Əziz isminin şərhi
9. əl-Əziz isminin şərhi:
Bu isim,
~ bənzəri az olub çox mühim olan;
~ özünə ehtiyac çox şiddətli olan; və
~ Ona çatılması (qovuşulması) çox çətin olandır.
Bu 3 məna özündə cəm olmayana, "Əziz" deyilməz.
~ Neçə-neçə şeylər vardır ki, varlığı, az; lakin əhəmiyyəti və ya faydası, çox deyildir. Bundan dolayı, "əziz" deyə isimləndirilməz/adlandırılmaz.
~ Yenə, çox şey vardır ki, əhəmiyyət və faydası çox olmaqla bərabər, bənzəri də yoxdur. Lakin, özünə vüsul (qovuşmaq, çatmaq), çətin deyildir. Bundan dolayı, bu da, "əziz" deyə isimləndirilə bilməz. Məsələn:
Günəş, belədir, bir bənzəri yoxdur; yer üzü də, belədir. Bunların ikisinin də faydası, çox; özlərinə hiss edilən ehtiyac isə, şiddətlidir. Bununla bərabər, izzət sifətilə vəsf edilə bilməzlər. Çünki bunları müşahidə etməyə, hər hansı bir çətinlik yoxdur (Dolayısı ilə), bu 3 mənanın cəm olması lazımdır.
(Bununla bərabər), bu 3 mənadan hər birində, kamal və nöqsan vardır.
~ Az tapılan olmanın kamalı, birə raci olmaqdır; (çünki), birdən daha azı yoxdur. Bununla bərabər, bənzərinin olmasının muhal/imkansız olmasıdır. Bu da, Allah Taala'dan başqasında yoxdur. (Necə ki), günəş, varlıqda təkdir; lakin, imkan cəhətindən bir deyildir; eyni kamala sahib bənzərinin olması, mümkündür.
~ Özünə hiss edilən ehtiyacın şiddəti (xüsusun)'dakı kamal, hər şeyin hər xüsusunda, -varlığı, əbədiliyi və sifətləri də daxil olmaq üzərə- Özünə möhtac olunmasıdır. Bu (məna), Allah (azzə və cəllə)'nin xaricində, kamal dərəcəsində, başqasında ola bilməz.
~ Özünə çatmağın (qovuşmağın) çətinliyindəki kamal, künhünü əhatə etmək xüsusunda, imkansız olmasıdır. Bu da, kamal mənada, Allah (azzə və cəllə)'yə məxsusdur. (Necə ki), daha əvvəl, Allahı, ancaq Allahın bilə-biləcəyini bəyan etmişdik.
O, mütləq və həqiqi Əziz'dir. Başqası, Ona bərabər ola bilməz.
Tənbeh: Qullar arasındakı əziz, o kimsədir ki, Allahın qulları, ən mühim işləri olan axirət həyatı və əbədi səadət haqqında, Ona möhtacdırlar. Belə şəxs də, heç şübhəsiz, azdır və ona çatmaq/qovuşmaq, çətindir. Bu, peyğəmbərlərin (salavatullahi aleyhim əcməin) rütbəsidir.
Öz əsrində, dərəcə etibarı ilə infirad edib (tək olub) peyğəmbərlərə yaxın olan xəlifələr və varis alimlər, onlara izzətdə müşarəkət (şəriklik) etməkdədirlər (yəni, bu izzətdən pay almaqdadırlar). Hər birinin nail olduğu izzət, bu sifətdən aldıqları paya bağlı mərtəbələrilə xalqı irşad etmədəki cəfa və çətinlik ölçüsü qədərdir.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna")
