Yuxu barəsində kiçik məsləhətlər..

The Details of the Question
salam aleykum. mənim öyrənmək istədiyim peyğəmbərimizin yuxusu barədədi. Yəni kaylule, qaylule və feylule məsələlərindən deyil də, başqa şeylər barədə daha çox bilmək istəyirəm. yay və qış vaxtları nə vaxt yatardı? çünki qış vaxtı gecə tez olur və yatsıdan sonra yatsaq çox tez olmaz mı? həm də yuxu barəsində həm saat olaraq, həm də ümumiyyətlə ölçü nələrdi?
The Answer

Dear Brother / Sister,

Və aleykumusSalam və Rahmətullah. Ərəbistanda yatsı namazı çox erkən olmaz. Ekvatora yaxın olduğu üçün gecə ilə gündüz arasından fərq az olur. Bu səbəblə gecələri çox uzun olan bölgələrdə yatsı(işa) namazından sonra yatmamaq sünnəyə zidd olmaz.

Burada ölçü, səhər namazına qalxmağa mane olub olmayacağıdır. Qərarı da buna görə vermək lazımdır.

İşa namazından əvvəl yatmağı və işa namazından sonra danışmağı qadağan edən bir hədis vardırmı?

"Peyğəmbərimiz (s.ə.s.) yatsıdan əvvəl yatmağı, yatsıdan sonra da danışmağı xoş görməzdi" mənasını verən bəzi hədislər vardır. (Bax. Buxari, Məvakit 23; Müslim, Məsacid 236. Bundan əlavə bax. Tirmizi, Məvaqit 11; Nəsai, Məvaqit 20; İbni Macə, Salat 12; Məcmauz-zəvaid, 1/315).

Yatsı namazından əvvəl yatmanın xoş görülməməsi, yatan kimsənin yaxşıca yuxuya gedib bir daha oyana bilməmək təhlükəsindən, namazı fəzilətli sayılan vaxtında qıla bilməyəcək və camaat savabına qovuşa bilməyəcək olmasındandır. Hədisi-şəriflərdə bildirildiyi kimi səhər və yatsı namazlarında camaata davam etmənin fəzilət və əhəmiyyəti başqa namazlardan daha çoxdur. Yatsıdan əvvəl yatmaq camaat namazına davam edilməməsi hətta işanı qılmadan sabahlamaq kimi pis bir nəticəyə səbəb ola bilər. İmam Tahavi, yanında oyandıracaq kimsə olmaq şərtiylə yatsıdan əvvəl yatmağın bir qorxusu olmayacağını söyləyir.

Yatsı namazından sonra danışmanın xoş qarşılanmamasının səbəbi isə, yuxusuz qalınmasından ötəri fəziləti çox olan gecə namazı, hətta səhər namazına oyana bilməmək təhlükəsinin. Bundan başqa gecə çox oturan və yuxusunu tam ala bilməyib dinlənən bilməyən kəslər, gündüz etmələri lazım olan işləri tam və məhsuldar bir şəkildə edə bilməzlər. Lakin hədisdə tövsiyə edilən bu xüsus bir qadağa olmayıb, faydasız sözlərdən, halal olmayan əyləncələrdən və zamanı boşa keçirməkdən çəkindirməkdir. Faydalı sözlər, xeyirə istiqamətli söhbətlər, dərs müzakirəsi, qonağın olması, oğul-uşağından hal əhval tutması, saleh kəslərin məclislərində olmaq, qısacası dinimizin yaxşı və gözəl gördüyü şeylərlə məşğul olmaq qınanmış və ya qadağan olmayıb, əksinə müstəhəbdir. Necə ki bir bir rəvayətə görə Rəsul-i Əkrəm Əfəndimiz (s.ə.s.) şəxsən özü yatsı namazını qıldırdıqdan sonra səhabələrə xitab etmişdir. (Bax. Buxari, Elm 41, Məvakît 20, 40; Müslim, Fəzâilu's-səhabə 217)

Buna görə:

1. Oyana bilməmək təhlükəsi varsa və ya özünü oyandıracaq bir kimsə yoxdursa, yatsı namazını qılmadan yatmaq məkruhdur.

 

2. Yatsı namazından sonra faydasız sözlər və qanuni olmayan əyləncələrlə vaxt keçirmək məkruhdur.

 

3. İşa namazından sonra faydalı söhbətlər edilməsi, qonaq ağırlanması, oğul-uşaq ilə hal-əhvallaşmaqda bir qorxu yoxdur.

 

4. Gecə namazına və ya sabah namazına qalxa bilməyəcək, bir sonrakı gün işinə mane olacaq qədər yuxusuz qalmaq doğru deyildir.

 

5. Müsəlmanlar zamanlarını namaz vaxtlarına görə nizamlamalı, hər namazı vaxtında qılmağa diqqət etməli və hər işi vaxtında etməyə səy göstərməlidir.

Suallarla İslam

Müəllif:
Suallarla İslam
Subject Categories:
Read 74 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR