Mövzusunda ən çox maraqlanılan

1 İbadətlərimizdə şeytanın vəsvəsələrinə qarşı nə etməliyik? Şeytan nə üçün insanlara düşməndir? Şeytanın içimizdən keçən düşüncələrimizi bilməsi mümkün müdir?

     Va aleykumussalam va rahmətullah.

    "Məni azdırmağına qarşlıq and içirəm ki, sənin doğru yolunda insanlara vəsvəsə vermək üçün oturacağam. Sonra onlara, önlərindən və arxalarından, sağlarından və sollarından yaxınlaşacam. Və sən onların əksəriyyətini şükür edən görməyəcəksən." (Əraf surəsi, 16-17)

     Haqqınızı halal edin. Müəyyən səbəblərdən dolayı cavabınızı gecikdirmək məcburiyyətində qaldıq.

     Ümumiyyətlə 100 rükət deyə bir namaz yoxdur. Bu sizə əmr olunmayıb. Allah`ın sizə əmr etdiyi fərzlərdir. Ona görə də siz vaxt, imkan tapan kimi qəza namazlarınızı qılın.

    O sinsi şeytanın vəsvəsələrinə əhəmiyyət verməyin. Şeytan öz vəzifəsini çox yaxşı görməkdədir. Bizim vəzifəmiz də Cənab-ı Haqq`a ibadət etməkdir. Gəlin görək bizlər o cəhənnəm dəvətçisi kimi öz cənnətə aparan  vəzifələrimizlə məşğul ola bilirikmi? Dilinizi Allah`ın zikrindən məhrum, ağlınızı təfəkkürdən cahil, qəlbinizi də Allah`dan  qafil etməyin ki o məlun şeytan sizi tək görüb dost olmasın.

     Ən önəmlisi isə, zərrələrdən şəmsə bütün mövcudatın möhtac və tabe olduğu, hüzurunda boyun əyib zikr etdiyi, hər şeyə qadir olan Qadir-i Mütləq, hər şeyi eşidən Səmi-i Mütləq, hər şeyi görən Bəsir-i Mütləq, hər şeyi bilən Alim-i Mütləq, hər şeydən xəbərdar olan Xabir-i Mütləq,hər şeyə nəzarət edən, şahid olan və hifz edən Müheymin olan, bir yarpağın belə O`nun izni olmadan yerə düşmədiyi, bizi bizdən yaxşı bilən, bizə bizdən çox şəfqət göstərən Allah Təala`ya qəlbimizin də xəbərdar olub iştirak etdiyi çoxlu dualar edək sıxıntılarımız və çətinlikərimiz üçün hər zaman.

     Belə məsələlər bu şəkildə internet üzərindən həll olunacaq şeylər deyil. Sizinlə əlaq saxlamaq istədik, amma e-mailinizi doğru daxil etməmisiniz. Bu işdə sizə yardım edə biləcək qardaşlarla əlaqə saxlaya bilərsizin: İsmi: 070 6723901/ [email protected]. Yamin: 070 727 99 20 / [email protected]

Şeytan nə üçün insanlara düşməndir?

     Nəfs, şeytanın vəsvəsələrinə həssas bir alıcıdır. Hədisdə, insan qəlbində həm mələk ilhamı, həm də şeytan vəsvəsəsi üçün, bir mərkəz olduğu bildirilmişdir. (1-Tirmizi, Təfsir, 2/35)

Qur`an`ın ifadəsiylə,

 "Şeytan, sizin üçün bir düşməndir. Siz də onu düşmən qəbul edin. Şübhəsiz ki, o, özünə uyanları cəhənnəm əshabından olmağa çağırır." (Fatir surəsi, 6)

     Şeytanın insana düşmənliyi Hz. Adəmlə başlayar. Hz.Adəm'ə səcdə etməməsi üzündən İlahi rəhmətdən uzaqlaşdırılar. Buna görə, Adəm`ə və nəslinə düşmən kəsilir. Allah'a gedən yolda, onların önünə əngəl olaraq çıxmağa icazə istəyər. İnsanların imtahan edilməsi və mahiyətlərindəki qabiliyyətlərinin təzahür etməsi üçün, Cənab-ı Haqq ona bu icazəni verər. Şeytan deyər:

"Məni azdırmağına qarşlıq and içirəm ki, sənin doğru yolunda insanlara vəsvəsə vermək üçün oturacağam. Sonra onlara, önlərindən və arxalarından, sağlarından və sollarından yaxınlaşacam. Və sən onların əksəriyyətini şükür edən görməyəcəksən." (Əraf surəsi, 16-17)

     Şeytan insanlar üzərində hakimiyyət qurmaq üçün hər yola baş vurar, hər cür vəsvəsə verər. (baxın. Beydavi, I, 576)  

     Kimini qorxu damarından yaxalayar. Kimini boş xülyalarla, xamxəyalllarla aldadar. Kiminə surət-i haqqdan (görünür (özünü yaxşı niyyətli imiş kimi göstərmək). Kimini şəhvətdən sapdırar, kimini qəflətdən ... Hədisin ifadəsi,

"İnsanın damarlarında cərəyan edən qan kimi, insanın bədənində cərəyan edər." (Buxari, Bed'ül-xalq, 11; Əbu Davud, Savm, 78; İbnu Macə, Siyam, 65)

    Qalalar zəif yerlərindən fəth edilər. Şeytan da, insanın zəifliklərindən istifadə edərək onu fəth etməyə çalışır.

     Şeytanın vəsvəsələrinə qapılan və onun yolundan gedənlər, Allah'a qul olmaq yerinə, şeytana qul və kölə olarlar. Onun dediklərini etməklə, onun məmurları halına gələrlər. ( Elmalili Hamdi Yazır, I, 584)

     Cənab-ı Haqq, insanlara bu xəbərdarlığı etməkdədir:

"Şeytanın izi ilə getməyin. Şübhəsiz ki, o, sizin üçün açıq-aşkar düşməndir. O sizə ancaq pisliyi və fuhşiyâtı və Allah haqqında bilmədiyiniz şeyləri söyləməyi əmr edər." (Bəqərə surəsi, 168-169)

 

Şadi Eren (Prof.Dr.)

 

    İbnu Abbas (radıyallahu anhümâ) nəql edir:

    "Rəsulullah (aleyhissalâtu vəssalam) buyurdular ki:

"Şeytan insan oğlunun qəlbinin üzərində oturmuş vəziyyətdə gözləyər. Allah'ı zikr edincə sinər, gizlənər, çəkilər, qəflətə düşsə vəsvəsə verər." (Buxârî, Təfsir, Qul əuzu birabbi'nnəs 1.)

    "əl-Vasvas: İnsan doğulanda şeytan ona soxular, Allah zikr edilincə gedər, Allah zikr edilməzsə ürəyində yerləşib qalar."

      "İsa (əleyhissalam) Rəbbindən, şeytanın insandakı yerini göstərməsini tələb etdi. Allah da ona göstərdi; şeytanın başı ilan başı kimi idi və başını qəlbin meyvəsi üzərinə qoymuş vəziyyətdə idi. (O şəkildə ki), insan Rəbbini zikr edib anınca geri çəkilib sinər (Gözə daha az çarpmaq üçün aşağı oturmaq), zikri buraxınca müsəllət olub danışırdı. "

    Nas surəsinin tərcüməsi:

    "De ki: Sığınıram insanların Rəbbinə, insanların yeganə Malikinə, insanların mə'buduna, o hiyləgər (sinsi) şeytanın şərindən, ki o, insanların sinələrinə daima vəsvəsə verəndir. O (şeytan) gərək cindən, gərək insandan (olsun) ..."

Şeytanın içimizdən keçən düşüncələrimizi bilməsi mümkün müdir? Şeytanın bizi gördüyü və qanın damarlarımızda gəzdiyi kimi içimizdə gəzdiyi buyurulur ...

     Şeytan, insanın hər halını müşahidə edib onu pisliyə sövq etməyə çalışmaqdadır. Şeytanın insan üzərində məcbur etmə gücü yoxdur. Verdiyi vəsvəsələrlə insanı pisliklərə sövq etməkdədir. Şeytan, insanın içindən keçən düşüncələri bilə bilər. Ancaq bu hər zaman mümkün olmaz. Allah'ın ona qoyduğu sərhədlər ölçüsündə bilməsi mümkündür. Bu baxımdan şeytanın insanın qəlbindən və düşüncəsindən keçən hər şeyi bilməsi mümkün deyildir.

     Hədis-i şərifdə, şeytanın qanın dolaşdığı məcralarda gəzə bildiyi ifadə edilmişdir. (Buxari, Etiqaf 11-12) Bu vəziyyətdə, çox gizli düşüncələr olmasa da, -qeyb sayılmayan- bir qisim düşüncələri oxuması mümkündür. Necə ki, Bədiüzzaman Səid Nursi, şeytanın daxili agenti olaraq nəfs mexanizmini göstərməkdə və qüvvə-i şəhəviye və qəzəbiyəyi* (şəhvət və qəzb qüvvəti), "şeytanın hiylələrinə həm qəbilə, həm nəql edici / yəni hiylələrini həm eşidib qəbul edən bir qulağı, həm də onu başqa mexanizmlərə çevirən bir dili" olaraq dəyərləndirmişdi . (bax. Ləmalar, On Üçüncü Ləma, Beşnci İşarət).

    Şeytanın fərqli insanlara fərqli təlqinlər etməsi, onun ən zəif damarından yaxalaması da onun insanın daxili aləmini yaxşı bildiyini göstərir.

    Ayrıca, şeytanın qəlbə yaxın bir yerdə "lümmə-i şeytaniyə" adında bir kulübeciği vardır. İnsanların qəlbinə oradan yanlış fikirləri təlqin edər. Bu da onun insanın daxili aləmiylə yaxından əlaqədar olduğunu göstərməkdədir. Hətta səkərat vaxtında / ölüm anında insanın ağılını qarışdıracağına dair qaynaqlarda önəmli məlumatlar vardır. Yalnız, insanda bəzi lətiflər, bəzi dərin mexanizmlər var ki, şeytanın əli onlara çata bilməz. İnsanın sirri, hafisi, ahfası  bunlardandır.

     *qüvvə-i şəhəviye və qəzəbiyə: şəhvət və qəzəb hissləri; insanı dünya zövqlərini əldə etməyə və zərərli şeyləri dəff etməyə sövq edən duyğular

 

     Ağlıma küfrə səbəb olan vəsvəsələr gəlir; bundan necə xilas ola bilərəm?

      Seyrangah:Vəsvəsə və qurtuluş

       Nur Pəncərəsi:Vəsvəsə

     İlahiyyat Məscidi. Mülkədar Hacoğlu.Vəsvəsə