Əzim isminin şərhi

34. Əzim isminin şərhi:

Bil ki, Əzim ismi, ilk olaraq, cisimlər üçün vaz edilmiş (qoyulmuş)'dur. (Məsələn), "Bu cisim, əzimdir." deyilir. Yaxud, bir cismin en, uzunluq və hündürlükdə sahəsi daha geniş olarsa, o vaxt, "Bu cisim, digər cisimdən daha əzimdir." də deyilməkdədir.

Əzim olan cisimlər də:

~ Gözün əhatə edə bildiyi (yəni, hər tərəfini görə bildiyi) ilə;

~ Gözün, bütün ətrafını əhatə etməsinin təsəvvür edilə bilmədiyi -yer və səma kimi-

cisimlər olaraq, 2 qismə ayrılır. Məsələn:

~ Fil, əzimdir. Ancaq göz, onu, hər tərəfilə əhatə edə bilir. Belə olunca, fil, ondan daha kiçik cisimlərə izafətlə əzim olmuş olur.

~ Yeri isə, -eynilə səmada olduğu kimi- bütün ətrafı ilə əhatə etməsi, təsəvvür edilə bilməz. Bax, gözün idrakı cəhətindən mütləq əzim olan, budur.

Bil ki, bəsirətlərin idrak etdiklərində, fərqliliklər vardır. (Elə varlıqlar) vardır ki, ağıllar, onun həqiqətini, künhü ilə əhatə edə bilirlər. Ağılların, onu (idrakdan) nöqsan olan (varlıqlar da) vardır. Ağılların, özünü idrakdan nöqsan olduqları (varlıqlar) da, 2 qismə ayrılırlar:

1. Bir çox ağılların əhatə edə bilməməsilə bərabər, bəzilərinin əhatə edə bildiyi (varlıqlar);

2. Həqiqətinin künhünü, hər hansı bir ağlın əhatə etməsinin təsəvvür edilə bilmədiyi (varlıq).

Ağlın bütün hüdudlarını aşan, künhünü əhatə etmək təsəvvür edilə bilməyən mütləq əzim, Allah Taala'dır. 

Tənbeh: Qullardan əzim olan kimsələr, Peyğəmbərlər və alimlərdir, ki, ağıl sahibi bir kimsə, onların sifətlərindən bir şey bilərsə, onun sinəsi və qəlbi, boş bir yer qalmayacaq bir şəkildə, heybətlə dolar.

~ Peyğəmbər, Öz ümmətinə nəzərən;

~ Mürşid, müridinə nəzərən;

~ Müəllim, tələbəsinə nəzərən,

əzimdir. Çünki (bunların: ümmət, mürid və tələbənin) ağılları, onların sifətlərini əhatə etməkdən naqisdir. Əgər bunlar (yəni, ümmət, mürid və tələbə), Onların vəsflərinə bərabər olsa; yaxud Onları keçsələrdi, onlar, bunlara nisbətlə əzim olmayacaqlardı.

Allah (azzə və cəllə) xaricində təsəvvür edilə biləcək hər əzim varlıq, bir şəkildə naqisdir və mütləq şəkildə əzim deyildirlər. Çünki, Allah Taala'nın əzəməti xaricində, bir şey(in əzəməti), (başqa bir şeyə) izafətlə zühur edər. Ancaq (Allah'ın əzəməti), (başqa bir varlığa) izafət yolu ilə deyildir. Çünki O, mütləq əzimdir.

(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)

Read 12.946 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR