MÜBARƏK DOĞUM VƏ MÖVLUD QƏNDİLİ

    Həyatın məqsədi, yaradılışın mənası silinmiş, yox olmuşdu. Hər şey mənasız başıboşluq və hüzn libaslarına bürünmüşdü.

       Ruhlar bir şey gözləyir, bir nurun zülmət pərdəsini yırtmasını içdən içə hiss edirdi.

    O vəhşilik dövründə kainat üfüqündən bir günəş doğdu. Bu günəş axır zaman Peyğəmbəri Hz. Muhammməd Aleyhissalatu Vəssalam idi. Tarixin seyrini, həyatın axışını dəyişdirən bu bənzərsiz hadisə, dünyanı yerindən sarsıdan dəyişmələrin ən böyüyü idi.

     Məhz bəşəriyyətin ağıl və qəlbində düyünlənən "Nəçisən, haradan gəlirsən, hara gedirsən?" suallarını, düyünlərini açıb kainatın Sahibini elan və isbat edəcək bir şəxsin təşrifi yalnız insanların ruh və qəlbində deyil, digər varlıqlarda, hətta cansız əşyada belə əksini göstərəcəkdi.

    - Şərqdən qərbə bütün aləmin nurlara büründüyü, İlahi dəyişmənin təcəlli etdiyi o gecə nələr oldu nələr?

      Yəhudilərin öndə gedənləri və alimləri kitablarında daha əvvəl rast gəldikləri işarə və müjdələrin ortaya çıxdığını gördülər. Kimsənin xəbəri olmadan ən əvvəl onlar bu müjdəni verdilər.

   O gecə Yəhudi alimləri səmaya baxıb "Bu ulduzun doğulduğu gecə Əhməd doğulmuşdur." dedilər. (1)

      Bir Yəhudi öndə gedəni Məkkədə Peyğəmbərimizin doğulduğu gecə, içlərində Hişam və Vəlid bin Muğirə, Utbə bin Rabia kimi Qureyş öndə gedənlərinin olduğu bir yığıncaqda,

    "Bu gecə sizlərdən birinin uşağı oldumu?" deyə soruşdu.

     "Bilmirik" deyə cavab verdilər. Yəhudi,

    "Vallahi sizin bu laqeydliyinizdən iyrənirəm! Baxın, ey Qureyş birliyi, sizə nə deyirəm, yaxşı dinləyin. Bu gecə, bu ümmətin ən son peyğəmbəri Əhməd doğuldu. Əgər səhvim varsa, Fələstinin müqəddəsliyini inkar etmiş olum. Bəli, onun iki kürəyi arasında qırmızımtıraq, üzərində tüklər olan bir xal (ləkə) var." dedi.

    Yığıncaqda olanlar Yəhudinin sözündən heyrətə düşdülər və dağıldılar. Hər biri evlərinə qayıdanda bu vəziyyəti ev əhlinə bildirdi. "Bu gecə Əbdülmüttəlibin oğlu Abdullahın bir oğulu doğuldu. Adını Məhəmməd qoydular." xəbərini aldılar.

Ertəsi gün Yəhudinin yanına gəldilər:

"Bəhs etdiyin uşağın bizim aramızda dünyaya gəldiyini eşitdinmi?" dedilər.

Yəhudi "Onun doğumu mənim sizə xəbər verdiyimdən əvvəlmi yoxsa sonramı oldu?" dedi.

Onlar, "Əvvəl və adı Əhməddir." dedilər.

Yəhudi, "Məni onun yanına aparın." dedi.

Yəhudi ilə birlikdə qalxıb Hz. Əminənin evinə getdilər, içəri girdilər. Peyğəmbərimizi Yəhudinin yanına götürdülər. Yəhudi Peyğəmbərimizin kürəyindəki xalı (ləkəni) görən kimi, huşunu itirdi, pisləşdi. Özünə gəlib ayıldığı anda,

"Nə oldu sənə, yazıqlar olsun." dedilər.

Yəhudi, "Artıq İsrail oğullarından peyğəmbərlik getdi. Əllərindən kitab da getdi. Artıq Yəhudi alimlərinin qiymət və etibarları da qalmadı. Ərəblər peyğəmbərləriylə qurtuluşa çatacaqlar. Ey Qureyş birliyi, fərahladınız? Vallahi sizə, şərqdən qərbə qədər çatacaq bir güc, qüvvət və bir üstünlük veriləcəkdir. " dedi. (2)

    Kainatın Əfəndisini dünyaya gətirən bəxtiyar ananın hələ dünyaya gəlmədən gördükləri çox mənalı idi. Peyğəmbər Əfəndimizə (s.ə.s.) hamiləykən yuxusunda belə deyilmişdi:

"Sən, insanların ən xeyirlisinə və bu ümmətin əfəndisinə hamilə oldun. Onu dünyaya gətirdiyin zaman 'Hər həsədçinin şərindən qoruması üçün bir və tək olana sığınıram." de, sonra ona Əhməd yaxud Muhamməd adını ver. "

    Yenə özündən çıxan bir nurun aydınlığında bütün şərqi və qərbi, Şam və Busra saray və bazarlarını, hətta Busradakı dəvələrin uzanan boyunlarını gördüyünü Abdülmüttəlibə nəql etmişdi. (3)

    Eyni gecə Hz. Əminənin yanında olan Osman ibn Asın anasının gördükləri də belədir:

"O gecə evin içi nurla doldu, ulduzların sanki üzərimizə töküləcəkmiş kimi sallandıqlarını gördük."

    Bəli, bu ülvi anı dilə gətirən Mövludun yazıçısı Süleyman Çələbi bütün bu həqiqətləri bu beytiylə şeir halına salmışdır:

"Həm Muhamməd gəlməsi oldu yaxın

Çox əlamətlər belürdi (göründü) gəlmədin. "

    Rəbiul əvvəl ayının 12-ci Bazar ertəsi gecəsi, edilən hesablamalara görə, Miladi təqvimə görə 20 Aprelə bərabər gələn gecə idi.

   Dünyanı şərəfləndirən İki Cahan Sərvərinin (s.ə.s.) üzərini o günün bir adəti olaraq bir çanaqla bağladılar. Ərəblərə görə o zaman, gecə doğan uşağın üzərinə bir qab qoymaq və gündüz olmadan ona baxmamaq Adət idi. Lakin bir də baxdılar ki Peyğəmbər Əfəndimizin (s.ə.s.) üzərinə qoyulan çanaq yarılaraq ikiyə ayrılmış, Əfəndimiz gözlərini səmaya dikib, baş barmağını əmirdi. (5)

   Bəli, bu işarə hər cür küfrün, zülmün, şirkin və hər cür batil inanc və adətlərin parçalanıb yox olması, imanın, nurun və hidayətin kainatı işıqlandırması üçün göndərilmiş bir peyğəmbər idi.

- Eyni gecə Kəbədə sitayiş edilməkdə olan cansız bütlərin çoxunun başıaşağı aşdığı görüldü.

- Eyni gecə Kisra sarayının beşik kimi yellənib on dörd sütunun parçalanıb yerlərə düşdüyü öyrənildi.

- Savada müqəddəs tanınan gölün suyunun çəkilib getdiyi müşahidə edildi.

- Min ildir yandırılan və söndürülməyən məcusi atəşinin söndüyü müşahidə edildi.

    Bütün bunlar işarə və əlamətdir ki, yeni dünyaya gələn şəxs atəşə sitayiş etməyi, bütə sitayişi qaldırıb, Fars səltənətini parçalayaraq Allahın izni olmadan müqəddəs tanınan şeylərin müqəddəsliyini ortadan qaldıracaqdır. (6)

     Məhz bu gecəyə Vəladət-i Nəbi Gecəsi deyir və onun bütün ürəyimizlə, ruhumuzla hər il yenidən yad edib qeyd edirik. Bütün kainatla bu gecəni qarşılayaraq onun aləmə təşrifinə qiyam edirik (ayaq üsdə gözləyirik).

    Gətirdiyi əbədi nura, açdığı səadət yoluna və sünnə-i seniyyesine yenidən sıx sarılmaq və Mövlud Qəndilini vəsilə edərək ona yenidən biətimizi, bağlılığımızı təzələmək nə uca bir şərəf və nə böyük bir səadətdir.

Uca Rəbbim bizləri sevimli Rəsulunun şəfaətinə nail etsin. Amin.

Qaynaqlar:

(1) İbn-i Sad, Təbəqat, 1:60.

(2) a.k.ə, I / 162-163.

(3) Təbəri tarixi, II / 125; İbn-i Sad, Təbəqat, I / 102.

(4) a.k.ə., I / 102.

(5) a.k.ə., I / 102.

(6) Bədiüzzaman, Məktubati, s.161,162.

Read 1.418 times