Cəlil isminin şərhi

42. Cəlil isminin şərhi:

Cəlal sifətlərilə məvsuf olan (Zat)'dır. Cəlal vəsfləri isə:

~ izzət;

~ mülk (yəni, hakimiyyət);

~ müqəddəs (yəni, bütün nöqsan sifətlərdən münəzzəh) olmaq;

~ elm;

~ istiğna (yəni, zənginlik);

~ qüdrət; və

(daha əvvəl) zikr etdiyimiz sifətlərdir.

Bütün bu cəlal vəsflərini (Özündə) cəm edən, mütləq Cəlil'dir. Bunlardan bəzilərilə müttəsif olan (vəsflənən)'in cəlaləti (yəni, cəlilliyi) isə, nail olduğu sifətlər miqdarıncadır. Buna görə, mütləq Cəlil, yalnız Allah (azzə və cəllə)'dir.

"Kəbir" ismi: (Allahın) Zat'ının kamalına;

"Cəlil" ismi: (Allahın) sifətlərinin kamalına;

"Əzim" ismi isə: (Allahın) həm Zat, həm də sifətlərinin kamalına

racidir ki, cəlal, bəsirəti əhatə edib; bəsirət, cəlalı əhatə edə bilmədiyində, bəsirətin idrakına nisbətlə, belədir.

Sonra, cəlal sifətlərinə gəlincə:

Bunları idrak edən bəsirətə nisbət edildiyində, "camal" deyə təsmiyyə edilir (adlandırılır). Bu vəsflə müttəsif olana da, "cəmil" deyilir.

"Cəmil" ismi, əsl vazı (qoyuluşu) etibarı ilə, göz ilə idrak edilən surətə deyilmişdir. Elə ki, göz, ona (yəni, zahiri surətə) müvafiq və uyğun olmuşdur. Sonra, (cəmil) bəsirət ilə idrak edilən surətlərə də nəql edildi (yəni, onlar üçün də istifadə edilməyə başlanıldı). Hətta deyilir ki: "Onun sirəti (daxili surəti), həsən və cəmildir." Və (ya) deyilir ki: "Onun əxlaqı, cəmildir." Və bunlar, bəsirətlərlə idrak edilir; göz ilə idrak edilməz.

Batini surət, kamil, mütənasib, bütün layiq olduğu mükəmməllikləri cəm edici və gərəkdiyi kimi olarsa, bu surəti idrak edən batini bəsirətə izafətlə, cəmil olar. Və bəsirətə, elə münasib, elə uyğun olar ki, bunu idrak edən şəxs, bunu mütaliə etdiyi vaxt; zahir göz ilə gözəl surətə nəzər edib idrak edəndən daha çox ləzzət, həyəcan, bir titrəmə yaşayar.

Həqiqi mənada və mütləq olaraq "Cəmil" olan, yalnız Allah (subhənəhu və taala)'dır. Çünki, aləmdə mövcud olan camal, kamal, gözəllik, hüsn, Onun Zat'ının nurlarından və sifətlərinin əsərlərindəndir. Ondan qeyri, bir ikincisinin olmayacağı bir şəkildə, -nə vücubi/vaciblik, nə də imkan cəhətindən- mütləq kamal sahibi başqa bir (varlıq) yoxdur. Bundan dolayı, arif olan, Onun camalına nəzər edən, sevinc, səadət, ləzzət, xoşbəxtlik idrak edər. Bununla bərabər, cənnətin nemətlərini və gözlə görülən gözəl surətləri, həqir görər. Elə ki, zahiri surətlərin gözəlliyi ilə; bəsirətlər tərəfindən idrak edilən batini surətlərin gözəlliyi arasında, bir münasibət yoxdur. Biz, bu "mənanın örtüsü"nü, -"İhya-u Ulumi'd-din" adlı əsərimizin "Məhəbbət" adlı babında- qaldırdıq.

(Allahın), Cəlil və Cəmil olduğu; və hər cəmilin (gözəlin), camalını idrak edənin nəzdində məhbub (sevilən) və məşuq (aşiq olunan) olduğu sabit olunca, bu səbəblə, Allah (azzə və cəllə) də, ariflər nəzdində, məhbubdur. (Necə ki), zahiri cəmil (gözəl) surətlər, korlarca deyil, görənlərcə məhbubdursa; Allah (azzə və cəllə) də, ariflər nəzdində, məhbubdur.

Tənbeh: Qullardan cəlil və camal olanlar, batini sifətləri gözəl olanlardır ki, bunlardan, bəsirət sahibi qəlblər ləzzət alarlar. Ancaq, zahiri camalın qədr-qiyməti isə, aşağıdır.

(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)

--------------------------

Əlavələr:

Dəyərli oxuyucu! Mətndən, "Allahın da bir surəti vardır." hökmünü çıxartma! Bu, təşbihdir. Müəllifimizin qəsdi, "İlcamu'l-Avam an ilmi'l-Kəlam" adlı əsərində də dediyi kimi, budur:

Bir fəqih, uşaq və avamın yanında danışdığında, sözlərinin içində 'surət' ləfzi keçər və:

~ "Bu məsələnin surəti belədir.";

~ "Bu vaqiənin surəti belədir.";

~ "Məsələni çox gözəl surətdə təsvir etdim."

deyərsə, məsələnin mənasını; və

onun haqqında 'surət' ləfzi istifadə edildiyində, bundan nə qəsd edildiyini bilməyən uşaq və ya avam, bildiyi və adət etdiyi surətlərdən dolayı, bu surətin də, ağzı, burnu və gözü olduğunu

düşünə bilər.

"Məsələnin surəti" deyildiyində, onun həqiqətini bilən və xüsusi bir nizamla tərtiblənmiş elmlərdən ibarət olduğuna inanan bir kimsənin, burdakı 'surət'in, digər cisimlərdə olduğu kimi, bir ağzı, burnu və gözü olduğunu anlaması, heç düşünülə bilərmi?! Əsla! Əsla belə düşünülə bilməz. Əksinə, "məsələ"nin cismiyyət və ona bağlı olan şeylərdən münəzzəh olduğunu bilməsi, belə bir mənanı başa düşməsi üçün ona kifayət edər.

Eyni şəkildə, Allah Taala'nın, cisimlər və ona bağlı şeylərdən münəzzəh və uca olduğunu bilmələri, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in:

"Allah, Adəmi, öz surətində yaratdı." sözünü eşidən hər kəsin qəlbində, burda keçən 'surət' ləfzinin mənasını anlamaları üçün, bir qərinə olur. Allahın cisim və ona bağlı olan şeylərdən münəzzəh olduğunu bilən arif kimsə, avamın 'məsələ' üçün cisimlərə aid (ağzı, burnu və gözü) olan surəti düşünməsinə heyrətləndiyi kimi; Allah Taala'nın cismi bir surəti olduğunu düşünən kimsələrə də heyrət edər.

-----------------------------

• "Allah, Adəmi, öz surətində yaratdı." hədisinin şərhi:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/allah-ad%C9%99mi-oz-sur%C9%9...

• Surət nədir?

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/sur%C9%99t-n%C9%99dir?fbclid...

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Read 13.482 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR