Qabid və Basit isimlərinin şərhi
21-22. Qabid və Basit isimlərinin şərhi:
~ Ölüm əsnasında, ruhları bədənlərdən qəbz edən;
~ Həyat əsnasında, ruhları bədənlərdə bast edən (genişlədən, yayan)'dır.
~ Sədəqələri varlılardan qəbz edib ruziləri zəiflərə (kasıblara) bast edəndir. Ruzini, varlılar üçün, ehtiyac ortadan qalxacaq şəkildə bast edər (genişlədər); kasıblar üçün isə, taqətləri qalmayacaq dərəcədə qəbz edər.
~ Qəlbləri qəbz edər, elə bir daraldar ki, özünün nə qədər əhəmiyyətsiz; İlahi ucalıq və cəlalın isə, nə dərəcə böyük olduğu inkişaf edər (yəni, insan üçün bu mənalar açılar). Qəlbləri elə bir bast edib genişlədər ki, lütfü, ehsanı və camalı, (insan üçün) yaxınlaşar (yəni, bilinər).
Tənbeh: Qullardan qabid və basit olanlar bunlardır ki, özlərinə bədi (bənzərsiz) bir şəkildə hikmət ilham edilmiş və cəvamiu'l-kəlim (haşiyə) verilmişdir. Beləcə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in etdiyi kimi, gah Allah (azzə və cəllə)'nin nemətlərini, onlara zikr edərək onların qəlblərini bast edərlər; gah da onlara, Allahın cəlalından, kibriyasından, əzab və bəla növlərindən və düşmənlərindən intiqam almasını xatırladaraq, onların qəlblərini qəbz edərlər. Necə ki, O (sallallahu aleyhi və səlləm), səhabənin qəlblərini ibadətə qarşı həris olmaları üçün qəbz etmişdi. (Onlara, belə buyurmuşdu):
Qiyamət günü,
- Uca Allah: "Ey Adəm!" deyə buyuracaq.
- Adəm deyəcək: "Buyur, hüzurundayam, əmrinə müntəzirəm. Xeyir, yalnız Sənin əlindədir."
- Allah buyuracaq: "Cəhənnəmə vasil olacaq kimsələri ayır!"
- Adəm deyəcək: "Cəhənnəmə vasil olacaqların sayı, nə qədərdir?"
- Allah buyuracaq: "Hər 1000 nəfərdən 999-u." (Buxari, hədis no: 3348)
Bunu eşidən səhabənin qəlbləri qırıldı və ibadətə qarşı tənbəlləşdilər. Sabah olunca, Peyğəmbər (sallallahu aleyhi və səlləm), onları, qəbz və fütr (bezginlik, tənbəllik) halında gördüyündə, onların qəlblərini rahatlatdı və bast etdi. Onlara, (onların saylarının), əvvəlki sair ümmətlərə görə, ağ bir öküzün dərisindəki qara bir xal kimi olacağını söylədi.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
-------------------------------
(Haşiyə:
Cəvamiu'l-kəlim, nədir?
əbu Hureyrə (radiyallahu anh)'dan nəql edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"Mən, cəvamiu'l-kəlim ilə göndərildim." (Buxari, hədis no: 7273)
İbn Həcər Asqalani, "Fəthu'l-Bari"də, bu hədisin şərhində, deyir:
Qısaca söyləmək lazım gəlsə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), sözləri, az; ancaq ifadə etdiyi məna, çox olan bir ifadə ilə danışardı.
Zühri'dən başqası isə, cəvamiu'l-kəlim'dən məqsədin, "buistu = göndərildim" cümləsinin qərinəsilə, bunun (yəni, cəvamiu'l-kəlimin), "Quran" olduğunu söyləmişdir. Quran da, qısa söz və geniş məna cəhətindən, bir zirvədir.
