Mu'min isminin şərhi
7. əl-Mu'min isminin şərhi:
Səbəblərini lütf etməsi və qorxu yollarını bağlaması cəhətindən, əmn və amanın Özünə nisbət edildiyi (Zat)'dır.
~ Qorxu məhəlli olmadan, əmn və aman;
~ Yoxluq, nöqsanlıq və həlak ehtimalı olmadan olmadan da, qorxu təsəvvür edilə bilməz.
Mütləq Mu'min odur ki, əmn və aman, ancaq Onun vasitəsilə əldə edilə bilir. O da, Allah (subhənəhu və taala)'dır.
(Bu xüsus) gizli deyildir ki,
~ Kor, görmədiyi bir yöndən özünü həlak edəcək bir şeydən qorxar. Görən göz isə, insanı, belə bir təhlükədən qoruyar.
~ Qolu kəsilmiş bir adam, ancaq əllə qoruna biləcək bir afətdən qorxar. Sağlam əl isə, belə bir afətə qarşı, əmin-amanlıqdır.
~ Bütün hisslər və orqanlar da, belədir.
Mu'min isə, bunları yaradan, surət və qüvvət verəndir.
Tək başına olan və düşmənləri tərəfindən axtarılan bir insan düşünək. Bu insan, tənha bir yerə atılmış və əzaları da, zəifliyindən hərəkət edə bilməməkdədir. Hərəkət etsə belə, silahı yoxdur. Silahı olsa da, düşmənlərinə qarşı tək başına müqavimət edə bilmir. Əsgərləri olsa da, bölünüb-dağılmayacaqlarından, əmin deyildir. Və sığınacaq bir qala da tapa bilmir.
(İş belə ikən), bu adama kömək edəcək bir nəfər çıxır; zəifliyini müalicə edib gücləndirir; əsgərləri və silahları ilə onu dəstəkləyir; ətrafına sağlam qala inşa edir; və ona, əmin-amanlıq verir. Bu şəxsi, Mu'min deyə təsmiyyə etmək (adlandırmaq), yerindədir.
(Misalda olduğu kimi):
Qul,
~ fitrəti etibarı ilə zəifdir;
~ xəstəliklərə, aclığa və susuzluğa məruzdur;
~ zahirində də, yandıran, boğan, yaralayan və kəsici afətlərə məruz qalmağa əlverişlidir.
Qulu,
~ bütün qorxulardan əmin qılan;
~ ondan, xəstəliklərini qaldıracaq faydalı dərmanları verən;
~ aclığını aparan yeməkləri; susuzluğunu aparacaq içəcəkləri; bədənini mühafizə edən orqanları; yaxınlaşan afətləri xəbər verən "hisslərdəki casuslar"ı təmin edəndir.
İnsanın ən böyük qorxusu isə, axirətinin həlak olmasıdır. Onu bu həlakdan, kəlime-i tövhiddən başqası, qoruya bilməz. Allah Taala isə, bu qulu, bu kəliməyə tərğib edən (rəğbətləndirən)'dir. (Necə ki, O, belə buyurmuşdur):
"Lə iləhə illəllah, Mənim qalamdır. Mənim qalama girən kimsə, əzabımdan əmin olar." (əbu Nuaym, "Hilyətu'l-Övliya", lll, s. 192)
Aləmdə mövcud olan hər əmin-amanlıq, Allahın yaratdığı və istifadəsini öyrətdiyi səbəblərdən istifadə edilmişdir.
...ٱلَّذِىٓ أَعْطَىٰ كُلَّ شَىْءٍ خَلْقَهُۥ ثُمَّ هَدَىٰ
"...Hansı ki, hər şeyə öz xilqətini verən; sonra da ona hidayət/doğru yolu göstərəndir!" (Taha/50)
(Bu halda), haqq, mütləq Mu'min, Odur.
Tənbeh: Qulun, bu isim və sifətdən nəsibi, bütün xalqın, ondan əmin-amanlıq içərisində olmasıdır. Hətta, din və dünya xüsusunda; və nəfsinin həlak olmasından qorxan hər kəsin, özündən bunları dəf etməsini umduğu (şəxs)'dir. Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurur:
"Allaha və axirət gününə iman edən, qonşusunu, fəlakətindən əmin qılsın." (Bənzər ləfzlərlə, Buxari, hədis no: 5185)
Qullar arasında "mu'min" isminə layiq olan, Allah (azzə və cəllə)'nin yoluna hidayət edən və nicat yoluna irşad edib xalqı, Allahın əzabından əmin olmağa səbəb olandır. Bax bu, Peyğəmbərlərin və alimlərin işidir. Bundan dolayı, Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"Sizlər, pərvanələr kimi atəşə atılırsınız. Mən isə, düşməyəsiniz deyə, paltarınızın ucundan tuturam." (Bənzər ləfzlərlə, Buxari, hədis no: 5185)
Xəyal və tənbeh: Sanki, belə sual verə bilərsən:
"Həqiqətdə, qorxu, Allah Taala'dandır. Ondan başqa qorxu verən yoxdur. Qullarını qorxudan da, qorxu səbəblərini yaradan da, Odur. Bu halda, Ona, əminlik necə nisbət edilə bilər?"
Cavabın, budur: Qorxu da, Ondandır, əmin-amanlıq da. Əminliyin də, qorxunun da səbəbini yaradan, Odur. Onun qorxu verən olması, Mu'min olmasına əngəl deyildir. Eynilə, zillət verən (Muzil) olmasının, izzət verən (Muiz) olmasına mane olmadığı kimi. O, əl-Muiz və əl-Muzil'dir. Alçaldan (əl-Xafid) olması, yüksəldən (ər-Rafi) olmasını əngəlləməz. O, əl-Xafid və ər-Rafi'dir. Eyni şəkildə, O, Mu'min və Muxavvif (qorxu verən)'dir. Lakin, xüsusilə -təvqifi olaraq- Allahın isimləri arasında, Mu'min yer almaqla birlikdə; Muxavvif, yer almamışdır.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
