Oruc : Savabı Sonsuz, Oxşarı Olmayan Bir İbadət və Qazanclı Bir Ticarət.

Əbu Hüreyrənin (Allah ondan razı olsun) rəvayətinə görə, Rəsul-u Əkrəm Əfəndimiz sallallahu aleyhi və səlləm belə buyurmuşdur:

"Adəmoğlunun işləmiş olduğu hər yaxşılıq və ibadət, savab baxımından on qatından yeddi yüz qatına, Allah`ın dilədiyi ədədə qədər artar.

Allah buyurur ki: ‘Ancaq oruclu belə deyil. Çünki oruc sırf Mənim razılığım üçün tutulmuşdur, Mənə aiddir. O zövqləri və yeyib-içməsini Mənim üçün tərk edər.'

Oruclu üçün iki sevinc vardır: Birinci sevinci iftar vaxtındakı sevincidir. Digəri də, Rəbbinə qovuşub mükafatını aldığı zamanki sevincidir.

Allaha and içərəm ki, oruc tutanın ağzının qoxusu, Allah qatında müşk qoxusundan daha xoşdur." (İbni Macə, Sıyam: 1)

Mömin, orucu sırf Allah əmr etdiyi üçün tutar. Onun razılığını qazanma düşüncəsini daşıyar. Axşama qədər gözləyər, bir şey yeyib içməz. Rəbbinə olan qulluq dərəcəsini göstərər. Axşamüstü süfrəyə oturduğu zaman da Yaradıcısının "Buyurun" əmri gəlmədən əlini uzada bilməz. Cənab-ı Haqqın şəfqət və mərhəmət dolu nemətlərinə geniş və ümumi bir ibadətlə cavab verməyə çalışar.

Oruc ibadətində nümayiş, riya yoxdur. İnsan həqiqətən oruclu olduğunu yalnız Yaradıcısına, özünü bəsləyib böyüdənə, müxtəlif nemətlərlə ehtiyacını aradan qaldırana göstərər, ifadə edər. Kimsənin görmədiyi bir yerdə orucunu poza biləcəkikən pozmaması, Allah üçün tutduğunun ən gözəl ifadəsidir.

Bunun üçün Cənabı Haqq, "Oruc, Mənim razılığım üçün tutulmuşdur. Mənə aiddir, mükafatını da Mən verəcəyəm" buyurur.

Hər yaxşılığın və ibadətin qarşılığında veriləcək savab, ayə və hədislərlə bildirilərkən, orucun savabı üçün bir hədd-hüdud qoyulmamış, müəyyən bir ədəd və miqdar ifadə edilməmişdir.

Demək ki, ixlasla edilən ibadətlərin zövqü, mənəvi qarşılığı, uxrəvi mükafatı sonsuz olacaq.

Əbu Ümamə (r.ə.) izah edir:

Dedim ki: "Ya Rəsulullah, mənə xeyirli bir əməl tövsiyə edərsən?"

Rəsulullah(s.ə.v.), "Oruc tut, çünki oruca bərabər bir ibadət yoxdur" buyurdu.

Təkrar soruşdum: "Mənə gözəl bir iş etməmi tövsiyə edərsən?"

"Oruc tutmağa çalış. Çünki Allah yanında onun qədər savablı bir ibadət yoxdur" buyurdu. (Nəsəi, Sıyam: 43)

Əli ibni Əbi Talib (r.ə.) rəvayətinə görə, Rəsulu Əkrəm (s.ə.v.) belə buyurdu:

"Oruc tutan kimsə xoşladığı yemək və içkilərdən özünü saxlasa, Cənab-ı Haqq ona Cənnət meyvələrindən yedirər və sularından içirər." (Kenzül-Ummal, 3:329)

Mübarək Ramazan ayı, axirət ticarəti üçün qurulmuş qazanclı bir sərgi və bazara bənzəəyr.

Ramazan, axirətdə yığılacaq məhsullar üçün yığım ediləcək uyğun və məhsuldar bir zamandır. Əməl və ibadətləri bərəkətləndirən, savablarını artıran bir yaz yağışı kimidir.

Oruc tutan mömin yeyib içməyi bir müddət üçün müvəqqəti buraxmaqla bir növ "axirət adamı" olar, Cənabı Haqqın sifətinə aynalıq edər.

"Bəli, Ramazanı Şərif bu fani dünyada, fani ömür içində, qısa bir həyatda daimi bir ömür və baqi bir həyatı əhatə edər."

Burada müvəqqəti buraxdığı yemək və içkiləri daimi bir şəkildə Cənnətdə yeyər.

İbadətin qapısı oruc

Damra ibni Həbib (r.ə.) rəvayətinə görə Rəsulu Əkrəm (s.ə.v.) belə buyurmuşdur:

"Hər şeyin bir qapısı vardır. İbadətin qapısı da orucdur." (Kenzül-Ummal, 8:447)

Read 1.893 times
In order to make a comment, please login or register