Möhtəşəm Fürsət: Zilhiccənin On Günü; Leyali-i Aşərə


Ramazanın yarısından sonra başlayan ayrılıq hüznü, Qədr Gecəsi`ndən sonra artar və son təravih-son orucla birlikdə zirvəyə çıxar. Artıq rəhmət və məğfirət ayı bitməkdə, birə min verilən gecələr vəda etməkdədir. Mənəviyyata həssas olan necə mömin gözyaşı tökər, hətta bayramı hüzünlü keçirər.


Şəvval ayında tutulan altı günlük oruc qəmli ürəklərimizə bir dərəcə təskinlik verər. Sanki Ramazanın kiçik bir uzantısını yaşayarıq. Qurban Bayramından əvvəlki Zilhiccənin ilk on günü isə, Ramazandakı bol savablı və çox feyzli ibadətlərdən ayrılan qəmli könüllərimizə sanki bir "təsəlli hədiyyəsi" dir. "Kaş ki Ramazan bir az uzun olsaydı?" ya da "Ah, Ramazanı haqqıyla əhya edə bilsəydim?" deyə yanan könüllərimizə möhtəşəm bir fürsətdir bu on gecə.


Qur'an-ı Kərimdə Fəcr Surəsinin başında, "On gecəyə and olsun ki?" ifadələriylə bəhs edilən bu on gecənin nə böyük bir xəzinə olduğunu təəssüf ki haqqıyla bilmirik. Bəzi qaynaqlarda bu on gecənin Ramazanın son on günü və ya Məhərrəmin onuncu gününə (Aşura Gününə) qədər olan on gün olduğu qeyd olunsa da ümumi fikir və qəbul olunan görüş, bu mübarək on günün Zilhiccə ayının ilk on günü olduğudur. Yəni hər ilin Qurban bayramından əvvəlki ilk doqquz günü və Qurban bayramı günü olmaq üzrə tam "on gün"


Zilhiccə, ümümi əfv və bağışlanma ayıdır


Qəməri ayların 12'ncisi olan Zilhiccə ayı, İslam`ın beş əsasından biri olan həcc ibadətinin yerinə gətirildiyi ümümi əfv və bağışlanma ayıdır. Məhz bu mübarək ayın yuxarıda da ifadə etdiyimiz birindən onuna qədər olan zaman dilimi "leyâli-i Aşərə", yəni on mübarək gecədir. Onuncu gün Qurban Bayramının ilk günüdür.


Məhz bu günlərin qiymətini bildirən Sevgili Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) möhtəşəm müjdəsi:


"Allah'a ibadət ediləcək günlər içində Zilhiccənin ilk on günündən daha sevimli günlər yoxdur. O günlərdə tutulan hər günün orucu bir illik oruca, hər gecəsində qılınan namazlar da Qədr gecəsinə bərabərdir." (Tirmizi: Savm, 52; İbn Macə: Siyam, 39)


Demək ki, bu günlərdə tutulan oruc, 360 gün oruca əvəz ola bilər. Rəbbimizin rəhmət və bərəkəti o qədər coşmaqdadır ki, bir günlük oruca bir illik oruc savabı verməkdədir. Belə gözəl və şirin bir müjdəyə laqeyd qalmaq mümkün mü? Bu gecələrin Qədr gecəsinə bənzədilməsi isə, ayrı bir gözəllikdir. Çünki, Qədr Gecəsi min aydan xeyirlidir və 83 illik ibadətə bərabərdir.


Bu günlərdə təsbehi, təhmidi, təhlili və təkbiri çox söyləyin


Yenə Əfəndimizdən (sallallahu aleyhi və səlləm) gözəl bir təşviq cümləsi:


"Allah qatında Zilhiccənin ilk on günündə edilən əməllərdən daha qiymətlisi yoxdur. Bu günlərdə təsbehi, təhmidi, təhlili və təkbiri çox söyləyin!" (Abd b. Humeyd, Müsnəd, 1/257)


Təsbeh, sübhanallah; təhmid, əlhəmdülillah; təhlil, Ləiləhəillallah; təkbir isə Allahu Əkbər deməkdir. Təsbeh, təhmid və təkbirin namazın çəyirdəkləri hökmündə olduğunu düşünərsək, bu günlərdə nafilə namazları artırmanın nə qədər böyük savab olduğunu anlaya bilərik.


Yuxarıdakı hədisi dəstəkləyən belə bir rəvayət də vardır:


"Günlərdən heç biri yoxdur ki onlarda edilən bir iş Zilhiccənin ilk on günündə edilən işdən daha fəzilətli və uca, Allah'a daha sevimli olsun?" (Tirmizi, Savm: 52; Darimi, Savm: 52)


İbni Abbas'ın bu rəvayəti isə, bu günlərdəki ibadətin cihaddan belə fəzilətli olduğunu göstərir:


Rəsulullah Aleyhissalatu Vəssalam belə buyurdu:


"Allah qatında içində olduğumuz bu günlərdəki (Zilhiccənin ilk on günün) saleh əməldən daha sevimli (saleh əməlin olacağı) başqa günlər yoxdur."


Səhabələr, soruşdular:


"Ya Rəsulullah, Allah yolunda cihad da mı?"


Rəsulullah (sallallahu aleyhi və səlləm) cavab verdi:


"Bəli, Allah yolunda cihad da. Amma bir adam canıyla və malıyla cihada çıxıb da özünə aid mal və candan heç bir şeyi geri gətirə bilməz olarsa, o başqa.​​" (İbni Mâcə, Siyam: 39.İbni Həcər, 5: 119)


Buna görə, cihada çıxıb malını fəda edib özü də şəhid olan kimsənin əməli bu on gündəki əməldən daha fəzilətlidir.


Ərəfənin yeri başqadır


Bu günlərdə oruc tutub, gündüzünü və gecələrini də ibadətlə keçirmək həm əfvə, həm də böyük savablar əldə etməyə vəsilə olar.


Bu on gün içində Ərəfə gününün yeri isə tam fərqlidir. Peyğəmbər Əfəndimiz (sallallahu aleyhi və səlləm), Ərəfə günü tutulan oruc haqqında belə buyurmaqdadır:


"Ərəfə günü tutulan oruc, keçmiş bir ilin və gələcək ilin günahlarına kəffarə olar." (Tərğib və Tərhib Trc, 2. 457)


Hz. Əbu Bəkir'in oğlu Abdurrahman, Ərəfə günü qardaşı Hz. Aişə'nin (r.a.) hüzuruna daxil oldu. Hz. Aişə oruclu olduğu üçün hərarətdən ötəri üzərinə su tökülürdü. Abdurrahman ona:


"Orucunu boz" dedi. Hz. Aişə:


"Rəsulullahın (sallallahu aleyhi və səllən), "Ərəfə günü oruc tutmaq, özündən əvvəlki ilin günahlarına kəffarə olar " dediyini eşitdiyim halda iftarmı edim?" dedi. (Tərğib və Tərhib Trc, 2. 458)


"Kəffarə olar", günahları örtər, əfv etdirər, deməkdir. Bizim kimi demək olar ki bir günah dənizində üzən axır zaman Müsəlmanları üçün bundan daha böyük bir müjdə ola bilər mi? Məhz əfv və bağışlama fürsəti!


Başqa bir rəvayətdə isə Hz. Aişə (Allah ondan razı olsun) belə demişdir:


"Ərəfə gününün orucu min gün oruc tutmaq kimidir." (Tərğib və Tərhib Trc, 2. 460)


Demək ki, bir günlük ərəfə orucu, üç illik normal günlərdə tutulan oruc savabına bərabərdir.


Əfəndimiz sallallahu aleyhi və səlləm, bu günün fəzilətini belə izah edir:


"Ərəfə günü gəlincə, Uca Allah rəhmətini saçar. Heç bir gün o gündə olduğu qədər insan cəhənnəmdən azad olunmaz. Kim Ərəfə günü gərək dünya və gərəksə axirət ilə əlaqədar olaraq Allah`dan bir şey istərsə, Allah onun diləyini qarşılayar."


Yenə mövzuyla əlaqədar bir hədis belədir:


"Ərəfə günündən daha fəzilətli bir gün yoxdur. Allahu Təala o gün, yer əhli ilə mələklərə qarşı öyünər və (Ərafat'dakı hacıları qəsd edərək) belə buyurar:


'Qullarıma bir baxın. Saçları başları dağınıq, toz torpaq içində hər uzaq eldən mənə gəldilər. Bu halları ilə onlar, mərhəmətimi ümid etməkdə, əzabımdan da qorxmaqdadırlar. Şahid olun, onları bağışladım. Onların yerlərini cənnət etdim. '


Mələklər deyərlər ki:


'Onların arasında biri var ki; yalandan bu işi edər. Filan qadın da elə. '


Allahu Təala belə buyurur:


'Onları da bağışladım. "


Ərəfə günü olduğu qədər, heç bir gün cəhənnəmdən daha çox azad edilən olmaz. "


Yeri gəlmişkən bunu xatırladaq: Hədislərdə zikr edilən Zilhiccənin ilk on günündən məqsəd ilk doqquz günüdür. Çünki Zilhiccənin onuncu günü Qurban Bayramının birinci günüdür, bu gün oruclu olmaq caiz deyil; ancaq o gün də ibadət günüdür. Müstəhəb olan oruc, Qurban Bayramından öncəki ilk doqquz gündür. On gecəyə isə, Qurban Bayramının gecəsi daxildir. Çünki gecələr öncə gəlməkdədir.


Ayrıca Zilhiccənin səkkizinci gününə "tərviyə günü",  doqquzuncusuna "Ərəfə günü"; Qurban bayramı gününə (onuncu günə)  "nahr = qurban günü", ondan sonrakı üç günə də "təşrik günləri" deyilmişdir.


Bu günlərdə qəzası olmayanlar, beş vaxt namaza əlavə olaraq nafilə ibadətlərə də üstünlük verməlidirlər. Qəzası olanlar isə daha çox qəza namazları qılmalıdırlar.


Bu on günü hansı ibadətlərlə qiymətləndirməliyik?


Hər şeydən əvvəl hər zaman və zəmində ən vaz keçilməz ibadət olan beş vaxt namazı əsla ehmal etməməliyik. Çünki, heç bir nafilə ibadət fərzlərin yerini tuta bilməz. Namazlarda camaata qatılmaq üçün səy göstərməli, daha bir diqqət və xuşu ilə əda etməliyik. Mümkünsə bu günlərdə oruc tutub zamanımızı Qur'an, istiğfar, salavat, zikr və dua ilə keçirməliyik. Hər zaman edə bilməyənlər belə heç olmasa bu günlərdə quşluq, əvvabin, təhəccüt kimi namazları qılmalı, əfvə nail olmaq üçün çırpınmalıdır.


Hətta əfvə və razılığa nail olmağı hədəf qəbul edərək, bu on günü sanki Ramazanın son on günüymüş kimi keçirməliyik. Buna güc çatdıra bilməyənlər, heç olmasa ərəfə gününü və bir gün əvvəlini orucla və ibadətlə keçirməlidir. On gecə içində, xüsusilə tərviyə, ərəfə və bayram gecələrini əhya etmənin xüsusi bir yeri vardır.


Ərəfə günü min İxlas surəsi oxumaq çox fəzilətlidir. Çünki ərəfə, tövhidin, əzəmət və kibriyanın tam hiss edilib elan edildiyi gündür. Bunun üçün Ərəfə gününün sübh namazında başlayıb bayramın dördüncü gününün ikindi namazına qədər 23 vaxt fərzlərdən sonra təşrik təkbirlərini gətirmək vacibdir. Hətta bu təkbirləri on gün içində fürsət olduqca söyləmək böyük savabdır.


Bu günlərdə milyonlarla mömin həcc üçün müqəddəs torpaqlara getmiş, kimi Kəbəni təvaf edir, kimi ağlayaraq dua edir, kimi Mədinədə Ravza-yı Mutahhara'da gözyaşı tökür, kimi zikr və dua ilə sə`y edir, kimi Məqam-i İbrahimdə gözyaşıyla namaz qılır, kimi Mültəzəm'də əfv üçün yalvarır? Hamısı özləri və möminlər üçün bağışlanma, məğfirət, riza, tofiq (kömək) və hidayət (doğru yol) istəyir. Ərəfə günü isə, hamı Ərafata gəlmiş, "Ləbbeyk, Allahummə Ləbbeyk" sədalarıyla asimanı inlədir, gözyaşıyla qıldıqları namaz və etdikləri dua ilə Rəbbimizin rəhmətinə sığınır.


Məhz özümüzü xəyalən həccdə hiss etmək, onları izləyərək özümüzü onların içində saymaq yolu ilə mənəvî bir hâl qazana bilərik. İnşəallah dua və ibadətlərimizin hacıların etdikləri ubudiyətə daxil olmasını ümid edərək ibadət edək.


Bunu da unutmayaq ki, hədislərdə verilən müjdələrə nail olmaq üçün o günləri kəmiyyət və keyfiyyət olaraq ən üst səviyyədə qiymətləndirməmiz lazımdır. Beləcə bambaşqa bir halətə bürünər, ibadətin həzzini yaşayar, inşəallah Qurban Bayramı'na əfv edilmiş olaraq girə bilərik.


 "Allah qatında Zilhiccənin ilk on günündə edilən əməllərdən daha qiymətlisi yoxdur. Bu günlərdə təsbehi, təhmidi, təhlili və təkbiri çox söyləyin!" (Abd b. Humeyd, Müsned, 1/257)


- Qəməri ayların 12'ncisi olan Zilhiccə ayı, İslam`ın beş əsasından biri olan həcc ibadətinin yerinə gətirildiyi ümümi əfv və bağışlanma ayıdır. Bu mübarək ayın birindən onuna qədər olan zaman dilimi "leyâli-i Aşərə", yəni on mübarək gecədir. Onuncu gün Qurban Bayramının ilk günüdür.


On Gündəlik Ehyanın Əsas Nöqtələr


Bir çox insan bu günlərin qiymətini bildiyi halda gündəlik işlərin və əlaqələrin içində tam bir əhya proqramı edə bilmir. Ya unudur və dünya işlərinə zaman ayırır və ya tam istifadə edə bilmir. Bunun üçün bu sadə, amma təsirli tövsiyələrə diqqət yetirin:


- Hər ilin Qurban Bayramı öncəsi 9 günü ilə Qurban Bayramı gününü, yəni Zilhiccənin ilk on gününü gündəliyinizə və ya hər gün gördüyünüz bir yerə qeyd edin.


Bu on gün içində sizi məşğul edəcək qonaqlıq, səfər və yorucu işlərdən uzaq durun. Bu cür proqramları ya önə alın və ya ərtələyin.


- Seçici olmadan futbol, serial, xəbər izləmək kimi boş və sizi əlaqələndirməyən işlərə zaman ayırmaqdan hər zaman qaçın; bu on gündə isə daha bir həssas olun.


- Bu günlərdə sağlamlığınıza xüsusi bir əhəmiyyət verin ki, ibadət və zikrdən geri qalmayın. Əməliyyat və uzun müalicələri bu günlərə rast gətirməyin.


Əgər ev xanımı, təqaüdçü, yaşlı kimi çalışmağa bağlı bir işiniz yoxsa bu on günü sanki e'tikafa girmiş kimi bol-bol keçirin.


- Tələbə, məmur, işçi kimi müəyyən bir məşğuliyyətiniz varsa, mümkün olduğu qədər icazə və ya tətil günlərində oruc və ibadətə ağırlıq verin.


- İş, məktəb və s sizi mütləq məşğul etsə belə aralardaki "ölü zamanları" dəyərləndirin. Bunlardan qəsdimiz, iş və məktəbə gedib gələrkən, tənəffüs, sıra gözləmə kimi vəziyyətlərdəki boş zamanlardır. Bu zamanları Qur'an, salavat, dua, istiğfar və zikrlə dəyərləndirin.


- Yanınızda davamlı kiçik ölçülü bir Qur'an və ya bir Evrad kitabı (zikr kitabı) daşıyın. Boş zamanlarda bir neçə səhifə belə oxusanız kardır.


- Qur'an oxumasını bilməsək belə, əzbərlədiyimiz surələri dəfələrlə oxumamız böyük savabdır.


- Bu on gecədə yuxuya daha az vaxt ayırmağa çalışın və yuxunuzu qaçıracaq çay, qəhvə kimi içkilərdən daha çox istifadə edin.


- On günün hamısında oruclu ola bilmədinizsə, fürsət tapdığınız gün Cümə gününə uyğun gəlsə belə, yenə oruc tutun. Çünki, başqa günlərdə tutmağa imkanı olduğu halda Cümə günü tutmaq məkruhdur. Elə də olsa, məkruh savabından bir az azalar deməkdir, yoxsa heç tutmayan onsuz da heç savab qazanmamış olar.


- Zaman qazanmaq üçün bayramlıq və qurbanlıq alış-verişini qabaqcadan etməyə çalışın.


Mənbə: Moral Dünyası Dergisi

Read 854 times
In order to make a comment, please login or register