Nə üçün tam mənasıyla ibadət edə bilmirəm, Allah'a xalis bir qul ola bilmirəm? Mən dini sağlam, inancları qüvvətli bir müsəlman olmaq istəyirəm, bunu əldə etmək üçün nə etməliyəm?


Çox elm sahibi olmaq demək, çox iman sahibi olmaq mənasına gəlməz. Namaz, qılına qılına vərdiş halına gətirilir, namaz haqqında çox kitab oxuyaraq deyil. Oxucu yazar olmayan nənələrimiz heç təhəccüt namazını qaçırmaz, amma namaz mövzusunda hər cür kitabı oxumuş olan bizlər nədənsə bir cür təhəccüt namazı qılmarıq. Bu vəziyyətdə israrla praktika həyata keçirmək çox önəmlidir.


İnsan həyatının ən ön sırasına dini qoymalıdır. Dinimizi dünyaya deyil, dünyanı dinimizə uyğunlaşdırmalıyıq. Bunu etdiyimiz zaman özümüzü daha asan mühafizə edə bilərik.


Diqqət edəcəyimiz çox önəmli xüsuslardan biri, günahlardır. İnsan günaha girdikcə namazdan, ibadətlərdən sıxılar, ibadət etmək onu sıxmağa başlayar. Bir insan ibadətlərini tam olaraq yerinə yetirmirsə, demək ki, onu ibadətdən məhrum buraxan bir günah vardır. Günahlar iman zəifliyinə səbəb olar; təqva ilə (günahlardan çəkinməklə) iman qüvvət qazanar. Hər şeydən əvvəl hayatıımızı nəzərdən keçirib haralarda səhv edirik, bizi ibadətlərdən saxlayacaq nə cür günahlarımız var, bunları təsbit edib tövbə istiğfarla bərpasına çalışmalıyıq.


Digər bir xüsus, çevrəmizdir. İnsan çevrəsini dini həyatını öz nəzarəti altına alacaq şəkildə formalaşdırmalıdır. Ətrafında mənəviyyatı yüksək insanların çoxluğu ona mənəvi qüvvət olacaq. Mənəviyyatdan uzaq insanların çoxluğu isə onu zamanla ibadətlərdən soyudacaqdır. Bu mövzu çox önəmlidir. Təqva sahibi insanlar insanın imanına qüvvət verərkən, günahkar insanlar da insanın imanını zəyiflədər. Bu gizli bir təlqin kimidir.


Bir başqa xüsus isə, ibadətlərin yanında təbliği unutmamaqdır. İnsanın vəzifəsi iki istiqamətlidir. Biri vəlayətə digəri risalətə baxar. Vəlayət insanın ibadətləri və təqvasıdır. Risalət isə təbliğə baxar. Birindən birinin olmaması digərini də geri salar. Həm Allah`a qul olmalı, həm də insanları şüurlu qulluğa dəvət etməlidir. Beləcə başqalarını qurtarmağa çalışarkən özümüzü də qurtarmış olacağıq.


Ən önəmli xüsus isə, iman qüvvəsinin artırılması. Hər cür əksikliyin qaynağı iman zəifliyidir. Zamanımızın ən böyük xəstəliyi iman zəifliyidir. Təəssüf ki, ətrafımızda açıq-aşkar işlənən günahlar, mənəvi dünyamız üzərində çox böyük təsir etməkdədir. Fərqində olmadan imansızlıq təlqininə məruz qalmaqdayıq.


"Hər işənən günahda küfrə gedən bir yol vardır." Günah işləyən insana Allah'ın və mələklərin onu görür olması ağır gəlir. Müvəqqəti də olsa Allah'ın varlığını mələklərin varlığını yox sayar. Bu hal davam etdikcə küfr toxumu çiçəklənər, kök salar. Bu hal çox təhlükəlidir, tövbə ilə tez aradan qaldırılmazsa, insanı küfrə aparana qədər qəlbini qaraldar.


Aşkar günah işləyən insan özünə zərər verdiyi kimi ətrafına da zərər verər. Sərbəst və sıxılmadan işlənən günahlarla ətrafına imansızlıq təlqini edər. İnsanlar bu təlqinə gün boyunca çoxca məruz qalmaqdadırlar. Bu təlqinin zərərlərindən qurtulmaq üçün eyni şəkildə iman təlqini ilə qarşılıq vermək lazımdır. İmanı qüvvətləndirən əsərləri çoxca oxumaq və ətrafımızdakı insanlara təbliğ etməklə özümüzü, ətraf mühitin zərərli təlqinlərindən qorumaqla yanaşı ətrafımıza iman təlqini etmiş olarıq.


Allah hamımıza təqva üzərinə səbir qüvvəti nəsib etsin.

Read 637 times
In order to make a comment, please login or register