Nəhl surəsi 68-ci ayətin təfsiri (4)

"Rəbbin bal arısına belə vəhy etdi: “Dağlarda, ağaclarda və insanların düzəltdikləri çardaqlarda özünə pətəklər hör. Sonra bütün meyvələrdən ye və Rəbbinin səndən ötrü asanlaşdırdığı yollarla get”. 

O arıların qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır." (Nəhl/68-69)

---------------------------

Təfsiri:

"Allah Taala arıya vəhy etdi..."

Burda qəsd edilən, "ilham" növündən olan vəhydir. Arı, əmrə tabe olaraq halal yediyində, yediyi xoş olur, ondan meydana gələn də, insanlar üçün şəfa olur.

Sonra Allah, məxluqlara üstün qılınmağın, qiyas və haqqı olmaq yolu ilə olmadığını bildirdi. Arıların, boyda və ya surətdə və ya (gözəl rənglərlə) bəzənməkdə, hər hansı bir xüsusiyyətləri yox ikən, insanlar üçün şəfa olan bal, onlardan meydana gəlir. 

İnsanın surəti kamil, ağlı və zəkası, tamdır. Üstəlik, insanların arasından peyğəmbərlər və vəlilərə, Allah, xüsusi vəsflər təxsis etmiş (xas qılmış) olduğu halda, insanların bir qismində də -gizli olmayan- bir vəhşət (qəflət və qəriblik) halı yaratmışdır. 

Halbuki arının nə üstünlüyü vardır ki və ya insanın nə günahı vardır ki? Bu, Allahın bir seçim və təxsisindən (xas qılmasından) ibarətdir.

Bir izaha görə, Allah, sünnətini (kainatdakı qanununu), hər qiymətli şeyi, dəyərsiz şey içində gizləmək üzərə icra etmişdir. Bundan dolayı:

• İpəyi, ipək böcəyində gizləmişdir; halbuki o, heyvanların ən zəifidir.

• Balı isə, uçanların ən zəifi arıda meydana gətirir.

• İncini, dəniz heyvanlarının ən yabanısı sədəf içində meydana gətirir. Eyni şəkildə,

• Qızıl, gümüş, almazı, daşa yerləşdirmişdir.

• (Allah) Özü haqqındakı mərifət və Allah sevgisini də, möminlərin qəlblərinə yerləşdirmişdir; halbuki onlar arasında, xəta edən və günah işləyənlər də vardır.

(Abdu'l-Kərim əl-Quşeyri, "Lətaifu'l-İşarat", Nəhl/68 təfsiri)

Read 13 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR