Mövzusunda ən çox maraqlanılan

1 Hədislərdə keçən "Bütün itlərin öldürülməsi" hadisəsini anlamaqda çətinlik çəkirəm. Qarışqanı belə incitməyən Peyğəmbər Əfəndimiz belə bir əmri necə verər?

Rəvayətlərdən başa düşüldüyü qədəriylə, öldürmə əmri bildiyimiz itlər üçün təsis edilmiş bir əmr deyildir. Bu əmr bütün yırtıcı heyvanlarla bağlıdır. Buxari və Müslimin səhihində belə bir hədis vardır:

"Beş dənə heyvan fasiqdır ki, Məkkənin hərəm bölgəsində də öldürülə bilər. Bunlar; siçan, əqrəb, qarğa, çalağan və yırtıcı itdir." (bir rəvayətdə: kişi ehramda da olsa bunları öldürə bilər.) (Buxari, Bədu'l-xalq, 16; Müslim, Həcc, 9: 66-72).

Bəzi rəvayətlərdə ilan da vardır. Hədisdə keçən açar sözlər bunlardır: Fasiq: Bu sözün lüğət mənası; yoldan sapmaqdır. Fasiq adam, Allah'ın əmr və qadağalarının təyin etdiyi cizginin xaricinə çıxan kimsə deməkdir. Bu heyvanlara "fasiq" adının verilməsi, bunların insanlara, digər canlılara və s-yə zərər verməklə, heyvanlar aləminin böyük əksəriyyətinin yolundan kənara çıxmaları səbəbiylədir. (bax. Nəvəvi, Şərhi Müslim, əlaqədar hədisin şərhi).

Əl-Kəlb əl-Akur: Yırtıcı it deməkdir. Gördüyümüz qədəriylə bütün rəvayətlərdə it üçün bu vəsf istifadə edilmişdir. Bu da öldürmə əmrinin normal itlər haqqında olmadığı, itin it olduğu üçün belə bir cəzaya hədəf olmadığını göstərməkdədir. Necə ki İmam Nəvəvi, bu hədisi açıqlayarkən, bu görüşlərə yer verir:

"Cumhura/alimlərin böyük əksəriyyətinə görə, hədisdə keçən "əl-Kəlb əl-Akur" (yırtıcı köpək) sözü, bütün yırtıcı heyvanlar üçün keçərlidir. Çünki itin vəsfi olaraq keçən "əl-akur" sözü, yırtıcı mənasını verir. Buna görə, hədisdə keçən "yırtıcı köpək" təbiri, aslan, pələng, qurd kimi ümumiyyətlə yırtıcı heyvanlardan sayılanların hamısı üçün keçərlidir." (bax. Nəvəvi, Şərhi Müslim, əlaqədar hədisin şərhi).

Hz. Peyğəmbər (s.ə.s.) 'in Əbu Ləhəbin oğlu Utbə üçün etdiyi qarğış məşhurdur.

"Allah'ım! Ona itlərindən bir iti müsəllət et!"

deyə bəddua etmiş və bir gecə bir aslan gəlib karvanın arasında olan Utbəni alıb parçalamışdı. (bax. İbn Battal, Şərhul-Buxari-əl-Məktəbətu'ş-Şamilə, VIII / 80).

İmam Malik də belə deyir: Ehram'da olan bir kimsə, özünə əziyyət verən heyvanları/həşəratları öldürməsi caizdir. Əziyyət etməyənləri öldürməsi isə caiz deyildir. (əl-Mektebetu'ş-Şamilə, IV / 252). İmam Malikə görə, hədisdə qeyd edilən edilən "yırtıcı it" dən məqsəd; aslan, pələng, kaftar qurd kimi insanlara hücum edən, parçalayan hər cür yırtıcı heyvanlardır. (İbn Qudamə, əl-Şerhu'l-Kəbir, əl-Mektebetu'ş-Şamilə, III / 302).

Əslində Malikilərə görə, yırtıcı qurd kimi insana hücum edən, əziyyət edən bütün heyvanlar "yırtıcı köpək" mənasındadır və öldürülmələri caizdir. Lakin əziyyət etməyənləri öldürmək əsla caiz deyildir. (İbn Qudamə, a.k.ə- əl-Məktəbətu'ş-Şamilə, IV / 14). Məşhur alimlərdən İbnu Abdilber'ə görə, zərərli olmadıqca heç bir it öldürülməz. Çünki Hz. Peyğəmbər (s.ə.s.), canlıları silaha hədəf etməyi qadağan etmişdir. Üstəlik itə su vermənin fəziləti ilə əlaqədar hədis mövcuddur.

Hədisdə "Hər ciyər sahibinə su vermənin əcri vardır." buyurulmuşdur. Ayrıca hər tərəfdə bu qədər alim dinə zidd hərəkətlərə işlərə göz yummağa oyanıq kəslər olduğu halda, itləri öldürmə adəti yoxdur. Mən, müsəlmanların heç bir fəqihinin, it bəsləməyi ədaləti cərh edən, şahidliyə mane olan bir hal görmədim. Sadəcə Şafii məzhəbi, ehtiyac olmadığı halda it bəsləməyi haram saymışdır" deyər. (İbrahim Canan, Kütübü sittə, 13/516)

Söz mövzusu hədis belədir: Hz. Əbu Hüreyrə (Allah ondan razı olsun) nəql edir: Hz. Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

"Bir adam yolda gedərkən çox susadı. Bu əsnada bir quyuya rast gəldi. İçinə girib su içdi. Çölə çıxdığında susuzluqdan ləhləyib torpağı yeməkdə olan bir it gördü. Adam öz-özünə: 'Bu it də mənim kimi susamış' deyib təkrar quyuya endi, məstini su ilə doldurub ağzıyla tutaraq çölə çıxdı və köpəyə su verdi. Allah onun bu davranışından məmnun qaldı və onu bağışladı. "Hz. Peyğəmbər (s.ə.s.) 'in yanında olanlardan bəziləri:

'Ey Allah'ın Rəsûlü! Yəni heyvanlar (a etdiyimiz yaxşılıqlar) üçün də bizə bir mükafat var mı?' dedilər. Allah'ın Rəsulu:

'Bəli! Hər yaş ciyər (sahibi olan canlılara edilən yaxşılıqlar) üçün bir mükafat vardır.' buyurdu." (Buxârî, Şirb, 9, Vudu, 33; Müslim, salam, 153; Əbu Davud, Cihad, 47).

Digər bir rəvayətdə isə Peyğəmbərimiz (s.ə.s.) belə buyurmuşdur:

"Pis yolda olan bir qadın, isti bir gündə, bir quyunun ətrafında fırlanan bir it gördü, susuzluqdan dilini çıxarmış ləhləyirdi. Qadıncığaz məstini çıxarıb onunla onu suladı. Buna görə bağışlandı." (Müslim, Tövbə, 155).

Bu hədislərdən də aydın olduğu kimi, İslamda Allah'ın yaratdığı bütün canlılara qarşı mərhəmət əsasdır. Hənəfi məzhəbinin məşhur fiqh qaynağı əl-Məbsut'da bu görüşlərə yer verilmişdir:

"Hədisdə ifadə edilən yırtıcı köpək" dən məqsəd qurd, aslan kimi əziyyət verən yırtıcı heyvanlardır. İmam Şafinin dediyi kimi, hədisdə qeyd olunan şey budur: Zərərli, təcavüzkar olan yırtıcı heyvanlardan başqasını öldürmək caiz deyildir." (Əl-Məbsut- əl-Məktəbətu'ş-Şamilə V / 159).

Necə ki, Şafii məzhəbinin məşhur alimi İbn Həcər əl-Heytəmi, yırtıcı itin öldürülməsi mövzusunda bunları söyləyir:

"Yırtıcı iti ac buraxaraq ölümə tərk etmək caiz deyildir. Əksinə, öldürüləcəksə, mümkün olduğu qədər ən gözəl bir şəkildə öldürmək lazımdır." (bax. Tuhfətu'ı-Muhtac- (əl-Məktəbətu'ş-Şamilə, IV / 252).

Əl-Beycermî'nin ifadəsi bu mövzuda daha aydındır:

"Yalnız faydalı olan itlər deyil, zərəri olmadığı, təcavüzkar və yırtıcılığa yönəlmədiyi müddətcə bütün itlərin canı möhtərəmdir, toxunula bilməz." (Haşyetu'l-Beycermî Alal-Menhec-əl-Məktəbətu'ş-Şamilə, I / 474).

Buna görə Peyğəmbər Əfəndimizin (s.ə.s.) öldürmələrinə icazə verdiyi heyvanlar, vəhşi, yırtıcı və təcavüzkar heyvanlardır.

Mövzuyla əlaqədar önəmli bir xatırlatma:

İslam dininə hörmətin və imanın bir gərəyi olaraq Qur'an və Sünnəyə belə -üç kateqoriya halında- baxmaq lazımdır.

Öncə ayələrə baxış tərzimizi müəyyən edək:

a. Bu ayə Allah'ın kəlamıdır.

b. Allah bundan nəyi qəsd etmişsə onun o muradı haqqdır.

c. Allah'ın muradı bu ola bilər, bu da ola bilər.

İlk iki maddədə tərəddüd etmək din və imanla uzlaşmaz. Son maddədəki düşüncə isə, bir təfsir, şərh mövzusudur və fərqlilik göstərməsi, işin təbiətinin gərəyidir. Bu xüsus, eyni zamanda İslam'ın, insanın elmi azadlığına və ağlına verdiyi dəyərin də bir ifadəsidir.

Hədis mövzusunda isə bir fərqlilik mövcuddur.

Yuxarıdakı (a) maddəsində Qur'an üçün söylədiyimiz hökm, burada az da olsa bir fərqlilik göstərməkdədir. Çünki, bir çox hədisin sübutu Qur'an kimi qəti deyildir. Onun üçün hər hədis üçün "Bu söz qəti olaraq Allah'ın Rəsulunun sözüdür." deyə bilmərik.

Lakin buna diqqət etmək lazımdır ki, Hz. Peyğəmbər (s.ə.s.)'in üslubuna ciddi aşina olan, sözün qızılını dəmirindən ayıracaq qədər ixtisaslaşmış böyük hədis alimlərinin "Bu hədis qəti olaraq səhihdir, doğrudur." dedikləri mövzularda tərəddüd göstərmək doğru olmaz. Hz. Peyğəmbər sallallahu aleyhi və səlləm'ə aid olmayan bir sözü ona nisbət etmək nə qədər çirkin isə, onun mübarək ağzından çıxan bir sözü -hikmətini araşdırmadan, öyrənməyə çalışmadan- sırf öz ağlına uyğun gəlmədiyi üçün, Onun olmadığını və ya ola bilməyəcəyini söyləmək də o qədər çirkindir. Ya bizim bəyənmədiyimiz o söz həqiqətən Hz. Peyğəmbər (s.ə.s.) 'ə aid isə ...  

(b) bəndindəki hökm hədis/sünnə üçün də eynilə keçərlidir. “Hz. Peyğəmbər sallallahu aleyhi və səlləm'in bu sözlə məqsədi nədirsə, onun muradı haqq və doğrudur” demək, imanın gərəyidir.

(C) bəndi burada da eynilə keçərlidir. Hədis və ya sünnə fərqli şərh oluna bilər. Həqiqətən, fərqli şərh və ya təfsir dediyimiz şey, cəhalətin, şeytanın və ya nəfsin kefinə görə deyil, elm, ağıl, iman və ədəbin arzusu istiqamətində olmaq məcburiyyətindədir. Onun üçün bizim kimilərə düşən, birbaşa Qur'an və hədislərdən hökm çıxarmamaq, işi əhlindən soruşmaqdır.

2 "Hər istədiyini yeməyin israf olaraq yetər." mənasını verən bir hədisi şərif varmıdır? Varsa maddi imkanları olan insanların canının istədiyi şeyləri sağlamlığına zərər verməyəcək şəkildə doyana qədər yeməsi israfdırmı?

    İbn Macə`nin Hz. Ənəsd`ən rəvayət etdiyinə görə,

    Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Hər istədiyini yeməyin israfdandır. "(İbn Macə, Ətimə, 51).

     Zəvaid`də bu hədisin zəif olduğu ifadə edilmişdir. (a.g.e).

     Bu hədisin mənası bu ola bilər:

    Həqiqətdə ehtiyacı olmadığı halda, yalnız nəfsinin həva və həvəsinə qapılaraq -yalançı bir iştaha ilə- gördüyü hər şeyi yemək, israfdır.

    İsraf, bir baxıma bədənə faydalı olmayan şeylərin yeyilməsi deməkdir. Nəfsin hər arzusunu yerinə yetirmək üçün, müxtəlif yeməkləri mədəyə doldurmağın çox vaxt mədəyə, bədənə fayda deyil, zərər gətirəcəyi bilinməkdədir.

"Ey iman edənlər! Sizə verdiyimiz ruzilərin təmiz olanlarından yeyin! Əgər yalnız Allâh'a qulluq edirsinizsə, O`na şükr edin!" (Bəqərə 2/172)

ayəsində ifadə edildiyi üzrə, hər cür halal ruzidən yemək içmək əslində mübahdır. Ancaq digər mövzularda olduğu kimi yemə içmədə də mötədil hərəkət etmək, ifratçılıqdan və israfdan qaçınmaq lazımdır. Qur'an-ı Kərîm'də bu vəziyyət belə bəyan edilməkdədir:

"Yeyin için; lakin israf etməyin! Çünki Allah israf edənləri sevməz." (A'râf, 7/31)

    Hər işin müəyyən bir qâyəsi vardır və niyyət, edilən işlərin qiymətini təyin etməkdə böyük bir vəzifə görər. Yemək də hansı niyyət və məqsəd üçün yeyilirsə, onun üçün güc və qüvvət olar. Buna görə yeməkdən məqsəd, zövq və ləzzət alaraq nəfsin boyunduruğu altına girmək deyil, Allâh'a qulluq və ibâdətə güc qazanmaq olmalıdır. Yəni yemək birbaşa məqsəd deyil, hədəfə gedən yolda bir vasitə olaraq görülməlidir. Yemək və içmədə təhlükəli olan şey, toxluq səbəbiylə günaha düşməkdir.

3 "Qara it şeytandır" hədisini necə başa düşməliyik?

  "Qara it Şeytandır."

(Müslim 4; Əhməd 4/85; 5/54; Əbu Davud, Sayd 21; İbn Macə, Sayd 1)

   İzah:

  Ayət və Hədislərdə keçən sözlərin, bəzən lüğət mənaları, bəzən isə istılahı/terminoloji/din termini mənları qəst edilir.

   Bu hədisdə "ŞEYTAN"  lüğət mənası olaraq qəst edilmişdir.

   Şeytan  sözlükdə: "İtaətdən çıxan" mənasına gəlir. Dolayısı ilə itaətdən çıxan hər şey üçün lüğət mənası baxımından Şeytan deyilə bilər. Cin, İnsan, Heyvan və hətta maşın üçün belə lüğət mənası etibari ilə Şeytan sözü işlədilə bilər.

   "Qara it Şeytandır." hədisində qəst edilən məna da:

   Qara itin yaradılış fitrəti onun itaətsiz olduğunu ifadə etməkdədir. Qısaca: Qara it növünün, itaət etməyən bir növ olduğu vurğulanmışdır. (İbn Kəsir; Təfsir c.1 s.145)

  “Cabir b. Abdullah, Rəsulullah aleyhissalam, itlərin öldürülməsini əmr etdi. (Biz də itləri öldürdük) hətta çöldən gələn bir qadının itini belə öldürmüşdük. Daha sonra itlərin öldürülməsini qadağan etdi və, “Xalis (tam) qara olanını, iki nöqtəli olanını öldürün. Çünki o, şeytandır” buyurdu demişdir.” (Səhihi Müslim Müxtəsəri, 1,1572)

“Rəsulullah(səv), itlərin öldürülməsini əmr etdi. Daha sonra, ‘Xalqın (bütün) itlərlə bir çətinlikləri yoxdur’ buyurdu və daha sonra ov iti ilə çoban itinə icazə verdi” demişdir. (Səhihi Müslim Müxtəsəri, I, 1573)

   Əl-Kəlb əl-Akur – vəhşi it deməkdir. Bütün rəvayətlərdə it üçün bu xüsusiyyət istifadə edilmişdir. Bu da öldürmə əmrinin normal itlər haqqında olmadığı, itin it olduğu üçün belə bir cəzaya hədəf olmadığını göstərməkdədir. Hədis alimləri və fiqhçilər bu hədislərə əsaslanaraq hər itin öldürülməsinə icazə verməmiş, ancaq zərəri toxunacaq itlərin və canlıların öldürülə biləcəyinə fətva vermişlər.

   İmam Nəvəvi, bu hədisi açıqlayarkən, bu görüşlərə yer verər: “Alimlərin böyük əksəriyyətinə görə, hədisdə keçən “əl-Kəlb əl-Akur” (vəhşi it) kəliməsi, bütün yırtıcı heyvanlara şamil edilir. Çünki itin xüsusiyyəti olaraq keçən “əl-akur” sözü, vəhşi, yırtıcı mənasını verir. Buna görə, hədisdə keçən “vəhşi it” termini, aslan, qaplan, qurd kimi yırtıcı heyvanların hamısı üçün keçərlidir” (bax. Nəvəvi, Şərhi Müslim, əlaqədar hədisin şərhi).

   İmam Malikə görə hədisdə sözü gedən “vəhşi it”dən məqsəd; aslan, kaftar, qurd kimi insanlara hücum edən, parçalayan hər cür vəhşi heyvanlardır. (İbn Qudamə, əl-şərhu’l-Kəbir, əl-Məktəbətu’ş-Şamilə, III/302). Əslində qurd kimi insana hücum edən, əziyyət verən bütün heyvanlar “vəhşi it” mənasına gəlir və öldürülməsi caizdir. Lakin əziyyət verməyənlərin, təhlükəli olmayanların öldürməsi caiz deyil. (İbn Qudamə, a.k.ə – əl-Məktəbətu’ş-Şamilə- IV/14).

  Məşhur İslam alimlərindən İbnu Abdilbər’ə görə zərər vermədikcə heç bir it öldürülə bilməz. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm canlıları silaha hədəf etməyi yasaq etmişdir. Üstəlik həm köpəyə, həm də başqa canlılara su verməyin savab olduğuna dair hədislər vardır. Həmin hədisdə deyilir:

Hz. Əbu Hureyrə (r.a) nəql edir ki, Hz.Peyğəmbər (s.a.v) belə buyurdu:

“Bir adam yolda gedərkən çox susadı. Bu vaxt bir quyuya rast gəldi. İçinə girib su içdi. Çölə çıxanda susuzluqdan ləhləyib toprağı yeyən bir köpək gördü. Adam öz-özünə: ‘Bu köpək də mənim kimi susamışdır’ deyib təkrar quyuya endi, ayaqqabısını su ilə doldurub ağzıyla tutaraq çölə çıxdı və köpəyə su verdi. Allah onun bu davranışından məmnun qaldı və onu əfv etdi.

   Hz. Peyğəmbər aleyhissalamın yanında olanlardan bəziləri: Ey Allah’ın Rəsulu! Yəni heyvanlara etdiyimiz yaxşılıqlar üçün dəmi bizə bir mükafat var?” deyə soruşdular.

Allah Rəsulu: “Bəli! Hər yaş ciyər (sahibi olan canlılara edilən yaxşılıqlar) üçün bir mükafat vardır. buyurdu. (Buxari, Şirb, 9, Vudu, 33; Müslim, selam, 153; Əbu Davud, Cihad, 47).

   Digər bir rəvayətdə isə Peyğəmbərimiz (s.a.v) belə buyurmuşdur:

 “Pis yolda olan bir qadın, isti bir gündə, bir quyunun ətrafında dolaşan bir it gördü. İt susuzluqdan dilini çıxarıb ləhliyirdi. Qadın ayaqqabısını çıxarıb onunla köpəyə su verdi. Bu səbəbdən bağışlandı” (Müslim, Tövbə, 155).

  Bu hədislərdən də açıq şəkildə göründüyü kimi İslam’da Allah’ın yaratdığı bütün canlılara qarşı mərhəmət hissi əsasdır.

   Beləliklə, rəvayətlərdən anlaşıldığı kimi öldürmə əmri bildiyimiz adi itlərlə əlaqəli deyildir. Bu əmr yırtıcı heyvanlara aiddir.

      Ov etmək (tazı, tula) və mühafizə məqsədi ilə – çoban iti, xüsusi təlim keçmiş polis itləri, sərhəd-keçid məntəqələrində aparılan yoxlamalar üçün və oxşar məqsədlərlə it saxlamaq isə başqa bir məsələdir. Bunlara icazə var. Heyvansevər bir insan it saxlamaq yerinə, pişik saxlaya bilər. Heyvan saxlamağın da bir sıra şərtləri var. Heyvan saxlamaq insan üçün əyləncəyə, heyvan üçün də işgəncəyə çevrilməməlidir.

Hədislərdə keçən "Bütün itlərin öldürülməsi" hadisəsini anlamaqda çətinlik çəkirəm. Qarışqanı belə incitməyən Peyğəmbər Əfəndimiz belə bir əmri necə verər?

4 Qurandan sonra ən mötəbər kitab hesab edilən İmam Buxarinin "Camius-Səhih" kitabının orjinalı bu günə gəlib çatıbmı?

İddia:
İmam Buxariyə istinad edilən "Camius-Səhih" adlı kitabı Buxari yox, ondan 400 il sonra yaşamış Yunini yazmışdır.

Cavab:
Bunu demək sadəcə olaraq insanın öz cahilliyini ortaya qoymasıdır. 

    Əbu Süleyman Həmd b. Muhəmməd əl-Xəttabi "Camius-Səhih" kitabında olan hədisləri şərh etdiyi "İ'lamus-Sünən" kitabını yazmışdır. O, hicri 388-ci ildə vəfat etmişdir. Yunini isə onun vəfatından 233 il sonra doğulmuşdur. Bununla yanaşı Yunininin anadan olmasından iki əsr əvvəl yaşamış İbni Battal (V əsr) da "Camius-Səhih" kitabını şərh etmişdir.

   Yəni hələ Yunini anadan olmamışdan əsrlər əvvəl "Camius-Səhih" kitabına şərhlər yazılmışdı. Vəziyyət belə olduğu halda, "Camius-Səhih" kitabını Yunininin yazdığını deməkdən daha gülünc nə ola bilər?!

İddia:
    Bu kitabı İmam Buxari yazmış olsa belə, əlimizdəki Səhih-i Buxari nüsxələrinin gerçək nüsxə olduğunu deyə bilmərik. Çünki İmam Buxarinin "Camius-Səhih" kitabının əlyazması, onun tələbələrinin əlyazmaları, hətta tələbələrinin tələbələrinin də əlyazma nüsxələri bu günə gəlib çatmayıb. Səhih-i Buxarinin hicri 621-ci ilə kimi heç bir əlyazma nüsxəsi bu gün əlimizdə yoxdur. Əlimizdəki ilk Səhih-i Buxari nüsxəsi 621-ci ildə anadan olmuş Yuniniyə aiddir.

Cavab:
   1. Bu gün əlimizdə Qur`an-i Kərimin ilk nüsxəsi - Hz. Əbubəkir (ra) dövründə kitablaşdırılmış nüsxəsi yoxdur. Lakin bu, Quranın dəyişdirilmiş ola biləcəyini deməyə əsas vermir. Çünki həmin dövrdə Qur`anın minlərlə hafizin əzbərində qorunduğu, hər gün beş vaxt namazda yüz minlərlə insan tərəfindən oxunduğu bir reallıqdır. Bundan başqa Quran sadəcə şeir kitabı kimi əzbərlənməyib, içindəki hökmlər bütün İslam diyarlarında tətbiq edilib. Artıq həm əzbər, həm davamlı oxuma, həm tətbiq etmə ilə qorunmuş bir kitabın əlyazması olmasa da, belə bir kitabın dəyişdirildiyini söyləmək mümkündürmü? 

   Səhih-i Buxarinin də vəziyyəti belədir. O kitabdakı hədislər yüzlərlə Buxari hafizləri tərəfindən əzbərlənmiş, hökm bildirən hədislər tətbiq edilmiş, digərləri xütbələrdə, məclislərdə və s. oxunmuşdur, həmçinin bütün alimlər öz əsərlərində o hədislərdən istifadə edin mənbə də göstərmişdir. İslam dünyasında gördüyü etibar və qazandığı mövqe səbəbilə dəyişdirilmiş olması mümkünsüzdür. Buna bir neçə misal göstərək:

    1281-ci ildə Tatarlar Suriyaya girdiyi zaman Məlik Mansur onların qarşısına çıxmadan öncə Səhih-i Buxari oxunmasını əmr etmiş, alimlər də xətm günü Cüməyə təsadüf edəcək şəkildə onu oxuyub bitirmişdirlər. 1505-ci ildə Misir sultanının bağçasında qurulmuş böyük çadırda Səhih-i Buxarinin xətm edildiyini bildirən tarixçi İbn İyas əvvəllər də bunun edildiyini bildirirdi. Nəinki alimlərin, camaatın, hətta sultanların yanında belə bu cür dəyər verilən bir kitabın dəyişdirilə biləcəyini demək ağıla nə qədər uyğundur?

   2. İnsanlıq hər dövrdə müharibələrdən, işğalçı yürüşlərdən, təbii fəlakətlərdən əziyyətlər çəkmişdir. Hülakü xan 1258-ci ildə Bağdadı işğal etdiyi zaman milyonlarla kitab Dəclə çayına atılmış, məscid və mədrəsələr dağıdılmışdır.

   Bu kimi səbəblərdən dolayı Yuniniyə qədərki əlyazma nüsxələr, bu nüsxələrin saxlandığı kitabxanalar yandırılmış, yox edilmiş ola bilər. Lakin bu, Səhih-i Buxarinin şifahi və tətbiqi yollarla yayılmasına əngəl ola bilməmişdir.

   Bu gün dünyadaki bütün Quranlar yox edilsə, on nəfər hafiz birlikdə Quranı yenidən bərpa edə bilər. Səhih-i Buxari də eyni şəkildə rəvayət edilmişdir.

    3. Bu gün hər bir müsəlmanın yanında bir, bəzən də birdən çox Quran-i Kərim mövcuddur. VII əsrdən XXI əsrə qədər də ən azı bir milyard müsəlman yaşamışdır. Görəsən, indiyə kimi yaşamış müsəlmanlardan qalma bir milyard Quran nüsxəsi, nəinki bir milyard, hətta yüz min Quran nüsxəsi toplana bilərmi? Cavab açıq bir şəkildə "xeyr"dir. Lakin bu əsas vermir ki, indiyə kimi yaşamış müsəlmanların yanında Qur`an kitablarının olmadığını və Quranın dəyişdirildiyini deyək.

    Eyni şey Səhih-i Buxari üçün də keçərlidir. Bu gün çoxlu Səhih-i Buxari nüxsəsinin qalmamış olması o kitabın dəyişdirildiyini deməyə əsas vermir.

Quranın ilk nüsxəsi yoxdur, lakin güclü bir şəkildə nəql edildiyi üçün təhrif olunması mümkünsüzdür. Səhih-i Buxarinin də ilk nüsxəsi yoxdur. Bəs güclü bir şəkildə nəql edilibmi?

   İmam Buxarinin tələbəsi Firəbri kitabı Buxaridən biri Firəbrdə, digəri isə Buxarada olmaqla iki dəfə dinləmişdir. Firəbridən Səhih-i Buxarini rəvayət edənlərdən ən önəmliləri bunlardır:

   Əbu Əli Said b. Osman əl-Misri, Əbu Zeyd Muhəmməd b. Əhməd əl-Mərvəzi, Əbu Əhməd Muhəmməd b. Muhəmməd əl-Cürcani, Əbu İshaq İbrahim b. Əhməd əl-Müstəmli, Əbu Muhəmməd Abdullah b. Əhməd b. Hammuyə əl-Haməvi, Əbu Əli Muhəmməd b. Ömər b. Şəbuyyə əş-Şəbəvi, Əbul Heysəm Muhəmməd b. Məkki əl-Küşmihəni, Əbu Əli İsmail b. Muhəmməd əl-Küşani, Əbu Nəsr Əhməd b. Muhəmməd əl-Axsikəsi.

    Firəbridən Səhih-i Buxarini nəql edənlərdən nəql edən Əbu Zərr əl-Harəvi və həyatını hədis elminə həsr etmiş qadın mühəddis Kərimə bint. Əhməd Məkkədə tədrislə məşğul olduqlarından kitabın İslam dünyasına yayılmasında önəmli rol oynamışdırlar. Əl-Harəvinin nüsxəsi Firəbridən gələn üç fərqli rəvayətə əsaslanırdı.

   Bütün fərqli Səhih-i Buxari rəvayətləri üzərində araşdırma aparmış alman şərqşünası Johann Fück-Halle bu rəvayətlər arasında ciddi fərqlərin olmadığını, oxuyuş fərqlərinin mənaya az təsir etdiyini bildirmişdir. Bu da: "Buxari nüsxələri arasında ciddi fərqlər vardır", - deyənlərin yalana baş vurduqlarını sübut edir.

   Yunini isə rəvayətlər arasındakı fərqləri həll etməyə çalışmış, qrammatik problemləri həll etmək üçün dilçi alim İbn Malik ət-Tai ilə işbirliyi qurmuşdur. Nəticədə mövcud bütün Səhih-i Buxari rəvayətlərini qarşılaşdıraraq aradakı cüzi fərqləri həll etmiş, gerçək Buxari nüsxəsini müəyyənləşdirmişdir.

   Bu cür proseslər bu dövrdə də davam etməkdədir. Məsələn, Ömər Nasuhi Bilmənin "Büyük İslâm İlmihâli" kitabının 1947-1951, 1959, 1960, 1970, 1975, 1985 və 1986-cı illərdəki nəşrləri arasında bəzi fərqlər olduğundan Mehmet Tâlûnun rəhbərliyi altında çalışan elmi heyət tərəfindən həmin nəşrlər qarşılaşdırılaraq kitabın əsl versiyası müəyyənləşdirilmişdir.

   Yunini də mövcud Səhih-i Buxari nüsxələrini qarşılaşdırmış, Johann Fück-Hallenin dediyi kimi aralarında olan bəzi fərqləri aradan qaldırmışdır. Yunininin təhqiq etdiyi rəvayətlər barədə aşağıdakı cədvəldən də məlumat sahibi olmaq mümkündür (TDV İslâm Ansiklopedisi, VII, 117):

 


   Qısacası, Yunini yeni nüsxə yaratmamış, eynilə Mehmet Talunun "Büyük İslâm İlmihâli" kitabına etdiyi əməliyyatı tətbiq edərək əsl Səhih-i Buxari nüsxəsini müəyyən etmişdir.

   Hazırda Yuniniyə aid əlyazma nüsxəsi əlimizdə vardır və oxuduğumuz Səhih-i Buxari kitabları ilə həmin nüsxə arasında heç bir fərq yoxdur. Əlavə məlumat almaq üçün istifadə etdiyimiz mənbələrə baxıla bilər.

   Səhih-i Buxarinin müəllifinə aid bir əlyazmasının bu günə gəlib çatmaması səbəbilə bu kitabın etibarsız olduğu yalanını deyənlərin məqsədi Quran-i Kərimin təhrif edilmədiyi mövzusunda insanları şübhəyə salmaqdır. Belə ki, onlar: "İmam Buxarinin əlyazması bu günə gəlib çatmayıb, onda bu kitaba etibar etmək olmaz", - deyərək insanlarda bu yanlış düşüncəni yaradırlar: Bir kitabın ilk nüsxəsi yoxdursa, o kitaba güvənilməz. Daha sonra Quranın ilk nüsxəsinin olmadığı haqqında danışacaqlar. Yaratdıqları yanlış düşüncə səbəbilə də insanlar: "Quranın ilk nüsxəsi yoxdur, deməli, təhrif edilə bilər", - deyəcəklər. Lütfən diqqətli olun...

İstifadə olunmuş ədəbiyyat:

1. Câmiu's-Sahîh maddesi | TDV İslâm Ansiklopedisi
2. Yûnînî maddesi | TDV İslâm Ansiklopedisi
3. İmam Buhari (ra)'in Câmi'u's-Sahîh'inin Değiştirilebileceğini veya Bu Eseri Yunini'nin Yazıp Buhari'ye Nisbet Edebileceğini Söyleyenlere Ne Cevap Verirsiniz? | Kurân ve Sünnet
4.Hattabi'nin İ'lâmu's-Sünen'i ve İbn Battal'ın Şerhi günümüze ulaştı mı? | Sorularla İslamiyet

 

5 "Qara it şeytandır" hədisini necə başa düşməliyik?

  "Qara it Şeytandır."

(Müslim 4; Əhməd 4/85; 5/54; Əbu Davud, Sayd 21; İbn Macə, Sayd 1)

   İzah:

  Ayət və Hədislərdə keçən sözlərin, bəzən lüğət mənaları, bəzən isə istılahı/terminoloji/din termini mənları qəst edilir.

   Bu hədisdə "ŞEYTAN"  lüğət mənası olaraq qəst edilmişdir.

   Şeytan  sözlükdə: "İtaətdən çıxan" mənasına gəlir. Dolayısı ilə itaətdən çıxan hər şey üçün lüğət mənası baxımından Şeytan deyilə bilər. Cin, İnsan, Heyvan və hətta maşın üçün belə lüğət mənası etibari ilə Şeytan sözü işlədilə bilər.

   "Qara it Şeytandır." hədisində qəst edilən məna da:

   Qara itin yaradılış fitrəti onun itaətsiz olduğunu ifadə etməkdədir. Qısaca: Qara it növünün, itaət etməyən bir növ olduğu vurğulanmışdır. (İbn Kəsir; Təfsir c.1 s.145)

  “Cabir b. Abdullah, Rəsulullah aleyhissalam, itlərin öldürülməsini əmr etdi. (Biz də itləri öldürdük) hətta çöldən gələn bir qadının itini belə öldürmüşdük. Daha sonra itlərin öldürülməsini qadağan etdi və, “Xalis (tam) qara olanını, iki nöqtəli olanını öldürün. Çünki o, şeytandır” buyurdu demişdir.” (Səhihi Müslim Müxtəsəri, 1,1572)

“Rəsulullah(səv), itlərin öldürülməsini əmr etdi. Daha sonra, ‘Xalqın (bütün) itlərlə bir çətinlikləri yoxdur’ buyurdu və daha sonra ov iti ilə çoban itinə icazə verdi” demişdir. (Səhihi Müslim Müxtəsəri, I, 1573)

   Əl-Kəlb əl-Akur – vəhşi it deməkdir. Bütün rəvayətlərdə it üçün bu xüsusiyyət istifadə edilmişdir. Bu da öldürmə əmrinin normal itlər haqqında olmadığı, itin it olduğu üçün belə bir cəzaya hədəf olmadığını göstərməkdədir. Hədis alimləri və fiqhçilər bu hədislərə əsaslanaraq hər itin öldürülməsinə icazə verməmiş, ancaq zərəri toxunacaq itlərin və canlıların öldürülə biləcəyinə fətva vermişlər.

   İmam Nəvəvi, bu hədisi açıqlayarkən, bu görüşlərə yer verər: “Alimlərin böyük əksəriyyətinə görə, hədisdə keçən “əl-Kəlb əl-Akur” (vəhşi it) kəliməsi, bütün yırtıcı heyvanlara şamil edilir. Çünki itin xüsusiyyəti olaraq keçən “əl-akur” sözü, vəhşi, yırtıcı mənasını verir. Buna görə, hədisdə keçən “vəhşi it” termini, aslan, qaplan, qurd kimi yırtıcı heyvanların hamısı üçün keçərlidir” (bax. Nəvəvi, Şərhi Müslim, əlaqədar hədisin şərhi).

   İmam Malikə görə hədisdə sözü gedən “vəhşi it”dən məqsəd; aslan, kaftar, qurd kimi insanlara hücum edən, parçalayan hər cür vəhşi heyvanlardır. (İbn Qudamə, əl-şərhu’l-Kəbir, əl-Məktəbətu’ş-Şamilə, III/302)Əslində qurd kimi insana hücum edən, əziyyət verən bütün heyvanlar “vəhşi it” mənasına gəlir və öldürülməsi caizdir. Lakin əziyyət verməyənlərin, təhlükəli olmayanların öldürməsi caiz deyil. (İbn Qudamə, a.k.ə – əl-Məktəbətu’ş-Şamilə- IV/14).

  Məşhur İslam alimlərindən İbnu Abdilbər’ə görə zərər vermədikcə heç bir it öldürülə bilməz. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm canlıları silaha hədəf etməyi yasaq etmişdir. Üstəlik həm köpəyə, həm də başqa canlılara su verməyin savab olduğuna dair hədislər vardır. Həmin hədisdə deyilir:

Hz. Əbu Hureyrə (r.a) nəql edir ki, Hz.Peyğəmbər (s.a.v) belə buyurdu:

“Bir adam yolda gedərkən çox susadı. Bu vaxt bir quyuya rast gəldi. İçinə girib su içdi. Çölə çıxanda susuzluqdan ləhləyib toprağı yeyən bir köpək gördü. Adam öz-özünə: ‘Bu köpək də mənim kimi susamışdır’ deyib təkrar quyuya endi, ayaqqabısını su ilə doldurub ağzıyla tutaraq çölə çıxdı və köpəyə su verdi. Allah onun bu davranışından məmnun qaldı və onu əfv etdi.

   Hz. Peyğəmbər aleyhissalamın yanında olanlardan bəziləri: Ey Allah’ın Rəsulu! Yəni heyvanlara etdiyimiz yaxşılıqlar üçün dəmi bizə bir mükafat var?” deyə soruşdular.

Allah Rəsulu: “Bəli! Hər yaş ciyər (sahibi olan canlılara edilən yaxşılıqlar) üçün bir mükafat vardır. buyurdu. (Buxari, Şirb, 9, Vudu, 33; Müslim, selam, 153; Əbu Davud, Cihad, 47).

   Digər bir rəvayətdə isə Peyğəmbərimiz (s.a.v) belə buyurmuşdur:

 “Pis yolda olan bir qadın, isti bir gündə, bir quyunun ətrafında dolaşan bir it gördü. İt susuzluqdan dilini çıxarıb ləhliyirdi. Qadın ayaqqabısını çıxarıb onunla köpəyə su verdi. Bu səbəbdən bağışlandı” (Müslim, Tövbə, 155).

  Bu hədislərdən də açıq şəkildə göründüyü kimi İslam’da Allah’ın yaratdığı bütün canlılara qarşı mərhəmət hissi əsasdır.

 

   Beləliklə, rəvayətlərdən anlaşıldığı kimi öldürmə əmri bildiyimiz adi itlərlə əlaqəli deyildir. Bu əmr yırtıcı heyvanlara aiddir.

6 İslamda Peyğəmbərə Qurandan Əlavə Verilmiş Möcüzələr Vardırmı?

Əziz müsəlmanlar! Oxuyacağınız bu əsər: “Hz. Peyğəmbərə Quran-i Kərimdən başqa möcüzə verilməmişdir”, - deyən insanlara cavab mahiyyətində hazırlanmışdır. Onlar Quran-i Kərimdə Peyğəmbərimizin heç bir möcüzəsindən söz açılmadığını, tək möcüzənin Quran olduğunu deyirlər. Bu sözlərinin nə qədər yanlış olduğunu və bunu deyən insanların Quranı anlamaqdan nə qədər uzaq olduqlarını yazılarımızı səbirlə oxuduğunuz təqdirdə anlayacaqsınız.

Onların bu iddialarının yanlış olduğunu göstərmək üçün Peyğəmbərimizin Quran-i Kərimdə bəhs edilmiş sadəcə bir dənə möcüzəsini göstərmək kifayət edərdi. Çünki onlar deyirlər ki, Quranda Peyğəmbərimizin bircə dənə də olsa əlavə möcüzəsindən söz açılmır. Lakin biz bu yazı silsiləsində Quranda Peyğəmbərimizə verilən əlavə möcüzələrdən söz açıldığını onlarla ayə içindən seçdiyimiz dörd dəlil ilə isbat edəcəyik. Hər dəlilimiz ilə birlikdə qarşı tərəfin sözlərimizə tuta biləcəyi iradların cavablarını da paylaşacağıq. Daha sonra isə onların möcüzənin olmadığına gətirdikləri dəlillərə cavab verəcəyik. Sonda aramızda yaranan bu fikir ayrılığından qurtulmaq üçün nə etməli olduğumuzu açıqlayacağıq.

Peyğəmbərimizin Qurandan əlavə möcüzə göstərdiyinə birinci dəlil...

 

Ənfal surəsinin 17-ci ayəsində Rəbbimiz belə buyurmuşdur: “Onları siz öldürmədiniz, Allah öldürdü. Atdığın zaman da sən atmadın, Allah atdı!” 

İmam Süddi, İkrimə, İbnu Abbas, Urvə ibnu Zübeyir, İmam Mücahid, İmam Katadə başda olmaqla bütün müfəssirlər ayədəki: “Atdığın zaman da sən atmadın, Allah atdı!” – cümləsinin Peyğəmbərimizin Bədr günü müşriklərin üzlərinə torpaq atması haqqında nazil olduğu xüsusunda həmfikirdirlər. Belə ki, Ənfal surəsində Bədr döyüşündən çox açıq şəkildə danışılmaqdadır. Bu ayə də həmin hissədə yer almışdır.


Bədr döyüşü zamanı müsəlmanların sayı müşriklərə nisbətən çox az, silahlanmaları isə zəyif idi. Müşriklərin sayı müsəlmanlardan üç dəfə çox idi və hər birinin döyüş zirehi, lazımi silahları vardı. Döyüşün bir anında müsəlmanlar məğlub olma təhlükəsi ilə qarşılaşdığı zaman Peyğəmbərimiz əllərini açıb: “Ey Rəbbimiz! Əgər indi bu qrupu həlak eləsən, bir daha yer üzündə sənə ibadət edəsi heç kim qalmayacaqdır”, - şəklində dua etdi. Bunun ardınca Cəbrayıl (əs) gəldi və: “Bir ovuc torpaq al və bunu onların üzlərinə at”, - dedi. Bundan sonra Peyğəmbərimiz (əsm) bir ovuc torpağı: “Üzləri qurusun!” – deyib müşriklərin olduğu istiqamətdə atdı. Elə möcüzə də burada baş verdi; Peyğəmbərimizin atdığı torpaqdan yayına bilən kafir olmadı, hər bir müşrikin üzünə əskilmədən bir ovuc torpaq dəydi, qulaq, ağız, göz və burunlarına toz-torpaq doldu. Onlar öz haylarında ikən də səhabələr hücuma keçdilər, bir qismini öldürdülər, bir qismini də əsir aldılar. Döyüş bitdikdən sonra da Allah Ənfal surəsinin 17-ci ayəsi ilə müsəlmanlara verdiyi bu neməti xatırlatdı. 

Bütün bu izahlardan sonra, Peyğəmbərimizə Qurandan başqa möcüzənin verilmədiyini deyənlərə bəzi suallarımız var:

  1. Siz Ənfal surəsinin 17-ci ayəsini heç oxumamısınızmı və heç nazil olma səbəbinə baxmamısınızmı?

  2. Bütün müfəssirlər bu ayədəki: “Atdığın zaman sən atmadın, Allah atdı!” – cümləsinin Bədr günü dediyimiz hadisə ilə əlaqədar olaraq nazil olduğunu bildirdikləri halda, siz necə deyirsiniz ki, Peyğəmbərimizə Qurandan başqa möcüzənin verilməyib?!

  3. Yoxsa, sizə görə Peyğəmbərimizin atdığı bir ovuc torpağı Allahın havada çoxaltması ilə hər müşrikin üzünə əskilmədən dəyməsi bir möcüzə deyildirmi? Yəni belə hadisələr dəfələrlə baş verib? Onda siz də bir ovuc torpaq alın və izdihamlı bir yerə doğru atın: baxın görək bir ovuc torpaq minlərlə insanın hamısının gözlərinə girə biləcək?

  4. Yoxsa, siz bu ayənin nazil olması haqqında başqa səbəb uydurmusunuz? Əgər sırf möcüzəni inkar etmək üçün bəziləri Bədr döyüşündə şəxsən iştirak etmiş olan səhabə-müfəssirlərə və bu qədər alimə yalançı deyib, öz ağlınıza görə başqa səbəb-i nüzul uydurursunuzsa, Qurana iftira atacaq səviyyəyə enmiş kimsələrə biz nə deyək?

  5. Yoxsa, siz Allahı qüdrət və hikməti az olan bir ilah kimi tanıyırsınız? Əgər bu torpağın atılmasında fövqəladə bir hadisə - möcüzə baş verməyibsə, bu əhvalat niyə ayəyə mövzu olub və niyə Allah bir ovuc torpağı atan şəxsin Özü olduğunu bildirib? Allah adi bir şey üçün Quranda ayə ayıracaq dərəcədə qüdrətsiz və hikmətsizdirmi?

  6. Ya da siz bu möcüzəni ağlınıza sığışdıra bilmirsiniz? Onda diqqətlə oxuyun! Peyğəmbərimiz bir ovuc torpağı atarkən: “Üzləri qurusun!” – demişdir. Sizə bir sual: müşriklərin hər biri bu qarğışı bütöv olaraq eşidib, yoxsa biri “ü” hərfini eşidib, o biri “z” hərfini, digəri “l” hərfini və s. Əlbəttə, hər biri: “Üzləri qurusun!” – qarğışını bütöv olaraq eşidib. Bəs: “Üzləri qurusun!” – cümləsini hər müşrikin qulağına bütöv şəkildə çatdırmağa qadir olan Allah bir ovuc torpağı kafirlərin üzlərinə tam, hərəsinin üzünə bir ovuc olacaq şəkildə çatdırmaqdan acizdirmi?

  7. Olmaya, siz Peyğəmbərin bunu edə bilməyəcəyini düşünürsünüz? Onsuz da möcüzələr Peyğəmbərlərin əməlləri deyildir ki, möcüzələr Allahın gördüyü işlərdir. Sadəcə olaraq bu işləri insanlara Peyğəmbərlər vasitəsilə çatdırıb onların Allah elçisi olduğunu inkar edənlərə sübut edir.

 

7 Hədis elmi ilə bağlı bəzi terminlər

 

B. HƏDİS

Hədis kəlməsi, lüğətdə yeni, xəbər və söz mənalarına gəlir. Həzrət Aişənin Ənsara dua edərkən bu kəlməni “qədimin ziddi” yəni “yeni” mənasında işlətmişdir.

جَزَاهُمُ اللهُ فِي الْحَدِيثِ وَ الْقَدِيمِ

“Həm köhnə həm də təzə həyatlarında Allah onları xeyirlə mükafatlandırsın.” [1]

Ayədəki ( هَلْ اَتَاكَ حَدِيثُ مُوس ) “Musanın xəbəri sənə gəldimi?” [2] ifadəsində də hədis kəlməsi xəbər mənasında istifadə edilmişdir.

Hədis kəlməsinin termin mənası isə söz, feil, təqrir, yaradılma və ya xasiyyəti ilə əlaqəli bir sifət olaraq həzrət Peyğəmbərə (sallAllahu aleyhi və səlləm) nisbət edilən hər şeyin onu görənlər tərəfindən müəyyənləşdirilib ifadələndirilməsidir.

Həzrət Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) Əbu Hüreyrəyə xitab edərək söylədiyi sözün içində keçən “hədis” termini, sanki sonraki dövrlərdə həzrət Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) sözlərinə hədis deyilməsi üçün göstərilən işarəyə bənzəyir. Bu mətn belədir:

Əbu Hüreyrə Peyğəmbərə (sallAllahu aleyhi və səlləm); “Qiyamət günündə sənin şəfaətinə nail olacaq ən xoşbəxt şəxs kimdir ey Allahın Elçisi?”-deyə soruşanda həzrət Peyğəmbər (sallAllahu aleyhi və səlləm) ona belə cavab vermişdi: “...Ey Əbu Hüreyrə hədisə qarşı sevgini bildiyim üçün səndən öncə heç kimin bu xəbər haqqında mənə sual soruşmayacağını güman edirdim. Qiyamət günü mənim şəfaətimə nail olacaq ən xoşbəxt adam səmimi qəlbdən La ilahə illallah deyəndir”.[3]

 

Hədis bir növ “həzrət Peyğəmbər (sallAllahu aleyhi və səlləm) bilgisi” mənasına gəlir. Tərifə görə, həzrət Peyğəmbəri (sallAllahu aleyhi və səlləm) tanıdan, Onun hər hansı bir cəhəti haqqında məlumat verən ilk üç nəsilə aid sözlü ifadələr də hədis olma vəsfini qazanmış olur. Hədis kəlməsinin cəmi əhadisdir.

1. Sünnə ilə hədis arasindaki fərqlər

Hədis kəlməsi, ümumiyyətlə həzrət Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) sözlərinə nisbət edilməklə bərabər, İslam alimləri tərəfindən kəlmənin dəlalət etdiyi məna cəhətindən bəzi fərqli görüşlər də irəli sürülmüşdür. Odur ki, bəzi usul alimlərinə görə hədis, həzrət Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) söz, fel və təqrirlərinə nisbət olunub ki, bu mənasıyla kəlmə, eyni mənada istifadə olunan Sünnə ilə sinonimdir. Bəzi hədis alimləri isə, hədis kəlməsini, sadəcə həzrət Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) sözlərinə deyil, səhabə və tabiundan nəql olunan məvquf və məqtu xəbərlərə də nisbət edir. Bu baxımdan xəbərin də sinonimidir. Bəziləri isə yuxarıda da qeyd olunduğu kimi, hədisi sadəcə həzrət Peyğəmbərdən (sallAllahu aleyhi və səlləm) rəvayət edilən sözlər üçün istifadə etmiş, başqalarından gələn sözlərə də xəbər demişlər. Belə olan halda, hədislə xəbər arasında müəyyən bir fərqin olduğu açıq-aydın görünür.

Hədisçilər arasında məşhur olan görüşə görə hədis, nübüvvətdən əvvəl və nübüvvətdən sonra həzrət Peyğəmbərdən (sallAllahu aleyhi və səlləm) rəvayət edilən bütün söz, fel və təqrirlərdən ibarətdir; ancaq müsəlmanların tabe olmaqla əmr olunduqları Sünnə, bu üç şəkildə ortaya çıxan və dinə aid olan hədislərdir. Buna görə, əgər həzrət Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) sünnəsi, ondan söz olaraq meydana çıxar və bizə hədis olaraq çatarsa, bu hədisin təsdiqi lazım gələr. Əgər hədis, icab, təhrim və ya ibaha cəhətindən hökm ifadə edirsə ona tabe olmaq lazımdır; çünki peyğəmbərlərin nübüvvətinə dəlalət edən ayələr, onların, Allahu Təaladan nəqlən xəbər verdikləri şeylərdə xətasız olduqlarını göstərir. Buna görə də onların xəbərləri doğrudur. Əsasən nübüvvətin mənası da budur. Bunun içində, Allahın peyğəmbərlərə qeybdən xəbər verməsi də mövcuddur. Bu xəbəri alan peyğəmbər, onu insanlara çattırar. Onsuz da peyğəmbərlərin vəzifəsi, xalqı dəvət və Rəbbinin risalətini onlara təbliğ etməkdir. Həzrət Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) Sünnəsi feil olaraq ortaya çıxar və bu fel bizə qədər gəlib çatarsa, bu felə tabe olmaq lazımdır. Tabe olunması həzrət Peyğəmbər tərəfindən əmr olunan bəzi fellər də var ki, bunların da ayrı bir xüsusiyyətləri vardır. Məsələn; “mən necə namaz qılıramsa siz də elə namaz qılın”, sözü feli bir Sünnəyə tabe olunmasını əmr edən qövlü bir Sünnədir.

 

Həzrət Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) təqrirləri də yenə onun hədisi içərisində yer alır. Məsələn; Həzrət Aişənin qızlarla oynamasını, və yaxud bayram günlərində cariyələrin mahnı söyləmələrinə bir şey deməməsi (ikrarı) buna misaldır. Bunların hamısı hədisdən sayılır və məqsəd din adına dəlil ola biləcək hökmləri müəyyənləşdirməkdir; bu isə, ancaq həzrət Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) söz, fel və təqrirləriylə mümkündür.

Yuxarda da qeyd etdiyimiz kimi hədisə, həzrət Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) nübüvvətdən əvvəlki xəbərləri də daxildir. Daha nübüvvət gəlmədən əvvəl məsələn Hira mağarasında ibadətlə məşğul olması, sirətinin (surətinin) gözəlliyi, əxlaqının yüksəkliyi, doğruluğu, oxuma yazma bilməyən bir ümmi olması kimi, onunla əlaqəli xəbərlər, onun nübüvvətinin dəlili sayıldığı kimi, hamısı da müsəlmanlar üçün bir nümunə vəsiqəsidir. Ancaq nübüvvətdən əvvəlki xəbərlər həzrət Peyğəmbəri (sallAllahu aleyhi və səlləm) tanımaq və ona inanmaq üçündür; bunlarla əməl etmək şərt deyil.

 

Hədis və Sünnə arasındakı fərqləri iki qrup halında xülasələşdirə bilərik:

 

Birincisi: Hədis, Peyğəmbərimizin (sallAllahu aleyhi və səlləm) söz, fel və təqrirləri ilə bərabər onun sifətlərəini (şəmailini) də əhatə edir. Sünnə isə onun izlədiyi yolu ifadə edir. Bu etibarla hədis Peyğəmbərmizin (sallAllahu aleyhi və səlləm) sözünü və felini əhatə etdiyi halda, sünnə sadəcə felinə aiddir. Hədis, Peyğəmbərimizə (sallAllahu aleyhi və səlləm) nisbət edilən bütün rəvayətləri içinə aldığı üçün Sünnədən daha genişdir.

İkincisi: Sünnə, dini və hüquqi tədbiqə işarət edər, ancaq hər hədis, bir hökm və ya bir tədbiqatı içinə almaya bilər. Bunun üçün də sünnə daha çox praktik tədbiqat yönündən hədis isə sözlü nəql yönundən önə çıxır.

Hədislə sünnənin ortaq yönləri isə, ikisinin də Peyğəmbərimizə (sallAllahu aleyhi və səlləm) aid olması və rəvayət yolu ilə bizə çatmasıdır.

 

2. Hədisin dindəki yeri

İnsan, təbii olaraq bəzi şəxsiyyətləri özünə nümunə və rəhbər olaraq seçmə xüsusiyyətinə malikdir. Nümunə alınan şəxs tarixi bir şəxsiyyət olduğu kimi, öz çevrəsindən biri də olabilər. Bu vəziyyət daha çox, insanın özündən daha fərqli və daha üstün gördüyü şəxsi nümunə alma təmayülündən meydana gəlir. Allah insanın fitri istedadına uyğun olaraq, onlara yol göstərmək və rəhbərlik etmək məqsədiylə göndərdiyi Elçilərin də yüksək əxlaqla vəsiflənmiş və insanlar üçün nümunə alınacaq bir şəxsiyyət olaraq göstərmişdir. Şuphəsiz Peyğəmbər (sallAllahu aleyhi və səlləm) də bir insandır, ancaq adi bir insan deyil, bir insanın ola biləcəyi ən yüksək dərəcədə mükəmməl bir insandır.

Uca Allah, yeganə din İslamı insanlara təqdim etmək və İslamın bünövrəsini meydana gətirən Quranı təbliğ etmək, açıqlamaq və tətbiqdə şəxsən göstərmək məksədiylə həzrət Mühammədi (sallAllahu aleyhi və səlləm) da mükəmməl vəsiflərə bürünmüş nümunə bir elçi olaraq göndərmişdir. O peyğəmbərlikdən əvvəlki həyatında olHƏDİS duğu kimi peyğəmbərilik dövründə də hər yönüylə insanlara nümunəlik etmiş və Allahın iradəsinə uyğun necə yaşanacağını nümayiş etmişdir. Eyni cəmiyyətdə birlikdə yaşadığı insanlar (sahabilər) də hər zaman Onun açıqlamalarını diqqətə alaraq davranışlarını həyata keçirmişdir. Hətta bəzən onu şəklən izləyib təqlid etmişlər. Qısacası, Onun elçiliyinə və nümunəliyinə diqqət yetirmədən İslamı doğru anlamaq və düzgün bir şəkildə insanlara çattırmaq mümkün deyil.

İslamın təfəkkür və quruluşun əsasını iki ünsür təşkil edir. Bunlar: Allahın kitabı Quran və Rəsulunun həyat tərzi olan sünnəsidir. Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) vida həcci əsnasında son tövsiyələri olaraq dilə gətirdiyi ifadələr buna açıq bir şəkildə işarə edir:

“Sizə, tabe olduğunuz müddət ərzində sapıtmayacağınız iki şey bıraxdım; Allahın Kitabı və Rəsulunun sünnəsi.” [4]

Buna görə ortaya qoyulacaq hərhansı görüş və ya tətbiqə, ancaq bu iki qaynağa nisbət etmək surətiylə İslami xarakteristika qazandırmaq mümkündür. Əksi halda ortaya çıxacaq tətbiqin və yaxud quruluşun İslama uyğunluğundan söz etmək olmaz. Elə isə Quranın yanında sünnə də bu dinin əsas təməlidir.

Sünnə Quranın yaşanmış təfsiri, İslamın isə tətbiqidir. Odur ki, Peyğəmbər (sallAllahu aleyhi və səlləm) təfsir olunan bir Quran və yaşayan bir İslam idi. Odur ki, Qurani- kərimi hədislər olmadan anlamaq imkansızdır. Məsələn; Qurani kərim namazın, orucun, zəkatın və həccin fərz olduğunu bildirmişdir. [5] Peyğəmbərimiz (sallAllahu aleyhi və səlləm) də bu ibadətləri əda edərək açıqlayır.

 

Həmçinin Qurani Kərimdə, “Namazın zamanlı olaraq fərz qılındığı” [6] bildirilmiş, ancaq bu zamanların müəyyən olunmasını, necə namaz qılınmasını, rəkatlarını sayısını Peyğəmbərimiz (sallAllahu aleyhi və səlləm) açıqlamış və tədbiq edərək müsəlmanlara öyrətmişdir. Digər ibadətlər və hüquqi hökmlərlə əlaqəli olaraq gələn və bunların necə yerinə yetiriləcəyini bildirən hədislər də buna daxildir. Demək olar ki, hədis Qurani Kərimin gizli (bilinməyən) və ümumi olan hökmlərini izah edir və açıqlayır.

Hədislər eyni zamanda Qurani Kərimin mütləq olan bəzi hökmlərini təqyid edib sinifləndirir. Ümum ifadə edən ayələrini də təxsis edir. Məsələn; Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) “qatilə miras yoxdur” [7], hədisi ilə mirası, Allahın Kitabında qeyd etdiyi mirasçılardan ancaq qatilin xaricindəkilərə xüsusiləşdirməsi (təxsis etməsi) kimi.

Hədislər, Qurani Kərimdən sonra ikinci qaynaq olduğu üçün Quranda olmayan hökmləri qoyar: Məsələn; qatır, əhilləşdirilmiş eşşəklərin, şir, pələng, it kimi heyvanlarla, şahin, qartal, çalağan kimi yırtıcı quşların ətlərinin yeyilməməsi hökmü Qurani-kərimdə bidirilməmiş, bunların haram olduğunu hədislər ortaya qoymuşdur. Dənizdən ölü olaraq çıxarılan balığın yeyilə bilməsinə də Sünnə hökm vermişdir.

Nəticə olaraq ifadə edə bilərik ki, hədis, İslamın Qurandan sonra ikinci mənbəyi olduğu üçün əhəmiyyətlidir. İslamı tam və doğru bir şəkildə yaşaya bilmək üçün hədisləri öyrənmək şərt və vacibdir.

_________________________________________

1. Əhməd ibn Hənbəl, Müsnəd, VI, 8.

2. Ta ha, 20/9.

3. Buxari, Elm, 33.

4. İmam Malik, Muvəttə, Qədər, 3.

5. Bəqərə, 2/43, 183; Nisa, 4/3; Ali İmran, 3/97; Həcc, 22/78.

6. Nisa, 4/103.

7. Tirmizi, Fəraiz, 17; Əhməd ibn Hənbəl, I, 49.

-------------------

Əlavələr:

Zəif hədis, nədir? Onunla əməl etmək, icazəlidirmi?

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/z%C9%99if-h%C9%99dis-n%C9%99dir-onunla-%C9%99m%C9%99l-etm%C9%99k-caizdirmi?fbclid=IwZXh0bgNhZW0CMTEAAR25mXb4B8D4XIneZKStBWcrv8plh7Kvb19UZfyceswprJg7uOP91_sOUz4_aem_AYUPUXFUAGTJS0J1-1MrBWHOoFl9H6eUaaf4ng1xGueJx3Uu6nTVW5WF9RCtn3n6NMmvd8FuiVW_b2psM6P9waog

 

 

8 "Hz Cəbrayıl (Allahın Salamı olsun) pərdə arxasından mənə Aişə (Allah ondan razı olsun)'ni göstərdi." Bu hədis səhihmi, qaynağı nədir?

Buxari və Müslimin səhihlərində bu hadisə belə ifadə edilməkdədir:

Hz. Aişə buyurur: Hz Peyğəmbər (Allahın Salamı və Salatı Onun üzərinə olsun) mənə xitabən- bunları söylədi:

"Səninlə evlənmədən əvvəl iki dəfə yuxuda sən mənə göstərildin. Mələk (Cəbrayıl), ipəkdən bir bez parçasına sarılı olduğun bir vəziyyətdə səni daşıyırdı. 'Üzərindəki pərdəni aç' dedim. Mələk üzərindəki pərdəni qaldırınca, baxdım ki, o sənsən. O zaman mən: 'Əgər bu Allahdan isə, mütləq onu gerçəkləştirəcəkdir .' dedim." (Buxari, Təbir, 20-21).

Müslimin rəvayəti isə belədir:

"Üç gecə yuxuda mənə göstərildin. Mələk (Cəbrayıl), ipəkdən bir bez parçasına sarılı olduğun bir vəziyyətdə səni mənə gətirir və: 'İşdə bu sənin yoldaşındır.' deyirdi. Mən də üzərindəki pərdəni açıram, bir də baxıram ki o sənsən. O zaman mən: 'Əgər bu Allahdan isə, mütləq onu reallaşdıracaq.' deyirəm." (Müslim, Yuxu, 13).

9 Dəvə sidiyi hədisi

Caner Taslaman'ın studiyada Ebubekir Sifil xocaya hədisin səhihliyini yoxlamaq üçün təklif etdiyi metodlardan biri də dəvə sidiyini içmək oldu. Sözün düzü Canerin bu addımı üzərində düşünsək bu, onun cahilliyindən xəbər verir. Lakin bundan da öncə ümumilikdə hədislərə qarşı qərəzli olduğunu göstərir. Nə üçün belə deyirik? Cavabımız budur:

1. Əvvəla peyğəmbər - aleyhissələm - o hədisdə dəvənin sidiyinin bütün dərdlərə şəfa olduğunu deməyib. Əgər deməyibsə nə üçün kimsə hədisin səhihliyini yoxlamaq üçün dəvə sidiyi içməlidir?! Görəsən Cenar bu nöqtə üzərində düşünmürmü?

2. Məlumdur ki, sidik bədəni zəhərlərdən təmizləmək mexanizmidir. Bu o deməkdir ki, bədənin zəhərləri sidikdə toplanır. Necə ola bilər ki, bədənin zəhərləri nə üçünsə dərman ola bilsin? Bunun cavabı budur ki, Mədinəyə gələn o kəslər çöl ərəbləri olduğu üçün onlara Mədinənin yeməkləri və havası düşməmişdi. Buna görə də xəstələnmişdilər, zatən hədisdə bu açıq şəkildə zikr olunur. Məlumdur ki, səhrada yaşayan bədəvi ərəblərdə dəvələrin südünü və sidiyini içmək adət idi. Peyğəmbər onların orqanizminin düzəlməsi üçün yenidən adət etdiklərinə dönməklərini məsləhət görmüşdür. Bu barədə Əbul-Abbas Əhməd bin Ömər əl-Qurtubi (h. 578-656) “əl-Mufhim limə Əşkələ min Təlxisi Kitəbi Muslim” adlı kitabında (5/19) deyir: “Çünki o insanlar bədəvi ərəblər idilər və dəvələrin sidiyini və südünü içmək, səhrada yaşamaq onların adətidir. Buna görə də şəhərlərə daxil olduqlarında və normal qidalarından, adətlərindən ayrı düşdüklərində xəstələndilər. Peyğəmbər də - salləllahu aleyhi va səlləm – onlara bu yolu göstərdi və beləliklə də öz adətlərinə geri qayıtdıqlarında yaxşılaşdılar, kökəldilər.” əl-Qurtubi'nin zikr etdiyi bu mənaya İmam Muhəmməd bin İdris əş-Şafi də işarə etmişdir. "əl-Umm" kitabında (2/277) deyir: "Vəba onların südlərindən və sidiklərindən başqası ilə tədavi olunar, lakin bunlar bədəvilərdən (xəstəliyi) aradan qaldırmağa ən yaxın olan idi, çünki onların bədənlərinə o yarayırdı." Buradan başa düşürük ki, bu, sidiyin dərman olmağına dəlalət etməz, sadəcə olaraq bədənin alışdığına geri qayıtması növündəndir. Necə ki, narkotik maddələrə, tütün məhsullarına alışmış bədən onları dərhal tərk etdikdə xəstələnmiş bir vəziyyətə düşür və burada tibb əhli belə birinə dərhal kəsməyi məsləhət görmürlər, amma tədricən azaltmağı məsləhət görürlər.

Hətta möhtəməldir ki, bədəvi ərəblər özləri peyğəmbərdən bunu istəyiblər və peyğəmbər də izn verib. Bunun dəlili əl-Vaqidi'nin "əl-Məğazi" kitabında (2/569) keçir. əl-Vaqidi deyir: "Xaricə bin Abdilləh bizə Yezid bin Rumən'dən rəvayət etdi ki, Ureynədən səkkiz nəfər peyğəmbərin - salləllahu aleyhi va səlləm - yanına gəldilər və İslamı qəbul etdilər. Mədinə onlara ağır gəldi və peyğəmbər - salləllahu aleyhi va səlləm - onları öz dəvələrinin yanına göndərdi və müsəlmanların otlağı Zul-Cədr adlı yerdə idi. Orada qaldılar və sağalıb kökəldilər. Onlar peyğəmbərdən dəvələrin südlərindən və sidiklərindən içməyə icazə istədilər və onlara izn verdi.

İstənilən halda Caner'in açdığı bu şou sadəcə bir şoudur, hədislərə qarşı düşmənçiliyini bu cür cahil insanların gözündə xal qazanmaqla ağ günə çıxarmağa çalışır. Amma bir az dərindən düşündükdə bu metodun nə qədər gülünc olduğu anlaşılır.

Hətta peyğəmbərin - aleyhissələm - sidik icməyi müalicə olaraq tövsiyə etməsinin xəta olduğu isbat edilsə belə bu, hədisin batil olduğunu gərəkdirməz, çünki peyğəmbərimizin - salləllahu aleyhi va səlləm - dünyəvi bir işdə xəta etməsi mümkündür.

10 Hədislərin bir çox insanlar vasitəsilə dildən-dilə keçərək yayıldığını bildiyimiz halda hədislərə niyə inanmalıyıq? Hədislər nə dərəcədə qorunub? Peyğəmbərin vəfatından yüzillər sonra yazılan hədislərə niyə etibar edək?

Cavab 1:

İnsanlıq tarixinin heç bir dövründə hədislər üçün istifadə olunan "ənənəli/sənədli" xəbər sistemindən istifadə edilməmişdir. Bu sistemdəki xəbərlərə inanmayanın başqa heç bir tarix məlumatına inanmaması lazım gələr.

- Bu sənəd zənciri içərisində yer alan ravilərin (hədis rəvayət edənlərin) qısa həyatları, doğumları, ölümləri, kimdən hədis rəvayət etdikləri haqqında səlahiyyət sahibi qəbul edilən alimlərin öz qənaətlərini yazdıqları önəmli RİCAL mənbələri vardır. Bu mənbələr hal-hazırda çap edilmişdir və ortadadır. Belə xüsusi səy ilə sırf hədislərin səhihlik və ya zəyiflik yönlərini ortaya qoymaq üçün gecəsini gündüzünə qatan təqva sahibi böyük İslam alimlərinin bu işlərinə güvənməyən kimsə başqa hansı elmi mənbəyə inanabilər ki?

- Hər bir ravi sadəcə bir hədis rəvayət etməmişdir ki, ravilərin sayının çoxluğundan şikayət edilsin və bunların həyatlarının müəyyənləşdirilməsinin çətinliyindən danışılsın... Bir ravi bəzən onlarla hədisin sənədində yer alır. Məsələn, Hz. Əbu Hureyrə, Hz. Aişə, Hz. İbn Məsud, Hz. İbn Ömər, Hz. İbn Amr b. As, Hz. Ənəs, Hz. İbn Abbas kimi səhabələrdən yüzlərlə, minlərlə hədis rəvayət edildiyi kimi, tabiin və təbə-i tabiindən də yüzlərlə hədis rəvayət edən alimlər vardır.

Hər əsrdə müəyyən bəzi kimsələr çox böyük alim, çox dürüst, yalana əsla yönəlməyən, Allahdan çox qorxan insanlar olaraq tanınırlar. Və cəmiyyətin bu təxmini yüzdə yüzə yaxın bir nisbətdə doğru olur. Məsələn, dörd məzhəb imamları, Abdulqədir Gilani, Şah-ı Nəqşibənd kimi zatlar həm öz əsrlərində, həm də daha sonrakı əsrlərdə çox böyük, saleh, təqvalı şəxslər olaraq bilinmiş və bu qənaəti yanlış çıxaran heç bir davranışları da olmamışdır. Həmçinin İmam Qəzali, İmam Rəbbani, Bədiüzzaman Səid Nursi və bunlara bənzər böyük insanların bilərək Hz. Peyğəmbərə (əsm) böhtan ata biləcəklərinə ehtimal belə vermək ağlı başında insanın qəbul edə bilməyəcəyi bir xüsusdur. 

- Görəsən, həyatlarının etdikləri şahidlik ilə Allahdan çox qorxan, çox ibadət edən, bununla bərabər Hz. Peyğəmbərin (əsm) sözlərinin sərrafı olmuş hədis alimlərinin bilərək Allahın Elçisinə böhtan atmaları və ya pis olduqlarını bildikləri halda bəzi ravilərə güzəştə getmələri mümkündürmü?

Hədis mənbələrində ən məşhur olan hədislərin başında:

 “Kim bilərək mənə yalandan bir söz isnad edərsə, cəhənnəmdəki yerinə hazırlaşsın"

mənasındakı hədis-i şərif gəlir. Görəsən, bu hədisi hər an qarşılarında görən təqva sahibi alimlərin bilərək buna zidd hərəkət etmələri mümkündür?

- Quranda Hz. Peyğəmbərə (əsm) Quranın mətnini təbliğ etmə vəzifəsi ilə yanaşı onun mənasını açıqlama vəzifəsi də verilmişdir.

“Rəsulum! Sənə bu Zikri/Quranı nazil etdik ki, özlərinə nazil ediləni insanlara açıqlayasan. Ola bilsin ki, düşünüb anlayarlar”. (Nəhl, 16/44),

“Rəsulum! Sənə bu kitabı nazil etməyimiz sırf barəsində ixtilaf etdikləri həqiqətləri onlara açıqlaman və sırf iman edəsi adamlara hidayət və rəhmət olması üçündür”. (Nəhl, 16/64)

mənasındakı ayələrdə bu xüsus açıqca vurğulanmışdır.

Buna görə Hz. Peyğəmbərin (əsm) Quranı təbliğ vəzifəsi ilə birlikdə -əlaqədar ayələri açıqca anaraq və ya anmadan lazımi xüsusları- açıqlamaq kimi məcburi bir təbyin/bəyan etmə vəzifəsi də vardır.

Beləcə, Hz. Peyğəmbərin istər feili (hərəkətləri ilə), istər qavli (sözləri ilə), istər təkriri (sükut etməsi ilə) olsun, etdiyi açıqlamalar sünnət ədəbiyyatını; sünnət isə hədis ədəbiyyatını meydana gətirmişdir. Bu ədəbiyyatda yer alan adamların mötəbər olub-olmadıqlarını aşkarlamaq üçün həyatları didik-didik edilmişdir. Ravinin hifzində (yaddaşında) və ya ədalətində ən kiçik bir ləkə gördükləri təqdirdə elmi şöhrətinə baxmadan onu cərh etmişdirlər (etibarsız qəbul etmişdirlər).

- Ümmətin ən ağıllı, ən zəkalı, ən məlumatlı, ən təqvalı, ən ibadətpərəst, ən dürüst olmağı ilə şöhrət qazanmış minlərlə İslam aliminin qəbul etdiyi bir həqiqəti qəbul etməmənin izah edilə biləcək bir tərəfi yoxdur. Nəfsimizin vəsvəsələrinə uyub Günəş kimi ortada olan səhih hədislərin varlığını inkar etmək yerdən göyə qədər uzanan bir haqsızlıqdır.

- Onu da unutmayaq ki, bilərək Hz. Peyğəmbərin (əsm) demədiyi bir sözü ona aid etmək nə qədər çirkindirsə, onun dediyi bir sözü də -doğru hesab etməyərək- inkar etmək o qədər çirkindir.

 

Cavab 2:

 

Hədislərin müəyyənləşdirilməsi və qorunması Hz. Peyğəmbər (əsm) zamanında başlamış, həm əzbərlənərək, həm yazılaraq, həm də həyata keçirilərək və tətbiq edilərək qorunmuşdur:

Hədis Hz. Peyğəmbərin (əsm) sözlərini, hərəkətlərini və təsdiq etdiyi şeyləri ifadə edən bir termindir. Eyni zamanda hədisləri müəyyənləşdirməyə, nəql etməyə və başa düşməyə yönəlmiş bir elm sahəsidir.

Etimologiyası və əhatə dairəsi

Öz sözləri haqqında "hədis" kəliməsini ilk dəfə Rəsul-i Əkrəmin istifadə etdiyi anlaşılır. Necə ki Əbu Hureyrənin Qiyamət günündə onun şəfaətinə kimin ilk öncə nail olacağını soruşmasının ardınca Rəsulullah:

"Ey Əbu Hureyrə! Hədisə olan marağını bildiyim üçün bu hədis haqqında ilk sualı sənin verəyəyini təxmin edirdim", - demişdir. (Buxari, Elm, 33; Riqaq, 51) 

Qadın səhabələr Hz. Peyğəmbərə (əsm):

"Sənin sözündən (bihədisikə) sadəcə kişilər faydalanır" (Buxarî, İtisam, 9)

deyərək, onlar ilə söhbət etmək üçün bir gün ayırmasını istəyərkən "hədis" kəliməsindən istifadə etmələrini təsdiq etmiş, səhabə dövründə və daha sonrakı dönəmlərdə bu kəlimə Rəsul-i Əkrəmin sözləri ilə onun hərəkətləri və təsdiqetmələrini bildirən xəbərlər mənasında işlədilmişdir.

Hədis ilə sünnətin əhatə dairələri mövzusunda fərqli görüşlərin mövcud olması ilə bərabər bu iki termin yaxın mənalı olaraq Rəsulullahın (əsm) söz, hərəkət və təkrirləri (bir davranışı gördüyü zaman müdaxilə etməyərək sükut etməsi) üçün işlədilməsi, xüsusilə, hədis alimləri arasında daha çox qəbul görmüşdür.

Hədisin önəmi

Hədislər ixtilaf etdikləri məsələləri insanlara açıqlayan, beləliklə onlar üçün hidayət və rəhmət mənbəyi olanQuran-ı Kərimin nazil edildiyi (Nəhl, 16/44, 64) bir Peyğəmbərin sözü olaraq üstün bir dəyər ifadə etdiyi kimi, Quranı hər kəsdən daha yaxşı başa düşən və ayələrdəki ilahi məqsədin nə olduğunu ən yaxşı bilən Allah Rəsulunun düşüncələri olaraq da böyük əhəmiyyət daşıyır.

Hz. Peyğəmbərin (əsm) insanlara sözləri ilə açıqladığı, hərəkətləri ilə tətbiq edilişini göstərdiyi ilahi əmrlərin başında namaz, oruc, zəkat və həcc kimi ibadətlər gəlir. Namazların hansı vaxtlarda, neçə rəkat və necə qılınacağı; orucun necə tutulacağı; zəkatın hansı mallardan, nə qədər veriləcəyi; həcc ibadətinin necə ediləcəyi kimi xüsuslar Quranda yer almayıb, hədislərlə aydınlıq gətirilmişdir. İslam fiqhinin bir çok məsələləri hədislərdə verilən məlumatlarla həll edilmişdir.

Ayrıca, Quranda bir neçə cür şərh edilə bildiyi üçün mənası asanlıqla başa düşülməyən (müşkil) ayələr, şirkin "zülüm" kəliməsi ilə təfsir edilməsində olduğu kimi genişmiqyaslı ifadələr ilə daha dar mənaların nəzərdə tutulduğu ayələr də hədis rəvayətləri sayəsində şərh edilə bilir.

Hədislər eyni zamanda Quranda yer almayan bir çox məsələlərə aydınlıq gətirmiş, bu mövzuların həyata keçirilmə formalarını göstərmişdir. Məsələn, bir qadının aybaşı halında qıla bilmədiyi namazları qəza etməyəcəyini, bir kişinin xanımı ilə eyni vaxtda onun xalası və bibisi ilə evlənə bilməyəcəyini, soy yaxınlığı səbəbi ilə evlənilməsi haram olan şəxslərlə süd yaxınlığı səbəbi ilə də evlənmənin haram olduğu kimi xüsusları, ayrıca şufa haqqı ilə bağlı hökmlər, nənə və baba tərəfindən qohumlara düşəsi miras kimi məsələlər Hz. Peyğəmbər (əsm) tərəfindən həll edilmişdir.   

Quran-i Kərimdə təmas edilməklə bərabər, haqqında çox məlumat verilməyən axirət həyatıyla bağlı xüsuslar, qəbir həyatı, yenidən dirilmə, məhşər, hesab, mizan, Cənnət və Cəhənnəmdəki həyat kimi mövzular da hədislər sayəsində öyrənilə bilinməkdədir. Əxlaqi fəzilətlər, mənəvi və ruhi inkişafı təmin edəcək qaydalar, nizamlı bir ailə həyatı üçün lazım olan davranış çeşidləri, insanlar arasında ictimai və ticari münasibətləri nizama salan hökmlər, idarə edicilərlə idarə olunanlar arasındaki münasibətlər və s. mövzular haqqında da hədislərdə ətraflı məlumat vardır. 

Otuzdan çox ayədə Hz. Peyğəmbərə (əsm) itaətin əmr edilməsi və xüsusilə,

 "... Rəsulun sizə verdiyini alın, qadağan etdiyindən də çəkinin..." (Həşr, 59/7)

şəklindəki dəqiq bir təlimatın olması, Quranda açıqca anılmayan xüsuslarda Rəsul-i Əkrəmin ortaya qoyduğu tətbiqetmənin mənimsənməsinin lazım olduğunu göstərməkdədir.

Allah ilə Peyğəmbərin verdiyi hökmlərə müsəlmanların zidd hərəkət etmə şanslarının olmadığını(Əhzab, 33/36), aralarında yaranan anlaşılmazlıqlarda Peyğəmbəri hakim təyin edib onun verdiyi hökmə ürək rahatlığı ilə boyun əymədikcə iman etmiş hesab olunmayacaqlarını (Nisa, 4/65), Allaha və axirət gününə qovuşmağı arzulayanlala Allahı çox ananlar üçün Rəsulda gözəl bir örnəyin olduğunu (Əhzab, 33/21) ifadə edən ayələr Hz. Peyğəmbərin (əsm) söz və hərəkətlərinin müsəlmanlar üçün imtina edilməyəcək bir önəmə malik olduğunu ortaya qoymaqdadır.

“Allah sənə kitabı və hikməti endirdi, sənə bilmədiyin şeyləri öyrətdi." (Nisa, 4/113) və

"Evlərinizdə oxunan Allahın ayələri və hikməti xatırlayıb üzərində düşünün." (Əhzab, 33/34)

mənasındakı ayələrdə Quran ilə birlikdə adı çəkilən hikmətin, xüsusilə, Quran ilə yan-yana anıldığı zaman Rəsulullahın (əsm) qavli (sözlü) və feili sünnətini ifadə etdiyi qəbul edilməkdədir. (Şafii, ər-Risalə, s. 78, 93, 103). 

Allaha imanı ve itaəti əmr edən ayələrdə Rəsulullaha iman ve itaətin də şərt qoşulması alimlərin bu qənaətini gücləndirmişdir. 

Bəzi hədislərdə yer alan "Allah belə buyurdu" və ya "Rəbbim mənə belə əmr etdi" kimi ifadələr, Rəsul-i Əkrəmin bəzi hədislərinin vəhy ünsürü olduğunu göstərməkdədir. "Qüdsi hədis" adlandırılan bu növ rəvayətlərin eyni hədis kitabının müxtəlif bəhslərində təkrarlandığı və ya bir başqa hədis kitabında yer aldığı zaman onun qüdsi hədis olduğunu göstərən: "Allah belə buyurdu", - ifadəsinin görünməsi qüdsi hədislərin müəyyənləşdirilə bilinməyəcək qədər çox olduğu fikrini yaratmaqdadır. (İbn Hacər, Fəthul-bari, 1, 174).

Quran-i Kərim ilə bərabər hədislərin də vəhy ünsürü olduğuna dair görüşün ən azından Həssən b. Ətiyyəyə (ö. 130/748) qədər getdiyi bilinməkdədir. (Darimi, Müqəddimə, 49).

İslam alimlərinin böyük bir hissəsi ilə birlikdə eyni görüşü qəbul edən İmam Şafii Quranı vəhy-i mətluv (oxunan vəhy) hesab etmiş, bunun müqabilində sünnət və ya hədislərə də vəhy-i ğayr-i mətluv (oxunmayan vəhy) deyilmişdir. Lakin hədislər mənası ilə bərabər sözlərinin də Allaha aid olmaması, həm sözləri, həm də mənası ilə möcüz olmaması, şəxsən Hz. Peyğəmbərin (əsm) əmri ilə hamısının yazıya alınmaması və ibadət məqsədi ilə əzbərlənib oxunmaması baxımından Qurandan ayrılmaqdadır.

 

İslam alimlərinin böyük çoxunluğuna görə hədislərin sözləri Peyğəmbərə (əsm), məna və məfhumu Allaha aiddir. Bu səbəbdən qüdsi və nəbəvi hədislərə vəhy-i ğayr-i mətluv ilə bərabər "vəhy-i xafi" də deyilmişdir. Muhəmməd Həmidullaha görə Rəsul-i Əkrəm Allahın göndərdiyi bir elçi olduğu üçün hər elçi kimi onun da vəzifələriylə bağlı məsələlərdə onu göndərənin təlimatına görə danışması və davranmasılazımdır. Necə ki,

 "... Rəsulun sizə verdiyini alın, qadağan etdiyindən də çəkinin..." (Həşr, 59/7)

mənasındakı ayə də bunu isbat etməkdədir. (İA, XI, 243).

Əsasən, İmam Şafii də Allahın Peyğəmbərə iki növ əmrinin olduğunu bildirərək bunların ilkini "vəhy"(Quran), ikincisini "risalət" adlandırarkən eyni məntiqlə hərəkət etmiş olmalıdır. (əl-Ümm, V, 127).

Hədislərin məna və məfhumlarının vəhy əsaslı olduğu fikrini müdafiə edənlər bunların ya Cəbrail vasitəsi ilə bildirildiyini (Darimi, Müqəddimə, 49; Şatıbi, IV, 24) və ya yuxuda, yaxud ayıq ikən ilham edildiyinideyirlər. Cəbrailin bəzən insan şəklində Hz. Peyğəmbərin (əsm) yanına gələrək bəzi ibadətlərin mahiyyəti və tətbiqetmə formaları mövzusunda açıqlamalar etməsi (Müsnəd, II, 325; IV, 129, 161; Müslim, Məsacid, 166, 167), bundan başqa yəhudi alimlərinin Rəsul-i Əkrəmi sınamaq məqsədi ilə soruşduqları və ya soruşacaqları sualların (Müsnəd, III, 108, 113), yaxud bəzi müsəlmanların bilmədikləri xüsuslarda ona yönəldilən sualların (Buxari, Fəzailul-Quran, 2) cavablarını öyrətməsi hədis və sünnətin vəylə yaxından bağlılığını göstərməkdədir. 

Alimlər Hz. Peyğəmbərin (əsm) Allahdan Quran vəhyindən əlavə də vəhy aldığına bəzi ayələrdə də işarə edildiyini bildirirlər. Məsələn, Hz. Hafsaya bir sirr verən Rəsul-i Əkrəmin bunu heç kimə deməməsini bildirdiyi halda Hz. Hafsanın o sirri Hz. Ayşəyə deməsinin ardınca Allahın bu durumu Rəsuluna (Quran xaricində bir vəhy ilə) bildirməsi və daha sonra bu hadisədən Quranda bəhs edilməsi (Təhrim, 66/3); 6-cı ilin Zülqədə ayında (Mart, 628) ümrə etmək üçün Məkkəyə hərəkət etmədən öncə Rəsul-i Əkrəmin yuxusunda Məkkəyə gedib təvaf etdiyini görməsi və bunu əshabına xəbər verməsi, lakin Hudəybiyədən daha irəliyə gedə bilməyib burada məkkəlilərlə bir sözləşmə etmə məcburiyyətində qalanda bəzi səhabələrin öz təəssüflərini Rəsulullaha bildirərək vədinin həyata keçmədiyini xatırlatmalarından sonra Peyğəmbərin yuxusunun doğruluğunu bildirən ayənin nazil olması (Fətih, 48/27) və digər bəzi nümunələr Rəsul-i Əkrəmə Quran vəhyinin xaricində də Allah tərəfindən məlumat çatdırıldığını ortaya qoymaqdadır. 

 

Bu halda hədislərdə Peyğəmbərin rolu deyəcəyi bir şeyi öz söz qəliblərinə tökmək və ya hərəkət və davranışlarıyla göstərməkdən ibarətdir.

Buna müqabil Hənəfi imamlarının vəhy təsnifinə görə (Ərdoğan, s. 77-78) hədislərin yaranmasındaRəsulullahın rəy və ictihadının da rolu vardır. Ancaq onun davamlı olaraq vəhyin nəzarətində olması, risalətiylə bağlı mövzularda nadirən baş vermiş olan xətalı fikir və ictihadlarının vəhylə düzəldilməsisəbəbilə (məsələn, bax: Ənfal, 8/67; Tövbə, 9/43; Təhrim, 66/1; Əbəsə, 80/1-10) bu növ hədislər də bir növ vəhy hesab edilmişdir.

Rəsul-i Əkrəmin "ismət" özəlliyi ilə də bağlı olan, əlavə olaraq onun yüksək əqli və zehni zəkası (fətanət), geniş təcrübələri sayəsində məqsədəuyğun ictihadlar etməsinin lazım gəldiyi fikrindən qaynaqlandığı başa düşülən bu son görüş diqqətə alındığında hədislərin vəhy ünsürü və ya Peyğəmbərin rəy və ictihadları sayılması xüsusundakı fikir ayrılıqlarının hədislərin dəyəri baxımından praktikada çox önəmi qalmamaqdadır. Çünki Rəsul-i Əkrəmin geniş mənada dinlə bağlı olan söz, hərəkət və təkrirlərinin ilahi qüvvənin nəzarəti altında tutulub lazım gəldiyində təshih edilməsi hədislərin ümumi olaraq vəhyin məqsədinə uyğunluğu və hökmlərinin qaneediciliyini qəbul etməyi lazımlı etməkdədir.

Bütün bu xüsuslar Hz. Peyğəmbərin (əsm) hədis və sünnətinin fiqhi baxımdan daşıdığı dəyəri də göstərməkdədir.

Rəsul-i Əkrəmin hörmətinə, verdiyi hökmlərin önəminə işarət edən ayələr onun sözlərinin, əmr və qadağalarının Qurandakı hökmlərdən ayrı hesab oluna bilinməyəcəyini, bunların İslami hökmlərin bir parçası olaraq qəbul edilməsinin labüdlüyünü ortaya qoymaqdadır. (Şatıbi, IV, 14-15).

Hz. Peyğəmbər bu vəziyyəti: "Mənə kitabla birlikdə onun bir bənzəri daha verildi" (Əbu Davud, Sünnət, 5) sözü ilə ifadə etmişdir. Muaz b. Cəbəlin Yəmənə vali olaraq göndəriləcəyi ərəfədə orada necə hökm verəcəyini soruşan Hz. Peyğəmbərə (əsm) Quranda tapa bilmədiyi mövzularda Rəsulullahın sünnətinə baş vuracağını deməsi və bunun Rəsul-i Əkrəm tərəfindən məmnuniyyətlə qarşılanması, Hz. Əbu Bəkir ilə Hz. Ömərin xəlifəlik zamanı boyunca Quranda tapa bilmədikləri mövzularda hədisə müraciət etmələri,sünnət və hədisin Qurandan sonra müraciət ediləcək ikinci mənbə olduğunu göstərməkdədir.

Bütün məzhəb imamları öz qənaətləri səhih bir hədislə ziddiyət təşkil etdiyi təqdirdə şəxsi fikirlərindən imtina edərək o hədisi qəbul etdiklərini bildirmişdirlər. İmam Şafiinin: "Rəsulullahın sözünün yanında kimin başqa bir dəyəri ola bilər?" - deməsi də ilk imamların hədisə olan nöqteyi-nəzərini ifadə edir.

Hədislərin Təsbiti

Qədimdən bəri şeir, xitabət, müharibə hekayələri (əyyamül-ərəb) və nəsəb məlumatlarından əmələ gələn mədəniyyətlərini şifahi yolla nəql etmə ənənəsinə sahib olan ərəblərin əzbərləmə bacarığı çox inkişaf etmişdi.

Bununla bərabər İslamiyyətin yaranması zamanlarında önəmli bir ticarət mərkəzi mövqeyində olan Məkkədə oxuyub yazma bilənlərin sayı Mədinəyə görə daha çox idi. Bunların müsəlman olanları İslamiyyətin ilk dövrlərində Hz. Peyğəmbərin əmrlərindən hərəkətə keçərək Quran-i Kərimi yazmaqla məşğul olmuşdu.

Digər tərəfdən öz sözlərinin ilahi kitabla qarışa bilmə ehtimalını və ya hədisləri yazmaqla məşğul olanların Quranın yazımından uzaqlaşacaqlarını göz önündə saxlayan Rəsul-i Əkrəm hədislərin sadəcə şifahi olaraq rəvayət edilməsinə icazə vermişdir. (Müslim, Zühd, 72)

Əsasən, səhabələr Allah ilə davamlı olaraq əlaqədə olduğunu bildikləri Peyğəmbərə səmimiyyətlə inanıb bağlandıqları üçün onun hər buyuruğunu və hərəkətini böyük bir diqqətlə izləyərək yaddaşlarına həkk edirdilər. Yazılı mənbələrə önəm verən müasir düşüncə tərzinin əksinə, o günün insanları fövqəladə bir hafizə gücünə sahib idi. (Seyyid Hüseyn Nəsr, s. 89) Sadə və təbii məişətləri səbəbilə zehinləri təmiz olan bu insanların içində eşitdikləri uzun bir şeiri və ya çıxışı həmin an əzbərləyə biləcək qədər güclü yaddaşa sahib olanlar da var idi. Hz. Peyğəmbərin (əsm) bəzi önənli sözlərini üç dəfə təkrarlaması(Buxari, Elm, 30) və sözlərini sayıla bilinəcək dərəcədə yavaş-yavaş tələffüz etməsi (Buxari, Mənakib, 23)səbəbilə dinləyicilər dediklərini asanlıqla öyrənə bilirlərdi.

Kənd təsərrüfatı və ticarət kimi işlərlə məşğul olduqlarından Rəsul-i Əkrəmin yanında dayana bilməyən səhabələr ilk fürsətdə onun dediyi sözləri öyrənməyə çalışırdılar. Rəsulullahın məclislərinə növbə ilə qatılan və əmrlərini dinləyib anlamağa çalışan səhabələr də (Buxari, Elm, 27) eşidib öyrəndikləri hədisləri öz aralarında müzakirə edirdilər. (Xətib, əl-Cami li-əxlaqir-rasul, I, 236-239) Əshabın son dərəcə önəm verdiyi bu müzakirə adəti daha sonra da davam etdirilmişdir. (Darimi, Müqəddimə, 51) 

Hz. Peyğəmbərin (əsm) səhabələrə öz sözlərini dinləyib öyrənmələrini əmr etməsi və öyrəndiklərini başqalarına təbliğ edənlərə xeyir dua etməsi (Buxari, Elm, 9) onların hədisləri bir ibadət kimi öyrənib başqalarına nəql etmələrinə səbəb olmuşdur.

 

Ayrıca Məscid-i Nəbəvinin yanında yaşayan və sayları, əsasən, yetmiş radələrində olan (Buxari, Salat, 58)əhli-i Suffə də Rəsulullahdan hədis təhsili görmüşdür. Bəzi hədislərin fərqli sayda səhabələr tərəfindən rəvayət edilməsi Hz. Peyğəmbərin onu dediyi və ya hüzurunda bir hadisə baş verdiyi zaman yanında olanların sayı ilə bağlıdır.

 

Səhabələrin Rəsul-i Əkrəmdən özlərinin eşitmədikləri hədisləri öyrənmə cəhdləri onun vəfatından sonra da davam etmişdir. Cabir b. Abdullahın, Abdullah b. Üneysin bildiyi bir hədisi yenə də başqasından öyrənmək üçün Mədinədən Şama səyahət etdiyi (Buxari, Elm, 19), Əbu Əyyub əl-Ənsarinin Rəsul-i Əkrəmdən eşitdiyi bir hədisi Misirdə olan Ukbə b. Amir əl-Cühəni ilə görüşüb dəqiqləşdirmək üçün Mədinədən oraya qədər getdiyi (Müsnəd, IV, 159) bilinir.

 

Hz. Peyğəmbərin hədisləri yazmaq istəyən hər kəsə icazə vermədiyi bilinsə də, onun hədisləri yazmağı qeyd-şərtsiz qadağan etdiyini demək mümkün deyildir. Necə ki Abdullah b. Amr b. As kimi oxuyub yazma bilən gənc və diqqətli səhabələrə (Müsnəd, II, 403; İbn Kutəybə, s. 365-366), yaddaşının zəifliyindən şikayət edənlərə (Tirmizi, Elm, 12) hədisləri yazmaq xüsusunda icazə vermiş, bir çıxışının yazılıb ona təqdim edilməsini istəyən yəmənli Əbu Şah kimi insanların istəklərini də rədd etməmişdir. (Buxari, Lukata, 7; Diyar, 8) 

Daha sonrakı illərdə isə ayələrin çoxunun nazil olması, bunların yazılmasında lazımi diqqətin göstərilməsi, Quran hafizlərinin çoxalması, müsəlmanların əksəriyyəti tərəfindən Quran üslubunun qavranılması və artıq öz sözlərinin Quranla qarışa bilməsi ehtimalının və ya hədislə məşğul olub Quranı yaddan çıxarma qorxusunun qalmamasının ardınca hədisləri yazmaq istəyənlərə icazə vermişdir. (Tirmizi, Elm, 12; Darimi, Müqəddimə, 43) Vəfatından bir müddət öncə Rəsulullahın müsəlmanlara doğru yoldan ayrılmamaları üçün məktub yazmağı düşünməsi (Buxari, Elm, 39) və sözlərinin Əbu Şah üçün yazılmasına icazə verməsi onun həyatının son dönəmində də hədislərin yazılmasına qarşı olmadığını göstərir.

Rəsul-i Əkrəmdən bu mövzuda icazə alan səhabələr eşidib öyrəndəkləri hədisləri həm əzbərlədilər, həm də yazdılar. (Müsnəd, II, 403) "Səhifə" adıyla anılan bu sənədləri qələmə alan səhabələr arasında minə yaxın hədisi ehtiva edən əs-Səhifətüs-sadiqanın sahibi Abdullah b. Amr b. As başda olmaqla Sad b. Ubadə, Muaz b. Cəbəl, Əli b. Əbu Talib, Amr b. Hazm əl-Ənsari, Səmurə b. Cündəb, Abdullah b. Abbas, Cabir b. Abdullah, Abdullah b. Əbu Əvfa və Ənəs b. Malik yer almaqdadır.

 

Bu ilk yazılı qaynaqlardan biri olub Əbu Hureyrə tərəfindən tələbəsi Həmmam b. Münəbbihə yazdırılan və içində 138 hədis olan Səhifətü Həmmam b. Münəbbih (əs-Səhifətüs-səhiha) ilk dəfə Muhəmməd Həmidullah tərəfindən yayınlanmışdır.

Əbu Musa əl-Əşarinin oğlunun, ondan da nəvəsinin rəvayət etdiyi Müsnədü Büreyd adı ilə tanınan qırx hədislik cüzün də adı burada qeyd edilməlidir. (Süleymaniyə ktb., Şəhid Ali Paşa, n: 541, vr: 136a-i 74b)

İlk dövrlərdə hədislərin kitab halına gətirilməsi halında onların Allahın kitabı ilə bərabər tutulacağı və ya Quran-i Kərimdən çox hədislərlə məşğul olunacağı qorxusu daşıyanlar hədislərin əzbərlənmələrini tövsiyə etmiş, daha anlayışlı olanlar isə əzbərləmədən əvvəl yazıla biləcəyini, lakin əzbərləndikdən sonra yazılı mətnlərin yox edilməsinin lazımi olduğunu demişdirlər. (Xətib əl-Bağdadi, Təqyidül-İlim, s. 58-63)

 

Ayrı şəhərlərdə yaşayan səhabələrin Hz. Peyğəmbərdən şəxsən eşitmədikləri hədisləri bir-birindən istədikləri, bu arada da Hz. Müaviyənin tələbi səbəbilə Muğirə b. Şubənin ona bəzi hədisləri yazıb göndərdiyi məlumdur. (Nümunələr üçün bax: İmtiyaz Ahmed, s. 299-302, 500-540)

 

Qurana laqeyd yanaşılacağı düşüncəsiylə başlanğıcda hədislərin yazılmasına qarşı olan səhabələr arasında Abdullah b. Məsud, Əbu Musa əl-Əşari, Əbu Hureyrə, Abdullah b. Abbas, Əbu Səid əl-Xudri və Abdullah b. Ömər də yer almaqdadır. Lakin onların hamısı diqqətsiz və səmimiyyətsiz raviləri (hədis rəvayət edənləri) gördükləri zaman bu fikirlərindən imtina edərək hədislərin yazılmasını tövsiyə etmiş, tələbələrinə hədis yazdırmış, hətta özləri də hədislərin yazılı olduğu mətnlər əldə etmişdirlər.

 


Hədislərin Rəvayəti


Hz. Əbu Bəkir və Hz. Ömər kimi bəzi idarəçilərin çox hədis rəvayət edilməsinə qarşı olmalarına baxaraq onların hədislərə və ya hədis ravilərinə güvənmədikləri nəticəsini çıxarmaq doğru deyildir. Xüləfa-i Raşidinin həllini Quranda tapa bilmədiyi bir çox məsələlərdə hədisə baş vurduğu, hətta ortaya çıxan problemlərə həll gətirəcək hədislərin mövcud olub-olmadığını təsbit etmək üçün səhabələrlə istişarə etdiyi bilinməkdədir. (Buxari, Tibb, 30; Müslim, Səlam, 98; Əbu Davud, Fəraiz, 5; Tirmizi, Talaq, 23; Darimi, Müqəddimə, 20)

İlk xəlifələrin hədis rəvayəti mövzusundakı diqqətliliyi yaddaşa əsaslanan rəvayətə üstünlük vermək səbəbindən rəvayətlərin əhatə etdiyi mövzular üzərində yetəri qədər düşünməyə laqeyd yanaşmaq kimi bir qorxudan qaynaqlanmış ola bilər. Hz. Ömərin İraq bölgəsinə göndərdiyi adamlarıyla birlikdə Mədinə xaricinə qədər gəzərək onlara getdikləri yerdəki insanların yeni müsəlman olduqlarını, bu səbəblə hələ Quranı doğru oxuya bilmədiklərini xatırlatması və bu durumdakı kimsələrə önəmli məsələlərdə ehtiyaclarına yetəcək qədər hədis rəvayət edib bundan əlavəsindən uzaq durmalarını özəlliklə tapşırması da (İbn Macə, Müqəddimə, 3; Darimi, Müqəddimə, 28) eyni narahatlığa əsaslanmaqdadır.


Fəraiz və sünnəti Quran öyrənirmiş kimi öyrənməyi tövsiyə edən (Darimi, Fəraiz, 1), Qadi Şürəyhə həllini Quranda tapa bilmədiyi bir məsələ üçün Rəsulullahın sünnətinə müraciət etməsini əmr edən (Darimi, Müqəddimə, 20) Hz. Ömərin hədislərin rəvayət edilməsinə qarşı olduğunu düşünmək mümkün deyildir. Onun səhabələri az hədis nəql etməyə məcbur etməsinin bir səbəbi də onları rəvayət etmə mövzusunda mümkün olduğu qədər diqqətli davranmağa yönəltmək istəməsidir. 

Bəzi səhabələr çox hədis rəvayət etmənin hədis mətnlərində artıqlıq və ya əskiklik növündən xətalara səbəb ola biləcəyi və beləcə Hz. Peyğəmbərə yanlış sözlər isnad ediləcəyi qorxusu daşımışdırlar. Əsasən, hər eşitdiyini rəvayət etməsinin insanı yalançı vəziyyətinə sala biləcəyini bildirən hədis də (Müslim, Müqəddimə, 5) onları bu mövzuda ehtiyatlı davranmağa və az hədis rəvayət etməyə sövq etmişdir.

Necə ki ilk dörd xəlifə ilə Zübeyr b. Əvvam, Əbu Ubəydə b. Cərrah, Zeyd b. Ərkam, Abdullah b. Ömərkimi səhabələr bu mövzuda son dərəcə ehtiyatlı davranmış və hədisləri sözbəsöz rəvayət etməyə etinagöstərmişdirlər.

Hədis rəvayətində ehtiyatlı olmaqla bərabər öz məlumatını başqalarından əsirgəyənləri qınayan ayət və hədislərin təsiri ilə (Bəqərə, 2/159-160, 174-176; Buxari, Elm, 42; İbn Macə, Müqəddimə, 24; Müsnəd, 11, 296, 499, 508) Hz. Aişə, Ənəs b. Malik, Abdullah b. Məsud, Əbu Səid əl-Xudri və Əbu Hureyrə kimi səhabələr bu mövzuda daha rahat davranmış və hədislərin məna ilə rəvayət edilməsinə qarşı çıxmamışdır.

Hz. Peyğəmbər (əsm) zamanında müsəlmanlar hədis rəvayətində yanılma və ya unutma ola biləcəyini düşünməmişdirlər. "Ürəklərində olanı özlərinə xəbər verəcək bir surənin nazil edilməsindən" (Tövbə, 9/64) qorxan münafiqlər da Rəsul-i Əkrəmin demədiyi bir sözü ona isnad etməkdən çəkinmişdirlər.

Hz. Peyğəmbərin (əsm) vəfatından sonra hədislərin qəbulunda daha diqqətli davranmanın gərəkliliyini hiss edən Xüləfa-i Raşidin və öndə gələn səhabələr Rəsulullahdan şəxsən eşitmədikləri bir hədisi rəvayət edənlərdən ya Hz. Ömərin etdiyi kimi o hədisi Allahın Rəsulundan eşidən bir şahid gətirmələrini istəmiş(Buxari, İstizan, 13) və ya Hz. Əlinin etdiyi kimi hədisi Hz. Peyğəmbərdən eşitdiyinə dair and içdirtmiş(Müsnəd, 1, 2, 10), yaxud da Hz. Aişənin etdiyi kimi ravisini yaxşı öyrənib-öyrənmədiyini anlamaq üçün aradan uzun zaman keçdikdən sonra təkrar soruşaraq hədisi yoxlamışdır. (Müslim, Elm, 14)

Hz. Əbu Bəkrin Rəsulullahdan eşidən səhabələrdən əldə edib yazdığı 500 hədisi yandırması rəvayət əsnasında bir xəta edilmiş ola biləcəyi əndişəsindən qaynaqlanmışdır. (Zəhəbi, Təzkirətül-hüffaz, s. 5)Hədislərin yazılmasını düşünən Hz. Ömərin öndə gələn səhabələrlə bir ay boyunca müzakirə etdikdən sonra bu düşüncəsindən daşınması da bu işin Qurana laqeyd yanaşılmasına yol aça biləcəyinə dair narahatlığa əsaslanmaqdadır. (Xətib, Təqyidül-ilim, s. 50-51) 


Hədisləri bir kitabda toplamağı düşünən kəsləri haqlı çıxaran səbəblər zamanla çoxluq qazanmışdır. Xəlifə Ömər dövründən etibarən fəthlərin getdikcə çoxalması, hədisləri bilən səhabələrin vəfat etməsi, səhabələrin Mədinədən ayrılmasını doğru hesab etməyən Hz. Ömərin vəfatından sonra Xəlifə Osmanın buna əngəl olmamasının ardınca bir çox səhabələrin Mədinədən ayrılması bu mövzuda tədbir almağı zəruri etmişdir.

Yeni fəth edilən ölkələrin xalqlarından pis niyyətli adamların xüsusilə son iki xəlifənin şəhid edilməsindən sonra dini korlamağa təşəbbüs etmələri hədisləri yazı ilə təsbit edib qoruma altına almağı zəruri hala gətirdiyi üçün əvvəllər bu işə qarşı olanların çoxu daha sonra buna tərəfdar olmuş, tanınmış səhabələrin tələbələri onlardan eşitdiklərini qeyd etmək üçün kağız tapa bilmədikləri zaman paltarlarına, səmərlərin arxasına, hətta divarlara belə yazacaq qədər bu mövzunu önəmsəmişdilər. (Darimi, Müqəddimə, 43)

 

Beləliklə, hədislər onları rəvayət etməyi ibadət sayan çalışqan adamlarn səyləri sayəsində itməkdən xilas olmuşdur. Bir təsbitə görə hicrətin I əsrində tabiindən olan tələbələrinə hədis yazdıran səhabələrin sayı əlliyə çatmışdır. (M. Mustafa əl-Azami, İlk Devir Hadis Edebiyatı, s. 34-58) 

Hədis rəvayəti ilə məşğul olan tabiinlər səhabələrdən daha çoxdur. Bunlar arasında bir hədis üçün günlərcə yolçuluq etməyi gözə alan Səid b. Müsəyyəb, eşitdikləri rəvayətləri dərhal qeyd etmələri ilə tanınan Səid b. Cübəyr və İbn Şihab əz-Zühri kimi bir çox mühəddislərin adı çəkilə bilər.

Tabiinlər içində əvvəlləri hədislərin yazılmasına qarşı ikən, sonradan bu fikirdən daşınanlarla həyatlarının ilk dönəmlərindən etibarən hədisləri yazmadığına peşmanlıq duyanların çox olması bu nəsildə hədisləri yazma işinin böyük razılıq gördüyünü ortaya qoymaqdadır.

Hədislərin Tədvini/Toplanması və Təsnifi

Hədislərin tədvinini tezləşdirən səbəblərin başında Hz. Osmanın şəhid edilməsi hadisəsindən dərhal sonra Xavaric və Qaliyyə kimi siyasi firqələrin, I (VII) əsrin sonlarından etibarən Qədəriyyə və Mürciə, bir müddət sonra da Cəhmiyyə və Müşəbbihə kimi etiqadi məzhəblərin ortaya çıxması gəlir.

Mühafizəkar çoxluğuna qarşı olan bu firqə və məzhəb tərəfdarlarına sərf eləməyən hədisləri inkar etmələri, fikirlərini dəstəkləmək məqsədi ilə hədis uydurmaları hədisləri toplamaqla məşğul olan şəxsləri mövzu barəsində düşünməyə və bunun qarşısını almağa təşviq etmişdir. Özəlliklə Şianın öz qruplarının lehinə, daha sonra da Abbasi xilafəti tərəfdarlarının xəlifələr lehinə rəvayətlər yaratmaları, ayrıca bəzi mənfəətçilərlə irq və məzhəb təəssübünə qapılmış cahillərin və İslam əleyhdarlarının öz düşüncələri yönündə hədis uydurub yaymaları, bəzi adamların xoş niyyətlə də olsa bunlara hədis uyduraraq qarşılıq verməsi tədvinə tərəfdar olmayan mühəddislərin bu mövzuya olan düşüncələrini dəyişdirmişdir.

Ayrıca bu cür hadisələr onları diqqətsiz və səmimiyyətsiz ravilərə qarşı daha təmkinli davranmağa, rəvayət etdikləri hədisləri kimdən aldıqlarını soruşmağa, bidətçilərin rəvayətlərinən uzaq durmağa vadar etmiş (Darimi, Müqəddimə, 38) və I əsrin ilk yarısından etibarən rəvayətdə isnad məsələsi gündəmə gəlmişdir.

İsnadın başlamasından etibarən Əhli Sünnətə mənsub ravilərin rəvayətləri qəbul görmüş, bidət əhlinin rəvayətləri alınmamışdır. (Müslim, Müqəddimə, 5)

Bunun nəticəsi olaraq hədisi bir ixtisas sahəsi olaraq görən kimsələr tərəfindən ravilər diqqətlicə izlənmiş,yaşayışları, dindarlıq və dürüstlükləri, bidətlə bağlılıqlarının olub-olmadığı, özəlliklə yalan danışıb-danışmadıqları, yaddaşlarının zəif olub-olmadığı araşdırılmış və beləcə, hələ I əsrdə cərh və tədil elmi yaranmış, bunun nəticəsində ravilərin tərcümeyi-halları haqqında geniş bir təcrübə meydana gəlmişdir. 

 

Əməvilərin Misir valisi olan Abduləziz b. Mərvanın bir məktubu erkən dövrlərdən etibarən hədisləri pis niyyətli adamlardan qorumaq məqsədi ilə dövlət xadimlərinin belə qeyri-rəsmi olaraq hədis tədvini ilə maraqlandıqlarını göstərir. Abduləziz b. Mərvan Bədr müharibəsinə qatılan yetmiş səhabə ilə görüşdüyü deyilən mühəddis Kəsir b. Mürrə əl-Hədrahiyə yazdığı bu məktubla Əbu Hureyrənin rəvayətlərinə sahib olduğunu bildirdikdən sonra ondan digər səhabələrdən eşitdiyi hədisləri yazıb ona göndərməsini istəməkdədir.

Bu məktubun nəticəsi bilinməməklə bərabər Xəlifə Ömər b. Abduləziz böyük alimlərin hədisləri yazma işinə artıq qarşı çıxmayacağını anlayınca həm səmimiyyətsiz adamların hədislərə zərər verməsini önləmək, həm də o günə qədər bir yerə toplanmamış səhih hədisləri itib-batmaqdan xilas etmək üçün tədvin işini rəsmən başlatmaya qərar vermişdir. Xəlifə valilərə, Mədinə xalqına, tanınmış alimlərə və bu arada Mədinə valisi və qazısı Əbu Bəkr b. Hazma göndərdiyi yazıda alimlərin ölüb getməsi ilə hədisin yox olmasından qorxduğunu, bu səbəblə Hz. Peyğəmbərin (əsm) hədislərinin və sünnətlərinin araşdırılıb yazılmasını istədiyini ifadə etmişdir. (Darimi, Müqəddimə, 43; Buxari, Elm, 34; Xətib, Təqiyidül-ilim, s. 106)

Əshabın fətvalarını sünnət olduğu düşüncəsiylə yazan, hətta eşitdiyi hər rəvayəti qeyd etdiyi çox sayda kitaba sahib olan İbn Şihab əz-Zühri (ö. 124/742) yetişə bildiyi hədisləri toplayaraq xəlifəyə göndərmək surəti ilə onun əmrlərini ilk yerinə yetirən mühəddis olmuşdur. Ömər b. Abduləziz də yığılan bu hədislərin surətlərini çoxaldaraq çeşidli bölgələrə göndərmişdirş (İbn Abdulbər, I, 331)

Səhabələr tərəfindən qələmə alınan səhifələr bir yana, bir təsbitə görə I əsrin ikinci yarısı ilə II əsrin ilk yarısında 400 qədər mühəddis tərəfindən hədislərin yazıldığı artıq sənədləri ilə bilinməkdədir. (M. Mustafa əl-Azami. İlk Devir Hadis Edebiyatı, s. 58-161; İmtiyaz Ahmed, s. 416-590)

Hədislərin tədvini tamamlananda bunların sistemli bir kitab halına gətirilməsi və beləcə axtarılan hədisləri asanlıqla tapmağa imkan verəcək üsulların inkişaf etdirilməsi istiqamətindəki çalışmalar üstünlük qazanmışdır.

Bəzi alimlər hədisləri mövzularına görə təsnif etməyə və bu şəkildə "müsənnəf" adı verilən növdə əsərlər yazmağa çalışarkən, bəziləri də hədisləri ilk raviləri olan səhabələrin adlarına görə sıralayaraq "müsnəd"deyilən növdə kitablar təlif etməyi üstün tutmişdurlar.

III əsrdə təsnif edilən ən önəmli hədis kitabları olaraq Kütüb-i Sittə qəbul edilməkdədir. Bunların içində sadəcə səhih hədisləri toplamağı hədəfə alan Buxari ilə Müslimin əl-Camius-səhihləri Qurandan sonra İslamın ən mötəbər iki kitabı sayılır. Bu altı kitabın sıralamasında sonuncusu olaraq Malik b. Ənəsin əl-Muvattasını və ya Abdullah b. Abdurrəhman əd-Dariminin əs-Sünənini (əl-Müsnəd) göstərənlər olubsa da, daha geniş yayılmış qənaətə görə altıncı kitab İbn Macənin əs-Sünənidir. Digərləri Əbu Davudun əs-Sünəni, Tirmizinin əs-Sünən adı ilə də anılan əl-Camius-səhihi və Nəsainin əl-Müctəba adı ilə tanınan əs-Sünənidir.

Hədislərin Öyrədilməsi 

İslamiyyəti daha geniş kütlələrə çatdırma məqsədi ilə başladılan əsgəri hərəkat nəticəsində hələ I əsr sona çatmadan İspaniyadan Mərkəzi Asiyaya qədər olan geniş torpaqların İslam coğrafiyasına qatılması səhabələri bu geniş torpaqlar boyunca yayılmağa məcbur etdi. Əshabın bir qismi bu torpaqlarda bir müddət qaldı və oraya məskunlaşdı. Hz. Peyğəmbərin (əsm) tələbələri olan səhabələrlə onların yetişdirdiyi tabiin nəslinin məskunlaşdığı bu coğrafi mərkəzlər böyük önəm qazandı.

Ancaq İslamiyyətin ilk mərkəzi olan Mədinənin özəl bir mövqeyi var idi. İlk dörd xəlifə ilə ən çox hədis rəvayət edənlərdən Əbu Hureyrə, Hz. Aişə, Abdullah b. Ömər və Əbu Səid əl-Xudri mədinədə yaşamışdırlar. Tabiin nəslinin "füqaha-i səba" adlandırılan yeddi böyük fəqihi və hədis elminə böyük xidmətləri ilə tanınan İbn Şihab əz-Zühri də Mədinənin yetişdirdiyi böyük alimlərdəndir. 

Digər elm mərkəzlərindən Məkkədə Abdullah b. Abbas, Attab b. Əsid, İkrimə b. Əbu Cəhil və Osman b. Talha kimi səhabələr; Mücahid b. Cəbr, Ata b. Əbu Rəbah, Amr b. Dinar kimi tabiinlər; on min səhabənin ayaq basdığı rəvayət edilən Şam bölgəsində Muaz b. Cəbəl, Ubadə b. Samit və Əbud-Dərda kimi səhabələr; Əbu İdris əl-Həvlani, Ömər b. Abduləziz kimi tabiinlər; Əhli-Bədrdən yetmiş, Beyətür-rizvan əhlindən 300 nəfərin yetişdiyi Kufədə (İbn Sad, VI, 9) Hz. Əli, Sad b. Əbu Vaqqas, Abdullah b. Məsud kimi səhabələr; Əlkamə b. Qays, İbrahim ən-Nəhai və Şabi kimi tabiinlər; Bəsrədə Ənəs b. Malik, Əbu Musa əl-Əşari, İmran b. Husayn kimi səhabələr; Həsən-i Bəsri, İbn Şirin, Qatadə b. Diamə kimi tabiinlər hədislərin öyrədilməsinə xidmət etmişdirlər.

Digər elm mərkəzlərindən Misirdə Abdullah b. Amr b. As; Məğrib və Əndəlüsdə Mikdad b. Əsvəd, Misvər b. Məhrəmə və Sələmə b. Əqva; Buxara, Səmərqənd, Mərv, Herat, Rey, İsfahan kimi yerləri əhatə edənXorasan və Mavəraənnəhr bölgəsində Bürəydə b. Husayb, Əbu Bərzə əl-Əsləmi və Hakəm b. Amr əl-Qıfari kimi səhabələr məskunlaşdıqları bu yerləri bir hədis öyrətmə mərkəzi halına gətirmişdirlər.

Səhabə nəslinin Hz. Peyğəmbərdən (əsm) şəxsən eşitmədiyi hədisləri digər səhabələrdən öyrənmək məqsədilə etdiyi səyahətlər daha sonrakı dönəmlərdə "tələbətül-hədis" və ya "rihlə" adı ilə davam etmiş, bu arada getdikləri elm mərkəzlərindəki bütün hədisləri öyrənib əzbərləyən güclü hədis hafizləri yetişmişdir. Hədis hafizi və fəqih Məkhul b. Əbu Müslim (ö. 112/730) köləlikdən azad edildikdən sonra Misir, İraq, Hicaz (Mədinə) və Şamı gəzmiş, öz ifadəsinə görə bu bölgələrdə rəvayət edilən hədislərin hamısını öyrənmişdir.(Əbu Davud, Cihad, 146) 

Yetmiş beş illik ömrünün otuz dörd ilini müəyyən elm mərkəzlərində hədis təhsili ilə keçirən əndəlüslü mühəddis Baki b. Məhləd kimi hədis tələbələri az deyildir. Öz vətənlərində lap çox hədis alimi olsa belə, hədis tələbələrinin önəmli elm mərkəzlərini bəzən bir neçə dəfə gəzərək dövrün tanınmış mühəddislərindən hədis rəvayət etmələri bir adət halını almışdı. Ondan hədis öyrəniləcək mühəddis rəvayətlərini bir kitabda toplamış olsa da, bu kitabın mötəbər bir nüsxəsinin əvvəlcə surətini çıxarma, ardınca şəxsən mühəddisdən dinləmə və ya ona ərz etmə, yaxud daha sonrakı dövrlərdə inkişaf etdirilən üsullarla bir kitabın, ya da çeşidli kitabların rəvayəti üçün icazə alma ənənəsi təhsil müddətinin uzanmasına təsir etmişdir.

Bütün çətin imkanlara rəğmən mühəddislərin tükənməyən cəhdlərinin nəticəsində Hz. Peyğəmbərin (əsm) hədisləri bir yerə toplanmış, hədislər arasında rəvayət fərqləri azaldılmış, isnad zəncirlərinin boş yerə uzanması önlənmiş, bu arada hədisləri rəvayət edən şəxslərin həyatları, şəxsiyyətləri, məlumatlarının və hafizələrinin sağlamlıq dərəcəsi ən incə detallarına qədər təsbit edilmişdir.

Qısacası, hədislər Hz. Peyğəmbər (əsm) zamanından etibarən əzbərlənərək, yazılaraq və ən önəmlisi də yaşanaraq mühafizə edilmiş, əlimizdəki hədis qaynaqlarına qeyd edilmişdir. Bu mövzuda şübhəyə səbəb olacaq heç bir şey yoxdur. (bax: TDV İslam Ansiklopedisi, Hadis md.)

11 "Cümə qüslü hər həddi büluğa çatana vacibdir. Misvaklanması, tapdığı halda qoxu sürtməsi də belədir." Bu hədisə görə sayılan şeyləri etmək vacibdir?
 
Alimlərin cumhuruna görə, sözü gedən hədisdə zikr edilən "qüsl etmək, misvak istifadə
 
etmək, gözəl qoxu sürtmək" kimi şeylərin yerinə yetirilməsi vacib deyil, sünnədir. Onlara
 
görə, buradakı "vacib" anlayışı, gücləndirilmiş sünnə mənasında istifadə edilmişdir.
 
Necə ki,
"Kim cümə günü dəstəmaz alarsa, nə gözəl! Kim qüsl alarsa bu daha da
 
fəzilətlidir." (Bax. Zuxeyli, əl-Fiqhul-İslami, I / 387; II / 301-302).
tərcüməsindəki hədis bunu göstərir. Bundan başqa İmam Buxari də bunu ifadə etmək
 
üçün, "Cümə günündə qüsl etmək həddi buluğa çatan hər kəsə vacibdir." hədisinin
 
də yer aldığı Cümə kitabının ikinci babının başlığını "Cümə günü qüsl almağın
 
fəziləti" şəklində qoymağı uyğun görmüşdür.
 
Ümmətin bu günə kimi gələn davranışları da bu istiqamətdədir. Digər tərəfdən sözü
 
edilən hədisdə keçən "vacib" anlayışının "sünnə" mənasında istifadə edildiyini göstərən
 
müxtəlif hədislər və izahlar da vardır. (Bax. İbn Həcər, Fəthul-Bəri, II / 357-365).

12 "Rəbiüləvvəl ayının girdiyini xəbər verən cənnətlik olar, cəhənnəmdən qurtular" kimi rəvayətlər doğrudur?
 
 
Hədis qaynaqlarında belə bir rəvayət tapa bilmədik. Dəlilsiz qaynaqsız bu cür rəvayətlərə
 
etibar etməyin.

13 "Kim bir qövmə bənzəməyə çalışarsa, o da onlardandır."

"Kim bir qövmə bənzəməyə çalışarsa, o da onlardandır."

(Əbu Davud, hədis no: 4031; Əhməd b. Hənbəl, Müsnəd, ll, 50, 92)

---------------------

İzahı:

Bu hədis, 2 mövzuya işarət edir:

1. Küfr, fisq, üsyan əhli kimi pis kimsələrə bənzəmənin qadağan edilməsi.

Allah, pislikləri mövzusunda, hər hansı bir şəkildə onlara bənzəməyi qınamış və belə buyurmuşdur:

كَٱلَّذِينَ مِن قَبْلِكُمْ كَانُوٓا۟ أَشَدَّ مِنكُمْ قُوَّةً وَأَكْثَرَ أَمْوَ‌ٰلًا وَأَوْلَـٰدًا فَٱسْتَمْتَعُوا۟ بِخَلَـٰقِهِمْ فَٱسْتَمْتَعْتُم بِخَلَـٰقِكُمْ كَمَا ٱسْتَمْتَعَ ٱلَّذِينَ مِن قَبْلِكُم بِخَلَـٰقِهِمْ وَخُضْتُمْ كَٱلَّذِى خَاضُوٓا۟ ۚ أُو۟لَـٰٓئِكَ حَبِطَتْ أَعْمَـٰلُهُمْ فِى ٱلدُّنْيَا وَٱلْءَاخِرَةِ ۖ وَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلْخَـٰسِرُونَ

"Onlar da sizdən əvvəl yaşamış münafiqlər kimidirlər. Onlar sizdən qüvvədə daha üstün, mal-dövlət və övlad baxımından daha çox idilər. Onlar öz paylarından zövq aldılar. Sizdən əvvəlkilər öz paylarından zövq aldıqları kimi, siz də öz payınızdan zövq aldınız. Onlar batil fikirlərə daldıqları kimi, siz də daldınız. Onların əməlləri dünyada da, axirətdə də heçə getmişdir. Məhz onlar ziyana uğrayanlardır." (Tövbə/69)

Allah rəsulu (sallallahu aleyhi və səlləm), müşriklərə və Kitab əhlinə (yəhudi və xristiyanlara) bənzəməyi qadağan etmişdir. Günəş doğarkən və batarkən namaz qılmağı da qadağan etmişdir. Buna səbəb olaraq da:

"O sırada, kafirlər günəşə səcdə edərlər." sözü ilə işarət etmişdir.

Dolayısı ilə, o vaxtda səcdə, açıq bir şəkildə onlara bənzəməyə çevrilməktədir.

Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"Şübhəsiz, yəhudilər və xristiyanlar, saçlarını boyamazlar. Siz onlara müxalifət edin." buyurmuşdur. (Buxari, Libas/67)

Digər bir rəvayət belədir:

"Saç və saqqalı(n rəngini) dəyişdirin, yəhudilərə bənzəməyin!" (Nəsai, hədis no: 5074)

Başqa bir rəvayət belədir:

"Saqqaları salın, məcusilərə müxalifət edin!" (Muslim, Təharət: 55)

Yenə Ondan belə buyurulmuşdur:

"Bizdən başqasına bənzəyən, bizdən deyildir. Yəhudi və xristiyanlara bənzəməyin." 

Bu hədisi, Tirmizi (İstizan/7) rəvayət etmişdir.

Allah rəsulu (sallallahu aleyhi və səlləm), bayramları mövzusunda da, onlara bənzəməyi qadağan etmişdir. 

Abdullah b. Ömər (radiyallahu anh) belə deyir:

"Kim müşriklərin torpaqlarında qalar, onların Novruz və Mihrican bayramlarına qatılar və ölüncəyə qədər onlara bənzərsə, qiyamət günü onlarla birlikdə dirildilər."

Müşriklərə, qəzaba uğrayanlara və azmışlara bənzəmək, qadağandır. Ancaq bu ümmət, sözü doğru və doğrulanmış olan Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in bildirdiyi kimi bu hala mütləq düşəcəkdir:

"Özünüzdən əvvəlki millətlərin yoluna qarış-qarış, qulac-qulac tabe olacaqsınız. Hətta onlar, (dar) bir kərtənkələ dəliyinə girsələr, siz də mütləq o dəliyə girəcəksiniz."

Səhabələr:

"Ey Allahın rəsulu, (bu qəsd etdiyin millətlər) Yəhudilər və xristiyanlardır mı?" 

diyə soruşdular. Allah rəsulu da:

"Başqa kim olacaq?!" buyurdu. (İbn Macə, Fitən/17)

İbn Uyeynə belə deyir:

"Belə deyilirdi:

'Alimlərimizdən sapanların, yəhudilərlə; abidlərimizdən sapanların da, xristiyanlarla bir bənzərliyi vardır."

Allah, yəhudi alimlərini:

1. Haram yediklərindən;
2. Malları batil yollarla istifadə etdiklərindən;
3. İnsanları Allah yolundan        uzaqlaşdırdıqlarından;
4. Haqsız yerə peyğəmbərləri və insanlar arasında ədaləti əmr edənləri öldürdüklərindən;
5. Həqiqətə qarşı kibirlərindən;
6. Qazanclarının/liderliklərinin bitəcəyindən qorxaraq, bilərək həqiqəti tərk etdiklərindən;
7. Həsədləri, qəlb qatılıqları;
8. Həqiqəti gizləməkləri; və
9. Haqqı batil ilə qarışdırmaqlarından 

dolayı qınamışdır.

Bütün bu özəlliklər, bidət əhli və onlara bənzəyənlərin pis alimlərində görülür. Bunun üçün Rafizilər,  yetmişə yaxın mövzuda yəhudilərə bənzədilmişlərdir.

Xristiyanlara gəlincə isə, Allah onları:

1. Cahillikləri və sapıqlıqlarından;
2. Haqsız yerə dində ifrata vardıqlarından;
3. Bir insanı haqq etmədiyi dərəcəyə yüksəltmələrindən, hatta onun ilah olduğunu iddia etmələrindən;
4. Halal və haram mövzusunda öndə   gələnlərinə tabe olmalarından dolayı

 qınamışdır.

(Əbu Musab Talat b. Fuad əl-Hulvani'nin, ibn Rəcəb'ə aid hədis şərhləri və risalələrindən meydana gələn: "Məcmuu Rasailu'l-Hafiz ibn Rəcəb əl-Hənbəli" əsərindən nəqil: "Yeddinci hədis: Cihad")

14 İmam Buxari və onun hədis kitabı haqqındakı digər iddialara cavablar...

İddia:
    İmam Buxari ilə İmam Müslim arasında bir-birinin kitablarında olan hədislərin səhih olub-olmaması xüsusunda dərin ixtilaf vardır. Bir-birilərinə: "Sənin kitabındakı hədislər səhih deyil", - demişdirlər.

Cavab:
    Yalan olar, iftira olar, amma bu dərəcədə də yox! Hər halda indiyə qədər qarşılaşdığımız ən böyük yalanlardan biri Buxari və Müslimin bir-birilərinə: "Sənin kitabındakı hədislər səhih deyil", - demiş olmalarını iddia etməkdir. 

Hədislər onların sənədlərində yer alan ravilərin durumlarına görə səhih və ya həsən, qarib, zəyif, məvzu və s. olurlar. Bir hədisin səhih (etibarlı) ola bilməsi üçün onu rəvayət edən ravilərin hamısı bu şərtləri (bunlar sadəcə həmin şərtlərin bir qismidir) daşımalıdır: Gündəlik həyatlarında, xüsusən də hədis nəqlində yalan danışmamış olmalıdırlar. İbadətlərində,  qüsur olmamalıdır. Yaddaşları güclü olmalıdır. Hədisi eşidib rəvayət etdiyi insanı görmüş olmalıdır.

Buxari və Müslim arasında fərq buradan qaynaqlanır. Müslim deyir: "Bir ravi yuxarıdakı bütün şərtləri daşıyırsa, hədisi eşitdiyi ravini də gördüyünü bildirirsə və həmin dövrdə onlar eyni yerdə olublarsa, onda mən bu hədisi kitabıma daxil edə bilərəm". Buxari isə belə deyir: "Bir ravi yuxarıdakı bütün şərtləri daşıyırsa, hədisi eşitdiyi ravini də gördüyünü bildirirsə və həmin dövrdə onlar eyni yerdə olublarsa, bu hədis səhihdir. Ancaq öz kitabıma bu hədisi daxil etməm üçün, ravinin hədisi eşitdiyi digər ravini  gördüyünü bildirməsi ilə yanaşı, başqa biri də o dövrdə onların görüşdüyünə şahidlik etməlidir".

Qısacası, Buxari və Müslim arasındakı ixtilaf dərin deyil. Nümunə verəcək olsaq, biri 90 xalı keçən hədisləri, digəri 80 xalı keçən hədisləri öz kitabına layiq görmüşdür. Sadəcə olaraq hər birinin kitabındakı əsl hədislər 75 xalı keçdiyindən səhih sayılır. Və heç biri: "Ancaq mənim kitabımdakı hədislər səhihdir", - deməmişdir.

Əlavə məlumat üçün tıklayın:

Bizlere hadis ilimleri ve hadis kategorileri hakkında bilgi verir misiniz? | Sorularla İslamiyet
Buhari ve Müslim sahihlikte anlaşamamış mı? | Abdullah Erkan

İddia:
Bir hədisi rəvayət edənə ravi deyilir. Hədisi bir-birindən rəvayət edənlərin yaratdığı zəncirə hədisin sənədi deyilir. Hədislər sənədlərində olan ravilərin güvənilən olub-olmamasına görə səhih və ya zəyif sayıla bilər. Buxariyə qədər bir hədis çoxlu ravilərdən keçir. Buxari bunlardan sadəcə öz dövründə yaşayanların etibarlı olub-olmamasına əmin ola bilər. Bəs vəfat etmiş ravilərin güvənilən olduğunu haradan bilib?

Cavab:
Hər halda bu sualı verən insanın rical kitablarından xəbəri yoxdur.

Rical elminə dair mənbələrdə hər bir ravinin nə zaman və harada doğulduğu, adı, atasının adı, ləqəbi, nisbəsi, səyahətləri, haralarda kimlərlə görüşdüyü, şeyxlərinin kimlər olduğu və onlardan hansı rəvayətləri aldığı, hansı tələbələrə hədis nəql etdiyi, haralarda yaşadığı və ya məskunlaşdığı, yaşlılıq və ya xəstəlik kimi yaddaş zəifliyindən əziyyət çəkib-çəkmədiyi, əgər çəkibsə, hansı tarixdən etibarən bunun baş verdiyi, yaddaş zəifliyi yaşadıqdan sonra hansı hədisləri öyrəndiyi, harada və nə zaman vəfat etdiyi, haraya dəfn edildiyi, güvənilən olub-olmaması haqqında hansı təhlillərin aparıldığı kimi mövzularda məlumat verilir. 

İmam Buxari də hələ kiçik yaşlarında rical elminə dair mənbələri öyrənmiş, bu elmlə əlaqəli kitab yazmışdır.

Qısacası, vəfat etmiş bir ravi haqqında detallı məlumat sahibi olmaq rical kitabları sayəsində mümkündür.

Əlavə məlumat üçün baxın:

Ricâlü'l-Hadîs maddesi | TDV İslâm Ansiklopedisi

İddia:
İmam Buxarinin dəvə belində günlərcə bir hədis öyrənmək üçün gəzdiyini deyirlər. Lakin Fuat Sezgin "Buhârinin Kaynakları" kitabında isbat edib ki, Buxari bu kitabı yazmaq üçün aylarca yol qət etməmiş, hazır materiallar əsasında yazmışdır.

Cavab:
1. Hədislər kitabət, tədvin, təsnif kimi mərhələlərdən keçmişdirlər. Bir hədis üçün günlərcə yol qət etmə hədislərin yazıya alındığı ilk zamana - kitabətə aiddir. Buxari isə təsnif dövrünün alimidir. Yəni o anadan olanda nəinki kitabət, hətta tədvin (yazıya alınmış hədisləri bir yerə toplama) dövrü də bitmişdi.

Buxari isə onsuz da qabaqcadan bir yerə toplanmış hədislərin səhih olanlarının bir qismini seçib öz kitabına daxil etmişdir.

Bəli, elə vaxt olurdu ki, bir hədisi dinləmək üçün günlərlə yol gedirdi. Lakin bir elm məclisinə qatılaraq bir gündə yüz hədis öyrəndiyi vaxtlar da olub.

2. Bir hədis həm Buxaridən əvvəl yazılmış kitablarda, həm də Buxarinin kitabında keçirsə, bu onu göstərmir ki, Buxari o hədisi əvvəlki kitablardan kopyalayıb.

Tutaq ki, mən öz müəllimimdən Nizami Gəncəvinin bir qəsidəsini öyrəndim. Sonra da bunu kitabıma yazdım. Lakin məndən əvvəl başqaları da bu qəsidəni öz müəllimlərindən öyrənib öz kitablarına yazıblar. İndi mən bu qəsidəni başqalarının kitablarından kopyalamış oldum, yoxsa müəllimimdən öyrənmiş oldum?

Hədislərdə də vəziyyət belədir.

İddia:
Buxari Peyğəmbərdən iki yüz il sonra yaşayıb. Özündən iki yüz il əvvəl yaşamış birinin (əsm) sözlərini haradan bilə bilər?

Cavab:
Bu iddianın cavabı yuxarıda verildi. Buxari anadan olanda onsuz da hədislər toplanmışdı. Ayrıca hədislər Peyğəmbərdən yüzillər sonra yazılmayıb, hələ onun dövründə də yazılırdı.

Ətraflı məlumat üçün oxuyun:

Hədislərin bir çox insanlar vasitəsilə dildən-dilə keçərək yayıldığını bildiyimiz halda hədislərə niyə inanmalıyıq?

İddia:
Buxari 600000 (altı yüz min) hədis bildiyini deyir. Əvvəla, bu qədər hədisi öyrənməyə ömrü yetməz, ikincisi də kitabına yeddi min iki yüz hədis daxil edib, qalan beş yüz doxsan üç min hədisi almayıb. Deməli, Buxari də hədis inkarçısı olub?

Cavab:
1. Bu iddianın yaranmasına səbəb niyə bir milyon, və ya altı yüz min hədisin olduğunu bilməməkdən irəli gəlir.

Hədislər sənəd və mətn olmaqla iki hissədən ibarət olur. Nümunə:

Bizə Əhməd, ona Elman, ona Nailə, ona Əkbər, ona da müəllim belə deyib: "Uşaqlar, sabah da dərsə hazır gəlin!"

Yuxarıdakı cümləni hədis qəbul etsək, altından xətt çəkilmiş hissə hədisin sənədi, əl yazısı ilə yazılmış hissə isə hədisin mətnidir.

Bir hədisin mətni eyni olsa belə, mətnə bağlı olan sənədlər fərqlənərsə, onda iki fərqli hədis yaranar. Məsələn, "Əməllər niyyətlərə görədir" hədisi 700-dən çox ravi tərəfindən nəql edildiyindən, hər nə qədər mətnləri eyni olsa da, 700-dən çox "Əməllər niyyətlərə görədir" hədisi vardır.

İmam Buxarinin "Camius-Səhih" kitabında 2000-dən artıq hədis vardır. Lakin vəziyyətə bağlı olaraq bir hədisi bəzən beş, altı, yeddi... yerdə təkrar etdiyindən kitabda 7000-dən artıq hədisin olduğundan danışılır.

Bütün bu izahlardan sonra anlayırıq ki, hədislərin sayı əslində bir milyona və ya altı yüz minə bərabər deyil, ən çoxu yüz minə bərabərdir. Sayım zamanı yaranan müxtəliflik eyni hədis mətninin müxtəlif sənədlərlə rəvayət edilməsindən yaranmışdır. Əgər sadəcə hədislərin mətnləri sayılsa, bunların da səhih (mötəbər) olanlarını götürsək, əlimizdə on mindən az hədis qalar ki, Quranda altı min ayə olduğunu nəzərə alsaq, on min hədisin çoxluğundan şikayət etmək mümkün deyildir.

2. Buxari öz kitabına daxil etmədiyi hədisləri inkar etməyib ki ona hədis inkarçısı deyək. Kitabın həcmini böyütməmək üçün lazımi hədisləri daxil etmiş, qalanlarını inkar etməmişdir.

Ətraflı məlumat üçün tıklayın:

İmam Buhari Savunması

15 Acvə xurması hədisi

Bu ilin iyul ayında Haber Turk kanalında Caner Taslaman ilə Ebubekir Sifil xoca arasında gedən müzakirəni bir çox müsəlman maraqla izləyib. Münaqişə sünnəti, hədisləri şəriətin qaynağı olaraq müdafiə edən tərəf ilə onları tamamilə etibardan salan, inkar edən tərəf arasında sürürdü. Caner əlbəttə ki, hədisləri peyğəmbərin – aleyhissələm – sözləri olmasını qəbul etməyən tərəf idi.

Bu cür müzakirələrdən sonra insan adətən “mən olsaydım belə cavab verərdim” şəklində gecikmiş düşüncələr ilə üzləşir. Gecikmiş olmasına baxmayaraq onların məlumat baxımından öz yeri olmalıdır. Bu məqalədə beynimizdə dönüb dolaşan bu fikirlərdən birini oxucular ilə bölüşmək istəyirəm. “Sünnət Karvanı” kitabında da bu fikrə bir qədər yer vermişik, amma bu fikrin ayrıca təqdim edilməsinin faydalı olacağına inanırıq.

Canerin hədisləri etibardan salmaq üçün istifadə etdiyi metod onlardakı problemləri qabarıq şəkildə göstərməkdən ibarət idi. O, müsəlmanları bəzi hədislərin müasir elmin işığında cəfəngiyat olduğuna inandırmaq istəyir. Ona qulaq asan xəbərsiz bir kimsə elə güman edər ki, bu hədislərin tərkibindəki problemi Caner kimilər müasir zamanımızda kəşf ediblər və müsəlman alimləri əsrlər boyunca onlardan qafil qalıblar. Lakin belə bir təsəvvür həqiqətdən yalnız bu qədər uzaq ola bilərdi. Həqiqət budur ki, problem hədisin özündə deyil, hədisdən anlaşılan mənalardan birində mövcuddur. Bu gün hədisləri inkar etmək üçün modernistlərin, məalcıların dayaq nöqtəsi olaraq götürdükləri bu problemləri əsrlər öncə müsəlman alimləri görüblər və alternativ mənalara işarə edərək o problemlərin hədisdən anlaşılan digər mənalarda olduğunu göstəriblər. Burada biz Canerin səhnədəki şoumenlik üslubunu xatırladaraq göstərmək istədiyi problemlərə misal verəcəyik və keçmiş alimlərimizin o problemlərə verdikləri cavablarını təqdim edəcəyik.

Acvə xurmaları

Caner proqramda “məntiqə zidd olan” bir hədisi misal verir. Bu hədisi əl-Buxari və Muslim “əs-Sahih” kitablarında rəvayət ediblər. Hədisə görə Sad bin Əbi Vaqqas deyir: “Allahın elçisini – salləllahu aleyhi va səlləm – belə deyərkən eşitdim: “Kim sabahını yeddi acvə xurması ilə açarsa o gün ona nə zəhər, nə də sehr təsir etməz.” Caner bu hədisi qeyd etdikdən sonra acvə xurmalarını və ardınca siçan zəhərini çıxarır. Belə bir şou ilə Caner sübut etmək istəyir ki, bir kimsə bu hədisə inanırsa mütləq çəkinmədən yeddi xurmanı yeyib ondan sonra rahatlıqla zəhəri qəbul edə bilər. Əgər bunu etmirsə o zaman bu hədisi qəbul etməməli və inkar etməlidir. Lakin burada belə bir sual ortaya çıxır. Məgər bütün müsəlman alimləri bu hədisdən Canerin təqdim etmək istədiyi mənanımı anlayıblarmı? Çünki Canerin – həmçinin xeyli müsəlmanın - hədisdən başa düşdüyü məna budur ki, yeddi acvə xurmasında bütün növ zəhərlərə qarşı dərman vardır. Sualın cavabı budur ki, hələ əsrlər öncə müsəlman alimləri bu hədisə alternativ mənalar veriblər və hədisdən yalnız bir məna başa düşməyiblər. Misal üçün hicri dördüncü əsrin alimlərindən Əbu Süleyman əl-Xattabi əl-Busti (h. 319-388) bu hədisi şərh edərkən deyir: “Onun zəhər və sehrdən müdafiə olmasına gəldikdə bu, təbərrük (bərəkətlənmə) yolu ilədir, çünki peyğəmbər – salləllahu aleyhi va səlləm – bundan öncə onun üçün dua etmişdi, yoxsa xurmanın öz təbiətində bunu edə biləcək bir şey yoxdur.” (“Əaləmul-Hədis”, 3/2054;) Deməli əl-Xattabi’yə görə xurmanın özündə bioloji olaraq zəhərə və sehrə qarşı müdafiə yoxdur. Müdafiə peyğəmbərin – aleyhissalətu vassələm – duasındadır, duasının bərəkətindədir. Bu fikri həmçinin altıncı əsrin alimlərindən Əbul-Fərac İbnul-Cəvzi əl-Hənbəli (h. 510-597) “Kəşful-Muşkil” adlı kitabında dəstəkləyir. Bu anlayış demək olar ki, əksər müsəlman alimlər tərəfindən qəbul edilir. Lakin burada belə bir sual ortaya çıxır. Peyğəmbərin duası öz zamanındakı müəyyən bir il və ya illərdə xurma ağaclarının verdiyi məhsul üçün idi yoxsa dünyanın sonuna qədər davam edəcək bütün acvə xurmalarına da aiddir. Burada artıq müsəlman alimlərinin arasında fikir ayrılığı vardır. Gəlin hələ əsrlər öncə tibb elmi çərçivəsində hədisləri anlamağa çalışmış müsəlman alimlərinin sözlərinə misallar verək. Hicri beşinci və altıncı əsrin dahilərindən və böyük alimlərindən Əbu Abdilləh Muhəmməd bin Əli ət-Təmimi əl-Məziri əl-Məliki (h. 453-536) bu hədisin şərhində deyir: “Bu, mənası tibb elmi yolu ilə əql edilə bilməyən bir hədisdir. Hətta əgər xurmanın zəhərə qarşı mənfəətini göstərən bir tərəfinin tibb baxımından üzə çıxması səhih olsa belə bu sayla – yəni yeddi sayı ilə - məhdudlaşdırmanın bir izahını, nə də xurmanın acvə olan bu cinsi ilə məhdudlaşdırmanın bir izahını üzə çıxarmağa (tibb) qadir deyildir. Ola bilsin ki, bu, onun – salləllahu aleyhi va səlləm – zamanının əhlinə və ya onların əksəriyyətinə xas idi, çünki əksər hallarda bu səbəblə şəfanın baş verməsinin bizim zamanımıza qədər davam etməsi mənim nəzərimdə sabit olmamışdır.” (“əl-Mu’lim bi Fəvaid Muslim”, 3/121;) əl-Məziri gördüyümüz kimi bunun o dövrə xas olması qənaətindədir. Hətta bəzi alimlərimiz bunu yoxlamaq üçün təcrübəyə baş vurmağı da təklif edib. Bunu Əbul-Abbas Əhməd bin Ömər əl-Qurtubi (h. 578-656) “əl-Mufhim” kitabında zikr edir və deyir: “Bu, tibbi ölçülər ilə idrak edilə bilməyən xüsusi mənalardandırmı? Yoxsa bu, tibbi ölçülərə qayıdır? Alimlərimiz bu barədə ixtilaf ediblər. Onlardan bəziləri bunun izahı üçün əziyyətə qatlanıb və deyib: Zəhər sadəcə olaraq aşırı soyuqluğuna görə öldürür, əgər davamlı olaraq hər səhər acvə yeyərsə onda hərarət hakim olar və insandakı təbii hərarət onun köməyindən istifadə edər və zəhərin soyuqluğu möhkəm oturuşmadan öncə bu hərarət onunla üzləşər və Allahın izni ilə sahibi sağalar.

Deyirəm: Bu (izah) Mədinə acvəsinin xüsusiliyini aradan qaldırır, ümumiyyətlə acvə sortunun xüsusiliyini, hətta xurmanın xüsusiliyini kənarlaşdırır. Çünki hərarətli ədviyatlar mövcuddur ki, bu baxımdan xurmadan da yaxşıdır və bu, işin mütəxəssislərinə məlumdur. Burada deyilməsi doğru olan budur ki, bu, doğru sözlü peyğəmbərin – salləllahu aleyhi va səlləm – xəbər verdiyi kimi Mədinə şəhərinin acvə xurmalarına xasdır. Sonra bu, peyğəmbərin – salləllahu aleyhi va səlləm – danışdığı vaxta məxsusdurmu yoxsa bütün zamanlarda keçərlidir? Bunların hamısı möhtəməldir.

Bu ehtimalları kənarlaşdıran metod təkrar-təkrar edilən təcrübələrdir. Əgər bizim bu zamanımızda da xurmanın fayda verdiyini görsək biləcəyik ki, bütün zamanlara aiddir. Amma çox təcrübə apardıqdan sonra belə bir şey tapmazsaq biləcəyik ki, bu, həmin sözün deyildiyi zamana məxsusdur.” (“əl-Mufhim limə Əşkələ min Təlxisi Kitəbi Muslim”, 5/322;) Beləliklə də peyğəmbərin – aleyhissalətu vassələm – hədisindəki mənalardan hansının doğru olduğunu anlamaq üçün dünyəvi elmlərdən istifadə etmək mümkündür və bunu İslam alimləri əsrlər öncə söyləyiblər. Bizim müasir zamanımızda Caner kimilər dünyəvi elmə əsaslanaraq hədisləri tamamilə inkar etdikləri halda orta əsrlərdəki müsəlman alimlər dünyəvi elmi istifadə edərək hədisləri doğru anlamağa çalışıblar.

Samir Firdovsioglu

16 Sultan Muhamməd əl-Fatih və Konstantinopol haqqındakı hədis.

İmam Əhməd “əl-Musnəd” kitabında (31/287) deyir:

“Abdullah bin Muhəmməd bin Əbi Şeybə bizə rəvayət etdi; Zeyd bin əl-Hubəb bizə rəvayət etdi; dedi: əl-Valid bin əl-Muğira əl-Məafiri mənə rəvayət etdi; dedi: Abdullah bin Bişr əl-Xas’ami mənə atasından rəvayət etdi ki, o, peyğəmbəri – salləllahu aleyhi va səlləm – belə deyərkən eşidib: 

“Konstantinopol şübhəsiz ki, fəth olunacaq. Onun əmiri necə də gözəl əmirdir, o ordu necə gözəl ordudu!”

Müsəlmanların bir hissəsi bu hədisin müzakirəsini aparır. İndi siz müzakirənin məğzinə diqqət edin! Bu müsəlmanların dərdi budur ki, bu hədisin Sultan Muhamməd əl-Fatih’ə aid edilməsi onları çox rahatsız edir, onların qəlbinə sıxıntı salır. Nə üçün? Çünki bu hədisi qəbul etsələr Muhəmməd əl-Fateh’ə təzkiyyə vermiş olacaqlar; belə çıxır ki, bununla onun əqidəsini doğruya çıxarmış olurlar. Axı bunu necə etmək olar ki?! Muhamməd əl-Fateh sufi maturidi olub, yəni bu işdə həvəs göstərən tayfanın nəzərində böyük bir bidət əhli olub. Ona görə də xüsusi səylə hədisi batil çıxarmağa çalışırlar, bir digər qrup isə bu hədisin səhih olduğu təqdirdə belə Muhamməd əl-Fateh’ə aid ola bilməyəcəyini sübut etməyə çalışırlar. Həqiqətən də çox mənasız bir məşğuliyyətdir!

Məndən bu barədə izahat tələb edən qardaşlar üçün demək istəyirəm ki, bu hədisi keçmiş alimlərimizin, mühəddislərimizin əksəriyyəti səhih sayıblar. Müasirlərimizin əksəriyyəti isə - misal üçün əl-Albani, Şueyb Arnavut, Muqbil əl-Vadi’i, Saləhuddin əl-İdlibi və sair – bu hədisi zəif hesab edirlər. Keçmiş alimlərimizə gəldikdə bu hədisi əl-Hakim ən-Neysəburi “əl-Mustədrak” kitabında (8300) səhih hesab edir. əz-Zəhəbi “ət-Təlxis” kitabında onunla razılaşaraq səhih olduğunu deyir. əl-Hafiz İbn Abdilbərr “əl-İstiy’ab” kitabında (1/170) deyir: “İsnadı həsəndir, bunu ondan oğlu Ubeydullah bin Bişr’dən başqası rəvayət etməyib.” Nuruddin əl-Heysəmi “Məcməuz-Zəvaid” kitabında (6/219) deyir: “Bunu Əhməd, əl-Bəzzər və ət-Tabərani rəvayət edib və raviləri siqadır.” əl-Hafiz Şihəbuddin əl-Busiri “İthəful-Xiratil-Məhəra” kitabında (8/106) deyir: “Bunu Əbu Bəkr bin Əbi Şeybə və Əhməd bin Hənbəl rəvayət edir və raviləri siqadır.” əs-Suyuti “əl-Cami əs-Sağir” kitabında hədisin səhih olduğunu deyir. İmam Muhəmməd bin Yusuf əs-Salehi “Subulul-Hudə var-Raşəd” kitabında (10/129) ravilərinin siqa olduğunu deyir. Abdurrauf əl-Munəvi “ət-Təysir” adlı şərhində (2/290) hədisin isnadının səhih olduğunu deyir. Əli bin Əhməd əl-Azizi “əs-Sirac əl-Munir” kitabında (4/121) həsən olduğunu deyir.

İndi necə olur ki, keçmiş alimlərimiz bu hədisə səhih deyirlər, amma müasir alimlərimiz bunu zəif hesab edirlər? Bəli, bu hədis barəsində müasirlər ilə keçmişdəkilər arasındakı ixtilaf hədisin ravisi Abdullah bin Bişr ilə bağlıdır. Bəzi rəvayətlərdə o, əl-Ğanəvi olaraq zikr olunur, digərlərində isə əl-Xas’ami olaraq keçir. Müasir alimlərimiz hədisi zəif çıxardarkən Abdullah əl-Ğanəvi ilə Abdullah əl-Xas’ami’nin iki ayrı insan olduğunu deyirlər və əl-Xas’amini siqa olaraq qəbul etdikləri halda əl-Ğanəvi’nin məchul ravi olduğunu deyirlər. Amma görünür ki, keçmiş alimlərin əksəriyyəti bu ikisinin eyni insan olması rəyində olublar. Bu hədisi səhih sayanlar çox ehtimal ki, bu səbəbə görə səhih sayıblar.

İkincisi isə bu hədis nə üçün Muhəmməd əl-Fateh haqqında ola bilməz ki?! Hədisin kiminsə əqidəsini mədh etməkdən ötrü varid olması şərt deyildir, sadəcə olaraq ordu əmirinin bir əmir kimi gözəl biri olduğunu xəbər verir. Şübhəsiz ki, Muhamməd əl-Fateh İslam tarixinə düşmüş ən gözəl əmirlərdən biridir. Bidət əhli də olmayıb, əhlüs-sünnətin şanlı və şərəfli sultanlarından biri olub. Bizim bu günümüzə qədər yaşamış tarixçilərimiz onu yalnız xeyir ilə yad ediblər. Bəs bu günlərdə bu mövzunu qaldırıb bu tarixi şəxsiyyətin simasını qaralamağa nə ehtiyac var? Bunu etməyə vadar edən nədir? Çoxmu önəmli bir mövzudur?!

Bəli! Biz ümid edirik ki, bu hədis Muhəmməd əl-Fateh üçün bir müjdə olsun! Şübhə yoxdur ki, bu hədisin onun haqqında varid olduğundan əmin ola bilmərik, çünki ikinci ehtimal bunun gələcəkdə baş verməsidir, çünki hədislərdən anlaşılır ki, Konstantinopol Qiyamətə yaxın bir zamanda bir daha da fəth olunacaq. İstənilən halda biz ümid edirik ki, bu təriflənmiş əmir Muhəmməd əl-Fateh’dir və onun üçün dua edirik.

Samir Firdovsioglu

17 Səhih-i Buxaridə qeyd edilmiş meymunların daşqalaq edilməsi haqqındakı hədisi necə anlamalıyıq?

Bu rəvayət İmam Buxarinin "Camius-Səhih" adlı kitabında qeyd edilmişdir. Rəvayəti Amr b. Meymun adlı şəxs nəql edir. Həmin rəvayətdə deyilir ki, cahiliyyə dövründə bir qrup meymun zina etmiş bir meymunu daşqalaq edirmiş (bu, Amrın düşüncəsidir), Amr b. Meymun da onlara qoşulub digər meymunu daşlamağa başlayıb.

Göründüyü kimi, bu məlumat Rəsulullaha aid bir hədis deyildir. Rəvayəti başa düşmək üçün bunlara diqqət etməliyik:

Hədislər sənəd və mətn olmaqla iki hissədən ibarət olur. Məsələn, "Əməllər niyyətlərə görədir", - cümləsi hədisin mətnidir. "Hz. Ömər Rəsulullahdan (əsm), filan tabii Hz. Ömərdən, filan təbə-i tabiun həmin tabiidən ... eşidərək dedi ki..." - hissəsi isə o hədisin sənədidir. Bir hədisin sənədində yer almış şəxslərin etibarlı olub-olmamasına görə həmin hədis mötəbər və ya zəyif hesab olunar. Bütün hədis ravilərinin (rəvayət edənlərin) doğum, ölüm tarixlərini, etibarlı olub-olmadıqlarını, qısa həyat tarixlərini yazan rical mənbələri vardır. Məsələn, hədisin sənəd zənciri içində yer alan ravilərdən biri ibadətə əhəmiyyət verməyən, yaxud yaddaşı zəyif olan, rahatlıqla yalan uydura bilən və s. adam olarsa, həmin an o hədis etibarını itirər. Bu səbəblə də hədislərin mötəbər olub-olmadığını bilmək üçün sənədin çox önəmli rolu var.

İmam Buxarinin "Camius-Səhih" kitabında bir hədis üç, dörd, altı, yeddi... dəfə müxtəlif yerlərdə təkrarlana bilir. Məsələn, "Əməllər niyyətlərə görədir", - hədisi yeddi ayrı yerdə qeyd edilib. Hər dəfə eyni hədisin sənədini mətnin üstünə yazmaq kitabın həcmini artıracağından daha əvvəlki bölümlərdə sənədini qeyd etdiyi hədislər başqa yerdə təkrarlandığı zaman sadəcə mətni yazmaqla kifayətlənir.

Başqa qrup hədislərin isə mətni kitabda var, lakin sənədi ya əskik verilib, ya da heç verilməyib. Belələrinə müəlləq hədis deyilir. İmam Buxari (ra) belə hədisləri kitaba mövzu ilə əlaqəli olduğundan daxil etmiş, bununla da oxucuya nəsə çatdırmaq istəmiş, lakin etibarlı hədis olmadığını bildirmək üçün sənədini qeyd etməmişdir. Bu hədislərdən biri də meymunların daşqalaq edilməsi haqqındakı hədisdir.

İmam Buxari (ra) bu hədisin sənəd qismini əskik vermişdir. Bununla da, hədisi etibarlı hesab etmədiyini oxucuya bildirmək istəmişdir. Rəvayət kitabın "Mənaqibul-Ənsar" bölümündə keçir. Bu bölümdə səhabilərdən danışılır. Hədisin buraya qoyulması ilə İmam Buxari ravi Amr b. Meymunun səhabədən olmadığını bildirmək istəmiş ola bilər. Ola bilsin ki, həmin zamanlarda Amr b. Meymun səhabi hesab edilirdi və sənədində Amr b. Meymunun olduğu tək hədis meymunun daşqalaq edilməsi hədisi olub. Bunu da kitabına daxil edərək İbn Meymunun səhabədən olmadığını bildirmək istəmiş ola bilər.

Və ya bu hədis camaat tərəfindən etibarlı hesab edilirdi. Sənədini əskik qeyd edərək mötəbər olmadığını bildirmək istəmiş ola bilər.

Hansı məqsədlə bu rəvayəti kitabına daxil etmiş olarsa olsun, sənədi tam verməyərək özünün də bu hdisi doğru saymadığını ortaya qoyduğundan bu rəvayətlə nə səhih hədislər, nə də Buxari həzrətləri tənqid edilə bilər.

18 Orientalistlər və hədis ədəbiyyatı

     Ignaz Goldziher1 1889-cu ildə alman dilində “Muhammedanische Studien” (Müsəlman Elmləri) adlı kitabını nəşr etdikdə Qərbin şərqşünaslığı çizgisində yeni bir nişan ağacı əkmiş oldu. Azərbaycan dilində şərqşünas, avropalıların dilində isə oriyentalist kimi tanınan alimlər Edward Said’ə görə “Xüsusi və ya ümumi baxış acısından Şərqi öyrədən, yazıya tökən yaxud da araşdıran kimsədir və gördüyü iş də şərqşünaslıqdır.” (Edward Said, ”Orientalizm”, səh: 2) Burada onun haqda qısa məlumat verək. Ignaz Goldziher (1850-1921) əsl adı Yitzhaq Yehuda olan yəhudi əslli macar şərqşünasdır. Alman Theodor Nöldeke və holland Christiaan Snouck Hurgronje ilə birlikdə Goldziher Avropada müasir islamşünaslığın banisi sayılır. Goldziher bütün ömrü boyu öz yəhudi dininə sadiq bir kəs olaraq qalmasına baxmayaraq İslam dininə xüsusi bir maraq bəsləyərdi. İslam dinini öyrənmək üçün Macarıstan hökumətinin dəstəyi ilə Suriya, Fələstin və Misirə səyahətlər edib və Qahirədə əl-Əzhar məscidində müsəlman şeyxlərindən islam elmlərini öyrənib. Goldziher İslam dinini bütün əsasları ilə ən məntiqli və şüurlu din hesab edirdi və bu barədə gündəliyində yazır: “O həftələrdə mən İslamın ruhuna o qədər dərin dalmışdım ki, mən daxilən özümün də müsəlman olduğuma əmin olmuşdum və hakimanə bir tərzdə kəşf etmişdim ki, bu – hətta öz etiqadı və rəsmi formulasına baxmayaraq – fəlsəfi düşüncələri tətmin edəcək yeganə dindir. Mənim idealım yəhudiliyi də İslam qədər rasional/şüurlu səviyyəyə qaldırmaq idi. Təcrübəmin mənə öyrətdiyinə görə İslam yeganə dindir ki, mövhumatçı və bütpərəst komponentlər rasional düşüncə tərəfindən yox, elə ənənəvi doktrin/inanc tərəfindən rədd edilir.” (“Tagebuch”, səh: 59;) Goldziher məsləkinin ilk dövründə xristian akademiklər tərəfindən qəbul edilmirdi, lakin daha sonra akademik dairələr onun dərin biliklərini təqdir etməyə məcbur olurlar. Goldziher’in İslam sevgisinə aldanmadan deməliyik ki, İslam dinində bəyənmədiyi və tənqid etdiyi tərəflər də olub. Hətta məsciddə müsəlmanlar ilə birlikdə namaz qıldığını bilsək belə günün sonunda onun bir yəhudi olduğunu nəzərə almalıyıq.

Özündən əvvəlki araşdırmalardan fərqli olaraq Goldziher təqdim etdiyi kitabında çox geniş və təfsilatlı biliklər sərgiləyirdi və şübhəsiz ki, belə bir yenilik şəqrşünaslar mühitini təsirsiz buraxa bilməzdi. O, bu kitabında İslam qaynaqlarındakı hədislərin əksəriyyətinin siyasi dairələr tərəfindən öz maraqlarına xidmət etmək üçün uydurulduğunu iddia edir. İddiasına görə İslam fiqhi öz üstünlüyünü hədislərə yox, lakin qaydalarını əcnəbi mədəniyyətlərdən götürərək İslam mədəniyyətə daxil etmiş və onları dəstəkləmək üçün hədis uydurmuş siyasi dairələrə borcludur. Kitab daha sonra gəlmiş çox sayda şərqşünas üçün ana qaynaq rolunu oynadı və hədisləri tənqid edən qərbli şəqrşünaslar ondan əvəzsiz ilham alıblar.

Bu iddiasında Goldziher bir ilk deyildi. Ondan öncə şotlandiyalı Sir William Muir (1819-1905) və avstriyalı Aloys Sprenger (1813-1893) kimi şərqşünaslar hədis ədəbiyyatının xeyli hissəsinin uydurma olduğunu iddia edirdilər, lakin onlardan heç biri bunu sübut etməyə çalışmaq üçün Goldziher qədər əziyyətə qatlanmamışdı. Buna baxmayaraq Goldziher bütün hədisləri rədd etmirdi, onların içində səhih və etibarlı hədislərin olduğunu qəbul edirdi. Bu işi daha da ötəyə götürən alman əslli Joseph Franz Schacht (1902-1969) oldu. 1950-ci ildə çap etdirdiyi “The Origins of Muhammadan Jurisprudence” (İslami Hüququn Qaynaqları) adlı kitabında (Bu kitabında istifadə etdiyi qaynaqlardan biri də azərbaycanlı şərqşünas Mirzə Kazım Bəy’in “Journal Asiatique” adlı dərgidə çap etdirdiyi məqalələridir.) hədislərin nəinki siyasətçilər tərəfindən uydurulduğunu iddia etmiş, hətta daha da irəli gedərək İslamın böyük fəqihlərini yalanda ittiham etmişdir. Onun iddiasına görə isnadı qırıq və zəif olan hədislər ən qədim hədislərdir, çünki ilk dövrlərdə isnad olmayıb, ona görə də natamam isnadlar mütləq ən qədim hədislərə aid olmalıdır, isnadı ən yaxşı olan hədislər isə gərək ki, sonrakı dövrdə uydurulmuş, saxtalaşdırılmış sözlər olmalıdır. Misal üçün holland şərqşünas Gautier Juynboll (1935-2010) “Nafi, the Mawla of Ibn Umar and His Position in Muslim Hadith Tradition” adlı kitabında Schacht’ın uzantısı olaraq İbn Ömərin azadlı qulu Nafi’nin tarixi bir şəxsiyyət olduğunu inkar etmiş, onun uydurulmuş biri olduğunu demişdir. Onun sözündən belə çıxır ki, aradakı boş linki doldurmaq üçün Malik və onun zamanında yaşayanlar Nafi kimi bir nəfəri uydurublar.

Schacht özündən əvvəlki şərqşünaslardan fərqlənirdi. Aloys Sprenger 1861 və 1865-ci illər arasında çap etdirdiyi “Das Leben und Die Lehre Des Mohammad” (Muhəmmədin Həyatı və Təlimi) adlı üç cildlik kitabında hədis ədəbiyyatında uydurma hədislərin çox olduğunu söyləsə də səhih, doğru olan hədislərin də bir o qədər, bəlkə daha çox olmasını möhtəməl görürdü. Hətta Muir belə hədislərin ümumilikdə tarixi faktlar kimi qəbul edilməsini doğru hesab edirdi. Bu şərqşünasların heç biri Schacht kimi hədisləri tamamilə uydurma hesab etmirdilər. Fransız əslli hollandiyalı şərqşünas Reinhart Pieter Dozy (1820-1883) “Het İslamisme” adlı kitabında3 “Sahih əl-Buxari” kitabındakı hədislərin yarısının uydurma olduğunu iddia edərkən heç olmasa digər yarısına etimad ediləcəyini qəbul edirdi.

Fransız dilində “Essai sur l’histoire del’islamisme” adı ilə yayılmış bu kitab Osmanlı zamanında Abdullah Cevdet tərəfindən “Tarih-i İslamiyyet” adı ilə türk dilinə çevrilib. Bu kitab akademik dairələrdə düşüncə azadlığı vəd edən ikinci məşruiyyət dövründə, daha dəqiq 1908-ci ildə çap edilmiş ilk islam əleyhdarı sayılacaq kitab idi.Osmanlının müsəlman ziyalı təbəqəsi bu kitaba cavab keyfiyyətini daşıyacaq məqalələr və kitablar yazıblar. Bu kitabların içində ən məşhurları Manastırlı İsmail Hakkı’nın “Hakk ve Hakikat” kitabı və İsmail Fenni Ertuğrul’un “İzale-i Şukuk” kitablarıdır.

Goldziher, Brockelmann, Margoliouth və onlardan sonra gələn Schacht kimi orientalistlər hədislərin ilk iki əsrdə bir kitab halında yazılmağını da inkar ediblər. Onların dünyasında ilk hədis kitabları əl-Buxari və Muslim’in “əs-Sahih” kitablarıdır. Daha dəqiq desək ilk dəfə hicri üçüncü əsrdə hədis kitablarının yazıldığını iddia edirlər.

Orientalistlər arasındakı bu küləklər keçən əsrin sonlarına qədər əsməyə davam etdi. Schacht və onun müdafiəçiləri şərqşünaslar arasında çox güclü avtoritetə və təsirə sahib idilər. Şübhəsiz ki, Schacht qazandığı bu nüfuzu hər kəsdən öncə Goldziher’ə borclu idi, çünki – Gregor Schoeler’in sözü ilə ifadə etsək – Goldziher “özündən sonra gələn şərqşünaslara aşkarcasına xeyli təsir göstərmişdi.“ (“The Oral and The Written in Early Islam”, səh: 175)

Doktor Kevin Reinhart qeyd edir ki, “hətta Schacht’ın zamanında –Schacht’ın istehzalı kobud cavabları ilə qismən susdurulmaqlarına baxmayaraq – onunla razılaşmayan bəzi alimlər var idi.” (“Journal of the American Oriental Society”, 130.3 (2010), səh: 417; Juynbolliana, Gradualism, the Big Bang and Hadith Study in the Twenty-First Century)

 

Bu alimlər say etibarı ilə çox olmasalar da Schacht’ın qərəzli yanaşmasını ifşa ediblər. Bunların arasında Almaniyadan Johann Wilhelm Fück (1894-1974) xüsusilə seçilir. O, hədislərin ümumən səhih və etibarlı qaynaqlar olduğunu müdafiə edib və hədislərin dövrünün siyasətçiləri və müsəlman alimlər tərəfindən uydurulduğunu iddia edən şərqşünaslara etiraz edərkən önəmli bir nöqtəyə toxunmuşdur. Fück hədis rəvayətlərinin daha çox Abdullah bin Ömər, Abdullah bin Abbas, Ənəs bin Malik kimi kiçik səhabələrdən rəvayət edildiyini xatırladaraq bunun hədis uydurmaqla uyğun gəlmədiyinə diqqət çəkir, çünki hədisi uyduranlarin təbii olaraq onu güclü göstərmək məqsədi ilə daha böyük səhabələrə nisbət etməkləri gözlənildiyi halda hədislərin çoxu kiçik səhabələr vasitəsi ilə rəvayət edilmişdir.

Hədislərin qədimliyini və mötəbərliyini müdafiə etməkdə xüsusilə seçilən digər şərqşünas Chicago universitetinin professoru şərqşünas Nabia Abbott (1897-1981) idi. Üç cilddə çap etdirdiyi “Studies In Arabic Literary Papyri” (Ərəb Ədəbi Papirusları Üzərinə Araşdırma) əsərində 19-cu əsrdən başlayaraq üzə çıxarılmış qədim papirus parçalarını araşdırması nəticəsində tarixi qaynaqların doğruluğu qənaətinə varır və bununla bağlı kitabın müqəddiməsində buyurur: “Sənədlərdəki xəbərlərin rəvayət zəncirlərini və tərkiblərini və bu xəbərlərin standart toplulardakı mövcud paralellərini analiz etmək, üstəlik Rəvayət elmləri – “ulumul-hədis” – ilə bağlı qaynaqları geniş şəkildə araşdırmaq məni bu nəticəyə gətirib çıxardı ki, şifahi və yazılı rəvayət yolları elə təqribən ilk başdan bir-birinə paralel olaraq formalaşmışdır və səhabələrinin və ona tabe olanların rəvayət etdikləri kimi Muhəmməddən gələn xəbərlər bir qayda olaraq rəvayət yolunun hər bir addımında incəliklə yoxlanılmışdır və xəbərlərin ikinci-üçüncü əsrlərdə “fenomenal artımı” Muhəmmədin hədisi və səhabələrinin hədisinə gəldikdə heç də ilk növbədə onların möhtəvasının artımı deyildi, lakin sadəcə onların paralellərinin və rəvayətin çox saylı zəncirlərinin proqressiv artımını əks etdirir.” (“Studies in Arabic Literary Papyri, 2, Quranic Commentary and Tradition”, səh: 2)

 

Zamanımızın şərqşünas akademikləri artıq Schacht dönəminin tarixdə qaldığını etiraf edirlər. Hədislərin səhihliyini və originallığını müdafiə edən müasir akademiklərdən alman şərqşünas Gregor Schoeler “The Oral and The Written in Early Islam” (Erkən İslamda Şifahi Olan və Yazılı Olan) adı altında çap olunmuş məqalələrində yazılı rəvayətləri şifahi rəvayətlərin qarşısına qoymağı xətalı yanaşma hesab edir. O, misallar və müqayisələrin vasitəsi ilə yazılı rəvayətlərin şifahi  rəvayətlərin əsası və dəstəyi olduğunu uğurla müdafiə edir. Schoeler çox maraqlı bir müqayisə edir və ilk əsrdə yazılmış hədisləri müasir zamanımızdakı universitet professorların mühazirələrində aparılan qeydlərə bənzədir.

 

1944-cü ildə Almaniyada doğulmuş Gregor Schoeler 2009-cu ildən Basel universitetində islamşünaslıq kafedrasının sədridir. Bundan öncə 1982-ci ildən başlayaraq Parisdə Sarbon universitetində professor kimi çalışmışdı. Onun “The Oral and The Written in Early Islam” adlı kitabının əslini alman dilində dərc etdiyi altı məqalə təşkil edir. İlkini 1981-ci ildə, sonrakı məqalələri isə 1985, 1989, 1992 və 2000-ci illərdə nəşr etmişdir.

 

Əlavə edək ki, son əsrdə Qərb universitetlərində qərbli akademiklər ilə birlikdə islamşünaslıq sahəsində araşdırmalar aparanların sırasına əslən müsəlman olanlar da qatıldıqları üçün tamamilə yeni küləklərin əsdiyini görə bilirik. Goldziher və Schacht kimilərinin düşüncələri hələ də qərbli islamşünaslar arasında hakim olsa da artıq o düşüncələrin ciddi tənqidə məruz qaldığı da qəbul olunan bir hala gəlib. Xüsusilə Muhəmməd Mustafa Azami, Vail Hallaq kimi bilim adamlarının verdikləri cavablar keçmiş təsəvvürlərin xətalı olduğunu izhar edir. O, “Studies In Early Hadith Literature” (Erkən Hədis Ədəbiyyatı Haqqında Araşdırmalar) adlı kitabı ilə 1967-ci ildə Cambridge universitetində “fəlsəfə doktoru” statusunu qazanır. Azami bu kitabında birinci və ikinci əsrlərdə yazılmış kiçik hədis kitablarını işıq üzərinə çıxararaq şərqşünaslıq çizgisində yeni bir nişan ağacı əkmişdir. Həmçinin Muhəmməd Həmidullah’ın bu yöndə əməyi heç də Azami’nin əməyindən geri qalmır. Həmçinin Professor Doktor Fuad Sezgin “Buhari’nin Kaynakları” adlı kitabı ilə qərbli akademiklərin düşdükləri yalnışlığa bir daha işıq salmışdır.

Bu kitabımızda oxucu – inşallah - hədisin ilk əvvəldən yazıldığının danılmaz sübutları ilə tanış olacaq. Bu və digər sübutları işıq üzünə çıxaraq Muhəmməd Mustafa Azami kimi müsəlman akademiklər şərqşünasların səmimiyyətsizliyini ifşa etməyi bacarıblar.

 

Sünnət karvanı / Samir Firdovsioğlu

19 Rasulullah alehissalamın amin dediyi 3 dua..

  Allah Rəsulu (sallallahu aleyhi və səlləm) bir dəfə minbərə çıxarkən hər addımında "amin" dedi. Bir addım çıxdı, "amin" dedi, yenə bir addım çıxdı və "amin" dedi, və yenə bir addım çıxdı və "amin" dedi.

  Xütbə bitəndə səhabələr soruşdular ki, - ya Rasulallah, minbərə çıxanda amin dediniz, hər addımda bunu niyə söylədiniz?
Allah Rasulu buyurdu ki, Cəbrayıl gəldi və 3 dua etdi, mən də onlara amin dedim.

Birinci Cəbrayıl aleyhissalam: 'Anası, atası və ya sadəcə onlardan biri yanında olan övlad, (onlara gözəl xidmət edib, onların xeyir duasını alıb) cənnəti qazana bilmədisə, ona təəssüflər olsun/burnu yerdə sürtünsün!' dedi, mən də amin dedim."

  (Əgər kimsə cənnəti, Allahın razılığın qazanmaq istəyirsə, həmçini günahlardan uzaq durub, bu dünyada da firavan yaşamaq istəyirsə valideynlərinə itaət etsin, onlara əlindən gələn ən gözəl şəkildə davransın, incitməsin, üzrlərinə durmasın, xoş sözlər söyləsin, mübahisə etməsin, ofuldamasın. Və bu yoldan cənnəti qazanmaq ən asanıdır.. Buna baxmayaraq bunu bacara bilməyənlərə, ana atasının razılığını almadığı üçün cənnətə girə biməyənlərə təəssüflər olsun və olacaq.)

- İkinci dəfə dedi ki, Bir insan Ramazana çatdığı halda, Ramazanın feyzindən, bərəkətindən istifadə edə bilməmiş, Ramazanın gəlib-keçməyinə baxmayaraq hələ də Allahın məğfirət etdiyi bir qul olmamışdırsa, Allahın əfvini, məğfirətini qazana bilməmişdirsə; təəssüflər olsun o qula! .. Burnu yerdə sürtsün!'- deyə dua etdi. Mən də ona amin dedim. "

   - Üçüncü dəfə dedi ki, Sən peyğəmbər olaraq birinin yanında anıldığın zaman, sənə salam və salavat gətirməyənin burnu yerlə sürtünsün. Mən də ona amin dedim.

  ("Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər (xeyir-dua verirlər). Ey iman gətirənlər! Siz də ona salavat göndərib (onun üçün salavat deyib) layiqincə salamlayın! (Allahümmə səlli əla Muhəmmədin və ali Muhəmməd; əssəlamu əleykə əyyuhənnəbi və rəhmətullahi və bərəkətuhu–deyin!)"(Əhzab, 33/56) tərcüməsindəki ayə də salavatın nə qədər əhəmiyyətli olduğunu göstərir. Allahın bu açıq təşviq və dəvətinə baxmayaraq, yanında adı xatırlandığı halda Peyğəmbər Əfəndimiz sallalahu aleyhi və səlləmə salavat gətirərək qısa yoldan böyük savablar qazanmağı düşünməyən kimsə, hərhalda "təəssüflər olsun" a layiqdir)

(İmam Buxari, əl-Ədəbu’l-Müfrəd, 1419/1998,Riyad-1/338; Tabərani-əvsat- h. No: 8994; Bəzzar, h. No: 1405; Məcmau`z Zəvaid, 10/164)

Allah bizi məhrum olanlardan etməsin...

 

 

 

20 Cənnətin Firdovs mərtəbəsi.

Muaz b. Cəbəl (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Şübhəsiz, cənnət 100 dərəcədir. Onlardan hər bir dərəcə(nin yüksəkliyi) göy ilə yer arasındakı məsafə kimidir. 

Şübhəsiz, o dərəcələrin ən ucası Firdovs'dur. Ən fəzilətlisi də Firdovs'dur. 

Ərş, şübhəsiz Firdovs'un üstündədir. 

Cənnətin bulaqları da, Firdovs'dan çıxıb axar. 

Bu etibarla, siz, Allahdan (cənnət) diləmək istədiyiniz zaman, Ondan Firdovs'u istəyin."

(İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Cənnətin sifəti babı", hədis no: 4331)

--------------------

İzahı:

Bu hədisi, Tirmizi də, "Əbvabu sifəti'l-cənnə" bölməsində rəvayət etmişdir.

Əli əl-Qari (rahmətullahi aleyh)'in dediyi kimi, dərəcələrdən məqsəd, uca mərtəbələr və məqamlardır. Hədisdə hər dərəcənin göy ilə yer arası qədər olduğu bildirilir. 

• İmam əbu'l-Həsən əs-Sindi (əl-Hənəfi) belə deyir:

"Ən açıq olan məna, hər dərəcənin yüksəkliyinin bu qədər olmasıdır. 

Uzaq bir ehtimala görə, məqsəd, hər dərəcənin genişliyinin bu qədər olmasıdır."

• "Tuhfə" müəllifinin bəyanına görə, əl-Qari:

"Cənnət, yüz dərəcədir." ifadəsindən məqsəd, (100 ilə) məhdudlaşdırma deyil, çoxluq (yəni çoxluqdan kinayə) ola bilər.

Çünki imam Beyhaqi'nin Aişə (radiyallahu anha)'dan rəvayət etdiyi bir hədisdə belə buyurulmuşdur:

"Cənnətin dərəcələrinin sayı, Quran ayətlərinin sayı qədərdir. Kim cənnətə girib, Quran əhlindən olarsa, onun fövqündə dərəcə yoxdur."

Bu məna da qəsd edilmiş ola bilər:

Cənnətə girən hər kəs üçün, 100 dərəcə vardır. Bu təqdirdə hədis, cənnətdəki nemət növlərinin ən azını və cənnətlik olan bir kimsənin tutacağı ən az yerin miqdarını bəyan etmiş olur.

21 Qiyamət əlamətləri yoxsa cəmiyyətlərin məhvi.

"Hz. Peyğəmbər sallallahu aleyhi və sələm bir məclisdə camaata xitab edirdi. O əsnada bir bədəvi, "qiyamət nə vaxt qopacaq" deyə soruşdu. Hz. Peyğəmbər cavab verməyərək bir müddət danışmağa davam etdi. Camaatdan bəziləri, Hz. Peyğəmbərin sualı eşitdiyini, lakin xoşlamadığını, bəziləri da sualı eşitmədiyini söylədilər. Hz. Peyğəmbər sözünü bitirdikdən sonra, "qiyamət haqqında sual soruşan haradadır" dedi. Bədəvi, "o adam mənim ya Rasulullah" dedi. Hz. Peyğəmbər ona, "əmanət zay edildiyində /itirildiyində qiyaməti gözlə" buyurdu. Adam, "əmanətin zay edilməsi nədir" deyə soruşdu. Hz. Peyğəmbər, "iş / vəzifə layiq olmayana təhvil verildiyində, qiyaməti gözlə" buyurdu " (Ahməd, hədis no:8729, 14/343; Buxari, Riqaq, Hədis no: 6496, 8/104; əd-Daani,ə s-Sünənu’l-Varidə fi’l-Fitən və Qavaailuhaa və’s-Saətu və Əşratuhaa, Hədis no:381, 4/767.)

    Bu hədisdə qiyamətin əlamətlərindən biri olaraq "əmanətin zay edilməsi / itirilməsi" göstərilməkdədir. Əmanət sözü birbaşa Hz. Peyğəmbər tərəfindən "iş" (vəzifə) kəlməsiylə açıqlanmışdır. İbn Həcərə görə burada iş ilə nəzərdə tutulan "xilafət", "rəhbərlik", "məhkəmə", "fətva" kimi dini də maraqlandıran işlerdir. (İbn Hacər, Fəthu’l-Bari, 11/334)

   Başqa bir deyimlə, ən yuxarıdan ən aşağıya qədər rəhbərlik, təhsil və ədalətin təmin edilməsi kimi cəmiyyətin sağlam bir şəkildə yaşamasını təmin edəcək vəzifələrin hamısıdır. Bunlar mütəxəssislik tələb edən sahələrdir, hər bir işin başına ən mütəxəssis adamın gətirilməsi, cəmiyyətin sülh və güvən içində yaşamasının şərtlərindəndir. İdarəçilər bu məqamlara layiq olan şəxsləri təyin etmədikdə, dövlətlərin işləri axsamaqda, rəhbərlikdə xətalar çoxalmaqda və xalqın dinclik və rifahı ortadan qalxmaqdadır.

   Hədisdə keçən qiyamət anlayışını cəmiyyətlərin çökməsi kimi şərh edənlər də vardır. Bu və bənzəri hədislərdə xəbər verilən qiyamət, cəmiyyətlərin çökməsinə və tarix səhnəsindən silinməsinə gətirib çıxaran sosioloji/ictimai qiyamətdir. Cəmiyyətlərdə gedərək artan və ictimai strukturu gəmirən natarazlıqlar, o toplumun sonunu hazırlamaqda və o cəmiyyətin qiyamətinin yaxınlaşmaqda olduğunu xəbər verməkdədir.

   Sosial-ictimai qiyaməti xəbər verən fitnə hadisələrinin əhəmiyyətli bir xüsusiyyəti "qeyri-müəyyənlik" vəsfini daşımasıdır. Bu qeyri-müəyyənlik, insanın sağlam təhlillər etməsinə əngəl törədən, onu daim şübhədə buraxan, həqiqəti görməsinə səd çəkən bir pərdə, bir duman və ya sis kimi təsvir edilmişdir. Bir rəvayətə görə, Hüzeyfə b. Yeman ilə Hz. Peyğəmbər arasında belə bir dialoq keçmişdir: "Ya Rəsulullah! Biz daha əvvəl cahiliyyə dövründə və şər içərisində idik. Ardından uca Allah bizə xeyiri göndərdi. Bu xeyirdən sonra təkrar şər gəlirmi? "Hz. Peyğəmbər bu suala "bəli" cavabını verdi. Hüzeyfə təkrar soruşdu: "Ya Rəsulullah! Bu şərdən sonra təkrar xeyr gəlir mi? "Peyğəmbərimiz bu suala da" bəli "dedikdən sonra," ancaq içində bir az pus (دخن-dəxn) olar "deyə əlavə etdi.

    Hüzeyfənin "onun pusu nədir" deyə öyrənmək istəməsi üzərinə də peyğəmbərimiz, "bir qrup ortaya çıxar, mənim rəhbərliyimin xaricində rəhbərlik edər (mənim göstərdiyim doğru yoldan başqa bir yola çağırar). Sən onları bəzən qəbul edər, bəzən rədd edərsən " 
izahına verdi. Hüzeyfə, suallarına davam etdi və "bu xeyirdən sonra yenə bir şer dövrü gəlirmi" deyə soruşdu. Hz. Peyğəmbər bu dəfə bu şərhi etdi: "Cəhənnəmin qapılarına dikilmiş dəvətçilər (təbliğatçılar-propagandacılar) olacaq. Onların çağırışına qapılanlar cəhənnəmə düşərlər ... Bu təbliğatçılar bizə bənzərlər, bizim dilimizi danışarlar ... " (Buxari, Fitən, Hadis no: 7084, 9/51; Nuaym, Hadis no: 29, s.35; Hədisin müxtəlif ləfzlərlə də rəvayət etdiyi görülür. Məsələn baxın. Mamer b. Raşid, Babu Luzumi'l-Cemaa, Hadis no: 20711, 11/341.)

    Pus şəklində tərcümə etdiyimiz (دخن) sözü, İbn Həcərin verdiyi məlumatlara görə, "kin", "qüsur", "qəlbdəki fəsad", bulanıqlıq", duman" və "heyvanın bədənindəki boz ləkələr" kimi mənalara gəlməkdədir. İbn Həcərə görə, bu söz "şərdən sonra baş verəcək olan xeyrin, xalis xeyir olmadığına və içərisində bir bulanıqlıq olduğuna işarə edir". Və "insanlar bir-birlərinə qarşı saf olmayacaqlar" (İbn Hacer, Fethu’l-Bari, 13/36.)

   Bu rəvayətdə fitnələr şər sözüylə izah edilmişdir. Çünki fitnələrin əhəmiyyətli xüsusiyyətlərindən biri, insanların hadisələri qiymətləndirə bilməmələridir. Fitnələrə qarışan və ya onun xaricində qalmağa diqqət göstərən kəslər, nə olub bitdiyi haqqında qeyri-müəyyənlik içərisindədirlər. Düşüncələri dəqiq deyil. Gəldkləri nəticələr əksəriyyətlə yanlışdır. Uzağı görmə qabiliyyəti ortadan qalxmış kimidir."

________

KAMİL ÇAKIN /Fiten Rivayetleri Bağlamında Toplumların Çöküşü/Kafkas Üniversitesi İlahiyat Fakültesi Dergisi| Cilt: 5, Sayı: 10, Kars 2018, ss. 1-29.

22 "Din, nəsihətdir." nə deməkdir?

Təmim əd-Dari (radiyallahu anh) belə demişdir:

"Allah rəsulu (sallallahu aleyhi və səlləm):

-"Din, nəsihətdir." dedi. Biz:

"Ey Allahın rəsulu! Kimə nəsihətdir?" diyə soruşduq. Allah rəsulu (sallallahu aleyhi və səlləm):

• Allaha, 
• Onun kitabına, 
• Onun peyğəmbərinə, 
• Müsəlmanların imamına, və 
• Onların hamısına nəsihətdir.' diyə açıqladı."

--------------------

Nəsihət nədir?

Nəsihət kəliməsi, eynilə fəlah kəliməsi kimi "vəcizu'l-əsma"dandır. Yəni çox mənalı kəlimə olub, bir neçə kəlimə ilə izah etmək mümkün deyildir. (Xattabi, "Garibu'l-Hadis", ll, 282; imam Suyuti, "Dibacə", l, 76)

İbn Mənzur da, eyni qənaətdədir. Ona görə nəsihət kəliməsi, ərəbcədə çox geniş mənaları olan bir kəlimədir. ("Lisanu'l-Arab", VI, 4438)

Sözün məna çərçivəsi geniş olsa da, bu sözün bütün mənalarını, 2 nöqtədə birləşdirmək mümkündür:

1. Nəsihət: Bir şeyi və ya bir kimsəni, içdən və qəlbən sevmək, ona bağlanmaq; ixlas, sədaqət və səmimiyyətdir. 

"Nasaha", "arı-duru oldu" və ya "saf oldu" deməkdir.

əl-Əsmai, ərəbcədə, saf bala: "nasih" deyildiyini söyləmişdir. (Qurtubi, "əl-Cami li Ahkami'l-Quran", Vll, 234)

Daxilən aldatma hissi olmayan, qəlbi xalis olan kimsələrə də, "nasih" və ya "nasuh" deyilmişdir. 

Quranda da, içdən, ixlaslı və səmimi olan tövbələrə, "təvbətən nasuhən" deyilmişdir. (Təhrim/8)

Bir hədisdə, Allah Rəsulu (sallallahu aleyhi və səlləm)'ə, "nasuh tövbənin" nə olduğu soruşulmuş, O isə, belə cavab vermişdir:

"Sahibini, bir daha günaha sövq etməyən xalis tövbədir." (Beyhaqi, "Şuabu'l-İman", IV, 375; ibn əbi Şeybə, "Musannəf", V, 99)

Bununla bərabər, bir kimsənin aldığı parçanı, bədəninə uyğun bir paltara çevirdiyini ifadə etmək üçün də, "nasaha" feli istifadə edilmişdir.

Bu səbəblə, ərəbcədən, tikiş iynəsinin bir adı, "minsah"dır. 

Bədruddin əl-Ayni (əl-Hənəfi)'nin də bildirdiyi kimi, kəlimənin bu mənası əsas alınacaq olsa, nasuh kəliməsinin "içdən və qəlbən edilən səmimi tövbələrə sifət olmasının səbəbi, 'günahlarla yırtılan dinin, tövbə ilə yenidən tikilməsi'ndən qaynaqlanmışdır." ("Umdətu'l-Qari şərh-i Səhihi'l-Buxari", l, 32)

2. Nəsihət kəliməsinin mənalarından ikincisi isə:

"İnsanları yaxşı əməllərə sövq etmək üçün edilən gözəl söhbətlər, öyüdlər, tövsiyyələr, xatırlatmalar və ibrət verici dərslər"

ifadələri ilə izah edilmişdir.

Əslində, nəsihət sözünün ikinci mənası ilə birinci mənası arasında münasibət də qurulmamış deyildir. Necə ki, ibn Mənzur, bu sözü:

"özünə nəsihət ediləm kimsənin xeyrini istəmək" diyə ifadə etmişdir. ("Lisanu'l-Arab", lV, 4438)

Burda gərəkli olan, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in:

"Din, nəsihətdir." deyərkən, bu 2 məna qrupundan hansını qəsd etdiyini təsbit etməkdir.

Bunu 2 cəhətdən təsbit etməyə çalışacayıq:

• Birincisi, hədisin məna bütünlüyü çərçivəsindən;

• İkincisi də, hədislərin hədislərlə izahı çərçivəsində, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in sair hədislərdə bu kəliməyə yüklədiyi mənanı təsbit edərək.

---------------------

İbn Rəcəb əl-Hənbəli (rahmətullahi aleyh) hədisə hər 2 məna yönündən belə izahlar gətirmişdir:

"Səhih olan bu hədis, İslam dininin təməl prinsiplərindən birini öz içində ehtiva etməktədir. Allah rəsulu (sallallahu aleyhi və səlləm), bu prinsipin əhəmiyyətini vurğulamaq üçün, "Din, nəsihətdir." deyərək, dini bütünü ilə nəsihətdən ibarətmiş kimi göstərmişdir.

Nəsihətin çox geniş bir mənası vardır və bu məna, onun muxatabına görə şəkillənir. 

Birinə doğru söz söyləmək, onun yaxşılığını istəmək, ona qarşı səmimi və dürüst olmaq, ona vəfa göstərmək, onunla maraqlanmaq, haqqına riayət etmək kimi şeylərdən hər biri, bu mənanın şəkilləridir.

Xuzeyfə ibnu'l-Yəman (radiyallahu anh)'ın rəvayət etdiyi bir hədisdə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Kim müsəlmanların (dərdləri, problemləri ilə) maraqlanmazsa, onlardan deyildir.

Kim sabahladığı və axşamladığı zaman, Allaha, Onun kitabına, Onun peyğəmbərinə, öz imamına (dövlət başçısına) və ümum müsəlmanlara nəsihət edici deyilsə, o kimsə müsəlmanlardan deyildir."

Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Allah Taala buyurur ki, qulumun ən çox sevdiyim ibadəti, Mənim üçün nəsihət etməsidir."

Bunlardan başqa bir çox hədislərdə də:

1. Müsəlmanların bir birilərinə nəsihət etmələri;

2. Dövlətə nəsihət etmələri; və 

3. Dövləti idarə edənlərin xalqa nəsihət etmələri

bəhs mövzusu edilmiş və bu nəsihət növlərinin əhəmiyyətinə işarət edilmişdir.

----------------

1. Birinci növ nəsihətin əhəmiyyətini bildirən bəzi hədislər belədir:

• "Müsəlmanın müsəlman üzərində 6 haqqı vardır. Bu haqlardan biri, nəsihət istədiyi zaman, ona nəsihət etməkdir."

• "Müsəlman qardaşın səndən nəsihət istədiyi zaman, ona nəsihət et."

• Cabir b. Abdullah (radiyallahu anh) belə demişdir:

"Allah rəsulu (sallallahu aleyhi və səlləm), bizdən namaz qılmaq, zəkat vermək və bütün müsəlmanlara nəsihət etmək üzərə söz aldı."

-----------------

2. İkinci növ nəsihətin əhəmiyyətini bildirən bəzi hədislər belədir:

"Allah Taala 3 əməlinizə sevinər. Bunlar:

1. Özünə ortaq qoşulmadan yalnızca Ona ibadət etməyiniz;

2. Bölünüb parçalanmadan Allah'ın ipinə (Qurana, İslama) birlikdə sarılmağınız; və

3. Allahın, dövlət idarəsini verdiyi kimsəyə nəsihət etməyinizdir."

---------------------

3. Üçüncü növ nəsihətin əhəmiyyətini bildirən bir hədis belədir:

• "Allah Taala, qullarını idarə vəzifəsini bir kimsəyə verər də, o kimsə onlara nəsihət etməzsə, o kimsə qəti olaraq cənnətə girməz."

• Allah Taala, Quranda peyğəmbərlərin öz qövmlərinə nəsihət etdiklərini bildirmiş və nümunə olaraq Nuh və Saleh'ın (aleyhimussalam): 

"Mən sizin üçün bir nəsihətçiyəm."

dediyini nəql etmişdir. (Haşiyə)

(Haşiyə: Bu ayətlər aşağıdakılardır:

لَقَدْ اَرْسَلْنَا نُوحاً اِلٰى قَوْمِه۪ فَقَالَ يَا قَوْمِ اعْبُدُوا اللّٰهَ مَا لَكُمْ مِنْ اِلٰهٍ غَيْرُهُۜ اِنّ۪ٓي اَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ عَظ۪يمٍ • قَالَ ٱلْمَلَأُ مِن قَوْمِهِۦٓ إِنَّا لَنَرَىٰكَ فِى ضَلَـٰلٍ مُّبِينٍ • قَالَ يَـٰقَوْمِ لَيْسَ بِى ضَلَـٰلَةٌ وَلَـٰكِنِّى رَسُولٌ مِّن رَّبِّ ٱلْعَـٰلَمِينَ • أُبَلِّغُكُمْ رِسَـٰلَـٰتِ رَبِّى وَأَنصَحُ لَكُمْ وَأَعْلَمُ مِنَ ٱللَّهِ مَا لَا تَعْلَمُونَ • أَوَعَجِبْتُمْ أَن جَآءَكُمْ ذِكْرٌ مِّن رَّبِّكُمْ عَلَىٰ رَجُلٍ مِّنكُمْ لِيُنذِرَكُمْ وَلِتَتَّقُوا۟ وَلَعَلَّكُمْ تُرْحَمُونَ • 

1. "Biz Nuhu öz xalqına elçi göndərdik. O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa məbudunuz yoxdur. Mən sizə üz verəcək Böyük günün əzabından qorxuram”.

Xalqının zadəganları dedilər: “Həqiqətən də, biz səni açıq-aydın azğınlıq içində görürük!”

O dedi: “Ey qövmüm! Mən heç də azmamışam. Lakin mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir elçiyəm.

Mən Rəbbimin mənə vəhy etdiklərini sizə təbliğ edir və sizə öyüd-nəsihət verirəm. Allahdan nazil olanlar sayəsində sizin bilmədiklərinizi bilirəm.

Allahdan qorxub bəlkə mərhəmətə nail olasınız deyə, sizi qorxutmaq üçün öz aranızdan olan bir kişinin vasitəsi ilə Rəbbinizin sizə öyüd-nəsihət verməsinə heyrətmi edirsiniz?” (Əraf/59-63)

فَأَخَذَتْهُمُ ٱلرَّجْفَةُ فَأَصْبَحُوا۟ فِى دَارِهِمْ جَـٰثِمِينَ • فَتَوَلَّىٰ عَنْهُمْ وَقَالَ يَـٰقَوْمِ لَقَدْ أَبْلَغْتُكُمْ رِسَالَةَ رَبِّى وَنَصَحْتُ لَكُمْ وَلَـٰكِن لَّا تُحِبُّونَ ٱلنَّـٰصِحِينَ

2. "Onları dəhşətli bir sarsıntı yaxaladı və onlar öz evlərində üzüqoylu düşüb qaldılar.

Saleh onlardan üz çevirib dedi:

“Ey qövmüm! Mən Rəbbimin mənə vəhy etdiyi hökmünü sizə çatdırdım və sizə öyüd-nəsihət verdim. Lakin siz nəsihət verənləri sevmirsiniz”. (Əraf/78-79)

----------------

Allaha nəsihət:

Allaha nəsihət, tək kəlimə ilə, Ona iman etməkdə səmimi olmaqdır. Ona iman etməkdə səmimi olmaq isə, imanın gərəyi olan ibadət və itaətləri daxildən gələn bir arzu ilə və ən mükəmməl bir şəkildə ifa etməyə çalışmağı gərəkdirir. İbadət və itaətləri bu şəkildə ifa etməyə çalışmaq isə, Cibril hədisində sözü edilən ehsan məqamıdır.

Bu halda, Allah Taalaya nəsihət də, ehsan dərəcəsində və Onu görür kimi, böyük sədaqət və ciddiyətlə, Ona ibadət etmək, əmr və qadağalarına tabe olmaq, razı olduğu işləri görmək üçün bütün gücü ilə çalışmaq, Onu xalis bir hisslə sevmək və bu sevginin gərəklərini yerinə gətirməkdir.

Allah rəsulu (sallallahu aleyhi və səlləm), səhabələrindən belə soruşdu:

"Deyin görüm, birinizin 2 nökəri olsa, 

bu nökərlərdən biri 

• onun hər dediyini etsə, 
• hər əmrinə tabe olsa, 
• özünə bir əmanət verdiyi zaman, onu qorusa,
• bir vəzifə verdiyi vaxt, onu haqqıyla yerinə yetirsə, 
• yanında olmadığı zaman, arxasından onun haqq və hüquqlarını qorusa və daha bunlar kimi
• ona qarşı sədaqət və səmimiyyətini göstərən fərqli gözəl işlər görsə;

Digər nökər isə, 

• bunun tam əksinə davransa,
• onun yanında halı qorumağa çalışmaqla bərabər, onun arxasında hər cür xainlik və məsuliyyətsizliyi etsə, 

bu 2 nökər, onun nəzərində bir olarlar mı?"

Səhabələr belə cavab verdilər:

"Xeyir. Bunlar bir olmazlar."

Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

"Sizlər də, Allah Taala'nın qulları və nökərlərisiniz. Sizin də Onun yanındakı halınız, bu nökərlərin halı kimidir."

Fudayl b. İyad (rahmətullahi aleyh) belə demişdir:

"Sevmək, qorxudan üstündür. Çünki, məsələn 2 nökərin olsa, bunlardan biri səni sevsə, digəri isə, səndən qorxsa, səni sevən kölə, səni sevdiyi üçün, yanında da, arxanca da, sənin haqlarına riayət edər, sənə bir zərər və pislik gəlməsinə göz yummaz, sənin yaxşılığına çalışar. 

Səndən qorxan qul isə, əgər eyni zamanda səni sevmirsə, sənin yanında davranışını düzəldər. Lakin sən yanında olmadığında, sənə əhəmiyyət verməz."

Həvarilər İsa (əleyhissəlam)'a belə sual verdilər:

"Xalis əməl hansıdır?"

İsa (əleyhissəlam) belə cavab verdi:

"İnsanların deyil, Allah Taala'nın sizi sevməsi üçün işlədiyiniz əməldir."

Bu dəfə Həvarilər:

"Allaha nəsihət nə deməkdir?" diyə soruşdular. 

İsa (əleyhissəlam) belə buyurdu:

"Allaha nəsihət, öz haqqından əvvəl Allah Taala'nın haqqını düşünmək və öz haqqından əvvəl Onun haqqını əldə etməyə çalışmaqdır."

Elm əhlindən bir şəxs, nəsihəti belə açıqlamışdır:

"Nəsihət, qəlbin müsbət şəkildə və yaxşılıqla əlaqə və münasibət hiss etməsidir. Bu da, bəzi hallarda, fərz, bəzi hallarda da fəzilətdir. 

Allaha nəsihət, Onun əmrilərinə münasibət hiss etmək, bunlara qulaq vermək, onları səmimiyyət və xalis bir şəkildə yerinə yetirmək və eyni şəkildə Onun qadağalarından uzaq durmaqdır.

Xəstəlik kimi bir səbəblə, bir əmri yerinə gətirməkdən aciz qaldığı zaman, ilk fürsətdə onu yerinə gətirmək üçün istəkli və qərarlı olmaqdır.

Bəzi hallarda bir günah işləyər və ya əmri çeynəyərsə, ciddi bir şəkildə peşmanlıq duymaq, ortadan qaldırılması mümkündürsə, onu vaxtı keçmədən ortadan qaldırmaqdır.

Allaha nəsihətin bir yönü də, Ona iman və itaət edənləri sevmək, iman və itaət etməyənləri də sevməməkdir. 

Allah Taalanın razılığını, öz nəfsinin razılığından əvvəl düşünmək də, nəsihətin bir yönüdür. Buna görə qul, Allah Taalaya ibadət edib yorulmağı və Onun əmrlərinə tabe olaraq maddi zərər görməyi, nəfsinin rahatlığına və müvəqqəti mənfəətinə tərcih etməlidir.

----------------------

Allah Taala'nın kitabına nəsihət:

Rəbbin kəlamı olan bu əziz kitaba:

• münasibət hiss etmək, 
• onu sevmək, 
• onun dəyərini üstün tutmaq, 
• onu çox oxumaq, 
• mənasını öyrənmək üçün səy göstərmək,
• ondan öyrəndiklərini nəzəriyədə qoymayıb fel və əməl halına gətirmək və 
• onun gözəlliklərini fel və əxlaqında göstərməkdir.

------------------------

Allah rəsuluna nəsihət:

Bu mübarək peyğəmbərə

• münasibət və əlaqə duymaq,
• Ona din və mübarizəsində kömək etmək,
• Onun təbliğ vəzifəsini davam etdirmək,
• Onun əxlaq və ədəblərini yaşamaq,
• sünnətinə həssaslıqla tabe olmaq, buna müxalifət edilməsindən narahat olmaq,
• bidətlərlə mübarizə aparmaq,
• Onu sevənləri sevmək,
• Ona qarşı hörmətsizlik edənləri xoş qarşılamamaq,
• Onun səhabələrinə hörmət və sevgi bəsləmək, 
• bunların əməl və əxlaqından faydalanmaqdır.

---------------------

Müsəlmanların imamına (dövlətə) nəsihət:

• onun yaxşılığını istəmək;
• ədalət və doğruluğuna sevinmək;
• ümmətin onun yanında birləşməsini dəstəkləmək;
• qiyam və üsyanları xoş görməmək, bunu edənlərə buğz etmək;
• dinə uyğun və doğru olan əmr və qanunların tabe olub savabını Allah Taala'dan gözləməkdir.
• haqlı olduğu mövzularda ona kömək etmək;
• haqqını ödəmək;
• dinə zidd düşməyən əmr və qanunlarına itaət etmək;
• dövlət adamlarına haqqı tövsiyyə etmək, 
• onları haqq və ədalətə təşviq etmək; 
• İslamı onlara sevdirməyə çalışmaq;
• xətalarını nümayiş etdirməmək;
• onlara yumşaq bir üslubla və dostca xəbərdarlıq etmək;
• onlara qarşı gəlməkdən uzaq durmaq; və
• onların yaxşılıq və doğruluqda müvəffəqiyyəti üçün dua etməkdir.

Abdullah b. Abbas (radiyallahu anh)'a:

"Sultan yaxşılığa əmr edilib pislikdən çəkindirilər mi?" diyə sual verildi. Bu alim səhabə isə belə cavab verdi:

"Əlbəttə. Yaxşılıq əmr edilib pislikdən çəkindiriləcək insanların başında sultan gəlir. Ancaq sultana qarşı bu vəzifəni:

• sultana layiq bir şəkildə yerinə yetirmək;
• üslubu buna görə tənzimləmək;
• onun səltənətini xəfif görəcək bir şəkildə sərt və qaba sözlər deməkdən çəkinmək; və
• davranışlarda ədəbdən kənara çıxmamaq lazımdır.

Əks təqdirdə, əmr-i bi'l-maruf və nehy-i əni'l-münkəri (yaxşılığı əmr edib pislikdən çəkindirməyi) özünə qarşı bir təhqir və üsyan sayar və onunla islah olub yola gəlmək yerinə, qəzəb və hiddətə qapılıb pisliyinə yeni pisliklər və zülmünə daha şiddətli zülümlər əlavə edər.

(Onun üçün Allah Taala, Musa və Harunu  (əleyhimussalam) xəbərdarlıq etmək üçün Firona göndərdiyi vaxt, onlara:

فَقُولَا لَهُۥ قَوْلًا لَّيِّنًا لَّعَلَّهُۥ يَتَذَكَّرُ أَوْ يَخْشَىٰ

"Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud qorxsun!” (Taha/44) deyə tənbeh etmişdir.)

-----------------------

Ümum müsəlmanlara nəsihət:

• öz nəfsi üçün istədiyi yaxşılıqları, onlar üçün də istəmək;
• öz nəfsi üçün istəmədiyi pislikləri, onlar üçün də istəməmək;
• onlara qarşı səmimi və dürüst olmaq;
• iki üzlü davranmamaq;
• onları aldatmamaq;
• onlara hilə qurmamaq;
• onların haqlarını tapdalamaqdan və onlara əziyyət verməkdən çəkinmək;
• böyüklərinə hörmət etmək;
• kiçiklərinə mərhəmət göstərmək;
• onların kədərlərilə kədərlənmək;
• onların sevincilə sevinmək;
• öz qazancını onların zərərində axtarmamaq;
• onların zərər görməmələri üçün öz kar və faydandan keçmək;
• ehtiyac halında əlindən gəldiyi qədər onlara maddi kömək etmək;
• onları zalımlara və düşmənlərə qarşı müdafiə edib qorumaqdır.

Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Bir müsəlmanı, bir zalımın (bir rəvayətdə də bir münafiqin) şərrindən qoruyan kimsəni, Allah Taala da cəhənnəm atəşindən qoruyar."

Müsəlmanlara nəsihətin nə olduğunu yuxarıda izah etdik. Bir daha təkrarlasaq, müsəlmanlara nəsihət:

• əziyyət və çətinliklərini ortadan qaldırmaq;
• zərər görmələrinə əngəl olmaq;
• kasıb və fəqirlərini nəzərdə saxlamaq;
• onları təhqir etməmək;
• alimlərinə hörmət qoymaq və onların elmlərindən faydalanmağa çalışmaq;
• cahillərinə bilmədiklərini öyrətmək;
• doğruluqdan ayrılmış olanlara, mümkün mərtəbə incitməyən bir üslubla xəbərdarlıq etmək və haqqa dönmələrinə səy və cəhd göstərməkdir.

Möminlərə nəsihətin ən əhəmiyyətli növlərindən biri də:

• özünə danışılmış hər hansı bir məsələdə, doğru bildiyini demək;
• ona doğru fikir bildirəmək;
• onu doğruya yönləndirməkdir. 

Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Bir din qardaşınız (digər bir) din qardaşından nəsihət istədiyi zaman, ona nəsihət etsin." 

Bildiyi doğruları ona açıq bir şəkildə bildirsin, onu maarifləndirib yolunu aydınlatsın.

Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Müsəlmanın müsəlman üzərindəki haqlarından biri də qiyabından ona nəsihət etməkdir."

Yəni üz-üzə deyilkən:

• onun yaxşılığını istəmək;
• onu müdafiə etmək; 
• onun mənfəətini qorumaq;
• onu qiybət edib çəkişdirənə qarşı durmaq;
• mal, namus və şərəfinə zərər verməyə çalışanları dayandırmaqdır.

Çünki üz-üzə nəsihət etməyin arxasında dünyaya aid düşüncələr (mənfəətlər) mövcud ola bildiyi halda, qiyabən nəsihət etməyin arxasında:

• sadəcə Allah Taala'nın razılığını axtarmaq;
• qardaşlıq haqqını yerinə gətirmək;
• vəfa göstərmək;
• haqsızlığı sevməmək kimi səbəblər 

mövcud ola bilər.

Belə olduğu halda, bir müsəlman, bir din qardaşının qiyabında çəkişdirilib pisləndiyini gördüyü zaman, onu bildiyi yaxşılıqlarla müdafiə etməsi lazımdır.

Ya da qiyabında onun malına və ya namusuna ilişildiyi təqdirdə, özünü onun yerinə qoyub bunu dəf etməsi lazımdır. 

Bunları üz-üzə də etmək lazımdır. 

Ancaq bir birinin qiyabında bu işi görməyin əhəmiyyəti daha böyükdür. Çünki insanın özü hazır (yəni özü hadisənin baş verdiyi yerdə) olduğu vaxt, əksər hallarda özü özünü qoruması kifayət edir. 

İkinci olaraq da, qiyabında edilən yaxşılıq, bütünü ilə xalisdir. Əməllərin ən məqbulu və daha doğrusu, tək məqbul olanı, xalis olan əməldir.

Həsən Basri (rahiməhullah) belə deyirdi:

"Sən din qardaşına bilmədiyini öyrətmədikcə və etməkdən aciz qaldığı işində kömək olmadıqca, ona qarşı nəsihətin həqiqətinə çata bilməzsən."

Fudayl b. İyad (rahmətullahi aleyh) belə demişdir:

"Bizə görə mənəvi mərtəbə qazananlar, bu dərəcələri, namaz və oruc çoxluğu ilə deyil, qəlb təmizliyi və ümmətə (bütün müsəlmanlara) nəsihət və comərdliklə qazanmışlardır."

Abdullah b. Mübarək (rahmətullahu aleyh)'dən soruşuldu:

"Ən fəzilətli əməl hansıdır?" 

Bu alim şəxs, tək kəlimə ilə belə cavab vermişdi:

"Nəsihətdir."

Sələf deyilən ilk müsəlmanlar, bir kimsəyə sözlü nəsihət etmək istədikləri zaman, onlarla təklikdə danışardılar. Onlar belə deyərdilər:

"Din qardaşına gizlicə nəsihət edən, ona həqiqətən nəsihət edər. Ona açıqca və başqalarının yanında nəsihət edən isə, öz nəfsini tətmin etmiş olar."

Fudayl belə deyirdi:

"Mömin, mömin üçün (günahları) örtən və nəsihət edəndir. Fasiq isə, göstərən və ayıblayandır.

Nəsihət, verdiyimiz açıqlamadan da başa düşüləcəyi üzərə, Allaha, Onun kitabına, Onun peyğəmbərinə və bütün müsəlmanlara qarşı vəzifələr və məsuliyyətlər ehtiva etməkdədir.

(Eynilə) din də, bu vəzifə və məsuliyyətləri yerinə yetirməkdədir.

Bu etibarla, "Din, nəsihətdir." və ya "Nəsihət, dindir." sözü, doğru bir ifadədir."

İbn Rəcəb əl-Hənbəli, "Camiu'l-Ulum və'l-Hikəm", 7-ci hədis: "Nəsihətin din olduğu haqqındadır." 1. Cild, s. 130-143 (müxtəsər)

23 Cənnət əhlinin mükafatları necə olacaq

4332- Usamə b. Zeyd (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"(İçinizdə) cənnət üçün çalışıb səy göstərəcək kimsə yoxdur mu? 

Şübhəsiz, cənnətə bərabər heç bir şey yoxdur. Kəbə'nin Rəbbinə and olsun ki, cənnət, gözəl, möhkəm və yüksək saraylarda, üz parlaqlığı və xoşbəxtlik-rəfah içində, sonsuzadək davamlı qalınacaq, parlayan nur, (küləyin əsməsilə) yellənib dalğalanan gözəl qoxulu yaşıllıq, möhkəm köşklər, axan çaylar, yetişmiş bol meyvə, (əxlaqı) bəyənilən və (şəklən) gözəl xanım və çox paltardan ibarətdir."

Səhabələr:

"Cənnət üçün çalışıb səy göstərənlər bizik, ey Allahın rəsulu!" dedilər. O:

"İnşallah deyin." buyurdu. 

Sonra cihad etməyi bildirərək (səhabələri) ona təşviq etdi."

------------------

4333- əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Cənnətə girəcək ilk zümrə, bədir gecəsindəki (ayın 14-cü gecəsi) ayın surətində (parlaq) olacaqlardır.

Onların ardından cənnətə girənlər də, göydəki ən şiddətli işıq saçan ulduz kimi (parlaq) olacaqlar.

Kiçik və böyük tualet etməzlər, sümkürməz və  tüpürməzlər.

Daraqları qızıldandır. Tərləri də, müşk (kimi)'dir və buxurları, öd ağacıdır.

Zövcələri, böyük gözlü hurilərdir. Əxlaqları, bir nəfərin əxlaqı kimi (yəni eyni) olacaq.

Onlar, ataları Adəmin surətində (boyları da) 60 arşın olacaqdır."

İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Cənnətin sifəti babı"

-------------------

Allah rəsulu (sallallahu aleyhi və səlləm), cənnətin gözəlliyini bəyan edərək, 

"Buna qovuşmaq istəyib də səy göstərəcək kimsə yoxdur mu?" 

buyurduğunda, səhabələr:

'Biz varıq.' şəklində cavab vermişlərdir.

Bunun üzərinə Allah rəsulu (sallallahu aleyhi və səlləm): 'İnşallah' deyin, buyurmuşdur.

Çünki ən əhəmiyyətli olan, bu gözəl hal üzərə ölməkdir. 

---------------

Əbu Hureyrə (radiyallahu anh) hədisini:

• Buxari, "Ənbiya" kitabında; və
• Muslim, "Cənnət" kitabında

rəvayət etmişlərdir.

Bilindiyi kimi, hilal, ayın 14-cü gecəsində bədir halına gəlir. O gecə, tam dairə şəklini alıb daha nurlu olur. 

Cənnətə girən ilk zümrə, bədirə bənzədilmişdir. Yəni bu zümrə, bədir kimi nurlu olacaqlar. "Tuhfətu'l-Əhvəzi" müəllifi bu zümrənin:

"Peyğəmbərlər zümrəsi"

olduğunu bəyan etmişdir.

Göydəki ən parlaq ulduz olan zümrə də: 

"Allahın vəli qulları və salehlərdir." 

Yəni ibadətlərinə düşgün, haramlardan və məkruhlardan çəkinən və gözəl təbiətli möminlərdir.

----------------

Hədisdə cənnətlik olan bu zümrələrin, bədənlərindən kiçik və böyük tualet, bəlğəm və tüpürcəyin çıxmayacağı ifadə edilmişdir. Yəni bədənlərində bu kimi faydasız, işə yaramayan fasid maddələr mövcud olmayacaqdır. Çünki cənnət, gözəl yerdir və hər cəhətdən təmiz olan möminlərin məkanıdır. Bu etibarla, pisliklərə və nəcasətlərə orda yer yoxdur.

• "Tuhfətu'l-Əhvəzi" müəllifinin bəyanına görə, əbu'l-Fərəc ibn Cevzi (rahmətullahi aleyh) bu haqda belə demişdir:

"Cənnət xalqının qida maddələri çox dəyərli olduğu üçün, artıqları və vücuda fayda verməyəcək qismi yoxdur ki, dəstəmaz yolları kimi orqanlarla xaricə atılsın. O qida maddələri, vücudda həzm edildiyində, bundan sadəcə gözəl qoxu meydana gələr."

• imam Qurtubi belə deyir:

"Belə bir şey xatirə gələ bilər:

Bütün Cənnət xalqı təmiz, gözəl qoxulu və gənc olacaqlardır. Artıq onların öz saçlarını daramağa, buxur kimi gözəl qoxularla ətirlənməyə nə ehtiyacları vardır?

Buna belə cavab veririk:

"Cənnət xalqına ehsan edilən yeməklər, içkilər, paltarlar və gözəl qoxular kimi nemətlər, hiss etdikləri aclığı, susuzluğu ortadan qaldırmaq, çılpaqlığı örtmək və ya hiss edilən pis bir qoxunu dəf etmək üçün deyildir.

Bu nemətlər, sırf, cənnət xalqını davamlı zövq, səfa və səadət içində yaşatmaq üçündür. 

• Nəvəvi də belə demişdir:

"Əhl-i Sünnət və'l-Camaat məzhəbinə görə, cənnət xalqının nemətləndirilmələri, dünya xalqının nemətləndirilmələri növündəndir. Bu fərqlə ki, cənnət xalqının nemətlərinin ləzzət və zövqü, çox üstündür. 

Quran və hədislər, cənnət xalqının nemətlərinin hər zaman və sonsuzadək olduğuna dəlalət edər.

24 "Sizin ən xeyirliniz, sizin ən fəzilətliniz, Quranı öyrənən və öyrədəndir." 

  Osman b. Affan (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Sizin ən xeyirliniz, sizin ən fəzilətliniz, Quranı öyrənən və öyrədəndir." 

İbn Macə, Sünən tərcümə və şərhi, Müqəddimə: "Quranı öyrənən və öyrədənin fəzilətinin bəyanı babı", hədis no: 211

----------------

İzahı:

Hədis, Quranı öyrənmənin və öyrətməyin fəzilətini bəyan edərək, bu uca xidməti ifa edən kimsənin ən xeyirli və fəzilətli insanlardan olduğunu ifadə edir. Çünki belə bir mömin, həm özü faydalanır, həm də xalqı faydalandırır.

Belə bir sual xatirə gələ bilər:

"Hədislərin zahirinə görə, Quran öyrənmək və öyrətmək ilə məşğul olanlar, ən xeyirli və fəzilətli insanlardır. 

Bu hala görə, bunlar fiqh elmini öyrənmək və öyrətməklə məşğul olanlardan daha mı üstündürlər?"

Cavab:

Xeyr. Fəqih bir kimsə, Qurra'dan (qiraət alimlərindən və ya Quran oxuyanlardan) üstündürlər. Bu hədisdəki muxatablar (xitab edilənlər) isə, Səhabələrdir. Səhabələr isə, fəqih idilər. 

Bu halda, hədisdən alınan nəticə budur:

Fiqhi məlumatı yanında, qiraətlə də məşğul olan kimsələr, daha xeyirli və fəzilətlidirlər. 

Buxari'nin "Səhih"i üzərinə şərh yazan imam Qastallani ("İrşadu's-Sari li şərh-i Sahihi'l-Buxari") , bu sual və cavabı qeyd etdikdən sonra belə deyir:

"Quran öyrənmək və öyrətməklə məşğul olan kimsə, cihad edən və cəbhədə növbəçilik edən və yaxud yaxşılığı əmr edib pislikdən çəkindirən kimsələr kimi, ağır və təhlükəli yüklər altına girənlərdən üstündürlər mi?" 

diyə soruşulacaq olsa, buna cavab olaraq deyiləcək ki:

Bu xüsusda ölçü, faydalı olmaqdır. Hansı, cəmiyyətə daha çox faydalı olarsa, o daha xeyirlidir. 

Digər bir cəhət olaraq bunu da bildirək ki, qənaətimizcə,  hədisdən qəsd edilən məna, Quranı öyrənmək və öyrətməklə məşğul olan kimsənin, ən xeyirli və ən fəzilətli insan olduğunu bildirmək deyildir. 

Məqsəd, belə bir kimsənin ən xeyirli və ən fəzilətli insanlardan sayıldığını bilməkdir.

Hədislər, Quran öyrətməyə təşviq edir. 

İbn əbi Davud'un rəvayətinə görə, Süfyan əs-Sevri'yə cihad ilə Quran öyrətməkdən hansının daha savab olduğu soruşulduğunda, Sevri, Quran öyrətməyi tərcih etmişdir."

25 Türklər haqqında hədislər (1)

Türklər haqqında hədislər:

4096- Əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Nəbi (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Siz, ayaqqabıları qıldan olan bir qövmlə döyüşmədikcə, qiyamət qopmayacaqdır. Və siz gözləri kiçik bir qövmlə döyüşmədikcə qiyamət qopmayacaqdır."

----------------------

4097- əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Siz, gözləri kiçik, burunları qısa (vəya yastı) və üzləri qat-qat dəri ilə örtülmüş qalxanlar kimi (ətli) bir qövmlə döyüşmədikcə, qiyamət qopmayacaqdır. Və siz ayaqqabıları qıldan olan bir qövmlə döyüşmədikcə, qiyamət qopmayacaqdır."

----------------------

4098- Amr b. Tağlib (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, o:

Mən, Nəbi (sallallahu aleyhi və səlləm)'dən bu buyuruğu eşitdim demişdir:

"Üzləri geniş (enli) olan bir qövmlə döyüşməyiniz, şübhəsiz qiyamət əlamətlərindəndir. O qövmün üzləri qat-qat dəri ilə örtülmüş qalxanlar kimi (qalın və çox ətli)'dir. Qıldan ayaqqabı geyən bir qövmlə döyüşməyiniz də, şübhəsiz qiyamət əlamətlərindəndir."

-----------------------

4099- əbu Səid əl-Xudri (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Siz, gözləri kiçik və üzləri geniş (yuvarlaq) bir qövmlə döyüşmədikcə, qiyamət qopmayacaqdır. Onların gözləri çəyirtgə gözləri kimi olub üzləri də qat-qat dəri ilə örtülmüş qalxan kimidir. Qıldan ayaqqabılar geyər, dəridən qalxan istifadə edər və atlarını xurma ağaclarına bağlayarlar."

Not: Heysəmi, "Məcmau'z-Zəvaid"də belə deyir:

"Bunun sənədi, həsəndir. Ravi Ammar b. Muhamməd haqqında ixtilaf vardır. Bu hədisi ibn Hibban, öz "Səhih"ində əl-Aməş yolu ilə rəvayət etmişdir."

(İbn Macə, Sünən tərcümə və şərhi, Kitabu'l-Fitən (Fitnələr kitabı): "Türk(lərlə döyüşmək) babı")

-----------------------------

İzahı:

Müəllifimiz ibn Macə'nin fərqli 2 sənədlə rəvayət etdiyi əbu Hureyrə (radiyallahu anh) hədisini:

• Buxari;

• Muslim;

• Tirmizi; və

• əbu Davud

da bənzər ləfzlərlə və fərqli sənədlərlə rəvayət etmişlərdir.

4098 no-lu Amr b. Tağlib (radiyallahu anh) hədisini, Buxari rəvayət etmişdir.

4099 no-lu əbu Səid əl-Xudri (radiyallahu anh) hədisi, ibn Hibban tərəfindən də rəvayət edilmişdir.

------------------------

Müəllifimiz ibn Macə, bu hədislərin Türklər haqqında varid olduğuna, babın başlığı ilə işarət etmişdir.

İbn Macə'nin rəvayət etdiyi hədislərdə, vəsfləri açıqlanan qövmün Türklər olduğuna dair bir qeyd olmasa da, Buxari, Muslim, əbu Davud və Nəsai'nin bəzi qeydlərində, bu qövmün Türklər olduğu qeydi mövcuddur. Belə ki:

• Buxari'nin "Cihad" kitabında açdığı: "Babu Qitali't-Turk"="Türklərlə döyüş babı" bölməsində, əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət etdiyi hədis belədir:

Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Siz, gözləri kiçik, üzləri qırmızı, burunları qısa (yastı) və üzləri qat-qat dəri ilə örtülmüş qalxanlar kimi (qalın, ətli) olan Türklərlə döyüşmədikcə, qiyamət qopmayacaqdır və siz, ayaqqabıları qıldan olan bir qövmlə döyüşmədikcə, qiyamət qopmayacaqdır."

• Muslim'in də, "Kitabu'l-Fitən" 18-ci babda rəvayət etdiyi əbu Hureyrə (radiyallahu anh) hədisi belədir:

Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Müsəlmanlar, Türklərlə döyüşmədikcə qiyamət qopmayacaqdır. Onlar, üzləri qat-qat dəri ilə örtülmüş qalxanlar kimi (qalın, ətli) olub qıldan libas geyən və qıl(dan olan) ayaqqabı ilə yeriyən bir qövmdür."

Bu hədisi, əbu Davud və Nəsai də rəvayət etmişlərdir.

Bu rəvayətlər, bu babdakı hədislərin Türklər haqqında varid olduğuna dəlalət edər. Bu səbəblədir ki, müəllifimiz ibn Macə də, Buxari, əbu Davud, Tirmizi kimi bu hədislərə aid babın başlığını bu şəkildə tərtib etmişdir.

Müsəlmanlar ilə Türklərdən olduğu başa düşülən bəhs mövzusu qövm arasında baş verəcəyi bir möcüzə mahiyyətində xəbər verilən döyüşün, indiyə qədər meydana gəlib-gəlmədiyinə dair elm əhlinin görüşünü iləridə ələ alacağımız üzərə, indi, hədislərdə keçən bəzi kəlimələri açıqlayaq:

Hədislər, o qövmün ayaqqabılarının qıldan olduğunu ifadə edir.

1. "Avnu'l-Məbud şərh-u Sunən-i əbu Davud" müəllifi Əzimabadi, bu xüsusla bağlı olaraq bu məlumatları vermişdir:

İmam Qurtubi, "Təzkirə" əsərində belə demişdir:

"Onlar, tüklərdən hazırlanmış iplikdən libas düzəltdikləri kimi, ayaqqabı da düzəldərlər. Hədisin açıq mənası budur.

Bu cümlədən məqsəd, bu da ola bilər:

Onlar, saçlarını o qədər uzadarlar ki, gur və uzun saçları, bayağı libas kimi vücudlarını örtər və ayaqlarına qədər düşdüyü üçün, ayaqqabıları qıldandır təbiri istifadə edilmişdir.

Lakin birinci məna, açıq olanıdır."

2. İmam Cəlaləddin Suyuti isə, belə deyir:

"Qəsd edilən məna, birinci mənadır. Çünki o qövmün ölkəsi, soyuqdur. Başqa geyimlər, onlara uyğun düşməz."

3. Molla Əli əl-Qari'nin görüşü belədir:

"Yəni onlar, çarıq geyərlər. Çarıqlar tabaqlanmış dəridən olduğu üçün, qıldan ayaqqabı təbiri istifadə edilmişdir.

4. Nəvəvi isə, belə deyir:

"Onlar, qıldan hazırlanmış ayaqqabılar geyərlər. Bizim dövrümüzdə də, onlar, bu növ ayaqqabılar geyirlər."

-------------------------

Zülf: Əzləf'in cəm halıdır. Zələf kökündən alınmışdır.

Zələf: "burunun qısalığı və yastılığı"dır.

Məcann: Micənn'in cəm halıdır.

"Qalxanlar" deməkdir.

Mutraqa: "Qat-qat dəri ilə örtülmüş" deməkdir. Bir qövlə görə də: "üzü dəri ilə örtülmüş" deməkdir.

Nəvəvi belə deyir:

"O qövmün üzlərinin qat-qat dəri ilə örtülmüş qalxanlara bənzədilməsindən məqsəd:

• üzlərinin genişliyi;

• üzlərinin yuvarlaqlığı; və

• yanaq yumrularının yüksəkliyi

etibarı ilə, zikr edilən qalxanlara bənzədilməsidir."

Molla Əli al-Qari də:

"Üzləri geniş və yuvarlaq olduğu üçün, qalxanlara bənzədilmiş və qalın olub çox ətli olduğu üçün də, qat-qat dəri ilə örtülmüş qalxanlara bənzədilmişdir." demişdir.

-------------------------

Cərad: "Çəyirtkə" deməkdir.

Hədəq: "Çəyirtkənin göz bəbəyi"dir.

-------------------------

Bu hədislərdə xəbər verilən döyüş baş vermişmidir yoxsa hələ gerçəkləşməmişdir?

Bu xüsusla bağlı olaraq, Qurtubi, icmal olaraq belə deyir:

"617-ci ilin 5-ci ayında, İslam torpaqlarına hücum edən Tatar orduları, Xorasan bölgəsindəkiləri qılıncdan keçirtdilər. Sasan oğulları torpaqlarının altını üstünə çevirdilər. Nəşavər şəhərini yandırıb yıxdılar. Rey, Qəzvin, Ərdəbil, Marağa və Azərbaycan bölgələrini istila edərək, xalqını qətl etdilər. Ancaq mağaralara sığına bilənlər qurtuldular.

Bu torpaqlarda mövcud olan əşraf (şərəfli) və alimləri öldürdülər. Qadınları və uşaqları öldürməkdən də geri qalmadılar. İsfahan və ətrafını da yandırdılar. Atlarını məscidlərin sütunlarına bağladılar..."

Bədrəddin əl-Ayni (əl-Hənəfi) də, Buxari üzərinə yazdığı şərhdə (Umdətu'l-Qari əsərində), buna bənzər məlumatlar vermişdir.

Xülasə, xəbər verilən döyüş, Tatar (monqol) ordularının etdiyi təxribat ola bilər. Allahu alim...

------------------------

Əlavələr:

Türklər haqqında gələn hədislər (2):

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/turkl%C9%99r-haqqinda-h%C9%99disl%C9%99r-2

26 Cənnətdə bir çay olan Kövsər.

4334-İbn Ömər (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Kövsər, cənnətdə bir çaydır. Çayın hər iki kənarı qızıldandır. Yaqut və böyük incilər üzərində axır. Torpağı müşkdən daha gözəl qoxuludur. Suyu baldan dadlı və qardan daha ağdır."

-----------------

4335- Əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Şübhəsiz cənnətdə elə bir ağac vardır ki, süvari (və ya səyyah) bir kimsə, onun kölgəsində 100 il yeriyər, onu(n budaqlarının əhatə etdiyi sahəni) bitirə bilməz."

(Əbu Hureyrə demişdir ki): Əgər istəyirsinizsə:

"وَظِلٍّ مَّمْدُودٍ"

"(cənnət əhli) Çəkilməyən (daimi) kölgəliklərdə (dir)" (Vaqiə/30) ayəsini oxuyun."

---------------------

İzahı:

4334 no-lu İbn Ömər (radiyallahu anh) hədisini:

• Tirmizi;
• Əhməd;
• ibn əbi Xatim; və
• ibn Cərir

də rəvayət etmişlərdir.

Tirmizi bu hədisi, Kövsər surəsinin təfsiri bölməsində rəvayət etmişdir.

Bilindiyi kimi, bu surədə Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə Kövsər ehsan edildiyini bildirir. 

Bəzi alimlər belə demişlərdir:

"Bu surədə zikr edilən Kövsərdən məqsəd, cənnətdəki çaydır."

-----------------

4335 nömrəli Əbu Hureyrə (radiyallahu anh) hədisini:

• Buxari;
• Muslim; və
• Tirmizi 

də rəvayət etmişlərdir. 

Əbu Hureyrə (radiyallahu anh)'ın bu hədisi dəstəkləyən mahiyyətdəki Vaqiə surəsinin 30-cu ayətini oxumaqla bağlı sözü, Buxari'nin bir rəvayətində mövcuddur.

Bu ağacın Tuba ağacı olduğu söylənmişdir. Əbu'l-Fərəc ibnu'l-Cevzi bu qövlü nəql etmiş və Hafiz də onun görüşünü dəstəkləmişdir.

Ağacın kölgəsi, ağacın budaqlarının əhatə etdiyi sahə mənasında açıqlanmışdır. 

İmam Qurtubi də belə deyir:

"Belə izah gətirməyin səbəbi budur:

Kölgə, xalqın nəzərində, günəşin hərarətindən və əziyyətindən qoruyan bir şeydir. Halbuki cənnətdə nə günəş var, nə də əziyyət." 

İmam əbu'l-Həsən əs-Sindi (əl-Hənəfi) isə, belə izah gətirmişdir:

"Cənnətdəki aydınlıq, cənnətə tavan sayılan Ərş'dən gəldiyi təqdirdə, bu hədisdəki kölgə ifadəsi, açıq mənasında tutular. Çünki bu təqdirdə qatı cisimlər üçün kölgə halı ola bilər.

Əgər cənnətdəki aydınlıq, hər hansı bir tərəfdən gəlmə olmayıb, cənnətin özü şəxsən aydınlıqdırsa, o təqdirdə kölgədən məqsəd budur:

Yəni fərz edək ki, kölgə olsa, bu qədər sahəni əhatə edər." deməkdir.

27 Allah təalanın Qiyamətə qədər yardım edəcəyi bir camaat.

Qurrat b. Əyas (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Mənim ümmətimdən, daim Allah Taala tərəfindən dəstəklənən və onlara kömək etməyən xalqın zərər verə bilməyəcəyi bir camaat, qiyamət qopuncaya qədər, heç əskik olmayacaqdır."

İbn Macə, Sünən tərcümə və şərhi, Müqəddimə: "Rasulullah (sallallahu aleyhi və səlləm)'in sünnətinə tabe olmağın əhəmiyyətinə dair varid olan hədislər", hədis no: 6

-------------------

İzahı:

Bu hədis, Allah Taala'nın sevgi və köməyinin üzərlərində görsənən bir camaatın İslam aləmində hər dövrdə mövcud olacağını və qiyamətə qədər bu halın davam edəcəyini müjdələyən mahiyyətdədir.

Bu camaatın Allah Taala tərəfindən alacaqları köməyi:

1. 

"• Münkirlərə (inkar edənlərə) qarşı isifadə etdikləri susdurucu hüccətlər;

 • Haqq və həqiqətləri isbatlayıcı bürhanlar; və

 • Qənaət verici dəlillər"

diyə açıqlayan hədis alimlərə görə, bu camaat:

Elm əhlidir.

-----------------

2. 

Kömək və dəstəyi:

"• Qılınclar, 
 • mizraqlar və 
 • bənzəri silahlar"

ilə açıqlayanlara görə isə, bu camaat:

Qazilərdir.

Alimlərin çoxu, birinci görüşdədirlər.

------------------

• Hakim, "Ulumu'l-Hədis" kitabında, imam Əhməd'in bu tayfa haqqında belə dediyini nəql edir:

"Əgər bu tayfa hədis əhli deyilsə, hansı zümrə olduğunu bilmirəm."

Qadı İyad hədisin şərhində belə deyir:

"Allah rəsulu (sallallahu aleyhi və səlləm), bu tayfa ilə əhl-i Sünnət və'l-Camaat'ı və hədis əhlinin məzhəbinə inananları qəsd etmişdir."

Buxari, Səhih'ində belə açıqlayır:

"Bu tayfa, elm əhlidir."

İmam Cəlaluddin əs-Suyuti isə, bu hədisi nəql etdikdən sonra:

"Bu tayfa ilə müctəhidlər qəsd edilmişdir. Çünki müqəllidə alim deyilməz. Bu hədis, ictihad qapısının qiyamətə qədər açıq olduğuna dəlalət edir." demişdir.

• Nəvəvi isə, bu tayfanın müəyyən bir zümrə olmayıb, Allah Taala yolunda xidmət edən:

"Mücahidlər, Fəqihlər, Hədisçilər, Tasavvuf əhli və yaxşılığı əmr edib pislikdən çəkindirənlər kimi zümrələr içərisində dağınıq halda mövcud olması möhtəməldir. Bu tayfanın müəyyən bir yerdə və cəm halda olmaları gərək deyildir. Müxtəlif ölkələrdə yek digərindən ayrı ola bilərlər." 

diyə izah vermişdir. (bax: ibn Macə'nin Sindi Haşiyəsi, s. 4, Misir/1313)

-----------------

Hədisdə, qiyamət qopuncaya qədər belə bir tayfanın mövcud olacağı bildirilir.

Qiyamətdən məqsəd, əsl qiyamət olmayıb Ona yaxın bir zamandır. Çünki hədislərlə sabit olduğu yönü ilə, qiyamət yaxınlaşdığında əsən bir külək ilə bərabər, bütün möminlərin ruhları alınacaq, yer üzündə möminlər var olduqca əsl qiyamət qopmayacaq.

Nə vaxt ki, mömin kimsə qalmaz, hamısı vəfat edər və yer üzü kafirlərdən ibarət olarsa, o zaman əsl qiyamət qopar.

28 Alimlər peyğəmbərlərin varisləridirlər.

"Alimlər, peyğəmbərlərin varisləridirlər. Şübhəsiz, peyğəmbərlər, miras olaraq, nə dinar, nə də dirhəm qoymuşlardır. Onlar sadəcə miras olaraq elm qoymuşlardır.(Əhməd, Müsnəd, V, 196; əbu Davud, Elm/1; Tirmizi, Elm/19; ibn Macə, hədis no: 223)

--------------------

İzahı:

Burda 2 mövzuya işarət edilməktədir:

Birincisi:

Alim, həqiqətən peyğəmbərin varisidir. Peyğəmbərin, elmi miras olaraq buraxdığı kimi, elmi miras olaraq alanın da, onun ardından gələnlərə miras olaraq buraxması gərəkdir.

Alimin elmi miras olaraq qoyması, özündən sonra elm öyrədən, ya da yazan kimsələrə, ona öyrətməsi, ya da buna bənzər, özündən sonra faydalanılacaq şəkildə buraxmasıdır.

Rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Qul, öldüyü vaxt, bu 3 şey xaricində bütün əməlləri ondan kəsilər:

1. Faydalı elm;
2. Sədəqə-i cariyə (savabı öldükdən sonra da davam edən xeyirli əməllər);
3. Özünə dua edən saleh övlad." (Muslim, Vasiyyə/3)

Dolayısı ilə alim kimsə, özündən sonra gələn kimsəyə elm öyrətdiyində, ardında faydalı bir elm və sədəqə-i cariyə buraxmış olur.

Çünki daha əvvəl, Muaz (radiyallahu anh) və digər səhabələrdən rəvayət edildiyi kimi, elm öyrətmək, sədəqədir. Alimlərin elmi, özlərinə dua edən saleh övladlar dərəcəsindədir. Arxasında miras qoyduğu elm, onun üçün bu 3 özəlliyi bir araya gətirmiş olur.

İkincisi:

Alimin, peyğəmbərlərin miraslarına ən mükəmməl şəkildə sahib olması, peyğəmbərlər kimi arxalarında bir şey miras qoymamaqlarıdır.

Bu, peyğəmbəri (bütün işlərində) rəhbər edən, dünya sevgisindən uzaq durmaq, onu kiçik görmək, çox az bir miqdarda dünyalıq nemətlərdən faydalanma mövzusunda sünnətinə sarılan bütün kimsələr üçün keçərlidir.

Malik b. Dinar (rahmətullahi aleyh) belə demişdi:

"Alimin evinə getdiyində, evinin sağını-solunu sənə başa salmaq məcburiyyətində olmadığını görərsən. Evin bir tərəfində namaz üçün səccadəsini, Mushaf'ını və təmizləndiyi yeri görərsən. O evdə, axirətin təsirini hiss edərsən."

Əbu Mus'ab Talat b. Fuad əl-Hulvani'nin, ibn Rəcəb əl-Hənbəli'yə aid hədis şərhləri və risalələrini, 4 cild halında bir araya gətirib "Məcmu'u Rəsailu'l-Hafiz ibn Rəcəb əl-Hənbəli" adı əsərindən nəql, 

"Birinci hədis: Peyğəmbərlərin varisləri"

29 Duada əlləri çevirmək

1. Ənəs b. Malik (radiyallahu anh) belə demişdir:

"Allah rəsulu (sallallahu aleyhi və səlləm) yağış duası etmiş və əllərinin arxası ilə göy üzünə işarət etmişdir." (Muslim, "Salatu'l-İstisqa", hədis no: 896)

Hədisi şərh edən Nəvəvi (rahmətullahi aleyh) belə demişdir:

Bizim alimlərimiz (Şafi alimlər) ilə başqalarından mütəşəkkil bir qrup alim, qıtlıq kimi bir bəlanın ortadan qalxması üçün edilən dualarda əllər qaldırılaraq, ovucların arxasının səmaya çevrilməsi;

bunun xaricində hər hansı bir şey istənildiyi zaman isə, ovuc içlərinin göy üzünə çevrilməsi sünnətdir.' demişlərdir." (Nəvəvi, "Şərh-u Səhih-i Muslim", c. 6, s. 190)

----------------------

2. "Allah rəsulu (sallallahu aleyhi və səlləm), Allahdan hər hansı bir şey istədiyi zaman, ovuc içlərini yuxarıya doğru çevirərdi. Ancaq bir şeydən çəkinəcəyi zaman, ovuclarının arxasını (yəni əllərin üstünü) yuxarı çevirərdi." (Əhməd b. Hənbəl, "Müsnəd", 4/56)

-----------------------

3. "Allah rəsulu (sallallahu aleyhi və səlləm), əllərini qaldırarkən, içlərini Qibləyə, üstünü isə, öz üzünə qarşı tutardı." Sələfdən bəzi kimsələr də, bu şəkildə dua edərlərlərdi.

Bəziləri:

"Bu şəkildə dua etmək, bir şeydən çəkinib Allah Taala'ya sığınmaqdır." demişlərdir. Əlləri bu şəkildə açmaq, təslim olmanın da bir ifadəsidir...

..."Allah rəsulu (sallallahu aleyhi və səlləm), əllərini qaldırarkən üstünü səmaya, içlərini yerə doğru tutardı. 

Özü bəzi yağış dualarında və Ərəfat'da əllərini bu şəkildə açmışdır."

Muhamməd b. Sirin (rahmətullahi aleyh) belə demişdir:

"Bu şəkildə dua etmək, bir şeyin şərrindən Allah Taalaya sığınmanın və o şeyi istəməməyin ifadəsidir."

(İbn Rəcəb əl-Hənbəli, "Camiu'l-Ulum və'l-Hikəm", 10-cu hədis: "Halal ilə bəslənməyə diqqət edilməsi haqqındadır.",  1. Cild, s. 190)

-------------------------

4. Yağış duasında əlləri yuxarı qaldırmaq müstəhəbdir. Çünki Ənəs (radiyallahu anh) hədisində belə gəlmişdir:

"Allah rəsulu (sallallahu aleyhi və səlləm), yağış duası xaricində heç bir duada əllərini qaldırmazdı. Yağış duasında əllərini o dərəcədə yuxarı qaldırardı ki, qoltuq altının bəyazlığə görülərdi." (Zuhayli, "İslam fiqhi", ll/504)

--------------------

5. Muhamməd b. Hənəfi belə deyir:

4 növ dua vardır:

1- İstək
2- Qorxu
3- Yalvarış
4- Gizli

İstək duasında əllərin içi, qorxu duasında isə, əllərin üstü yuxarıya qaldırılar. ("əl-Fətava əl-Hindiyyə", c. 5, s. 318)

---------------------

6. Xatib Şirbini belə deyir:

"Müsibətin dəfi için dua edilərsə, əllərin üstü yuxarıya doğru, Allah (azzə və cəllə)'dən bir şey istənildiği zaman, içi açıq olduğu halda, əllər yuxarıya doğru qaldırılar." (Muğni'l-Muhtaç, c. 1, s. 325)
 
-----------------------------

7. Hallad b. əs-Saib (əl-Ənsari) radiyallahu anh'dan belə rəvayət edilmişdir:

إن النبي كان إذا سأل جعل باطن كفيه إليه وإذا إستعاذ جعل ظاهرهما إليه

"Nəbi (sallallahu aleyhi və səlləm), Allahdan bir şey istəyəcəyi zaman, ovuc içini Özünə doğru çevirər; 

Əgər bir şeydən Allaha sığınacaqdısa, əlinin üstünü Özünə doğru tutardı."

(Heysəmi, Məcmau'z-Zəvaid, 10/168)

30 Heç bir gözün görmədiyi, heç bir qulağın eşitmədiyi və heç bir insanın qəlbindən keçməyən nemətlər

Əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Allah (Azzə və Cəllə):

Mən, saleh (yəni ibadətə düşgün, qadağan şeylərdən çəkingən, əxlaqən fəzilətli mömin) qullarım üçün:

• heç bir gözün görmədiyi;
• heç bir qulağın eşitmədiyi; və
• heç bir insanın qəlbindən keçməyən 

bəzi nemətlər hazırladım." buyurur.

Əbu Hureyrə deyir ki:

Və (bu nemətlər), Allahın sizə (Quranda) bildirdiyi nemətlərdən başqadır. İstəyirsinizsə:

فَلَا تَعْلَمُ نَفْسٌ مَّآ أُخْفِىَ لَهُم مِّن قُرَّةِ أَعْيُنٍ جَزَآءًۢ بِمَا كَانُوا۟ يَعْمَلُونَ

"Etdikləri ibadətlərə mükafat olaraq möminlər üçün -Allah qatında saxlanmış göz aydınlığı nemətləri heç kim bilə bilməz." (Səcdə/17)

ayətini oxuyun.

Ravi deyir ki:

Əbu Hureyrə bu ayəti:

مِّن قُرَّةِ أَعْيُنٍ

"Göz aydınlığı" deyə oxuyardı."

(İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Cənnətin sifəti babı", hədis no: 4328)

31 "Cənnətdə bir qamçının (azacıq) yeri (belə), dünyadan və dünyadakı hər şeydən xeyirlidir."

4329- Əbu Səid əl-Xudri (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Şübhəsiz cənnətdəki bir qarış(lıq yer), yer (kürəsin)'dən və üzərindəki şeylərdən (yəni dünya və içindəki bütün nemətlərdən) xeyirlidir."

------------------

4330- Səhl b. Sə'd (radiyallahu anh)'da rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Cənnətdə bir qamçının (azacıq) yeri (belə), dünyadan və dünyadakı hər şeydən xeyirlidir."

İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Cənnətin sifəti babı"

---------------------

İzahı:

4330 no-lu Səhl b. Sə'd (radiyallahu anh) hədisini:

• Buxari, "Bədiu'l-Xəlq" kitabının 7-ci və "Riqaq" kitabının 1-ci bablarında rəvayət etmişdir.

• "Camiu's-Sağir"də bəyan edildiyinə görə, Tirmizi də bunu rəvayət etmişdir.

------------------

Bu 2 hədis, cənnətdəki bir qarışlıq və ya bir qamçılıq yer kimi ən az bir sahənin belə, bütün dünya və üstündəki şeylərdən xeyirli olduğuna dəlalət edər.

Cənnətdə bir qarış kimi az bir yerin dünyadan və dünyadakı şeylərdən xeyirli və üstün olduğunu ifadə edən bu və bənzəri hədislər, bu şəkildə açıqlana bilər:

İbn Həcər Asqalani, Buxari'nin şərhində "Cihad" kitabının 5-ci babında rəvayət olunan Ənəs b. Malik (radiyallahu anh)'ın bənzər hədisini izah edərkən, ibn Dəqiqu'l-İd (rahmətullahi aleyh)'in belə dediyini nəql edir:

"Dünya və ondakı nemətlər, bilinib görülən nemətlərdir. İnsanların gözündə çox dəyərli şeylərdir. Cənnət və ordakı nemətlər isə, görülməyən və duyğu orqanları ilə hiss edilməyən nemətlərdir. 

Cənnət və nemətlərinin dəyərinin insanlarca gərəyi kimi təqdir edilə bilməsi üçün, cənnətin bir qarışlıq və ya bir qamçının tutduğu az bir yeri, dünya və ondakı nemətlərlə müqayisə edilmiş və daha üstün olduğu bildirilmişdir.

Əgər bu məqsəd güdülməmiş olsaydı, bunu bildirməyə ehtiyac olmazdı. Çünki dünyada olan bütün nemətlərin cənnətin bir zərrəsinə belə bərabər olmadığı məlumdur."