Mirac Gecəsilə əlaqədar nə cür ibadətlər edə bilərik?


KANDİLLƏRİN QİYMƏTLƏNDİRİLMƏSİ


Bütün kandil gecələrində edilə biləcək və edilməsi gərəkən önəmli bir sıra əfv ü mağfirətə nail olma, əcr ü savab qazanma, mənəvi tərəqqi  etmə, bəla və müsibətlərdən qurtulma və rıza-i İlâhiyə (İlahi rızaya) nail olma vəsilələri vardır ki, bunlardan bəzilərini maddələr halında qısaca və toplu olaraq yenidən xatırlamaqda fayda var:


1. Qur'ân-ı Kərim oxunmalı; oxuyanlar dinləməli; uyğun məkânlarda Qur'ân ziyafətləri verilməli; Kelamullah`a olan sevgi, hörmət və bağlılıq duyğuları yenilənməli, qüvvətləndirilməli.


2. Peyğəmbər Əfəndimiz (sallallahu aleyhi və sələm)`ə salât ü səlâmlar gətirilməli; O`nun şəfaətini ümid edib, ümmətindən olma şüuru təzələnilməli.


3. Qəza, nafilə namazlar qılınmalı; kandil gecəsi, özü etibarilə ibadət və ibadətdə ehsan(lütf) şüuruyla canlandırılmalı.


4. Təfəkkürdə olmaq; "Mən kimiəm, haradan gəldim, hara gedirəm, Allah`ın məndən istəkləri nələrdir?" kimi mövzular başda olmaq üzrə, həyatî məsələlərdə dərin düşüncələrə girməli.


5. Keçmişin mühasiblik və murakabəsi(özünü təhlil) edilməli; və indinin və gələcəyin plan və proqramı yazılmalı.


6. Günahlara səmimi olaraq tövbə və istiğfar edilməli; idrak edilən gecəni son fürsət bilərək peşmanlıq və inabətdə (tövbə) olmalı.


7. Bol bol zikr, evrad ü ezkar etməli.


8. Möminlərlə halallaşılmalı; onlarla əlaqəmiz cəhətindən razılıqları alınmalı.


9. Küsülü və incik olanlar barışdırılmalı; könüllər alınmalı; kədərli üzlər güldürülməli.


10. Adam özünə və digər mömin qardaşlarına, hətta ad zikr edərək dualar etməli.


11. Üzərimizdə haqqları olanlar axtarılıb soruşulmalı; vəfa, hörmət və ehtiram əxlaqı yerinə yetirilməli.


12. Yoxsul, kimsəsiz, yetim, xəstə, şikəst, yaşlı olanlar ziyarət edilib, sevgi, şəfqət, hörmət, hədiyyə sədəqələrlə xoşbəxt edilməli.


13. O gecə ilə əlaqədar ayələr, hədislər və bunların şərhləri əlaqədar kitablardan fərdi və ya camaatla oxunmalı.


14. Dini yığıncaqlar, panellər və söhbətlər təşkil edilməli; və`z ü nəsihət dinlənilməli;


15. Kandil gecəsinin axşam, yatsı və səhər namazları camaatla və məscidlərdə qılınmalı.


16. Səhabə, üləma və övliya türbələri ziyarət edilməli; məmnuniyyətləri alınmalı; və mənəvî iqlimlərində vəsiləlikləriylə Haqqa niyazda olmalı.


17. Vəfat etmiş yaxınlarımızın, dostlarımızın və böyüklərimizin qəbirləri ziyarət edilməli; iman qardaşlığına aid sədaqəti yerinə yetirilməli.


18. Həyatdakı mənəvi böyüklərimizin, ustadlarımızın, ana və atamızın, dostlarımızın və digər yaxınlarımızın kandilları şəxsən gedərək və ya telefon, faks yaxud e-poçt ilə təbrik edilməli; duaları istənməli.


19. Bu kandil gecələrinin gündüzlərində mümkün olduğunca oruc tutulmalı.


"Mübarək gecələrin əhyası ilə əlaqədar xüsusi bir ibadət mövcud deyil. Namaz, tilavət-i Qur`an, dua kimi bütün ibadət növləri ilə gecə əhya edilə bilər... Mübarək gecələrdə qılınan bəzi xüsusi namazlar sünnədə mövcud deyil; mötəbər bir rəvayətə də istinad etməzlər. Bu, "O gecələrdə namaz qılmaq məkruhdur." mənasını verməz. Təhəccüd və nafilə namazlarını təşviq edən rəvayətlər çoxdur. Bunların mübarək gecələrdə edilməsi əlbəttə daha fəzilətlidir." (Canan, Kütüb-u Sittə, III/289).

Read 863 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR