Lətif isminin şərhi

31. Lətif isminin şərhi:

Bu ismə layiq olan, maslahat (fayda)'ların incəliklərini və gizliliklərini; daha incələrini və lətiflərini bilən; və bunları, əhlinə (yəni, fayda verilmək istənilən şəxsə), sərtliklə deyil; yumşaq yolla çatdıran (Zat)'dır. Feldə yumşaqlıq ilə idrakda lətiflik (incəlik) birləşdiyində, lütfün mənası tamamlanmış olur.

Həm elmdə, həm də feldə, bunun kamalı, ancaq, Allah (subhənəhu və taala) haqqında təsəvvür edilə bilər. Onun, incəlikləri və gizlilikləri əhatə etməsinin təfsilini verməyə, imkan yoxdur. Gizli olan şey, Onun elmində, açıq olan şey kimidir. Ona nəzərən, arada bir fərq yoxdur. Fellərindəki yumşaqlığı və (felləri) içindəki lütfü, hasr edilə (yəni, məhdudlaşdırıla) bilməz. Çünki, feldəki lütfü, sadəcə fellərin təfsilatını və fellərindəki yumşaqlığı bilən bilər. İnsanın əl-Lətif isminin mənasına dair mərifətinin genişlənməsi, insanın mərifətinin genişliyi qədərdir. Bunu şərh etmək, uzun gedər. Onlarla cild yazılsa belə, kifayət etməsi, təsəvvür edilə bilməz. Ancaq, bəzi cümlələrinə tənbeh edilə bilər. (Belə ki):

~ Cənin (ana bətnindəki uşağ)'ı, 3 qaranlıq içərisində yaratması;

~ Orda mühafizə etməsi;

~ Anasından ayrılıb müstəqil bir şəkildə ağzı ilə yeyincəyə qədər, göbək bağı vasitəsilə bəsləməsi,

Onun lütfündəndir. Sonra,

~ Doğulduqdan sonra, gecə qaranlığında belə, təlim və müşahidə olmadan, ona, (anasının) sinəsindən əmməsini ilham etməsi də,

Onun lütfündəndir.

Cücə də, yumurtadan çıxar-çıxmaz, o əsnada, yerdəki toxumları yeməsi, özünə ilham edilir.

~ Sonra ---> (uşağın) dişinin yaradılışını, ilk başda (yəni, dünyaya gəldiyi vaxtlarda) deyil; dişlərə ehtiyac duyacağı vaxta qədər ertələyir. Çünki, südlə bəslənərkən, dişə ehtiyac yoxdur.

Sonra ---> yeməyi çeynəmək ehtiyacından dolayı, dişi çıxarır.

Sonra ---> əzmək üçün, geniş dişlər; qırmaq üçün, azı dişlər; kəsmək üçün də, sivri/iti dişlər olmaq üzərə, bunların bir-birindən ayrılması, eyni şəkildə,

Onun lütfündəndir.

~ Sonra, əsli vəzifəsi danışmaq olan dili, eynilə bir kürək kimi, yeməkləri üyüdən dişlərə yönləndirməsi də, Onun lütfündəndir.

Əgər insanın çətinlik çəkmədən yediyi loxmanın asanlığındakı lütfü zikr edilməyə çalışılsa,

-ki, torpağı islah edənindən; əkənindən; sulayanından; biçənindən; təmizləyənindən; əzənindən; (unu) yoğuranından; çörək halına gətirənindən; və daha neçə-neçə başqalarına qədər, sayları bilinməz bir çox insan, bu loxmanın hazırlanmasında köməkləşmişdirlər-

bunun şərhi, kamil mənada mümkün olmaz.

İcmal olaraq:

• İşləri tədbir etmə cəhətindən, O - Hakəm'dir;

• Onları vücuda gətirməsi cəhətindən - Cavad'dır;

• Tərtibləmək cəhətindən - Musavvir;

• Hər bir şeyi, öz yerinə yerləşdirməsi cəhətindən - Adl;

• Rifq'in (yumşaqlığın) incə yönlərini tərk etməməsi cəhətindən isə - Lətif'dir.

Bu fellərin həqiqətini bilməyən kimsə, bu isimlərin də həqiqətini bilməz.

~ Qullarına, kifayət edən miqdardan daha çoxunu ehsan etməsi; və

~ Onların taqət gətirə biləcəklərindən daha azı ilə mükəlləf tutması,

Onun lütfündəndir.

~ Az bir zamanda, xəfif bir səy ilə əbədi səadətə çatdırmağı asanlaşdırması da, Onun lütfündəndir. Az bir zamandan məqsəd, ömürdür ki, əbədiyə nisbətlə, bir heç kimidir.

~ Qan ilə ifrazat arasından, təmiz süd;

~ Sərt daşlardan, dəyərli cövhərlər;

~ Arıdan, bal;

~ İpək qurdundan, ipək; və

~ Sədəfdən, inci çıxarması da,

yenə, Onun lütfündəndir.

Bunlardan da əcaib olanı,

~ Kirli nütfədən, mərifətini əldə etməyə istedadlı; əmanətini yüklənməyə uyğun; səmaların mələkutunu (haşiyə) müşahidə edə bilən bir varlıq yaratmasıdır ki, bu lütflər, sayıla bilməyəcək qədər çoxdur.

Tənbeh: Qulun, bu vəsfdən payı, Allah (azzə və cəllə)'nin qullarına qarşı yumşaq bir şəkildə davranması; onları, Allah Taala'ya çağırarkən, axirət səadətinə yönləndirərkən, xor görəcək bir şəkildə, şiddət və təəssüb və düşməncəsinə deyil, lütflə (incəliklə) davranmasıdır. Lütfün ən əhsən vəchi (cəhəti) isə, haqqın qəbulu üçün, Allahın razı olduğu əxlaq, fəzilət və saleh əməllərlə cəzb etməkdir. Çünki bunlar, müzəyyən/bəzəkli ləfzlərdən, daha lətif və daha həqiqidir.

(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)

-----------------------------

(Haşiyə:

Mələkut nədir?

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/m%C9%99l%C9%99kut-al%C9%99mi...)

 

 

 

 

Read 9.678 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR