Səmi isminin şərhi

27. Səmi isminin şərhi:

Səmi, idrakından, -nə qədər gizli olsa belə- eşidilənlərin, iraq qala bilmədiyi (Zat)'dır. Sirri də, fısıltını da; hətta bunlardan daha gizli və incəsini də eşidər. Qaranlıq gecədə sərt qayadakı qara qarışqanın səsini belə idrak edər. Həmd edənlərin həmdlərini eşidər, onlara mükafat verər; dua edənlərin dualarını eşidər, onlara icabət edər (cavab verər).

(Allah), qulaq olmadan eşidər; eynilə, orqanlar olmadan fel işlədiyi; dil olmadan danışdığı kimi...

Onun eşitməsi, hudusa təmas etməkdən (yəni, sonradan yaradılmış olmaqdan) münəzzəhdir.

Səmi olan (eşidən) Allahı,

~ eşidilənlərin hadisliyindən (sonradan yaradılmışlığından) qaynaqlanan dəyişmələrdən tənzih; və

~ hər hansı bir qulaq və ya alət vasitəsilə eşitməkdən təqdis edərsənsə,

eşitməyin, Onun haqqında, eşidilənlərin vəsflərinin kamil mənada inkişaf etdiyi bir sifətdən ibarət olduğunu bilərsən.

Bu xüsusda incə nəzərli olmayan, zəruri olaraq, təşbihin özünə düşər. Bundan həzər et və nəzərini, bunda dərinləşdir.

Tənbeh:

Qulun, hiss cəhətindən, eşitmə sifətindən nəsibi vardır. Ancaq, nöqsandır. Çünki insan, bütün eşidilə bilənləri idrak edə bilməz; yalnız, yaxındakı səsləri eşidə bilər.

Sonra, onun idrakı, afətlərə məruz qala biləcək alət və orqanlar ilədir. (Belə ki), səs:

~ gizli olunca, idrakı nöqsan olur;

~ uzaq olunca, eşidə bilmir;

~ çox yüksək olunca da, eşitmə hissini itirə bilir.

(Qulun), bu eşitmə sifətindən nəsibi, 2 şeydir:

1. Allah (azzə və cəllə)'nin səmi (eşidən) olduğunu bilib dilini, (bundan dolayı) qorumasıdır.

2. Özündəki bu eşitmə hissinin, Allah (azzə və cəllə)'nin endirdiyi kitabı və Rəsulun hədisini eşitməsi üçün verildiyini bilməsi və bu hissindən, sadəcə, Allah (azzə və cəllə)'nin yolu olan hidayətdə istifadə etməsidir.

(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)

Read 6.405 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR