Qadınların namaz qılma şəkli necədir ?


Qadının namazı ilə kişinin namazı, xarici hökmlər baxımından fərqlidir. Bu hökmlərdən bəziləri: camaat, azan, iqamə, sətru'l övrət (övrət yerlərin örtülməsi) və saf bunlardan bəziləridir.


Bu hökmlərdə iki namaz arasında bəzi fərqliliklər olduğu doğrudur. Lakin namazın şəkli mövzusunda alimlər arasında iki görüş var:


Birinci görüş: Bu ​​görüş dörd məzhəb imamlarının görüşüdür, o da: "qadının namazının kişinin namazından fərqli olması müstəhəbdir." görüşü.


Qur'an və Sünnədə qadınların təsəttürünə xüsusi bir əhəmiyyət verildiyi hamımıza məlumudur. Namazda qadınların bəzi hərəkətlərinin kişilərdən (qismən) fərqlilik göstərməsinin əsas səbəbi də budur. Çünki namaz xaricində mütəsəttir (təsəttürlü, örtülü) olması həssaslıqla istənilən qadının, Rəbbinin hüzurunda bu nöqtəyə daha çox diqqət göstərməsi təbiidir.


Bu səbəblə İbn Hibban, qadının evinin ən gizli məkanında qıldığı namazın digərlərinə görə daha savablı olduğunu ifadə edən hədisi (Əbû Dâvûd, "Salət", 53; İbn Huzeymə, III, 94-6) nəql etdiyi babın (fəslin) başlığını eynilə belə qoymuşdur: "Qadının Namazı Nə Qədər Gizli / Örtülü Olarsa, Mükafatının Də O Qədər Böyük Olacağının Bəyanı." [İbn Hibban, əl-İhsan, V, 595]


Və yenə bu səbəblə İbn Abbas`a (Allah ondan razı olsun) qadının namazının necə olması lazım olduğu soruşulduğunda, "yığcam və gizli" cavabını vermişdir. (İbn Əbî Şeybə, əl-Musannəf, I, 302)


Bilindiyi kimi namazın rüknlərindən (namaz əsnasında mütləq yerinə yetirilməsi lazım olan xüsuslarda) qadın ilə kişi arasında təməldə hər hansı bir fərqlilik yoxdur. İftitah təkbiri, qiyam, qiraət, rüku .. və s. xüsusların fərziyyəti kişi üçün də qadın üçün də etibarlıdır. Fərqlilik yalnız qismən şəkli bəzi nöqtələrdə önə çıxmaqdadır.


İftitah təkbiri alarkən əllərin hara qədər qaldırılacağı, qiyamda əllərin bağlanış tərzi və yeri, rüku və səcdə etmə tərzi, təşəhhütdə oturuş forması ... belədir.


Qadınların namaz qılarkən kişilərdən fərqli olaraq hansı nöqtələrə riayət edəcəkləri, Əfəndimiz sallallahu aleyhi və səlləm tərəfindən təfsilatlı olaraq açıqlanmamışdır. Bu barədə, səhabə'dən və sonrakı nəsillərdən gələn tətbiq və fətvalar mövcuddur. Əsaalarını zikr edəcək olsaq:


İftitah təkbiri: Qadınların, namaza başlarkən əllərini qulaq xəttinə qədər deyil, yalnız çiyin və ya sinə xəttinə qədər qaldıracağı mövzusunda səhabə'dən Vail b. Hücr (Allah ondan razı olsun) vasitəsilə nəql edilmiş mərfu (Əfəndimiz (sav)'ə dayanan) bir rəvayət mövcud isə də [ət-Tabərani, Mucəmul-Kəbir, XXII, 19-20] sənədindəki Ümm Yahya bt. Abdilcəbbâr adlı qadın haqqında əl-Heysəmi hər hansı bir məlumat tapa bilmədiyini söyləmişdir. (Heysəmi, Məcma'u'z-Zəvaid, II, 272; IX, 624) Bu səbəbdən bu rəvayət zəifdir. Ancaq səhabə'den Ümmü'd-Dərda (r.anha) və Tabiun'dan da Atâ, əz-Zührî, Hammâd... kimi isimlərdən bu rəvayətin dəlilini dəstəkləyən tətbiq və fətvalar nəql edilmişdir. [Buxârî, Kurratu'l-Ayneyn, 22; İbn Əbi Şeybə, Musannəf, I, 270; əl-Ayni, Binayə, II, 197] Zəif hədisin bu tətbiq və fətvalarla qüvvət tapacağını və qadınların iftitah təkbirinin formasının nəqlə əsaslanan bir təməli olduğunu rahatlıqla söyləyə bilərik.


Qiyam: Qadınların, qiyamda dayanarkən əllərini sinələrinin üstündə bağlayacağı mövzusunda hər hansı bir rəvayət yoxdur. Qaynaqlar qadınların kişilərdən fərqli olaraq əllərini sinələri üzərində bağlayacağını ifadə edərkən yalnız bunun "təsəttürə daha uyğun" olacağını söyləməklə kifayətlənməkdədir.


Rüku: Bu mövzuda da Peyğəmbərimiz sallallahu aleyhi və səlləm`dən nəql edilmiş səhih bir rəvayət mövcud deyil. Qadınların rükuda qollarını yana açmadan -kişilərə görə daha toplu bir şəkildə- rüku edəcəyini ifadə edən üləma (alimlər), bunu da "təsəttürə uyğunluq" ölçüsünə əsaslandırmışdır.


Səcdə: Qadınların səcdədə necə hərəkət edəcəyi mövzusunda Əfəndimiz Aleyhissalatu Vəssəalm'dan nəql edilmiş iki rəvayət vardır. əl-Beyhəqi bunların hər ikisinin də zəif olduğunu söyləmişdir.


Bu rəvayətlərdən birində Əfəndimiz (sav) 'in, qadın namaz qılarkən (oturuşda) uyluklarını (budlarını) bir-biri üzərinə qoyması və səcdə etdiyi zaman qarnını budu üzərinə qoymasını söylədiyi nəql edilmişdir. əl-Beyhakî bu rəvayəti, sənədindəki Əbû Muti` əl-Hakim b. Abdillah əl-Bəlxi səbəbiylə taz'if etmişdir (zəif olduğunu söyləmiş).


Bu şəxs, İmam-ı Azam'ın Beş Əsəri adıyla dilimizə çevrilmiş olan risalələrdən əl-Fıkhu'l-Əbsat'ın ravisidir. Hədis Tənqidçiləri, onun haqqında olduqca ağır cerh ifadələri istifadə etmişlər.əz-Zəhəbi onun haqqında belə deyir: "İbnul-Mübarək onu, dindarlığı və elmi mövqeyi səbəbiylə təzim və tebcil edərdi. (...) Rəy mövzusunda bəsirət sahibi, şanı böyük bir allamə idi. "


Cərh-ta'dil alimlərinin Əbû Muti` əl-Bəlxi haqqındakı ağır sözlərində (ki bir çoxunun onun haqqında "Cəhmi idi", "Mürcii idi”(məzhəblər tarixində, böyük günah işləyən möminlərin əzaba məruz qalmayacağını, onların vəziyyətlərinin olduğu şəkliylə, Allah'a irca edilməsi lazım olduğu yolundakı düşüncəni müdafiə edən məktəbin adıdır. Bunlar Xaricilərin sonra ortaya çıxmışdır. Mürcie'ye görə, bir adam mömin olduqdan sonra işlədiyi günahlar ona zərər verməz. Çünki imanın olduğu yerdə günahın bir dəyəri yoxdur. Günah işləməklə iman azalmaz. ) kimi ifadələr istifadə etdiyi diqqət çəkir) etiqadı məşrəb fərqliliyinin təsirini görməmək mümkün deyil ... Deyilmi ki İmam Əbu Hənifə və Hənəfi məzhəbinin digər böyük imamları belə bənzəri bir səbəblə taz'if edilmişdir?


Qadının səcdə etmə tərzi haqqında ayrıca aşağıdakı nəqlləri görürük:


Hz. Ali'nin (Allah ondan razı olsun) belə dediyi rəvayət edilmişdir:


"Qadın səcdə etdiyi zaman yerə qapansın və uyluklarını (çanaqdan dizə qədər olan hissə) yığsın (vücuduna bitiştirsin)."


İmam Əbu Hənifənin müəlliminin müəllimi İbrahim ən-Nəha'î də (Tabiun'dandır-səhabədən sonrakı nəsil) eyni tərzdə hökm vermiş, "Qadın səcdə etdiyi zaman uyluklarını yığsın və qarınını baldırların üzərinə qoysun" demişdir. Özündən bu mövzuda edilən bir digər nəqldə də belədir: "Qadın səcdə etdiyi zaman qarnını uyluklarına yapışdırıb; arxasını yuxarı qaldırmasın və kişinin qollarını açıb yayıldığı kimi yayılmasın.." Yenə Tabiun'dan Mücahid`in də, kişinin, səcdə edərkən qarnını qadınların etdiyi kimi baldırların üzərinə qoymasını məkruh gördüyü nəql edilmişdir.


Bu mövzuda Tabiun'dan və daha sonrakı dövrün imamlarından, bunlara bənzər xeyli sözlər nəql edilmişsə də bu qədərini məqsədi ifadə etməsi baxımından yetərli hesab edirik..


Beyhəqi belə deyər: "Qadının namaz əhkâmında kişidən ayrıldığı yerlər, qadının təsəttürə riayət etməsinə aiddir. Qadın, hər vəziyyətdə özü üçün təsəttürə ən uyğun şeyi etməklə vəzifəli və mükəlləfdir ..."


1. Beyhakinin çıxartdığı, Haris`dən, O'da Ali'dən rəvayət etdiyinə görə: "Əgər qadın səcdə edərsə, baldırlarını birləşdirsin" [Beyhaki / 222/2]


2. Yenə Beyhakinin çıxartdığı bir hədisdə: "Əbu Səid əl-Xudridən: Nəbi sallallahu aleyhi və səlləm buyurdu ki: "Kişilərin saflarının ən xeyirlisi, ən öndə olanıdır. Qadınların saflarının ən xeyirlisi, sonda olanıdır. Nəbi (s.ə.v.) kişilərə səcdədəykən qollarını ayırmağı, qadınlara isə birləşdirməyi əmr edərdi. Təşəhhütdə kişilərə sağ ayaqlarını tikməyə və sol üsdə oturmağı, qadınlara isə bardaşı əmr edərdi." [Beyhaki / 222/2]


3. Beyhakinin çıxartdığı digər bir hədisdə: "Abdullah ibn Ömər dedi ki: Rəsulullah (s.ə.v.) buyurur ki:"Qadın namazda oturduğunda, bir baldırını digər baldırının üzərinə söykəyər, səcdə etdiyində isə özünü ən yaxşı şəkildə örtəcək qədər qarını ilə baldırını yapışdırar. Şübhəsiz ki, Allah o qadına baxar və deyər ki: Ey mələklər siz şahid olun ki, Mən onu bağışladım "[Beyhaki / 222/2]


4. Beyhakinin çıxartdığı başqa bir hədisdə: "Yəzd min Əbi Həbib dən: Nəbi (s.ə.v.) Namaz qılan iki qadının yanına yaxınlaşdı və onlara dedi ki:"əgər səcdə edərsinizsə ətinizin bir qisimini yerə birləşdirin, şübhəsiz ki qadın burada, kişilə eyni deyildir. "[Beyhaki / 223/2]

Read 1.732 times
In order to make a comment, please login or register