Namaz qılmayana qız verilməz və kəsdiyi yeyilməz deyilir. Bu doğrudur?

 

Namaz qılmayan insanın inancına baxılar, qılmayış səbəbinə nəzər edilər. Namaz qılmağın fərz olduğuna inanmır, yoxsa tənbəllik və laqeydlik edir? Əgər (Allah qorusun) namazın fərz olduğuna inanmadığı üçün namaz qılmırsa imanı gedər, küfrə düşmüş olar. Nə özünə qız verilər, nə də kəsdiyi yeyilər?

 

Ancaq, namazını imansızlıqdan deyil, laqeydlik və tənbəllikdən etmirsə o adam iman sahibi amma günahkar Müsəlmandır. Günahkar Müsəlmana isə qız da verilə bilər, kəsdiyi də yeyilər.

 

Rəsulu Əkrəm Əfəndimiz, qızını fasiq birinə verənə Allahın lənət edəcəyini hədisində xəbər vermiş, qız və oğlan ana-atalarını beləcə xəbərdarlıq etmişdir.

Read 3.405 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR