Qədr Gecəsini Kimlər Bilir?


Bu sual Hz.Peyğəmbər sallallahu aleyhi və səlləm`dən bu yana hər Ramazanda bir çox müsəlmanın gündəmində yer almaqdadır. Qur`an ayəsi ilə min aydan xeyirli deyə xəbər verilən bir gecəni axtarmanın həyəcanıdır insanı bu suala sövq edən. Bir çox sual kimi bu sualın da tək bir cavabı yoxdur. Kimilərinə görə cavab iki bənddən meydana gələcək qədər sadədir: bəli və ya xeyr. Kimilərinə görə isə problemin qəti bir cavabı ola bilməz. Kvant mexanikasındakı qeyri-müəyyənlik prinsipi kimi ehtimalla təxmin edilə bilər, ancaq qəti olaraq bilinmir. Kimiləri də Allah`ın sevimli qullarının bir cür ilhamla bu gecəni biləcəklərini iddia edər. Kimiləri isə bu cür müstəsna bir gecənin fizika aləmində kainat miqyasında bir əlaməti olduğuna inanar və atomlardan ta qalaktik sistemə qədər bu gecəyə işarə edən bir fiziki hadisəni axtarmaya başlayar. Xülasə axtarış metodları fərqli də olsa hamısı bir məqsəd üçün çırpınır: Qədr Gecəsini tapmaq. Bu axtarışa qatılanlardan biri olaraq, keçmiş bir Ramazanda yaşadığım bir macəranı sizinlə paylaşmaq istəyirəm. Qədr Gecəsini axtararkən maraqlı bir həqiqətlə qarşılaşmışdım. Qədr Gecəsini bilib bilmədiyimi Allah bilir, ancaq Qədr Gecəsini bilənləri bilirəm artıq. Kimlər mi? Budur hekayəsi ...


Qədr Gecəsi axtarışına çıxarkən fərq etdiyim ilk şey Türkiyədəki müsəlmanlar ilə digər müsəlmanlar arasında bu gecə ilə əlaqədar fərqli anlayışların varlığıydı. Hədislərdə Qədr Gecəsini son on gecədə və xüsusilə təkli gecələrdə axtarın deyilməsinə baxmayaraq Türkiyədə iyirmi yeddinci gecə Qədr Gecəsi olaraq idrak edilməkdədir. Halbuki Amerikada qarşılaşdığımız digər Müsəlmanlar tək gecə yerinə, hədisin mənasına uyğun olaraq, son on gecəyə fokuslanmağı daha uyğun görür. Bir qisimi bu gecəni əldən qaçırmamaq üçün son on gündə itikafa çəkilməyi belə seçim edir. Qədr Gecəsinin qədrini bilənlər hər gecəni Qədr gecəsi ola bilər deyə qiymətləndirərkən, onun qədrinin idrak etməyənlər isə hər gecəni Qədr gecəsi olmaya bilər deyə əhyadan içtinap(uzaqlaşır) edər. Bu iki yanaşma da Qədr Gecəsinin bir imtahan əsəri olaraq gizli tutulmasının sirrini işarə edər.


Qədr Gecəsi axtarışına davam edərkən şahid olduğum başqa bir şey isə axtarış metodlarının fərqliliyiylə əlaqədar. Kimiləri buludlu bir gecədə okeana gedib səhərə qədər balıq axtarar kimi axtarır. Kimiləri yüksək maaşlı yeni bir iş axtarar kimi axtarır. Kimiləri Bayram ərəfəsində qazancını maksimum etmək üçün uyğun bir bazar axtaran tacir kimi axtarır. Kimiləri dünyanın ən qiymətli xəzinəsini axtarar kimi axtarır. Kimiləri fizika aləmindəki fövqəladə xəbərlərin içində axtarır onu. Kimiləri yuxularda axtarır. Kimiləri şeyxindən və ya ustadından gələcək bir mesajda axtarır. Xülasə ildə bir gələn Qədr Gecəsini insanlar min bir müxtəlif yollarla axtarır.


Bu yaxınlarda bir axşam üstü iftardan sonra bir neçə yoldaşın balıq ovuna çıxmaq üzrə hazırlıq edərkən danışdıqlarına qulaq qonağı oldum. Hamısı bir məqsəd ətrafında cəmlənmişdi: mümkün olduğu qədər çox balıq tutmaq. Təxminən iki saat uzaqlıqdakı okeana gedib qarmaqla balıq tutacaqlardı. Biri "böyük okeanda balıqlar tapa tapa bizim qarmağı mı tapacaq" deyə şübhəsini dilə gətirərkən, bir digəri "böyük okeanda da balıq tapa bilməsək başqa harada tapa bilərik" deyə ümidvar olduğunu bəyan edirdi. Hərçənd xalq arasında balıq kimi ovlanmaq deyə bir təbir istifadə edilsə də, dinlədiyim qədəriylə balıqlar elə asan ovlanılmazmış. Hava vəziyyəti, istifadə etdiyin yem, getdiyin bölgə və gediş zamanı kimi bir çox fərqli faktoru nəzərə almaq gərəkirmiş müvəffəqiyyətli olmaq üçün. Buludlu havada və gecə vaxtında balıq tapmaq böyük ehtimalla mümkünmüş. Balıqçı yoldaşlar bu nöqtələrdə fikir birliyinə gəldikdən sonra yola çıxmağa qərar verdilər. Hərçənd yuxularından fədakarlıq edəcəklər. Bütün gecə ayaq üstə qalmaqla özlərinə bir növü əziyyət edəcəkdilər. Bu çətiniliklər ağıllarına gəldiyində, əllərininin arasına alacaqları böyük balıqları xəyal edirdilər. Rasional(şüurlu) fərdlər olaraq, alacaqları mükafat qarşısında, yuxusuzluq kimi bir xərc ödəməyə razıydılar. Bəlkə də onlara görə gündüz vaxtı balığa getmək irrasyonaldı. Onların şirin müzakirələrinə qulaq verərkən, xəyalım məni başqa bir axtarışa aparmışdı: Qədr gecəsi axtarışı. Nəfsim Ramazan okeanında Qədr Gecəsini axtarmaq üçün bir gecə də olsa rahatından imtina edib axtarışa çıxmama razı olardımı görəsən? Həm bu dünya okeanında tutulan balıqlar bir öynəlik olmasına baxmayaraq, sonsuz öynələrdə süfrəmə gələcək balıqların ovuna çıxmaq daha şüurlu deyilmi? Həm sonsuz gecələrdə rahata qovuşmaq üçün bir gecəlik rahatı fəda etmək çox mu ağırdı? Bu mülahizələr nəfsimi bir dərəcə razı salmaqla birlikdə tam kafi gəlmirdi. Başqa bürhan(dəlil) istəyirdi.


Ramazanın iyirminci günü idi, bir fizikaçı yoldaşla Qədr gecəsi müddətindən bəhs edirdik. Mən axtarmaq üçün hazırlığa başlarkən, o mənə bu gecə Qədr gecəsi ola bilər dedi fiziki bir hadisəyə əsaslanaraq. Bu cür qiymətli bir gecənin Kainat ölçüsündə fiziki bir hadisəylə əlaqəsi olmalı idi onun dediyinə görə. Üzvü olduğu fizikaçı qrupundan aldığı xəbərə görə bu gecə Andremoda qalaktikasının tutulması hadisəsi yaşınırdı. Qalaktik ölçüdə böyük bir hadisə. Daha da maraqlısı bu hadisə hər il Ramazanın son on gecəsində cərəyan edirmiş. Eynilə Qədr Gecəsi kimi hansı gecədə olduğu bilinə bilmirmiş. Arqumentlər çox razı edici idi. Keçən il bu hadise Ramazanın iyirmi səkkizində olmuş bu il isə bu gecəyə rast etmiş. Elmə olan etibarımın təsiriylə deyilənlərə xeyli inandım. Bu gecə Qədr gecəsi ola bilər deyə səhərə qədər əhya etməyə qərar verdim.


Bu qərarımda axşama doğru virtual dünyadan aldığım bir xəbərində təsiri olmuşdu. İnternet üzərində söhbət etdiyim dost yazar bir dostuma eşitdiklərimi hekayə edərkən maraqlı bir cavab aldım. "Bilirsənmi!" dedi həmsöhbətim, "bu gün Qədr Gecəsi'ylə əlaqədar bir xəbər aldım." "Bir oxucum mənə gündüz bir mesaj atdı. Tanışı övlüya bir şəxsdən bu gecənin Qədr gecəsi olduğunu öyrənmiş. " Eh, dostlara düşən bu böyük fürsətdən bir-birlərini xəbərdar etmək idi. Qədr Gecəsi sirrini həll edən bir Allah dostu, bunu xəbər vermiş öz dostuna .. biz də dostun dostundan eşitmiş olduq .. Bu iki hadisə qarşısında həm ağıl həm də qəlb cavabını tapmış kimi bir dərəcə sevinmişdi. "Nəfsim belə sabahlamaya razı olar," deyə düşünmüşdüm. Gəl gör ki, gecəni bir az əhya etmək üçün səy göstərdikdən sonra, içimdən yüksələn əks arqumentlərin təsiriylə özümü yataqda tapmışdım. Saat gecənin ikisini göstərirdi yatdığımda. "Allah bərəkət versin. Bu qədər yetər demişdi" içimdəki nəfsani səs. Çox keçmədən dəhşətli bir yuxu ilə oyanarkən ağlıma gələn ilk şey: bu gecə həqiqətən Qədr Gecəsi mi yoxsa? Bir müddət daha oyanıq dayandım. Ancaq, qafil nəfsim olub bitənləri unutdurub, yenə məni yana aşırtdı.


Günlər bir-birini qovalarkən iyirmi yeddinci gecəyə çatmışdım. Axtarışım davam edirdi. Bu gecə Qədr Gecəsi olması qüvvətlə ehtimaldır deyə nəfsimi razı salmağa çalışdım. Gecənin irəliləyən saatlarında nəfsimdən yüksələn şübhəli səslər qarşısında ağlım təmin edici bir bürhan(dəlil) axtardı. Ramazan Risaləsindəki bir təşbehdən hərəkətlə bir neçə yoldaşa telefon etməyə qərar verdim. Əslində onlara bir həqiqəti anlatmaq, nəfsimə dərs vermək istəyirdim. Eynilə, qızım sənə söyləyirəm, gəlinəm sən dinle misalı kimi. Həm onlarla bir həqiqəti paylaşacaqdım, həm də nəfsimi razı salmağa çalışacaqdım. Oyuncaq vertolyot satan tacir bir yoldaşa zəng etdim əvvəl. Salam və təbrikdən sonra əsl mövzuya gəldim.


"Vertolyotlarını neçəyə satırsan?"


"Dənəsini 10 dollara."


"İlin müəyyən bir zamanında gecə vaxtı açılacaq bir bazarda onların dənəsini 1000 dollara satmaq imkanı olarsa və daha da sonrası bazara götürəbildiyin malların hamısının satın alınacağı zəmanəti varsa nə edərsən?"


"Bir il əvvəlindən hazırlıqlarımı edərəm. Zavod ilə əlaqəyə keçib maksimum miqdarda məhsulla bazara qatılaram. "


"Yaxşı bir gecə vaxtı dənəsinə 30 min dollar verən bir Bazar olsa nə edərsən"


"Heç tərəddüdsüz bütün gecəni bazarda keçirərəm."


Telefonu endirdikdən sonra öz özümə soruşdum: Belə bazarlarda ən qazanclı ticarəti edib bütün dünyanın maliki belə olsan, Ramazan bazarında qazanacaqlarımızın yanında bir dəyər ifadə edərmiydi .? Rad surəsində Cənab-ı Haqq göy gurultusu şiddətində bir səslə bu suala cavab verirdi:


"Ona (Rəbbinin əmrinə) tabe olmayanlara gəlincə, əgər yer üzündə olanların hamısı ilə bunun yanında bir misli daha onların olsa, (cəhənnəmdən xilas olmaq üçün) onu mütləq fəda edərlər." (Rə'd, 18)


O halda nəfsimi karlı dünya bazarına tərəddüdsüz razı edib, axirət bazarından uzaqlaşdıran nə idi görəsən?


Telefonun düymələrinə bir daha basdım. Bu səfər Amerikanın şimalında kompüterdə həkimlik edən bir yoldaş vardı qarşımda. Hal əhvaldan sonra ona da əsl mövzunu açdım.


"Bildiyimizə görə məktəbdə assistent olaraq çalışırsan. Saat haqqın neçə dollar? "


"15 dollar"


"Burada xeyli yüksək ödəniş verən bir iş imkanı var. Müraciət etməyi düşünərmüsən bilərsən? "


"Nəymiş bu?"


"Kompüterlə əlaqəli bir iş."


"Neçə dollar verəcəklər."


"Xeyli çox maaş verirlər, ancaq bir şərtləri var. Gecə çalışacaqsan. "


"Nə qədər verəcəklər?"


"Saatı 100 dollar"


"Demə ya, bu qədər yüksək ödəniş verdiklərinə görə bir istədikləri vardır"


"İstədikləri şey layihəni qısa müddətdə bitirmək üçün gecə boyunca çalışman. Düşünürsənsə sənə iş elanını göndərim. "


"Olur. Göndər baxaq. "


"Yuxusuz qalırsın."


"Əhəmiyyətli deyil ya! Gündüz yatarıq, gecə də çalışarıq. Yetər ki, edə biləcəyimiz bir iş olsun. "


Danışma bu minval üzrə davam edərkən, nəfsimə Bədiüzzamanın bu sözlərini xatırlatdım:


"Bu mübarək şəhr-i Ramazan, Leyle-i Qədri əhatə etdiyi üçün, özü də ömür içində bir Leyle-i Qədrdir ki, müvəffəq olanın ömrünə min ömür qatar. Dəqiqəsi bir gündür. saatı iki ay, günü bir neçə il hökmündə bir ömr-i bâqîdir... Ramazan-ı şərifdə savab-ı a'mâl (əməllərin savabı), birə mindir. Qur'ân-ı Hakîmin, nass-ı hədislə, hər bir hərfinin on savabı var; on həsənə sayılır, on meyvə-i Cənnət gətirər. Ramazan-ı şərifdə hər hərfin on deyil, min; və Âyetü'l-Kürsi kimi ayələrin hər bir hərfi minlər; və Ramazan-ı Şərifin Cümələrində daha çoxdur. və Leyle-i Qədrdə otuz min həsənə sayılır. "


Qədr gecəsini axtarış macərasının sonunda çox əhəmiyyətli bir həqiqəti tapmışdım: Yazının başlığındaki sualda bir səhv vardı. Qədr gecəsinin qədrini bilirikmi? deyə soruşmaq lazımdır. Həm Qur'an'ın özü də belə soruşmurmu? Bu suala cavab tapanlar əslində başlıqdakı suala da cavab tapmış olurdu. Çünki Qədr Gecəsini bilənlər, onun qədrini bilənlərdir.


Qaldı ki, bir Ramazanda Qədr Gecəsini bilib, tamamilə əhya etmək çətin ola bilər. Ancaq, hər Ramazanda son on və ya on beş gecənin dörd saatını əhya edən, üç ildə bir qəti olaraq bir Qədr Gecəsini tam olaraq əhya etmiş olar. Ömründə altmış altı dəfə Ramazan ayına çatan biri cəmi 22 dəfə Qədr Gecəsini əhya etmiş olar. Bu da, Qədr Surəsinin verdiyi müjdəyə görə 22 min ay, yəni 1833 illik ibadət savabına bərabər gəlir. O halda, vədindən dönməsi mümkünsüz olan Sonsuz Rəhmət Sahibinin açdığı bu "səmavi kampaniya" nı qaçırmaq ağıl karımıdır .?

Read 749 times
In order to make a comment, please login or register