Error message

  • Notice: Undefined index: und in include() (line 30 of /home/question/domains/questionsonislam.com/public_html/sites/all/modules/CUSTOM/sayfalar/theme/cok_merak_edilenler_sayfasi.tpl.php).
  • Notice: Undefined index: und in include() (line 62 of /home/question/domains/questionsonislam.com/public_html/sites/all/modules/CUSTOM/sayfalar/theme/cok_merak_edilenler_sayfasi.tpl.php).

Mövzusunda ən çox maraqlanılan

1 Üz üstü yatmaq günahdırmı? Yuxu ədəbi necədir?

Və aleykumussalam və rahmətullah.

Yatarkən sağ tərəfə dönüb yatmalı, sağ əli sağ yanaq üzərinə qoymalıdır. Daha sonra çevrilsə də bu sünnə yerinə gəlmiş olar və günah da deyil.Çünki yuxudaykən etdiklərimizdən məsul deyilik.

Üzüstə yatmaq haram deyildir. Ancaq Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və səlləm bu yatmaq şəklini uyğun görməmişdir. Peyğəmbər Əfəndimiz, məsciddə bu şəkildə yatan birini oyandırmış və "Bu şəkildə yatmaq Allah'ın sevmədiyi bir yatmaq şəklidir" buyurmuşdur. (Əbû Dâvud, Ədəb, 95; Tirmizî, Ədəb 21)

Göründüyü kimi, Peyğəmbər Əfəndimiz Əleyhissalatu Vəssalam üzüstə yatmağı uyğun görməmiş və "Allah'ın sevmədiyi bir yatmaq" şəkli olduğunu bildirmişdir. (bax. İbrahim Canan, Kutubu-sittə Tərcümə və Şərhi, Akçağ Yayınları: 16/168)

Bu səbəblə -müsəlman olmayanlara bənzəmək niyyəti olmadan- üzüstə yatmaq, haram və ya günah deyilsə də, ədəbə zidd olduğu kimi sünnə savabından məhrum qalmağa səbəb olar.

İslamiyyət; hansı vaxtlarda yatmanın doğru, hansı vaxtlarda yatmanın yanlış oluşundan tutun; yatmazdan əvvəl və oyandıqdan sonra nələr edilməsi lazım olduğuna gələnə qədər, yuxuyla bağlı də bütün ədəb əsaslarını təsbit etmişdir.

Əvvəla yuxunun "növlərinə" baxaq. "Yuxu üç növdür" deyən Bədiüzzaman, "Və ya gündüz yuxusunda ikən ..." məalındakı Əraf surəsinin 4-cü ayəsinin təfsiri mahiyyətində belə deməkdədir.

"Yuxu üç növdür:

"BİRİNCİSİ: Gayrûlədir ki, fəcirdən sonra, ta vakt-i kərahət bitənə qədərdir. (Yəni günəşin doğuşundan, təxminən 45 dəqiqə keçənə qədərki zamandır). Bu yuxu, ruzinin noqsaniyətinə və bərəkətsizliyinə hədislə səbəbiyyət verdiyi üçün, xilaf-ı sünnədir. (Sünnəyə ziddir.) Çünki ruzi üçün səy etmənin (çalışmanın) mukaddəmatını ihzar etmənin (başlanğıcını, hazırlığını etmənin) ən münasib zamanı, sərinlik vaxtıdır. Bu vaxt keçdikdən sonra bir rəhavət (təmbəllik,ağırlıq) arız olar. O günkü çalışmağa və dolayısilə da ruziyə zərər verdiyi kimi, bərəkətsizliyə də səbəbiyyət verdiyi, çox təcrübələrlə sabit olmuşdur.

"İKİNCİSİ: Fəylûlədir ki, ikindi namazından sonra, məğribə (axşama) qədərdir. Bu yuxu ömrün noksaniyətinə, yəni, yuxudan gələn sərsəmlik cəhətiylə, o günkü ömrü nəvmâlûd, yarı yuxu, qısacıq bir şəkil aldığından, maddi bir noqsaniyət göstərdiyi kimi, manəvî cəhətiylə də, o gün həyatının maddi və mənəvi nəticəsi əksərən ikindidən sonra təzahür etdiyindən, o vaxtı yuxu ilə keçirmək, o nəticəni görməmək hökmünə keçdiyindən, sanki o günü yaşamamış kimi olur.

"ÜÇÜNCÜSÜ: Qaylûlədir ki, bu yuxu Sünnət-i Səniyyədir. Duhâ vaxtından, günortadan bir az sonraya qədərdir. Bu yuxu, gecə qıyamına səbəbiyyət verdiyi üçün sünnə olmaqla bərabər, Cəzirətü'l Arabda, vaktü'z-zuhr deyilən şiddət-i hərarət zamanında bir tətil-i eşgal, adət-i qövmüyə və muhitiyə (qövmün və mühitin adəti) olduğundan, o Sünnət-i Səniyyəni daha çox qüvvətləndirmişdir. Bu yuxu həm ömrü, həm ruzini tezyide medardır (artmasına səbəbdir). Çünki yarım saat Qeylulə, iki saat gecə yuxusuna müadil gəlir. Demək, ömrünə hər gün bir yarım saat əlavə edir. Ruzi üçün çalışmaq müddətinə, yenə bir yarım saat ölümün qardaşı olan yuxunun əlindən qurtarıb yaşadır və çalışma zamanına əlavə edir. "(Ləm`alar / 269)

Demək ki; günəşin doğuşundan, təxminən 45 dəqiqə keçənə qədər keçən zamanda yatmaq yaxşı deyildir. Əsas olan erkən yatıb erkən qalxmaqdır. Səhər namazını qıldıqdan sonra yatmamaq, Qur'an, hədis təfsir, elmihal oxuduqdan sonra işə başlamaq lazımdır.

Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və səlləm belə buyurmuşdur: "Səhərin erkən saatlarında bərəkət və müvəffəqiyyət vardır."

Son zamanlarda getdikcə artan bərəkətsizliyin və müvəffəqiyyətsizliyin hikməti bu hədis-i şərifin işığında axtarılıb tapılmalıdır. Təəssüf ki, televiziya, "erkən yatmanın düşməni" olaraq insanın qarşısına tikilmişdir. Bu şədit düşməni məğlub edib, mümkün qədər erkən yatıb, təhəccüd namazına qalxmaq, daha sonra günəş doğmadan əvvəl səhər namazına dinc olaraq oyanmaq və ondan sonra yatmayıb işə başlamaq lazımdır. Gümrah, dinc, çalışqan olmalarına hamımızın şahid olduğu babalarımız və nənələrimiz belə edərdilər. Bu gözəl adət yox olunca, sağlamlıq də, bərəkət də, hüzur da yox oldu.

İkindi ilə axşam arasında yatmamak lazımdır. Hər kəs bu vaxtda yatmanın zərərini şəxsən təcrübə edərək görmüşdür. O vaxt yatıb da qalxan kimsə gic kimi olar, heç cür özünü yığışdıra bilməz.

Günorta namazını qıldıqdan sonra bir müddət yatmaq isə çox faydalıdır.

Yatağa yatarkən

* İndi axşamüstü yatmadan əvvəl nələr etmək lazım olduğuna baxaq:

* Yatmadan əvvəl odu söndürmək lazımdır. İndiki vaxtda isə; ocağın, sobanın, kombinin, və s-nin açıq olub olmadığına baxmaq lazımdır. Əgər kombi kimi cihazlar tam təhlükəsiz deyilsə, ən yaxşısı yatarkən bağlanılmalıdır.

Hz. Salim (Allah ondan razı olsun) Peyğəmbər Əfəndimizin (sallallahu aleyhi və səlləm) belə buyurduğunu nəql etmişdir:

"Evinizdə yatacağınız zaman odu bağlayın və söndürün." (Ramuz, c. 2 / 467-4)

Xüsusilə kömür, odun sobaları yandıranlar bu xüsusa diqqət etməlidirlər.

* Yatmazdan əvvəl namaz dəstəmazı kimi dəstəmaz almaq lazımdır.

Bəra bin Azib'dən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə Rəsulullah (sallallahu aleyhi və səlləm) belə buyurur:

"Yatacağın zaman əvvəl namaz dəstəmazı kimi dəstəmaz al, sonra sağ tərəfinə uzanıb yat. Daha sonra da belə dua et:​​ "Allah`ım, Sənə təslim oldum. İşimi də Sənə həvalə etdim. Səni sevdim və Səndən qorxduğum üçün Sənə təvəkkül etdim. Ancaq Sənə sığınıram. qurtuluşu da Səndəndir. Endirdiyin Kitaba və göndərdiyin Peyğəmbərə iman etdim. '" Əgər bu şəkildə hərəkət edib o gecə ölsən, müsəlman olaraq ölmüş olarsan. Elə isə son sözlərin bunlar olsun." (Müslim, Zikr: 56)

* Yatmazdan əvvəl oxunacaq bir çox dua vardır. Bunlardan asana gələn oxunmalıdır. Məsələn, Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və səlləm;

"Allah'ım! Qullarını diriltdiyin gündə, məni əzabından qoru!" deyə dua edərdi. (Gündəlik Həyat, c.2 / 158)

Yenə Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və səlləm yatmazdan əvvəl; Fatihə ilə birlikdə bir surə oxumağı (Ramuz, c. 1 / 26-1), "Lə İləhə İllallah, vəhdəhu la şərikə ləh, Ləhu'l mülkü və ləhu'l Həmdu və hüvə ala kulli şey'in qadir" və "La havlə vələ qüvvətə illə Billəh " deməyi, 33 dəfə" Sübhanallah", 33 dəfə" Əlhəmdülillah" və 34 dəfə "Allahu Əkbər" deməyi (cəmi 100 edir),

Kafirun surəsini oxumağı ... tövsiyə etmişlər.

Hz. Huzeyfə (Allah ondan razı olsun) Peyğəmbər Əfəndimizin (sallallahu aleyhi və səlləm) yatmazdan öncə necə dua etdiyini, oyanınca da nə dediyini belə rəvayət etməkdədir:

"Peyğəmbər Əfəndimiz yatmaq üçün yataqlarına girdiklərində bu duanı oxuyarlardılar: 'Allahümmə bi'smikə əmûtü və əhyâ' (Ya Rəbbi sənin adınla yatar və oyanaram) oyandıqları zaman da: 'Əlhamdülillâhi'lləzî əhyanə bə'də əmətəna və iləyhi'n-nüşur' (Bizi yatdıqdan sonra oyandıran və Ona dönəcəyimiz Allah Təala'ya həmd olsun) deyə dua edərdi. " (Şəmal-i Şərif / 281)

* Yatdıqdan bir müddət sonra təhəccüd namazına qalxmaq sünnədir. Bu saleh kəslərin adətidir. Bu namaz qəbirdə nur olacaqdır.

* Yuxudan oyanınca əli üç dəfə yumamış əlləri bir qabın içərisinə salmamalıdır. (Ramuz, c. 1 / 30-2)

* Yatarkən üzü quylu yatılmamalıdır. Peyğəmbər Əfəndimiz (sallallahu aleyhi və səlləm) bu yatmaq şəklini qadağan etmişdir. Peyğəmbər Əfəndimiz, məsciddə bu şəkildə yatan birini oyandırmış və "Bu şəkildə yatmaq Allah'ın sevmədiyi bir yatmaq şəklidir" buyurmuşdur. (Əbû Dâvud, Ədəb: 95)

Röya görülüncə nə etməli?

Röya yuxunun bir parçasıdır. Demək olar ki insan xeyli çox yuxu görər. Yaxşı yuxu görülüncə nə etmək lazımdır. Bu barədə Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və səlləm belə buyurmuşdur:

"İçinizdən hər hansı biriniz sevdiyi bir yuxu gördüyü zaman sevdiyindən başqasına izah etməsin! Sevmədiyi bir yuxu gördüyündə isə, sol tərəfinə üç dəfə tüpürsün; qovulmuş şeytandan və onun şərindən Allah'a sığınsın! O yuxunu kimsəyə açıqlamasın. Çünki o halda, söz mövzusu yuxu özünə zərər verə bilməz ." (Gündəlik Həyat, c.2 / 245)

Yuxu ədəbində təməl qaydalar

Cənabi-Haqq yuxunu, vücudun istirahət etməsi üçün lütf etmişdir. Yuxu böyük bir nemətdir. Yuxunun qiymətinin nə olduğunu yuxusuzluq xəstəliyinə tutulanlara soruşmaq lazımdır.

• Yatmaq üçün ən uyğun vaxt olan gecəni yaxşı qiymətləndirmək lazımdır. Mümkün qədər erkən yatıb erkən qalxılmalıdır.

• Yatmazdan öncə dəstəmaz alıb dua etməli, oyanınca da Allah'a həmd etməli və dua etməlidir.

• Yatarkən sağ tərəfə dönüb yatmalı, sağ əli sağ yanaq üzərinə qoymalıdır. (Daha sonra çevrilsə də bu sünnə yerinə gəlmiş olar.)

• Üzü quylu yatmamalıdır.

• Pis yuxu görüldüyündə sol tərəfə üç dəfə tüpürdükdən sonra şeytanın şərindən Allah'a sığınmaq ye bu yuxunu heç kimə söyləməməlidir.

• Təhəccüd namazına qalxmağa çalışmalı və bunu vərdiş halına gətirməlidir. Sübh namazını qəzaya buraxmamaq üçün axşamüstü erkən yatılmalıdır.

• Səhər namazından sonra mümkün qədər bir daha yatmamalı, işə yönəlməlidir.

2 "Cənnət anaların ayaqları altındadır." Bu hədis bütün analara da aiddirmi?

    Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və səlləm belə buyurmuşdur:

"Ana cənnət qapılarının ortasındadır." (İbn Hənbəl, V, 198);

"Cənnət anaların ayaqları altındadır." (Nəsai, Cihad, 6)

    "Cənnət anaların ayaqları altındadır." tərcüməsindəki hədisin ifadəsi, bütün anaların cənnətə gedəcəyi mənasına gəlməz. Burada analardan çox, övladların analarına qarşı göstərmələri lazım olan hörmətə işarə edilməkdədir. Buna görə də, Allah'ın əmrlərinə zidd olmadığı müddətcə, bütün analara itaət etmək, hörmət göstərmək, cənnətin önəmli bir açarıdır və bu mənada cənnət bütün anaların ayaqları altındadır.

    Necə ki, Loğman surəsində Allah belə buyurmaqdadır:

   "Biz insana ata-anasına qarşı yaxşı davranmasını tövsiyə etdik. Anası onu bətnində gündən-günə zəiflədiyinə baxmayaraq daşımışdır. Süddən kəsilməsi də iki il ərzində olur. (Onun üçün biz insana): 'Mənə və valideynlərinə şükür et.' deyə tövsiyə etdik. Dönüş, ancaq Mənədir. "

"Əgər ana və atan, bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün səni məcbur etməyə cəhd göstərsələr, onlara itaət etmə. Ancaq onlarla dünyada yaxşı dolan. Mənə yönələnlərin yolunu tut. Sonra isə dönüşünüz yalnız Mənədir. O zaman mən sizə nə etdiklərinizi xəbər verəcəyəm." (Loğman, 31 / 14-15).

    Göründüyü kimi, Rahman və Rahim olan Allah, övladını Allah'a şirk qoşmağa məcbur edən ana və ataya qarşı belə, hörmətli olmağa, dünyada qaldığı müddətcə onlarla yaxşı dolanmağa, onları incitməməyə dəvət etməkdədir.

    Bu baxımdan deyə bilərik ki, İslam'a görə, bir qadının ana olaraq yeri ayrıdır, bir insan olaraq yeri ayrıdır. Bir insan olaraq yaxşı olar, pis olar, cənnətə gedər, cəhənnəmə gedər, əxlaqlı olar, əxlaqsız olur, dinsiz olar, dindar olur. Bu mövzuda kişi ilə bir fərqi yoxdur.

" Kişilər və ya qadınlardan kimlər mömin olaraq yaxşı işlər görərsə, onlar Cənnətə daxil olarlar. Və onlara xurma çərdəyi qədər haqsızlıq edilməz!." (Nisa, 4/124)

     tərcüməsindəki ayədə bu həqiqəti, qul haqqı və qulluq hüququ baxımından bərabər olduqlarını görürük. (Bir kafir savadlı, işini yaxşı bilən həkim, mühəndis, məllim ola bilər)

    Ancaq, qadın bir ana olaraq, kişi bir ata olaraq dinsiz olsun, dindar olsun fərq etməz; hər zaman övladları tərəfindən hörmət, sevgi və yardım görməyə haqqları vardır.

   Loğman surəsində olduğu kimi, qeyd olunan hədisdə də xüsusilə analara -məlum bir ifadəylə- müsbət ayrı-seçkilik edilmişdir.

   Xülasə olaraq, uşaqların ana-ataya qarşı məsuliyyəti dinlər üstü bir əlaqəyə dayanır. Ana-atanın Allah'a qarşı məsuliyyətləri isə, din çərçivəsində, qulluq əlaqəsinə dayanır.

3 Asqıran adama necə xitab etmək lazımdır. Sağlam ol! demək doğrudur?

Asqıran bir Müsəlmanın 'əlhəmdülillah' deməsi, orada olanların da asqıran adama, 'yərhamukəllah / Allah sənə rəhmət etsin.' deməsi, asqıran adamın da təkrar, 'yehdina və yehdikümullah / Allah (c. c.) bizə və sizə hidayət etsin.' deməsi, Peyğəmbərimiz (s.ə.v.) Əfəndimizin sünnəsidir.

Əgər, olduğu yerdə qalmış olsa, bir sıra qalıcı dərdlərə səbəb olacaq olan, beyində toplanmış olan buxarın asqıraraq çıxmasıyla asqıran adama bir nemət və fayda təmin edilmiş olar. Bədəndə, yer üzündə meydana gələn zəlzələ kimi bir sarsıntıdan sonra orqanların sağlam qalmısından asqıran adamın, Allaha həmd etməsi yəni, 'Əlhəmdülillah deməsi' qanuni qılınmışdır. (1) Asqırmanın insan sağlamlığına bu faydalarından ötəridir ki, Hatibin, İbni Ömər (r.ə.) rəvayətində Peyğəmbərimiz (s.ə.v.) Əfəndimiz:

"Asqıran yaxud gəyirən adam 'əlhamdülillahi əl külli halın minəlhal' desə, ondan ən yüngülü cüzzam olan yetmiş xəstəlik def edilər." buyurmuşlar.


Başqa bir rəvayətdə isə Hz. Əli (r.a.)ın, əl-Edebül-Müfrədə yazılan bir rəvayəti isə belədir:


"Kim asqırdığı zaman 'əlhamdülillahi Rəbbil-aleminə əl külli halın mə qana' desə əbədi olaraq nə qulaq nə dil (nə də qarın) ağrısı çəkər. "(2)

Ayrıca insan asqırınca bir neçə saniyəlik zaman hissəsi içərisində ürəyin atışı dayanar və ürək bu əsnada istirahət edər. Bundan sonra ürək təkrar işə başlar. İşdə bu insanın ölüb də təkrar həyata dönməsi kimidir. Çünki asqırma əsnasında dayanan ürək təkrar işə bilər. Cənabı Haqqın insana təkrar ürəyin çalışması nemətini verməsi qarşısında, 'əlhəmdülillah' deyilir, Cənabı Haqqa şükr edilər.

Tibb mütəxəssislərinə görə, asqırmaqla saniyənin onda biri qədər bir zamanda hava girişləri bağlanaraq saatda 300-350 km sürətlə 85 milyon bakteriyanı bomba kimi havaya atarıq.

Araşdırmalar asqırmanın necə meydana gəldiyini anlaya bilmək üçün çox sürətli fotoşəkil çəkən maşınlarda xüsusi bir texnikadan istifadə etmiş və ancaq saniyənin 1/100.000-ində kadrı donduraraq istədikləri şəkilləri əldə edə bilmişlər. Şəkildə görülən zərrəciklərin ətrafındakı maye təbəqə buxar olub uçar və zərrələr havada uçuşarlar. Elm adamları, biri asqırdıqdan yarım saat sonra havada hələ 4000 zərrəciyin uçuşduğunu ortaya çıxarmışlar. Bu zərrəciklər zərərsiz su dənəcikləri və ya cansız maddələr deyil. Asqıran bir kimsənin qarşısına bakteriyaların çoxalmasına köməkçi olacaq qida mühiti olan bir təbəqə yerləşdirilərək təbəqənin üzərindəki bakteriyalar sayıldığında, tək bir damlanın 19.000 bakteriya koloniyası meydana gətirdiyi müşahidə edilmişdir. Tək bir asqırıq 85 milyon bakteriyanı ətrafa saça bilməkdir.

Asqıran adamın mikrobları ətrafa saçmaması və qrip kimi xəstəlikləri yaymaması üçün əliylə ya da bir dəsmal ya da paltarıyla ağızını tutması sünnədir. Çünki Əbu Hureyre (r.ə.)ın bu xüsusdakı bir rəvayəti belədir:


"Rəsulullah (s.ə.v.) asqırdığında əlini və ya paltarını ağızına qoyar səsini gizləyər və ya asqırmağı içindən edərdi."
demişlər.


Fizyologlara görə vacib sayılan asqırma, insanın şüurlu bir köməyi olmadan çaşdırıcı bir mexanizm ilə reallaşdırılmaqdadır. Çünki asqırma ehtiyacı hiss etdiyimiz zaman asqırarsınız, önünə keçə bilməzsiniz. Bədəninizə bu mexanizm qoyulmamış olsaydı, bizə narahatlıq verən bir çox zərərli maddələrdən və tozlardan xilas olmamız mümkün olmayacaqdı. Bu səbəblərdən ötəridir ki milyonlarla mikrob və zərərli maddələrdən xilas olduğumuz üçün, asqırdıqdan sonra Rəbbimizə şükr edir, 'əlhəmdülillah' deyirik.

Asqıran adama çox sağlam ol demək caiz olsa da sünnəyə uyğun olan ifadələrin istifadə edilməsi ən doğru şeydir.


Qaynaqlar:
1) Zadül-Mead, c. .2, s. 983.
2) K. Sittə, c. 9, s. 426.

4 Üzü Qibləyə yatmaq necə olur?

 

Və aleykumussalam.

Sağ yanı üsdə uzanıb üz qibləyə yönəlmiş şəkildə, yəni sanki Kəbəyə baxırmış kimi yatılmalıdır. Sünnə olan budur.

"Yatacağın zaman əvvəl namaz dəstəmazı kimi dəstəmaz al, sonra sağ tərəfinə uzanıb yat. Daha sonra da belə dua et:​​ "Allah`ım, Sənə təslim oldum. İşimi də Sənə həvalə etdim. Səni sevdim və Səndən qorxduğum üçün Sənə təvəkkül etdim. Ancaq Sənə sığınıram. qurtuluşu da Səndəndir. Endirdiyin Kitaba və göndərdiyin Peyğəmbərə iman etdim. '" Əgər bu şəkildə hərəkət edib o gecə ölsən, müsəlman olaraq ölmüş olarsan. Elə isə son sözlərin bunlar olsun." (Müslim, Zikr: 56)

Üz üstü yatmaq günahdırmı? Yuxu ədəbi necədir?

5 İnsan nə üçün yaradılmışdır? Qayəsi və hədəfi nə olmalıdır?

"İnsan nə üçün yaradılmış?" sualına tez-tez şahid oluruq. Belə bir sualı özümüzə yaxud bir başqasına soruşmamız, bizim üçün böyük bir İlahi lütfdür. Belə ki: Bu sualı günəş özündən soruşa bilmədiyi kimi, bir başqa ulduz da günəşə soruşa bilmiş deyil. Yenə bu sualı bir arı bir başqa arıya, yaxud bir qoyun başqasına soruşmaqdan acizdir. Demək ki, bu sualın cavabını axtaran insanoğlu, öz varlığını istədiyi sahədə istifadə etmə mövzusunda sərbəst buraxılmış; bir axtarış içində və bu mövzuda bir imtahana tabe tutulmuşdur.

           Bu imtahanı qazanmanın tək yolu, sualın cavabını bizi yaradandan öyrənməmizdir. Bu nöqtəyə çatan insanlar həqiqətin qapısını döymüş olarlar. Və onlara Qur`an diliylə, Peyğəmbər diliylə cavabları verilər.

"Mən cinləri və insanları, ancaq mənə ibadət -qulluq- etsinlər deyə yaratdım." (Zariyat Surəsi, 56)

         Nur Külliyyatında ibadətə “marifət” mənası verilir. Bu məna üzərində çoxu təfsir alimlərimiz ittifaq etmişlər. Namaz, oruc kimi ibadətlər isə bu marifətin nəticəsidir. Yəni, insan nemətin şükr gərəkdirdiyini idrak edəcək ki, sonra bu şükr və həmd vəzifəsini yerinə yetirsin.

        İnsan, bu kâinatı dolduran İlahi möcüzələrin təfəkkür və heyrəti zərurət etdirdiklərini biləcək ki, təsbeh və təkbir vəzifəsini ifa etsin.

        İnsan, başqa insanlara mərhəmət etməsi lazım olduğunun şüuruna çatacaq ki zəkat və sədəqə vermə yolunu tutsun.

       Bütün bunlar imanın və marifətin, yəni Allah`a inanmanın və onu tanımanın meyvələridir.

        Nur Külliyyatından bir mərifət dərsi:

 "Bu kainatdan məqsəd-i âlâ, təzahür-ü Rübubiyyətə qarşı, übudiyyət-i küllîyyə-i insaniyyədir." (Sözlər, 264.)

      Rububiyyət, tərbiyə edicilik mənasına gəlir. Bütün aləmlərin hər birində bu fel bir başqa şəkildə, bir başqa gözəllikdə, bir başqa mükəmməllikdə özünü göstərir. Və biz hər namazda Fatihə Surəsini oxuyarkən aləmlərin Rəbbinə həmd etməklə bu fərqli tərbiyənin şüurunda olduğumuzu elan etmiş oluruq.

     İşıqlar aləmini də Allah tərbiyə edir, gözlər aləmini də. Və biz, günəşin işıq verəcək şəkildə, gözümüzün də ondan faydalanacaq şəkildə tərbiyə edildiklərini düşünərək Rəbbimizə şükür etməklə  "təzahür-ü Rübubiyyətə qarşı, übudiyyət" vəzifəmizi yerinə yetiririk.

      Qida maddələrinin yeyilə biləcək şəkildə, ağızımızın, dilimizin, mədəmizin də onlardan faydalanacaq tərzdə tərbiyə edildiklərini nəzərə alaraq Rəbbimizin bu sonsuz ehsanlarını heyrət və təşəkkürlə qarşıladığımızda, yenə o rübubiyyət qarşı übudiyyətlə qarşılıq etmiş oluruq.

Kâinatın yaradılması insan üçün, insanın yaradılması isə übudiyyət üçündür. Burada diqqətimizi iki söz çəkir; âlâ və külliyə(bütündür) kəlmələri. Bu iki söz bizə bu vəzifəni edən daha başqa varlıqların da olduğunu xəbər verir. Bu var ki, insan übudiyyət vəzifəni onlardan daha üstün və daha küllü bir dərəcədə edə biləcək bir istedada sahib. Sözünü etmək istədiyimiz bu varlıqlar, mələklərlə cinlərdir.

Bir mələk, bir meyvəni təfəkkür edərkən, dünənin şəkilsiz, rəngsiz elementlərinin bu gün gözəl bir varlıq halına gəlmələrini, sərt ağacdan bu yumşaq meyvələrin çıxmasını heyrətlə seyr edər. Amma o meyvənin dadını, vitaminini, kalorisini düşünə bilməz, təfəkkür edə bilməz. Çünki, istedadı buna uyğun deyil.

İnsana bu nöqtədə tam fərqli bir qabiliyyət verilmişdir. O, ağlıyla, xəyaliylə yalnız hazır əşyanı deyil, o anda görmədiyi nə qədər şeyləri hətta keçmişi və gələcəyi düşünə bilər. Beləcə fikri, düşüncəsi, anlayışı və feyzi genişləyər. Əlinə aldığı bir meyvəni yeyərkən, o anda bir milyonu aşan canlı növünün sonsuz deyiləcək qədər çox fərdlərinin ruziləndiklərini, özünün də bu İlahi süfrədən faydalanan bir fərd olduğunu düşünə bilər və beləcə Allah`ın Rəzzaq adını küllî (ümumi) mənada təfəkkür etmə imkanına qovuşar.

Diləsə, düşüncəsini keçmiş və gələcək zamanlara da aparar. Bütün zamanlarda və məkanlardakı hər cür neməti və onlardan istifadə edənləri, xəyalının köməyi ilə, birlikdə düşünər və təfəkkürü daha da genişləyər.

Bütün İlahi isimlərin təcəlliləri (təzahürləri) üçün bənzər şeylər söylənilə bilər.

Nur Külliyyatında, "İyyəke nə'budu" "Biz ancaq sənə ibadət edərik." ayəsinin şərhi edilərkən, ayət-i kərimədə nə üçün mən deyil də biz deyildiyinə diqqət çəkilir və belə deyilməklə üç ayrı camaatın nəzərdə tutulduğu dərs verilir. Bunlardan biri bütün mü`minlər, digəri vücudumuzda vəzifə görən və hər biri özünə məxsus bir ibadətlə məşğul olan bütün orqanlar, hüceyrələr, duyğular, .., üçüncüsü isə bütün bir varlıq aləmi.

Demək ki, insan, bütün varlıq aləmi adına "İyyəke nə'budü" deyə biləcək bir qabiliyyətdədir. Məhz tək başına da namaz qılsa, fərdiyyətdən qurtulub bu üç camaatın ibadətlərini Rəbbinə təqdim edən insan, küllü bir ibadət etmiş deməkdir.

İnsanın bu kainata meyvə olması da belə bir nəticəni doğurmaqdadır. Bir ağacın bütün hissələrini şüurlu fərz versəniz, ən küllü təfəkkürü meyvə edəcək. Çünki meyvənin içindəki çəyirdək bütün ağacdan süzüldüyü üçün, o meyvədə ağacın bütününün ibadətlərini təmsil etmə, təfəkkür etmə qabiliyyəti olacaq.

Bu küllü ubudiyyəti ən irəli dərəcədə görənlər kainat ağacının ən mükəmməl meyvələri olan peyğəmbərlər və xüsusilə Peyğəmbər Əfəndimiz Hz. Muhamməd`dir (sallallahu aleyhi və səlləm).

"Məqsəd-i âlâ və übudiyyət-i külliyyə" mənalarıyla bu qudsi hədis arasında yaxın bir əlaqə vardır: "Sən olmasaydın, mən fələkləri yaratmazdım."

*** Nur Külliyyatında insanın vəzifəsiylə əlaqədar bir çox bəhs mövcud. Bunların bir xülasəsi olaraq bir neçə maddəni təqdim etmək istərdim:

1) Ruhuna bir İlahi ikram olaraq taxılan, elm, iradə, görmə, eşitmə kimi sifətlərini Allah`ın sifətlərini bilməyə bir vasitə olaraq istifadə etmək. Öz ruhundan İlahi sifətləri bilmək üçün açılan bu mərifət pəncərələrini yaxşı dəyərləndirmək.

2) Ağıl qüvvətini hikmət dairəsində, şəhvət qüvvətini iffət dairəsində, qəzəb qüvvətini şücaət dairəsində istifadə etmək.

3)  Məhəbbətinə ancaq Allah'a vermək və məxluqatı da yenə Onun naminə, Onun isimlərinə ayna olmaları, kamalına işarə etmələri, camalından xəbər vermələri cəhətiylə sevmək.

4) "İbadatın bütün növlərinə müstaid bir fitrətdə" yaradıldığının şüurunda olub bütün ibadət növlərinin ayrı-ayrı feyizlərindən maksimum dərəcədə nəsiblənməyə çalışmaq.

5) Özünə verilən "qəlb, sirr, ruh, ağıl hətta xəyal və sair qüvvələrin əbədi həyata üzlərini çevirmək." Beləcə bunların hər birini özünə məxsus ibadətiylə məşğul etmək.

6) Duyğularının hər biriylə Allah`ın rəhmət xəzinələrindən birini açmaq, ondan gözəlcə faydalanmaq və küllü şükr etmək.

7)  Acizliyini ölçü alaraq Allah`ın qüdrətini, fəqirliyini baxaraq Onun rəhmətini, nöqsanlıqlarını düşünərək Onun kamalını təfəkkür etmək. Rəbbini sonsuz kamal, rəhmət və qüdrət sahibi, öz nəfsini isə yenə sonsuz aciz, fəqir və nöqsan bilmək.

8) Ruhunu günahlardan, bədənini də hər cür kirlərdən, pisliklərdən uzaq tutaraq İlahi hüzura çıxmaq.

9)  Özünü Allah`ın ən mükəmməl əsəri olma cəhətiylə mələklərin, ruhanilərin seyrinə, temaşasına gözəlcə təqdim etmək.

Məhz insan bu kimi ülvi məqsədlər üçün yaradılmışdır. Amma çox təəssüf ki, bir çox insan, özünü unutmuş və bu məqsədə qafil olaraq yalnız dünya həyatını rahat bir şəkildə keçirmək üçün çabalar. Bütün kainatın ibadətlərini təmsil etmə qabiliyyətinə sahib olduğu halda, yalnız ətrafındakı bir qrup insanın təvəccöhlərini qazanmağı və özünü onlara bəyəndirməyi həyatına gayə edir.

Bir müddət sonra özü də, o insanlar da dünyadan köçüb getməkdə və bütün bu gayələr də onun bədəniylə birlikdə sanki torpağa basdırılıb yox olmaqdalar.

Alaaddin Başar (Prof.Dr.)

 

Ətrafımıza baxdığımızda hər varlığın müəyyən bir məqsədə istiqamətli yaradıldığını görürük. Bütün varlıqların insan oxu ətrafında mərkəzləşdiyi bir sistemdə görəsən insan nə üçün yaradılmışdır?

İbadətə ehtiyacı olan bizik!


6 Qüsl almaq