Bais isminin şərhi

50. Bais isminin şərhi:

Nəşr günü, məxluqatı dirildəcək; qəbrdəkiləri ba's edəcək (dirildəcək); və sinələrdə olanları çıxaracaq olan (Zat)'dır. Ba's, axirətdəki nəşət (diriliş)'dir.

Bu ismin mərifəti, ba's həqiqətinin mərifətinə bağlıdır. Bu da, mərifətlərin ən qapalısıdır. Əksər insanların, bunda mücməl təvəhhümləri və mübhəm təxəyyülləri vardır. (haşiyə)

-------------------

(Haşiyə:

Vəhm və təxəyyül qüvvələri:

https://suallarlaislam.com/m%C9%99qal.../10-hiss-hansilardir)

-------------------

Onların qayələri:

~ ölümü, yoxluq olaraq;

~ ba'sı isə, ilk yaradılışdakı kimi yoxluqdan sonrakı yeni bir yaradılış olaraq

təxəyyül etmələridir. İnsanların, ölümü, bir yox olma şəklində zənn etmələri, xətalı olduğu kimi; ikinci yaradılışı ilk yaradılış kimi zənn etmələri də, xətalıdır.

• İnsanların, ölümü bir yox olmaq şəklindəki zənnləri, batildir. Çünki, qəbr, ya cəhənnəm çuxurlarından bir çuxur; yaxud da cənnət baxçalarından bir baxçadır. Ölən insanlar:

~ ya səid (bəxtiyar)'dırlar ki, (bunlar), ayədə də ifadə edildiyi kimi (Al-i İmran/169-170), diridirlər və Rəbləri yanında onlara ruzi verilməkdədir;

~ ya da şaqi (bədbəxt)'dirlər ki, onlar da diridirlər. Bu səbəblədir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm), Bədr vaqiəsində, müşriklərə belə xitab etmişdi:

"Rəbbinizin sizə vəd etdiyini haqq olaraq tapdınızmı? Şübhəsiz Mən, Rəbbimin mənə vəd etdiyini, haqq olaraq tapdım." (Muslim, Cənnət/18)

Sonra, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə: "Çürüyən insanlara, necə xitab edirsən?" deyildiyində, belə buyurdu: "Siz, onlardan daha yaxşı eşitmirsiniz. Ancaq onların, cavab verməyə gücləri yoxdur."

Batini müşahidə, bəsirət sahiblərinə, insanın, əbəd üçün yaradılmış olub, onun üçün, yoxluq, bəhs mövzusu deyildir. Bəli, zaman gəlir, insanın bədəni üzərindəki təsərrüfü kəsilir və onun haqqında: "öldü" deyilir. Bəzən də, zaman gəlir, təsərrüfü yenidən verilir, bu səfər də, "dirildildi və ba's edildi" deyilir. Yəni, bu, "Cəsədi dirildildi." deməkdir. Və bunu həqiqətilə kəşf etməyi, bu kitab, qaldıra bilməz.

• İnsanların, ba's'ın ikinci icad olmayıb birincinin bir bənzəri olduğunu zənn etmələri də, səhih deyildir. Əksinə, ba's, heç bir şəkildə, birincisinə münasib olmayan, yeni bir inşadır. İnsanın, yalnız 2 inşası deyil; bir çox inşaları vardır. Bundan dolayı, Allah Taala, belə buyurmuşdur:

...وَنُنشِئَكُمْ فِى مَا لَا تَعْلَمُونَ

Və nunşiəkum fi mə lə tə'ləmun.

Yəni:

"...bilmədiyiniz bir şəkildə sizi yaradarıq." (Vaqiə/61)

Bundan dolayı, laxtalanmış qan, (bu qandan sonra) bir parça ət və digərlərinin yaradılmasından sonra, belə buyurdu:

...ثُمَّ أَنشَأْنَـٰهُ خَلْقًا ءَاخَرَ ۚ فَتَبَارَكَ ٱللَّهُ أَحْسَنُ ٱلْخَـٰلِقِينَ

"...Sonra, onu, başqa bir yaradılışla inşa etdik. Yaradanların ən yaxşısı olan Allah, nə mübarəkdir!" (Mu'minun/14)

Nütfə, torpaqdan bir nəşət (qaynama, doğma, yaradılma); laxtalanmış qan, nütfədən; bir ət parçası, laxtalanmış qandan; ruh, bir ət parçasından nəşətdir.

Ruhun nəşəti (doğuşu, yaradılması)'nın şərəfi və ucalığı, Rabbani bir əmr olması etibarı ilə, Allah, belə buyurur:

ثُمَّ أَنشَأْنَـٰهُ خَلْقًا ءَاخَرَ ۚ فَتَبَارَكَ ٱللَّهُ أَحْسَنُ ٱلْخَـٰلِقِينَ

"Sonra, onu, başqa bir yaradılışla inşa etdik. Yaradanların ən yaxşısı olan Allah, nə ucadır!" (Mu'minun/14)

Bir başqa ayədə də, belə buyurur:

وَيَسْـَٔلُونَكَ عَنِ ٱلرُّوحِ ۖ قُلِ ٱلرُّوحُ مِنْ أَمْرِ رَبِّى

"Səndən ruh haqqında soruşurlar. De: 'Ruh, Rəbbimin əmrindəndir." (İsra/85)

Ruhun əslinin yaradılışından sonra, hissi idrakların xəlqi, başqa bir nəşət (yaradılış)'dır. 15 yaş civarında ağlı yaratması, ayrı bir nəşət'dir. Hər nəşət isə, yeni bir mərhələdir. (Bu ayətdə, buna işarət edilməkdədir):

وَقَدْ خَلَقَكُمْ أَطْوَارًا

"O, sizi, mərhələlərdən keçirərək yaratdı." (Nuh/14)

Sonra, vəlayət (vəlilik) xüsusiyyətilə ruziləndirdiyi kimsələr üçün, vəlayət mərhələsinin zühuru, başqa bir nəşət; bundan sonra nübüvvət xüsusiyyətinin zühuru, başqa bir nəşətdir. Nübüvvət də, bir növ ba's'dır. Allah (subhənəhu və taala), nəşr günü insanları ba's edəcəyi kimi; rəsulları da ba's edəcəkdir.

Təmyiz çağına girməmiş uşağa, təmyizin həqiqətini fəhm etdirmək çətin olduğu kimi; müməyyiz (təmyiz çağını keçmiş)'ə də, ağlın həqiqətini və o mərhələdə olan qeyr-i adiliklərin inkişafını fəhm etdirmək, çətindir. Eyni şəkildə, ağıl mərhələsində, vəlayət və nübüvvət mərhələsini fəhm etdirmək də, çətindir. Çünki, ağlın, təmyiz nəşətinin fövqündə bir kamal mərtəbəsi; təmyizin də, hisslər (ilə idrakın) nəşətinin fövqündə bir kamal mərhələsi olduğu kimi; vəlayət də, ağıl nəşətinin fövqündə bir kamillik mərhələsidir. İnsanların təbiətində isə, çata bilmədikləri və nail ola bilmədikləri şeyləri inkar vardır. Hətta, hər bir şəxs, müşahidə etmədiyini və özündə hasil olmayanı inkar edər; və özünə qaib olan şeyə iman etməz. Və bunların təbiətindəndir ki, vəlayət və qeyr-i adiliklərini; və nübüvvət və qeyr-i adiliklərini inkar edərlər. Hətta onların təbiətindəndir ki, ikinci nəşəti (dirilişi) və axirət həyatını inkar edərlər. Çünki onlar, (hələ) ona çata bilməmişlərdir. Əgər müməyyizə, ağıl mərhələsi aləmi və ordakı əcaibliklər zahir olsaydı, onu inkar edəcək və varlığını muhal/imkansız görəcəkdi. Kim ki, özünə çatmayana iman edərsə, o vaxt, qeybə iman etmiş olar. Və bu da, (bütün) səadətlərin açarıdır. Necə ki, ağıl mərhələsi, onun idrak və nəşəti, daha əvvəlki idraklardan uzaq bir münasibət içindədirsə; axirət nəşəti də, bunun kimidir. Hətta, daha da uzaqdır. (Bunun üçün), axirət nəşətini, ilk nəşət ilə müqayisə etməmək lazımdır. Bütün bu nəşətlər, tək (eyni) zatın mərhələləri və kamal dərəcələrinə çıxan pilləkənlərdir. Ta ki, bütün kamalların sonlandığı (İlahi) hüzura yaxınlaşana qədər...Burda, (insan), Allah (azzə və cəllə qatında) rədd və qəbul; hicab və vüsul (arasında) olur. Qəbul edilərsə, ala-yı illiyyinə (ucaların ən ucasına) tərəqqi edər; qəbul edilməzsə, əsfəl-i safilinə (aşağıların ən aşağısına) düşər. Burdakı məqsəd, 2 nəşət arasında, isim xaricində bir münasibətin olmadığıdır. Nəşət və ba'sı bilməyən, Bais isminin mənasını da bilə bilməz. Və bunun şərhi isə, uzun gedər. Onun üçün, bunun üstündən keçirik.

Tənbeh:

Ba's'ın həqiqəti, ölüləri, başqa bir nəşətlə inşa edib ihya etməyə (diriltməyə) racidir (rücu etməkdə, qayıtmaqda)'dır. Cəhalət, ən böyük ölüm; elm, ən şərəfli həyat (diriliş)'dir. Allah (subhənəhu və taala), əziz kitabında, elm və cəhaləti, həyat və ölüm olaraq adlandırmışdır. Hər kim, başqasını cəhalətdən mərifətə tərəqqi etdirərsə, onu, başqa bir nəşət ilə inşa etmiş və gözəl bir həyat ilə, onu diriltmişdir. Əgər qul, insanlara elm ilə fayda verər və onları Allah Taala'ya dəvət edərsə, bu da, ihyanın (dirilişin) bir növüdür. Bu isə, Peyğəmbərlər və Onlara varis olan alimlərin mərtəbəsidir.

(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)

-----------------------

Əlavələr:

"Qiyamətdən sonra ölüləri təkrar dirildən."

"Peyğəmbər göndərən; ölü ürəkləri hidayətlə dirildən."

"Necə olur ki, Allahı inkar edirsiniz? Halbuki ölü ikən sizi O diriltdi; sonra sizi yenə öldürəcək, yenə dirildəcək və sonra Ona çeviriləcəksiniz." (Bəqərə surəsi, 28)

Bais adı üçün İmam Ğazali, "ikinci bir inşa ilə ölüləri dirildən" mənası verər. Bu məna, ağlımıza belə bir təfəkkür lövhəsi açar:

Ölü elementləri bir araya gətirib insan bədəni halına qoyan Allah, ruhun bədəndən ayrılmasıyla ölümü daddırdığı insana, axirət aləminə münasib bir cəsəd geydirərək, yenidən dirilişi daddıracaq və beləcə insan, Cənnət yaxud Cəhənnəmlə sona çatacaq olan ikinci bir səfərə başlamış olacaq.

Ruhun həyatı davamlıdır. Bədəndən ayrılması, onun həyatında bir nöqsanlıq meydana gətirməz. Buna görə, Bais adına, ‘ölüləri dirildən' deyə məna verdiyimizdə, cəsədlərin yenidən həyata qovuşmasını nəzərdə tutarıq.

Allah, ağıllara durğunluq verən diriliş möcüzəsiylə, Bais adını təcəlli etdirəcək.

Bas, yəni öldükdən sonra diriliş, həqiqətdə ‘qəbir aləmindən məhşərə çıxış' deməkdir. Doğum, ana rəhmindən dünyaya inkişafın adı, ölüm dünyadan qəbirə köçüşün adı olduğu kimi, bais də qəbirdən məhşərə çıxışın adıdır.

 

Read 12.498 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR