Namaz qılmayan uşaq döyülərmi ?
Qur'an-ı Kərim'də ən çox üzərində durulan ailəvi məsuliyyət, ailə xalqının dinî tərbiyəsidir. İqamət edib yaşamaq üzrə yer seçimindən, namaz, oruc kimi ibadətlərin öyrədilib tətbiqinə nəzarət etməyə; dini yaşayışa əlverişsiz hala gələn məkandan hicrət etməyə və etdirməyə qədər, dini həssaslıq göstərilməsi lazım olan bir çox məsələ Qurani-Kərimdə yer alır. Bunları bir-bir göstərməyə çalışacağıq.
Diqqətlərin Əvvəlcə Dinə çəkilməsi:
İlk öncə bunu qeyd edək ki, ailənin cavabdeh, idarəsi altındakı hər fərdə, ilk növbədə, bir bütün olaraq "din" i tövsiyə etməli, nəzər-ı diqqətinə "din" i ərz etməli, həyatını ona görə, onun əsaslarına uyğun olaraq, onu tətbiq edib yaşamasına imkan verəcək şəkildə tənzim etməsini çatdırmalıdır. Quranda bu xüsusa örnək olaraq Hz. İbrahim və Hz. Yaqub zikr edilir:
"Rəbbi ona; '(Özünü Haqq'a) təslim et' dediyi zaman o; 'Aləmlərin Rəbbinə təslim oldum.' demişdi. İbrahim bunu oğullarına da tövsiyə etdi. (Nəvəsi) Yaqub da (elə etdi): "Ey oğullarım, Allah sizin üçün (İslam) dinini bəyənib seçdi. O halda siz də ancaq müsəlman olaraq can verin 'dedi." (Bəqərə 2: 130- 132. )
Qur'an-ı Kərim'də uşaq qeydi olmadan, dini tövsiyə edən, "dinə qarşı möminlərin diqqətini çəkən, ən mühüm məsələlərinin "din" olmasını əmr edən ayələr çoxdur. (Bəqərə 2: 193, 217; Ali-İmran 3:19, 85; ErVâm 6: 161; Əraf 7:29; Ənfal 8:39; Tövbə 9:33, 122; Yunus 10: 105: Nur 24: 2; Rum 30:30, 43; Zumər 39: 3, 11; Fəth 48:28; Mumtəhinə 60: 8, Beyyinə 98: 5.) Mevzuumuzu tamamlayacağı üçün burada onlardan bir neçəsini yazacağıq:
"Bütün dinlərdən üstün etmək üzrə, Peyğəmbərini, doğruluq rəhbəri Qur'an və haqq din ilə göndərən O`dur. Şahidi olaraq Allah yetər." (Fəth 48:28)
"Bütlərə tapınanlar xoşlanmasa da dinini bütün dinlərdən üstün etmək üzrə, Peyğəmbərini doğru yol və haqq dinlə göndərən Allah`dır." (Tövbə 9:33)
"Fitnə qalmayıb, yalnız Allah'ın dini qalana qədər onlarla döyüşün. Əgər əl çəksələr bilsinlər ki, Allah onların nə etdiklərini şübhəsiz görür. Əgər üz döndərərlərsə, Allah'ın sizin dostunuz olduğunu bilin. O nə gözəl dost, nə gözəl Yardımçıdır!" (Ənfal 8:39)
"Allah qatında din, şübhəsiz islamiyyətdir ... Allahın ayələrini kim inkar etsə bilsin ki, Allah hesabı tez görər." (Ali-İmran 3:19)
"Kim İslamiyyətdən başqa bir dinə yönəlsə, onunku qəbul edilməyəcəkdir. O, axirətdə də itirənlərdəndir. İnandıqdan, Peyğəmbərin haqq olduğuna şəhadət etdikdən, özlərinə dəlillər gəldikdən sonra inkar edən bir milləti Allah necə doğru yola yönəldər? Allah zalımları doğru yola çatdırmaz." (Ali-İmran 3:85)
Hz. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm də belə buyurur:
"Üzərinizə, Həbəşli burnu kəsik bir kölə də əmr təyin edilsə, onu dinləyin və itaət edin. Sizdən biri dinini tərk ilə boynunun vurulması arasında sərbəst buraxılmadıqca itaətə davam etsin. İslamı tərk ilə boynu vurulması arasında sərbəst buraxılacaq olarsa boynunu uzatsın. Anasız qalasıcalar, din getdikdən sonra nə dünyanız, nə də axirətiniz qalar. "( Təbərânî, Mu`cəmus-Sağir 1, 152.)
Yaşanacaq Mühitin Seçimi:
Mühitin insan üzərindəki-müsbət və ya mənfi tə'siri-qədim dövrlərdən bəri bilinən bir xüsusdur. İbnu Xəldun bu keyfiyyəti,
"İnsan, təbiətinin və xarakterinin deyil, özünü çevrələyən mühitin və bu mühitdən qazandığı vərdişlərin uşağıdır." (İbnu Xəldun. Abdurrahman (v.808), əl-Müqəddimə. Beyrut, tarixsiz, s. 125.)
deyə ifadə etmişdir. Bu halda, ailəsinin tərbiyəsindən məsul olan bir ailə başçısının, yaşanacaq yer olaraq, dini tətbiq edə biləcəyi bir mühit seçməsi gərəkəcək. Bunun Qur`ani nümunəsini Hz. İbrahim Aleyhissalam verir: Hz. İbrahim aleyhissalam, Kəbənin inşasını tamamladıqdan sonra, oğlu İsmayıl Aleyhissalam`ı "Əkinçiliyə əlverişsiz" olmasına rəğmən, dinî mülahizələrlə Məkkəyə yerləşdirdiyini ifadə edir:
"Ey Rəbbimiz! Mən nəslimdən bəzisini Sənin mühafizə olunan Evinin yaxınlığında, heç bir bitki olmayan bir vadidə sakin etdim. Ey Rəbbimiz! Onlar namaz qılsınlar deyə belə etdim. İnsanların bir qisminin qəlbini onlara meylli et və onlara növbənöv məhsullardan ruzi ver ki, bəlkə şükür etsinlər." (İbrahim 14:37.)
Hz. Peyğəmbər sallallahu aleyhi və səlləm bəzi hədislərində, uşağın atası üzərindəki haqqlarını bəyan edərkən "adını, əxlaqını gözəl etməsi", "təmiz ruzilə bəsləməsi", "oxuma-yazma", "üzmə" və "ox atma" öyrətməsi, "buluğa çatınca evləndirməsi" kimi xüsuslarla birlikdə "yerini gözəl etməsi" ni də sayar. (Bak. Câmi'u's.Sağîr 3, 393-394.).
Alimlər haqlı olaraq bundan, iqamət edəcəyi yerin Kurra (Okuyucular. Qur'an-ı Kərimi üsul və təcvidinə görə oxuyanlar) və alimlərinin çoxluğuyla, Qur'an və elm təhsilinə imkan verəcək bir yer olmasını anlayrlar. (Münavi, Feyzü'l-Qadir 3. 394.)
Bu nöqtədə təhlili daha da irəli aparan fəqihlər, şəhərdə doğan bir uşağı, ölüm və ya boşanma halında ananın, terbiyevi mühit cəhətiylə şəhərdən dun (uzaq) olması səbəbiylə kəndə götürə bilməyəcəyi hökmünü verərlər. (Üsrûşenî. Ahkâmu s-sığar 1, 102-103.)
Əqidənin Öyrədilməsi:
Ailə üzvlərinə, xüsusilə yeni yetişən uşaqlara hər şeydən öncə öyrədilməsi lazım olan şey, iman əsasları və xüsusilə "tövhid" inancıdır. Yəni Allah'ın bir olduğu, heç bir surətdə ortağı, yardımcısı olmadığı inancıdır. Yaş və idrak cəhəti ilə bir şeylər öyrənmək vəziyyətinə gələn hər uşağa ilk növbədə bu inanc qazandırılmalıdır. Necə ki, bir qisim rəvayətlər Hz. Peyğəmbər sallallahu aleyhi və səlləm`in, öz yaxınlarından bir uşaq danışmağa başlar başlamaz, uşağa tövhid öyrətdiyini, bu məqsədlə:
"Əlhamdulillahilləzi ləm yəttəğiz vələdən vələm yəkun ləhu şərikun fil mulki."
"Övlad götürməyən, mülkündə heç bir şəriki olmayan, acizlikdən ötrü bir dosta da ehtiyacı olmayan Allah`a həmd edərəm ..." (İsra, 17/111)
ayəsini yeddi dəfə oxudaraq əzbərlətdiyini xəbər verməkdədir. (İbnu Əbi Şeybə. Əbu Bəkr Abdullah ibn Məhəmməd (v.253), Musannafu ibn-i Əbî Şeybə, Heydərabad, 1966, 1, 348; Abdurrəzzaq, ibnu Muhəmməd əs-San'ânî (v.211) Musannafu Abdirrəzzâk, Beyrut, 1970. 4. 334.)
Tövhidlə birlikdə bunun ziddi olan şirkin pisliyi, bâtilliyi, şirkə düşmənin nə böyük bir zülm və cinayət olduğu da əvvəlcədən öyrədilməsi lazım olan dini məlumatlar olmaqdadır. Bu məsələdə Qur'anın qeyd etdiyi ən gözəl nümunə də Hz. Loğman`dır:
"Bir zaman Loğman öz oğluna nəsihət edərək demişdi:" Övladım! Allaha şərik Qoşma. Həqiqətən, Allaha şərik qoşmaq böyük zülmdür! "" (Loğman 31: 13)
Uşağa əqidənin öyrədilməsi dəyincə bundan, sadəcə Allah'ın varlığını və birliyini öyrətmək başa düşülməməlidir. Kamil mənada Allah inancı, qəlblərdə Allahı bütün ad və sifətləriylə tanımaqla təşəkkül edər. Qur`ani-Kərim Allahın "gözəl adları" (əl-əsmâu'l-hüsnâ) olduğunu mükərrər(təkrarlanmış) ayələrdə xəbər verir. (Əraf 7: 180; İsra 17: 110; Ta-Ha 20: 8; Həşr 59:24 ..)
Hz. Peyğəmbər aleyhissalatu vəssalam əl-Əsmaul-Hüsnanın doxsan doqquz ədəd olduğunu söyləyər və bunların nələr olduğunu, sayar. (Buxari, Daəvat, 69; Müslim, Zikr 5, 6.)
Bu halda, Allah`ı ən azından subuti və zati sifətləriylə (1) tanıdaraq uşaqlara öyrətmək lazım olacaq. İslam əqidəsinə uyğun Allah inancı bu şəkildə ortaya çıxar. Bu xüsusa riayət edilmədən veriləcək Allah inancı nöqsanlı, hətta qeyri-i İslâmî belə ola bilər. Necə ki Xristianlar, Yəhudilər və hətta müşriklər də üluhiyyətə (ilahlıq vəsfi) inanırlar. Son araşdırmalar, yer üzündə inancsız insanın olmadığını göstərmişdir. Hər insan özünə xas bir üluhiyyət təsəvvür etməkdədir. Bu halda bunları bir-birindən ayıran xüsus, üluhiyyətə izafə edilən isim və sifətlərdir. İslâmî Allah inancının uşaqlara tam olaraq verilə bilməsi Qur'an və hədislərdə gələn isim və sifətlər çərçivəsində öyrədilməyə bağlıdır.
Digər tərəfdən, yenə Qurani-Kərim, peyğəmbər inancı olmadan Allah`a inanmanın heç bir qiymət ifadə etmədiyini, Allah'a inananların mütləq peyğəmbərlərə də inanmaları lazım olduğunu bildirər:
"Allahı və Onun elçilərini inkar edənlər, Allahı Onun elçilərindən ayırmaq istəyib: "Biz o elçilərin bəzisinə inanır, bəzilərinə isə inanmırıq!"– deyənlər və bunun arasında bir yol tutmaq istəyənlər – məhz onlar əsl kafirlərdir. Biz kafirlər üçün alçaldıcı bir əzab hazırlamışıq. Allaha və Onun elçilərinə iman gətirən və onlardan heç birinin arasında fərq qoymayanlara Allah öz mükafatlarını verəcəkdir. Allah Bağışlayandır, Rəhmlidir." (Nisa 4: 150-152)
Peyğəmbər inancı, qaçınılmaz bir şəkildə kitab və mələk inancını da özü ilə gətirəcək. Bu halda, bir olan Allah inancını, uşaqlara öyrətməyi mükərrər ayələrdə ələ alan Qur'an-ı Kərîm, dolayısilə imanın bütün əsaslarının uşaqlara öyrədilməsini əmr etmiş olmaqdadır. Necə ki Hz. Peyğəmbər sallallahu aleyhi və sələm`in əhəmiyyətinə israrla diqqətlərimizi çəkərək hər gün oxunmasını tövsiyə etdiyi və Ərşin altındakı bir xəzinədən alınmış olaraq, sâdəcə bu ümmətə verilmiş olduğunu bildirdiyi Qur'ânî bir parçada mü'minin inanması lazım olan bütün əsaslar sıralanmışdır:
"Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də iman gətirdilər. Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. Onlar dedilər: "Biz Onun elçiləri arasında fərq qoymuruq!" Onlar dedilər: "Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik, dönüş də yalnız Sənədir!""( Bəqərə /2: 285-286.)
İbadətlərin Öyrədilməsi:
Yuxarıdakı âyət-i kərimə, katlanılacak bir qisim maddi fədakarlıqlar hesabına dini yaşaya bildiyimiz bir yer seçimini ifadə etməklə qalmaz, Hz. İbrahimin duası surətində möminlərə namaz məsələsinin dinî tərbiyədə alması lazım olan əhəmiyyəti də vurğulayır.
Namaz mövzusunda Hz. İbrahim Aleyhissalam`ın bir digər duasını da burada qeyd etməyimiz münâsibdir:
"Ey Rəbbim! Məni və uşaqlarımı namaz qılanlardan et. Rəbbimiz, duamızı qəbul et." (İbrahim 14:40.)
Namaz məsələsu, uşaqlarla əlaqəli olaraq, daha başqa ayələrdə də ələ alınmaqda, əhəmiyyəti zehinlərdə, bu baxımdan da təsbit edilməkdədir. Qur'an-ı Kərim, sanki hədislərdə "dinin dirəyi" (Acluni, İsmayıl İbnu Muhəmməd (1162), Kəşfu'l-Xafa, Beyrut, 1351, 2,31) olaraq ifadə edilmiş olan namazın din tərbiyəsində də birbaşa yəni ana məsələlərdən biri edilməsini istəməkdədir. Belə ki, heç bir şey hətta maddi ehtiyacların qarşılanması məsələsu belə namaza və namazla əlaqədar tədris və təlimlərə bəhanə və maneə təşkil etməməlidir:
"Əhlinə (ailənən) namaz qılmağı əmr et. Özün də ona səbat ilə davam et. Biz səndən ruzi istəmirik, əksinə sənə ruzi verən Bizik" (Ta-Hâ/20: 132)
Ailə üzvlərinə namazın əmr edilməsiylə bağlı nümunələr arasında Hz. Loğman da qarşımıza çıxar. Çünki, o da övladına digər əmrləri arasında "Oğulcuğum namazını qıl." deyə əmr etmişdir. (Loğman 31:17.)
Qur'anda, Allah'ın razılığını qazanmış olduğu bildirilən Hz. İsmayılın də "ailəsinə namaz və zəkat əmr etdiyi" ifadə edilir (Məryəm 19:55.).
Hz. Peygember sallallahu aleyhi və səlləm`in də uşaqlara yeddi yaşında namazın əmr edilməsini, qılmadıqları halda on yaşında namaz üçün döyülməsini təbliğ etdiyini daha öncə başqa vəsiləylə kaydetmiştik. Hz. Peyğəmbərin uşaqlar haqqında vurmağa icazəsi namazla bağlı olaraq verməsi, namazla əlaqəli təlim və tətbiqatın əhəmiyyətini tə'yid edər, qüvvətləndirər. Bəzi alimlər, bu hədisə əsaslanaraq, fərz olmayan umur xaricində uşağın tekâsül (tənbəllik) və ehmal səbəbiylə döyülüb döyülməyəcəyini münaqişə etmişdir. (İbnu Həcər, Şihâbü'd-din Əbul-Fadl Əhməd əl-Askalânî (v.B52), Fəthul-Bari, Misir, 1959, 2, 489-90: Zebidi, Zeynü'd-din Əhməd ibnu Əhməd (v.893), Təcridi-Sarih, tərcümə: Əhməd Naim, Ankara, 1972, 2, 941; Şövqəni, Məhəmməd ibn Əli (1250), Neylü'l-Əvtar. Qahirə. 1971, 1,349.)
Ayrıca uşaqların kiçik yaşda namaza başladılması barəsində isə yeddi yaşından sonra vəfat edənlər böyük insanlar kimi hesaba çəkiləcəklərinə görə "vildanun muhallədun" ayəsinin ifadəsinə daxil olmadıqlarını, buna görə şəriətin "zamanında namaza başlamayan uşaqların yüngülcə döyülə biləcəkləri" ni söyləməsinin hikmətlərini ifadə etməkdədir.
Âlimlər, yeddi yaşından etibarən "uşağa namaz əmr edilməsi" hədisini, namazla əlaqədar hər növ məlumatın öyrədilməsi gərəyini anlamışlardır: Namaz vaxtları, fərzləri, vacibləri, sünnələri, namazda oxunacaq surələr, dualar, təsbihat, dəstəmaz və təmizliklə əlaqədar təfərrüat vs ...
1- Allah'ın subuti sifətləri: Həyat, elm, səmi` (hər şeyi eşitməsi), basar (hər şeyi görməsi), iradə (diləməsi, dilədiyini etməsi), qüdrət (hər istədiyinə gücü çatması), kəlam (söz, vahy etmə), təkvin (yaratma sahibi olma). Allah'ın zati sifətləri: Vücud (var olmaq), qıdəm (varlığının əvvəli olmama), bəqa (varlığının sonu olmama), Vahdaniyət (bir olması), müxalifətin lil-həvadis (heç bir məxluqa bənzəməməsi) kıyam binəfsihî (heç bir varlığa möhtac olmaması).
(bax. Dikmən. Təsəvvüf və Hikmət İşığında İslam elmihalı, Cihan Yayınları, 1983, İst.)
(Prof. Dr. İbrahim CANAN, Çocuk Tərbiyəsi)
- "Qur`anı Qur`anla anlamaq, açıqlamaq və təfsir etmək lazımdır." deyənlərin bu görüşü haqqında məlumat verə bilərsinizmi?
- İmanı necə qüvvətləndirə bilərik?
- Digər dinlərdə namaz ibadəti var?
- Məscidlərdə dünyəvi mövzular danışmaq caizdirmi? Bu cür söhbətləri qadağan edən ayə, hədis və ya səhabə sözləri və s varmıdır?..
- Cənazə haqqında yaxşı şeylər söyləməyin ölüyə faydası var mı?
- Cadu-Tilsim-Sehir
- Yuxuda və ya oyaq ikən qorxudan xilas olmaq üçün xüsusi dualar varmıdır?..
- Çalğılı musiqilərin dinlənilməsi barəsində hədislər və İslam alimlərinin görüşləri nələrdir?
- Namaz qılmayan, amma hər gün Allah'a şükür edən, insanlara yaxşılıq edən bir müsəlman namaz qılmır deyə cəhənnəmə mi gedər?
- Qarabasan haqqında məlumat verərsiniz, belə bir şey varmı, necə qorunarıq?