"Ümmətimin ixtilafı rəhmətdir." sözü necə anlaşılmalıdır?

ÜMMƏTİMİN İXTİLAFI RƏHMƏTDİR.!

Hafiz Əbu Ömər ibn Abdilbərr, "Cami'u bəyani'l-ilmi və fadlih" adlı əsərində, "Fəqihlərin ixtilaflarını incələyən kimsə üçün bağlayıcı olan xüsusların bəyanını ehtiva edən bab" adlı xüsusi bir başlıq açır və belə deyir:

Mən ( İbni Abdi'l-Bərr) belə deyirəm:

Alimlər bu mövzuda 2 görüş halında ixtilaf etmişlərdir:

1. Səhabə və onlardan sonrakı imamların ixtilafı geniş bir rəhmətdir. Allah rəsulu( ﷺ ) 'in əshabının (səhabələrinin) ixtilaflarını incələyən kimsənin, onlardan istədiyi kimsənin görüşünü alması caizdir.

Digər imamların görüşlərini incələyən kimsə üçün də, hal belədir.

Yetər ki, alınan görüşün xətalı olduğu bilinən olmasın.

Əgər bir kəs, bəhs mövzusu olan görüşün, Kitab və ya Sünnət'in nassına (Quran və Sünnət'də, bir iş və ya məsələ haqqında açıqlıq və heç bir təvilə ehtiyacı olmayan söz və ya dəlil; açıq və ya qəti hökmə) yaxud alimlərin icmasına ziddliyi səbəbilə xətalı olduğunu açıq bir şəkildə bilərsə, o zaman o görüşə tabe olması, caiz olmaz.

Yox əgər, bəhs mövzusu görüşün, zikr edilən qaynaqlara ziddliyini açıq bir şəkildə bilə bilməzsə, hansı görüşü almaq istərsə, onu alması caiz olar; istərsə, o görüşlər içində hansının doğru, hansının xətalı olduğunu bilməsin.

Bu halda, hər hansı bir şəxs, bir alimi təqlid etməsi caiz olan avam məsabəsindədir (mövqeyindədir). Belə kimsə, hər hansı bir alimə fətva soruşduğunda, aldığı cavabla əməl edər; istərsə, aldığı cavabın dəlilini bilməsin...

"Bu, məna olaraq, Ömər b. Əbdü'l-Əziz, əl-Qasım b. Muhamməd və -əgər səhihdirsə- Sufyan əs-Sevri'dən nəql edilmiş olan görüşdür."  (Haşiyə)

---------------------

(Haşiyə):

Xatib əl-Bağdadi, "əl-Fəqih və'l-Mütəfəqqih" əsəri, 2. Cild, s. 69'da, Sufyan əs-Sevri'nin bu sözünü nəql etmişdir:

Fəqihlərin ixtilaf etdiyi mövzularda, qardaşlarımı, o görüşlərdən hər hansı birini almaqdan çəkindirmərəm.

----------------------

İbni Abdi'l-Bərr sözünə belə davam edir:

...Alimlərdən bir qrup da, bu görüşü mənimsəmişdir. Onların bu mövzudakı dəlillərindən biri də:

'Səhabələrim, ulduzlar kimidir. Hansına tabe olsanız, hidayət taparsınız.' hədisidir.

Bu, elm əhlindən bir qrupun zəif gördüyü bir görüşdür. Fəqihlərin və dirayət əhli (incəlikləri qavrayış gücünə sahib) alimlərin əksəriyyəti, bu görüşü rədd etmişlərdir.

Biz bu bölmədə -şərt qoşduğumuz kimi- in şə Allah, görüşləri qarşılaşdıraraq və icmal halda dəlillərilə bərabər zikr edəcəyik. Güc və qüvvət Allah'dandır."

Əhl-i hədisə mənsub mutəqaddimun'dan (əvvəlkilərdən) və sonra gələnlərdən bir qrup da, bu görüşə meyl etmişdir.

Daha sonra ibni Abdi'l-Bərr, haqqında danışdığı alimlərdən, mənimsədikləri görüşü ifadə edən  nəqllər verir. Onlardan bəziləri belədir:

2. Əl-Qasım b. Muhamməd b. Əbi Bəkr, belə deyir:

Allah Taala, Allah Rəsulu ( ﷺ )   'in səhabələrinin əməldə ixtilaf etməsilə, bu ümməti mənfəətləndirmişdir. Onlardan hər hansı birinin əməlinə tabe olan və onun kimi əməl edən hər kəs, bu mövzuda bir genişlik içində olduğunu və özündən daha xeyirli olan səhabənin o tərzdə əməl etdiyini düşünər... (Xatib əl-Bağdadi, "əl-Fəqih və'l-Mütəfəqqih" əsəri, 2. Cild, s. 59-60)

Ömər b. Əbdü'l-Əziz'dən də belə dediyi rəvayət edilmişdir:

Allah Rəsulu ( ﷺ )   'in səhabələri ixtilaf etməmiş olsa, bundan sevinc duymazdım. Çünki onlar tək bir görüş üzərə hərəkət etmiş olsaydılar, insanlar sıxıntı çəkərlərdi.

Onlar, özlərinə tabe olunan imamlardır. Bir kimsə onlardan birinin görüşünü aldığı zaman, genişlik içində olar.

"əl-Qasım b. Muhamməd'dən " imamın açıqdan oxumadığı bir namazda, camaatın imamın arxasında qiraət etməsi məsələsi" haqqında soruşulduğunda belə cavab verir:

'Əgər qiraət edərsənsə, Allah rəsulu'nun səhabələrindən nümunələrin vardır.

Əgər qiraət etməzsənsə, yenə Allah rəsulu'nun səhabələrindən nümunələrin vardır."

Yəhya b. Səid'in də belə dediyi rəvayət edilmişdir:

"Fətva əhli, fətva verməyə davam edir. Hər hansı bir şey üçün, biri: 'halaldır', digəri: 'haramdır.' deyir.

'Haramdır.' deyən, 'halaldır.' deyənin;

'Halaldır.' deyən də, 'haramdır.' deyənin bu görüş səbəbilə həlak olduğu düşüncəsini daşımır..."

Daha sonra İbni Abdi'l-Bərr, belə deyir:

"Bu, Əbu'l-Qasım b. Muhamməd ilə ona tabe olanların görüşüdür. Bir qrup alim də bu görüşü mənimsəmişdir."

"Malik, Şafii və onların yolundan gedən tələbələri ilə Leys b. Sa'd, Əvzai, Əbu's-Sevr və dirayət əhli (incəlikləri qavrayış gücünə sahib) bir qrup alim isə:

"Araları birləşdirilməsi mümkün olmayan ixtilaflarda, tərəflərdən birinin görüşü doğru, digərinki xətalıdır." deyirlər.

Onlara görə alimlər, ixtilaf etdikləri zaman, tərəflərin üsuluna uyğun olaraq, Kitab, Sünnət, İcma və Qiyas'dan nə kimi dəlillərə sahib olduqlarını soruşmaq lazımdır. Bu, nəzərdən qaçırılmamalıdır.

Əgər tərəflərin dəlilləri bərabər qüvvətdə olarsa, zikr etdiyimiz üzərə, Kitab və Sünnət'də yer alan hökmə ən çox bənzəyən görüşə meyl etmək lazımdır.

"Bu hal, aşkar şəkildə bəlli olmazsa, təvaqquf etmək (bəhs mövzusu etdiyimiz görüşlərdən hər hansı birini almamaq) gərəkər.

Yəqinliklə (qəti bir şəkildə) məlumat sahibi olmadan qəti danışmaq isə, caiz deyildir.

Əgər hər hansı bir kimsə, öz şəxsilə məhdud olmaq üzərə, bu tərz görüşlərdən biriylə əmək etməyə məcbur qalarsa, təqlid bağlamında avama caiz olan, ona da caiz olar...

Daha sonra ibni Abdi'l-Bərr, adı keçən imamlardan bəzilərindən, zikr edilən görüşü dəstəkləyən nəqllər verir ki, onlardan bəziləri belədir:

"Əşhəb'dən: Malik'ə, Allah rəsulu ( ﷺ )  'in səhabələrinin ixtilafları soruşuldu:

Tərəflərdən biri isabətli, digəri xətalıdır; bu tərz məsələlərdə, hansı görüşün tərcih ediləcəyinə, araşdırılaraq qərar verilməlidir. dedi.

İbnu'l-Qasım belə deyir:

"Malik və Leys'in, Allah rəsulu ( ﷺ ) 'in səhabələrinin ixtilafları haqqında:

'İnsanların söylədiyi kimi, onların ixtilaflarında bir genişlik yoxdur; hal elə deyildir. Onlar ixtilaf etdiklərində biri isabətli, digəri xətalıdır.' dediklərini eşitdim."

Yəhya belə deyir:

"Mənə, Leys b. Sa'd'ın belə dediyi gəlib çatmışdır:

'İxtilaflı görüşlər gəldiyində, ehtiyata ən uyğun olanını alarıq.'

İbni Abdi'l-Bərr, bu haqda daha bir çox nəql verir. Yuxarıda zikr etdiyimiz ikinci görüşü mənimsəyənlərin dəlillərini zikr etdikdən və Sələf'in, ictihadi məsələlərdə birbirilərinin xətalı olduğunu söylədiklərini vurğuladıqdan sonra isə, belə deyir:

"Alimlərin kitablarında bu tərz çox nəql vardır. Allah rəsulu ( ﷺ )   'in səhabələrinin, Tabiunun və onlardan sonra gələn alimlərin ixtilaflı mövzulardakı mövqeləri budur. Onların birbirilərinin görüşlərini rədd etdikləri məsələlər -bir babda toplamaq belə dursun- hardasa, bir kitabda toplana bilməyəcək qədər çoxdur. Zikr etdiyimiz xüsuslarda, zikr etmədiklərimiz üçün yetərli dəlil vardır."

"Allah rəsulu ( ﷺ )  'in səhabələrinin birbirilərinə rücu etməsi (yəni ixtilaf edən səhabələrdən birinin, digər səhabənin görüşünə dönməsi) və birbirilərinin görüşlərini rədd etmələri- ixtilaf etdikləri xüsuslarda, görüşlərdən birini xətalı, digərini isə, isabətli gördüklərinin dəlilidir."

"Bu səbəblə onlardan hər biri, qarşısında xitab etdiyi kimsəyə:

'Sənin söylədiyin də caizdir, mənim söylədiyim də. İkimiz də, özü ilə hidayətə gedilən ulduzlarıq:

Dolayısı ilə, ixtilaf etməmizdən dolayı, bizə hər hansı bir məsuliyyət yoxdur.' deməzdilər.

İxtilaf edilən və arası birləşdirilə bilməyən mövzularda, tərəflərdən sadəcə birinin söylədiyi doğrudur.

Əgər ixtilaf edilən məsələdə, tərəflərin ikisi də doğruya isabət etmiş olsaydı, Sələf, ictihad və fətvalarında birbirilərinin xətalı olduğunu söyləməzdilər.

Ağıl da, bir şeyin və ziddinin, eyni anda doğru olmasını, qəbul etməz."

Sələf'in fiqhi ixtilaflar mövzusundakı mövqelərinə dair ibni Abdi'l-Bərr'in nəqllərini ərz etdikdən sonra dəyərləndirməmiz belədir:

1. İbni Abdi'l-Bərr'in nəql etdiyi ayrılıqlar, fiqhi ixtilafın şəxsən özü olmadığı kimi, şəxsən bu ixtilafa dair bir hökm də ehtiva etməməkdədir. Onun nəql etdiyi ayrılıqlar, insanların ixtilaf qarşısında fərqli mövqe tutmaları ilə bağlıdır.

Çünki o alimlərdən hər biri, bir digəri ilə çox məsələdə felən ixtilaf etmişlərdir. Onlardan hər hansı birindən:

• bu ixtilafların varlığını;

• alimlərdən qaynaqlandığını və ya

• qaynağını doğru görmədiyinə

dair, hər hansı bir şey nəql edilmiş deyildir.

Onlarda gördüyümüz mövqe fərqliliyi, insanların fiqhi ixtilaflar mövzusundakı qavrayışına yönəlikdir. Onlardan nəql edilən ifadələr, bu nöqtəni açıq bir şəkildə göstərməktədir.

