıqca, Allahdan qorxusu daha da artar və Allahın qəhri xüsusunda duyacağı narahatlıq, daha da şiddətlənər. Çünki o, bunların istidrac ola biləcəyindən qorxar. 

Lakin istidrac sahibi olan şəxs isə, özündən zühur edən bu şeylərə iltifat edər, əldə etdiyi və hiss etdiyi bu qeyr-i adi hallara, özünün layiq olduğunu zənn edər; bu cəhətdə, başqalarını aşağı görməyə başlayar; onlara qarşı təkəbbürlü olar; Allahın məkri (hiləsi) və əzabına qarşı, özündə bir əminlik hiss edər və pis aqibətdən heç narahatlıq duymaz. 

Bundan dolayı, bu hallardan hər hansı bir şey kəramət sahibi üzərində zühur etdiyində, bu, onların bir kəramət deyil, bir istidrac olduğunu göstərir. 

Bax bundan dolayı, mühəqqiq alimlər, belə demişlərdir:

"Allahın hüzurundan ayrılmaq, əksəriyyətlə kəramət məqamında meydana gələr. Bundan dolayı, heç şübhəsiz, mühəqqiq kimsələr, bəlaların gəlməsindən qorxduqları kimi, özlərindən kəramətlərin zühurundan da qorxarlar."

Kəramətə çox iltifat etməyin, Haqq Taala'ya gedən yolları kəsdiyinə, bunlar da dəlalət edirlər:

1. Bu aldanma, insan özünün kəramətə layiq olduğuna inandığı vaxt meydana gəlir. Çünki insan, buna (kəramətə) layiq olmadığını bilib (qəbul etdiyi) vaxt, bu kəramətdən dolayı sevinməsi, imkansızdır. Əksinə, insanın, Mövlasının fəzli və kərəmindən dolayı sevinməsinin, özündən dolayı sevinməsindən daha çox olması lazımdır. 

Beləcə, kəramətdən dolayı sevinməyin, öz nəfsindən dolayı sevinməkdən daha çox olduğu; və ancaq özünün ona əhil və layiq olduğuna inandığı vaxt gerçəkləşdiyi sabit olmuş olur ki, bu, cahiliyyin məhz özüdür. Çünki mələklər belə:

"Sənin bizə öyrətdiyindən başqa, heç bir biliyimiz yoxdur." (Bəqərə/32) demişlərdir.

Haqq Taala da:

"Allahın əzəmətini, haqqı ilə təqdir edə bilmədilər." (Zümər/67) buyurmuşdur.

Həm heç kimin, Allah Taala üzərində bir haqqı olmadığı da, yəqini və əqli dəlillə sabitdir. 

Bundan dolayı, belə bir layiqlik, necə bəhs mövzusu ola bilər?!

2. Kəramətlər, Haqq Subhənəhu və Taaladan başqa şeylərdir. Bundan dolayı, kəramətdən dolayı sevinib lovğalanmaq; haqsız bir şeydən dolayı sevinməkdir. Haqsız yerə lovğalıq isə, Haqqa qarşı bir pərdədir. Haqdan pərdələnmiş kimsənin, bundan dolayı sevinməsi, necə doğru ola bilər?!

3. Əməllərindən dolayı kəramətə layiq olduğuna inanan kimsənin qəlbində, o əməlləri çox dəyərli olur. Özüncə əməllərini belə dəyərli görən isə, ancaq cahildir. Əgər o, Rəbbini bilmiş olsaydı, bütün məxluqatın o qədər itaətinin, Allahın cəlalı yanında nöqsan; onların bütün şükürlərinin, Allahın nemət və ehsanının yanında çox natamam; və bütün elm və biliklərinin də, Allahın izzəti qarşısında, sadəcə bir heyrət və cəhalət olduğunu başa düşərdi. 

Mən (Razi), bir kitabda bunu görmüşdüm:

Bir tələbə, Ustad əbu Əli əd-Dəqqaq'ın (Nişapurlu sufi alimlərdən biri) məclisində, Haqq Taalanın:

"...Gözəl söz Ona tərəf yüksəlir və onu ucaldan yaxşı əməldir..." (Fatir/10) ayətini oxuyur. 

Bunun üzərinə, əbu Əli:

"Əməlinin yüksəldilmiş olduğunun əlaməti, etdiyin şeyin səncə tamamilə unudulmasıdır. Bundan dolayı, əgər o əməlin, hələ sənin nəzərində durursa, o əməl, geri çevrilmiş sayılar. Yox unudulmuşdursa, o da, yüksəldilmiş və qəbul edilmiş deməkdir." deyir.

4. Kəramət sahibi, kəramətini, zəlil olduğunu ortaya qoymaq və Allahın hüzurunda mütəvazi olmaq üçün hiss edər. Ancaq kəramətlərindən dolayı təkəbbürlənər, lovğalanarsa, sayəsində kəramətlərə çatdığı əməlləri də batil olmuş olar. Bu isə, varlığı, yoxluğuna aparan bir yoldur. Bundan dolayı, mərduddur (rədd olunandır). Bax bundan ötürüdür ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm), Özünün fəzilətlərindən bəhs edincə, hər birinin sonunda, "və lə fəxr"/"bunda təriflənəcək bir şey yoxdur" buyurmuşdur. Yəni:

"Mən, Mənə verilən bu fəzilətlərlə qürurlanmıram. Mən, ancaq onu verən, Mənə ehsan edən ilə qürurlanıram." buyurardı.

5. İblis və Bəlam əlilə zühur edən bir çox kəramət olmuşdur. Lakin:

~ İblis üçün:

"O, kafirlərdən oldu." (Sad/74);

~ Bəlam üçün də:

"...Onun məsəli itin məsəlinə bənzəyir; onu qovsan da dilini çıxardıb ləhləyər, qovmasan da..." (Əraf/176);

~ İsrail oğullarının alimləri üçün:

"Onlara Tövrata əməl etmək tapşırıldıqdan sonra, ona əməl etməyənlər, belində çoxlu kitab daşıyan, amma onlardan faydalana bilməyən uzunqulağa bənzəyirlər..." (Cümə/5)

"Kitab verilənlər, ancaq özlərinə elm gəldikdən sonra, aralarındakı zülm və həsəd üzündən ixtilafa düşdülər..." (Al-i İmran/19) buyurmuşdur.

Beləcə, Haqq Taala, onların zülmətə və azğınlığa düşməsinin, özlərinə verilən elm və zühddən dolayı lovğalanmaları səbəbilə olduğunu bəyan etmişdir.

6. Kəramət, onu ikram/ehsan edən (verən)'dən başqa bir şeydir. Ehsan edəndən başqa olan hər şey, zəlildir. Zəlil ilə izzət (şərəf) tapacağını zənn edən də, zəlildir. 

Bax bundan ötürü, İbrahim (əleyhissəlam), oda atıldığında, Cəbrail Ona:

"Bir ehtiyacın varmı?" deyə soruşduğunda:

"Sənə xeyir, yoxdur." deyə buyurmuşdur.

Bundan dolayı:

~ kasıblıq sayəsində zəngin olmağı ummaq, kasıblığın; 

~ acizlik sayəsində güc-qüvvət sahibi olmağı ummaq, acizliyin; 

~ nöqsan ilə kamal mərtəbəyə çatmağı ummaq da, nöqsanlığın məhz özüdür. 

Muhdəs (sonradan olan) bir şey ilə lovğalanmaq, axmaqlıqdır. Tamamilə Allaha yönəlmək isə, qurtuluşdur. 

Beləcə, yoxsulun, kəramətləri ilə sevinib lovğalandığında, o dərəcə və məqamdan düşəcəyi sabit olmuş olur. Lakin o, 

~ kəramətlərində, bunları özünə nəsib və ehsan edəni;

~ əziz qılındığında, özünü əziz qılanı;

~ məxluqlarda da Xaliqi gördüyündə,

bax o vaxt, vüslət (Allaha qovuşmaq) gerçəkləşər.

7. İnsanın, özü və öz özəllikləri ilə lovğalanması, iblis və fironun adətidir. Necə ki, 

~ iblis:

"Mən, Ondan (Adəmdən) daha xeyirliyəm." (Araf/12);

~ firon da:

“Ey xalqım! Məgər Misir səltənəti və altımdan axan bu çaylar, mənim deyilmi?" (Zuxruf/51) demişdi.

Yalan yerə ilahlıq və ya peyğəmbərlik iddia edənin, nəfsini/özünü uca göstərməkdən, hərisliyini və ucbunu (özünü bəyənməsini) qüvvətləndirməkdən başqa məqsədi yoxdur. 

Bax bundan dolayıdır ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm):

"3 şey, həlak edicidir." buyurmuş və üçüncü olaraq, ucbu (insanın özünü bəyənməsini) zikr etmişdir.

8. Allah Taala:

...فَخُذْ مَآ ءَاتَيْتُكَ وَكُن مِّنَ ٱلشَّـٰكِرِينَ 

"...Elə isə sənə verdiyimi götür və şükür edənlərdən ol!" (Araf/144) buyurmuşdur.

Bundan dolayı, Haqq Taala, quluna böyük ehsan bəxş etdiyində, ona bu ehsandan dolayı lovğalanmağı deyil, bunu verənə ibadətlə məşğul olmağı əmr etmişdir.

9. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'i, Allah Taala, hökmdar Peyğəmbər qılmaqla, qul Peyğəmbər olmaq arasında muxayyər (seçimdə sərbəst) buraxınca, Peyğəmbər (sallallahu aleyhi və səlləm), hökmdarlığı tərcih etmədi. Bütün şərq və qərbi (bütün dünyanı) əhatə edə bilən bir hökmdarlıq qazanmağın, bir kəramət, hətta bir möcüzə olduğunda, şübhə yoxdur. 

Ancaq buna rəğmən, Peyğəmbər (sallallahu aleyhi və səlləm), hökmdar olmağı deyil, qulluğu tərcih etmişdir. Çünki qul olduğu vaxt, Mövlası ilə iftixar edər; ancaq hökmdar olan isə, nökərləri ilə iftixar edərdi. 

Bundan dolayı, Peyğəmbər (sallallahu aleyhi və səlləm), qulluğu tərcih edincə, yerində olaraq, ibn Məsudun rəvayət etdiyi "təhiyyətu" duasında, "Əşhədu ənnə Muhammədən abduhu və rasuluhu" deyərək, Onun, qul olduğunu bildirməyi, sünnət qılmışdır. 

Yenə İsra-Mirac ayətində:

سُبْحَـٰنَ ٱلَّذِىٓ أَسْرَىٰ بِعَبْدِهِۦ لَيْلًا مِّنَ ٱلْمَسْجِدِ ٱلْحَرَامِ إِلَى ٱلْمَسْجِدِ ٱلْأَقْصَا ٱلَّذِى بَـٰرَكْنَا حَوْلَهُۥ لِنُرِيَهُۥ مِنْ ءَايَـٰتِنَآ ۚ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلْبَصِيرُ 

"Dəlillərimizdən bəzisini ona (Peyğəmbərə) göstərmək üçün Öz qulunu gecə vaxtı Məscidulharamdan ətrafına xeyir-bərəkət verdiyimiz Məsciduləqsaya aparan Allah pak və müqəddəsdir. Həqiqətən, O, Eşidəndir, Görəndir." (İsra/1) buyurulmuşdur.

