Yaradılışda nöqsanlıq var?

Burada əsl düşünülməyə dəyər bir xüsus var. Görəsən yaradılışa nöqsanlıq isnad edənlər, yaradılışın nöqsanını idrak edəcək bu mükəmməlliyi haradan əldə etmişlər? Özləri də o nöqsan yaradılışın parçalarından olduqları halda, yaradılışın nöqsanı haqqında verdikləri bu hökmün doğruluğunu bizə nə ilə isbat edəcəklər? Əstağfirullah, nöqsan olan bir yaradıcının yaratdığı şeylərin də nöqsan olması lazım olur. Çünki əyri bir şeyin kölgəsi də əyridir.

 

Əgər özlərində yaradılışın nöqsanlığına hökm edəcək bir mükəmməllik varsa, onların bu mükəmməlliyi mütləq, onun üstündə olan bir mükəmməlliyin əsəri olması lazımdır. Çünki nöqsandan, nöqsansız olan bir şey çıxmaz. Elə mükəmməl varlıqları yaradan bir Yaradıcının, yaratma və qüdrətinin də nöqsan ola bilməyəcəyi aşkardır.

Read 3.763 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR