Xafid və Rafi isimlərinin şərhi
23-24. Xafid və Rafi isimlərinin şərhi:
~ Kafirləri bədbəxt edərək alçaldan;
~ Möminləri isə, bəxtiyar edərək yüksəldəndir.
Müşahidəsi, məhsusat (hiss edilə bilənlər) ilə xəyal edilənlərin fövqünə; iradəsi, zəmm edilən (pislənən) şəhvətlərdən yuxarı yüksələn şəxs, müşahidələrini, muqarrəb (Allaha yaxın) mələklərin üfqünə doğru yüksəltmişdir.
Hər kim də, müşahidələrini, məhsusat ilə; himmətini də, heyvanlarla müştərək olduğu şəhvətlərlə məhdudlaşdırmışdırsa, müşahidəsini, əsfəl-i safilinə doğru alçaltmış deməkdir. Bunu da, sadəcə Allah Taala edər. O, Xafid və Rafi'dir.
Tənbeh: Qulun bu (isimdən) nəsibi, haqqı yüksəldib batili alçaltmasıdır. Bunu da, haqlıya dəstək olub haqsızı əngəlləməklə, Allah düşmənlərinə, onları alçaltmaq üçün düşmənlik edib Allah dostlarına onları yüksəltmək üçün dostluq etmək surətilə edər. Allah Taala, bundan dolayı, vəlilərindən bəzilərinə, belə buyurmuşdur:
"Dünyaya qarşı zühdünün qarşılığını, nəfsini rahatladaraq, dərhal almış oldun. Məni zikr etməklə, şərəf qazandın. (Bəs) Mənim üçün:
~ vəlilərimdən birilə dostluq; və
~ düşmənimə düşmənlik
etdinmi?"
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