10. Mövlanı sevmək başqa bir şey, Mövla üçün olan sevmək isə, başqa bir şeydir. Bundan dolayı, Mövlanı sevən, Ondan başqası ilə sevinə və Ondan başqasına ülfət edə bilməz. Mövladan başqasına ülfət etmək və Ondan başqası ilə sevinmək, insanın Mövlasını sevdiyinə deyil, əksinə, öz payına düşəcək şeyləri sevdiyinə dəlalət edər. Özünün payı da, ancaq özü üçün istənilər. Bundan dolayı, o, sadəcə özünü sevir, deməkdir və Mövla, onun sevdiyi olmamışdır. Hətta o, məqsədini gerçəkləşdirməyə, Mövlasını vəsilə qılmışdır. Ən böyük büt, Haqq Taala'nın da:

أَفَرَءَيْتَ مَنِ ٱتَّخَذَ إِلَـٰهَهُۥ هَوَىٰهُ...

"Nəfsinin istəyini ilahiləşdirən şəxsi gördünmü?" (Casiyə/23) ayətində buyurduğu kimi, "nəfs"dir. 

Dolayısı ilə, bu insan, beləcə, ən böyük bütünə qulluq etmiş olar. Hətta mühəqqiq alimlər, belə demişlərdir:

~ İnsanın öz nəfsinə qulluq etməsindən doğacaq zərər qədər, hər hansı bir bütə ibadət etməkdən doğacaq böyük zərər; 

~ İnsanın, öz kəramətlərilə sevinib lovğalanmasından ötrü duyulacaq qorxu qədər, hər hansı bir bütə ibadət etməkdən dolayı duyulacaq böyük qorxu yoxdur.

11. Haqq Taala:

"...Allahdan qorxana, Allah çıxış yolu göstərər və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər. Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər..." (Talaq/2-3) buyurmuşdur.

Bu, Allahdan qorxmayan və Ona təvəkkül etməyənlər üçün, belə şeylərin bəhs mövzusu olmadığını göstərir.

-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

✓ Səkkizinci məsələ: "Vəlinin, özünün vəli olduğunu bilib-bilə bilməyəcəyi xüsusu"

Ustad əbu Bəkr b. Furek, bunun mümkün olmayacağını söyləyərkən; Ustad əbu Əli əd-Dəqqaq ilə tələbəsi əbu'l-Qasim əl-Quşeyri, bunun mümkün olduğunu söyləmişlərdir. 

• Bunun mümkün olmayacağını söyləyənlərin dəlilləri, bunlardır:

~ Birinci dəlil:

Əgər insan, özünün vəli olduğunu bilə bilsə, özündə bir əmin-amanlıq hissi meydana gələr. Bunun dəlili:

أَلَآ إِنَّ أَوْلِيَآءَ ٱللَّهِ لَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ 

"Şübhəsiz ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər." (Yunus/62) ayətidir.

Lakin insanın, özünü (aqibətindən) əmin hiss etməsi, caiz deyildir. Bunun dəlili də, bunlardır:

a. Haqq Taala:

...فَلَا يَأْمَنُ مَكْرَ ٱللَّهِ إِلَّا ٱلْقَوْمُ ٱلْخَـٰسِرُونَ

"...Allahın hiyləsindən, yalnız ziyana uğrayanlar ehtiyat etməzlər." (Araf/99) buyurmuşdur.

İnsanın, tamamilə, ümidsizliyə düşməsi də, caiz deyildir. Çünki Allah Taala:

...إِنَّهُۥ لَا يَا۟يْـَٔسُ مِن رَّوْحِ ٱللَّهِ إِلَّا ٱلْقَوْمُ ٱلْكَـٰفِرُونَ

"...Çünki Allahın mərhəmətindən ancaq kafir adamlar ümidlərini kəsər." (Yusuf/87);

...وَمَن يَقْنَطُ مِن رَّحْمَةِ رَبِّهِۦٓ إِلَّا ٱلضَّآلُّونَ

"...Doğru yoldan azanlardan başqa, Rəbbinin mərhəmətindən kim ümidini üzər?" (Hicr/56) buyurmuşdur. 

Bu, "əmin-amanlıq, ancaq (qarşı tərəfin) aciz olduğuna inanıldığı vaxt, olur; ümidsizlik də, (qarşı tərəfin) paxıl olduğuna inanıldığı vaxt, baş verir. 

Allahın, aciz və paxıl olduğuna inanmaq isə, küfrdür. Bundan dolayı, heç şübhəsiz, əmin-amanlıq və ya ümidsizliyə düşmək, küfr olar."

b. İnsanın, itaətləri nə qədər çox olarsa olsun, Haqqın qəhri, ondan daha böyükdür. Haqqın qəhri daha böyük olduğuna görə, əmin-amanlıq hissi gerçəkləşə bilməz.

c. Əminlik, yəni insanın özünü əmin hiss etməsi, qulluğun qalxmasına; Allaha xidmət və qulluğu tərk etmək isə, düşmənliyə aparar. Əminlik halı, qorxunu ortadan qaldırmağa aparar.

d. Allah Taala, xalis qullarını:

...إِنَّهُمْ كَانُوا۟ يُسَـٰرِعُونَ فِى ٱلْخَيْرَ‌ٰتِ وَيَدْعُونَنَا رَغَبًا وَرَهَبًا...

"...Həqiqətən, onlar yaxşı işlər görməyə tələsər, ümid və qorxu ilə Bizə yalvarardılar..." (Ənbiya/90) vəsf etmişdir. 

Ayətdəki "ümid və qorxu"ya, bu mənalar verilmişdir:

"Savabımızı umaraq, əzabımızdan qorxaraq; fəzlimizi umaraq, ədalətimizdən qorxaraq; Bizə çatmağı umaraq, Bizdən ayrılmaqdan qorxaraq..." 

Ən gözəl məna, "Bizi umaraq və Bizdən qorxaraq" deməkdir.

~ İkinci dəlil:

Vəli (dost), özü Haqqı sevdiyi üçün deyil, Haqq onu sevdiyi üçün "vəli" olur. Düşmən haqqında da, eyni hal caridir. Haqqın sevməsi və düşmən olması, heç kimin xəbərdar ola bilməyəcəyi 2 sirdir. 

Bundan dolayı, qulların itaət və üsyanları, Haqqın sevməsində və ya düşmən olmasında, müəssir (təsir edici) ola bilməz. Çünki itaətlər və günahlar, muhdəs (sonradan olan) şeylərdir. Haqqın sifətləri isə, qədim və sonsuzdur. Muhdəs və sonlu olanlar, qədim və sonsuz olana qalib ola bilməz. Belə olması halında, qul, bəzən günah içindədir, ancaq əzəldəki nəsibi, məhəbbətin məhz özüdür. Yenə qul, indi itəat içində ola bilər; ancaq əzəldəki nəsibi, düşmənlikdir. 

Sözün özü, budur:

Haqq Taalanın sevməsi və düşmən olması, bir sifətdir. Haqqın sifətləri isə, hər hansı bir şeyə istinad edilə bilməz. Sevməsi, hər hansı bir illətə (səbəbə) bağlı olmayanın, günah səbəbilə birinə düşmən olması, imkansızdır. Yenə düşmən olması, bir səbəbə bağlı olmayanın, itaət səbəbilə, birini sevməsi də, imkansızdır. 

Haqqın sevməsi və düşmən olması, heç kimin bilə bilməyəcəyi 2 sirr olunca, İsa (əleyhissəlam), yerində olaraq:

...تَعْلَمُ مَا فِى نَفْسِى وَلَآ أَعْلَمُ مَا فِى نَفْسِكَ ۚ إِنَّكَ أَنتَ عَلَّـٰمُ ٱلْغُيُوبِ 

"...Sən, mənim içimdə olanları bilirsən, mən isə, Sənin Özündə olanları bilmirəm. Şübhəsiz ki, qeybləri bilən Sənsən!" (Maidə/116) demişdir.

~ Üçüncü dəlil:

İnsanın:

- vəli;

- cənnət əhlindən; və

- mükafata layiq olanlardan olduğunu söyləmək, onun, son nəfəsindəki halına bağlıdır. Bunun dəlili:

مَن جَآءَ بِٱلْحَسَنَةِ فَلَهُۥ عَشْرُ أَمْثَالِهَا...

"Kim bir yaxşılıq gətirərsə, ona gətirdiyinin on qat əvəzi verilər..." (Ənam/160) ayətidir.

Haqq Taala, bu ayətində, "Kim bir yaxşılıq gətirərsə..." buyurmuş, "Kim bir yaxşılıq edərsə..." deməmişdir.

Bu, mükafatı qazanmağın, əməlin başlanğıcından deyil, nəticəsindən əldə ediləcəyini göstərir. Bunu da, bu xüsus dəstəkləyir:

Bir kimsə, bütün ömrünü küfr içərisində keçirdib, sonunda müsəlman olsa, mükafat əhlindən, cənnətliklərdən olar. Ziddi də, buna görədir. Bu da, əməlin başlanğıcının deyil, insanın aqibətinin (son halının) nəzər-i diqqətə alındığına bir dəlildir. Necə ki, Haqq Taala:

قُل لِّلَّذِينَ كَفَرُوٓا۟ إِن يَنتَهُوا۟ يُغْفَرْ لَهُم مَّا قَدْ سَلَفَ...

"Kafir olanlara de ki, əgər küfrə son qoysalar, olub-keçənlər onlara bağışlanar..." (Ənfal/38) buyurmuşdur.

Beləcə, Allahın dostluq (vəlayət) və ya düşmənliyi, insanın, cənnətlik və ya cəhənnəmlik olması xüsusunda nəzər-i diqqətə alınan şeyin, xatimə (son hal) olduğu sabit olur və beləcə də, xatimənin, heç kim tərəfindən (əvvəlcədən) bilinə bilməyəcəyi ortaya çıxmış olur. 

Bu səbəblə, vəlinin, özünün vəli olduğunu bilə bilməyəcəyini, qəti olaraq söyləmək lazımdır. 

-------------------------------------

• Vəlinin, özünün vəli olduğunu bilə biləcəyini söyləyənlər də, görüşlərinin doğruluğuna, bu şəkildə hüccət gətirmişlərdir:

Vəlayətin, 2 rüknü vardır:

a. O kimsənin, zahirən şəriətə tabe olduğunun görülməsi;

b. Batinən də, həqiqət nuruna bürünmüş olmasıdır. 

Bundan dolayı, bu 2 şey gerçəkləşdiyində və insan, bunların özündə gerçəkləşdiyini fərq etdiyində, özünün vəli olduğunu, heç şübhəsiz başa düşər. 

Bu insanın, zahirən şəriətə tabe olması məsələsi, açıqdır. Batinən həqiqət nuruna dalmasına gəlincə, bu:

- sevincinin, Allaha itaətdə;

- ülfətinin, Allahın zikrində; və

- qəlbində, Allahdan başqa heç bir şeyin yer almamış olmasıdır. 

Buna, belə cavab veririk:

Bu mövzulara, çox yalnış şeylər girmişdir və bunlar, qapalı və çətin məsələlərdir. Bunlarda hökm vermək (qəti danışmaq), çətindir. Yoxlamaq təhlükəlidir. Qəti qərara gəlmək, aldanışdır. Rübubiyyət aləminə çatma işinin önündə, atəşdən və nurdan çox pərdələr vardır. Sirlərin özünü və həqiqətini bilən isə, ancaq Allah Taaladır.

 

Read 38 times
In order to make a comment, please login or register