2. Burda bəhs mövzumuz olan mövqe fərqliliyi, avamdan olan kimsələrin və ya avam hökmündə olanların deyil, ixtilaflı məsələlərdə dəlilləri incələyən alimin mövqeyinə dairdir.

İbni Abdi'l-Bərr'in zikr etdiyi mövzu başlığı da bunu açıqca göstərməktədir:

"Fəqihlərin ixtilaflarını incələyən kimsə üçün bağlayıcı olan xüsusların bəyanını ehtiva edən bab"

Açıqdır ki, alimlərin ixtilafını incələyən kimsə, bu xüsusda hər hansı bir "elmi təchizat"a sahib olmayan avam deyil, bu işə əhil olan alim kimsədir.

İbni Abdi'l-Bərr'in zikr etdiyi ilk görüşü mənimsəyənlərdən söz edərkən, istifadə etdiyi ifadə də, bunu göstərməktədir:

"...Bu mövqedə, hər hansı bir şəxs, bir alimi təqlid etməsi caiz olan avam məsabəsindədir. Belə kimsə, hər hansı bir alimə fətva soruşduğunda, aldığı cavabla əməl edər; istərsə, aldığı cavabın dəlilini/izahını bilməsin..."

Ayrıca, ibni Abdi'l-Bərr'in zikr etdiyi ikinci görüşü mənimsəyənlərdən söz edərkən, istifadə etdiyi bu ifadə də, eyni nöqtəyə dəlalət etməktədir:

"...əgər hər hansı bir kimsə, öz şəxsilə məhdud olmaq üzərə, bu tərz görüşlərdən biri ilə əməl etməyə məcbur qalarsa, təqlid bağlamında avama caiz olan, ona da caiz olar..."

Burdan ortaya çıxmaqdadır ki, zikr edilən görüşlərin hər hansı birini, mütləq doğru olaraq anlamaq və fərqli kontekstlərdə istifadə etmək; misal olaraq:

• avamı bu məsələlərlə muxatab etmək və

• onları qavrayamayacaqları bir yükün altına soxmaq yaxud da

• onlara anlaya bilməyəcəkləri şəkildə xitab etmək, doğru deyildir.

3. Eyni şəkildə, "Səhabənin və alimlərin ixtilafında rəhmət və genişlik vardır." deyənlərin -ki, ibni Abdi'l-Bərr'in zikr etdiyi ilk görüş budur- qəsd etdiyi "genişliyi" belə anlamaq lazımdır:

Səhabə və alimlər, şəri hökmlər sahəsində, ictihad etmiş; bunun nəticəsi olaraq, aralarında ixtilaf baş vermişdir. Onların ictihadları və ixtilafları, özlərindən sonra gələn alimlər üçün, onların əməl etdiyi kimi əməl etmək şəklində ortaya çıxan bir genişlikdir.

(Yəni, daha sonra gələnlərə, ictihad etmələri üçün bir genişlik vardır. İctihad, sadəcə əvvəlkilərlə məhdudlaşmamışdır.)

Çünki onlar da sələfləri- Allah rəsulu(sallallahu aleyhi və səlləm)'in səhabələri və onlara gözəl bir şəkildə tabe olanlar- kimi ictihad etmiş və dəlillərdən hökm çıxarmaqda, ixtilaf etmişlərdir.

*Bu mənadakı "genişlik", "ixilaflı məsələlərdə doğru, təkdir." deyənlərin bu görüşünə qəti olaraq zidd düşmür. *

Çünki alimə düşən, ixtilaflı görüşlər mövzusunda ictihad edib, haqq və doğru olduğuna qənaət gətirdiyi görüşü tərcih etməkdir.

Bu nöqtədə onun doğruya isabət edib-etməməsinin bir əhəmiyyəti yoxdur.

Qazı İsmayıl'ın, mənasını açıq bir şəkildə dilə gətirdiyi izah da bu istiqamətdədir. İbni Abdi'l-Bərr belə nəql edir:

"Allah rəsulunun səhabələrinin ixtilafındakı genişlik, ancaq rey ictihadındakı genişlikdir. Yoxsa birinin, haqlı və doğru görmədiyi halda, onlardan birisinin görüşünü qəbul etməsi mənasında bir genişlik, bəhs mövzumuz deyil. Lakin onların ixtilaf etmiş olması, ictihad edib bunun nəticəsi olaraq, ixtilaf etdiklərini göstərir. (İbni Abdi'l-Bərr, Cami'u bəyani'l-ilmi və fadlih, 2. Cild, s. 82)

İbni Abdi'l-Bərr, Qazı İsmayıl'ın bu ifadələrinin ardından belə deyir:

"İsmayıl'ın bu sözü, həqiqətən də gözəldir."

4. Eyni şəkildə, ixtilafın rəhmət və genişlik olmadığını söyləyənlərin -ki, ibni Abdi'l-Bərr'in nəql etdiyi ikinci görüş budur- mövqeyini də belə anlamaq lazımdır:

Onlara görə, bəhs mövzusu olan genişliyi, müctəhid alimin, əvvəlkilərdən hər hansı birinin görüşünü, ictihad etmədən və dəlilə rücu etmədən (dönmədən) ala biləcəyi mənasına görə izah etmək doğru deyildir. Çünki belə bir halda, əksəriyyəti təşkil edən alimlərin qadağan etdiyi bir hal ortaya çıxacaqdır:

"Müctəhidin başqasını təqlid etməsi kimi!"

Alimlərin arasındakı ixtilaflarda və münazirələrdə, felən ortaya qoyduqları mövqe də, zahirən bir biri ilə zidd görsənən sözlərinin necə anlaşılması gərəkdiyi nöqtəsində verdiyimiz bu izahı dəstəkləməktədir.

Çünki onlardan hər biri, digərlərinin görüşlərinə -xətalı olsalar belə- hörmət göstərməklə birlikdə, ictihad edərək vardığı, özünə tətminlik verəcək görüşü əsas alar.

Bununla bərabər, onların hamısı, avamın, -müxtəlif görüşlər içərisindən haqq olan hansıdırsa, onu tərcih etmək kimi bir külfət (çətinlik) bəhs mövzusu olmadan- məsələlərini ona ərz etdiyi elm əhlini təqlid etməsinin, caiz olduğunu söyləmişlərdir.

Sufyan əs-Sevri'nin, daha əvvəl də zikr etdiyimiz bu sözü, həqiqətən də gözəldir:

"Fəqihlərin ixtilaf etdiyi mövzularda, qardaşlarımı, o görüşlərdən hər hansı birini almaqdan çəkindirmərəm."

(Əbu'l-Fəth əl-Bəyanuni, "Məzhəb məsələsi və Fiqhi ixtilaflar", s. 81-88)

------------------

Hədisin rəvayət edildiyi bu kitablar da vardır:

• Zəbidi, "Uqudu'l-Cəvahiri'l-Munifə", s. 10;

• Hakim ət-Tirmizi, "Nəvadiru'l-Usul", s. 121;

• İmam Şarani, "əl-Mizanu'l-Kubra", 1/7, 40;

• İmam Suyuti, "əd-Duraru'l-Muntəsira", s. 8;

• İmam Ğazzali, İhya'u-Ulumi'd-din, 1. Cild, s. 65;

• Zəbidi, "İthafu's-Sadəti'l-Muttaqin", 1. Cild, s. 323-324;

Zəbidi, hədisi uzun-uzadı təhlil etmiş, bir çox mühəddislərin müsbət-mənfi görüşlərini qeyd etmiş və ən nəhayət, imam Xattabi'nin "Qaribu'l-Hədis" əsərində bu hədisi istitradən (bir bəhs anlatılarkən başqa bir məsələyə də toxunmaq) qeyd edərək belə dediyini yazır:

"Bu hədisə 2 şəxs etiraz etmişdir. Bunlardan biri:

• İbadilik (Xaricilik məzhəbində günümüzə qədər davam edib gələn bir firqə) məzhəbindən İshaq əl-Musili;

Digər isə:

• Mülhid (dinsiz) bir kəs olan Amr b. Bahru'l-Cahız"

diyə qeyd etdikdən sonra, sözünə belə davam edir:

"İmam Xattabi'nin yanında bu hədisin bir əsli, yəni bir sənədi olduğunu anlayıram."

Read 19 times
In order to make a comment, please login or register