Mətin isminin şərhi

54 və 55. Qavi və Mətin isimlərinin şərhi:

Qüvvət kəliməsi, tam qüdrətə; mətanət isə, qüvvətin şiddətinə dəlalət edir.

Allah (subhənəhu və taala):

~ qüdrətinin əskiksiz olması cəhətindən: "Qavi";

~ qüdrətinin şiddətli olması cəhətindən isə: "Mətin"dir.

Bunlar, qüdrətin mənalarına racidir (qayıtmaqdadır) və iləridə gələcəkdir.

(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)

------------------------------

------------------------------

Əlavələr:

 

"Qüvvəti çox şiddətli olan."

"Heç şübhəsiz, Allah ruzi verəndir; O, qüvvət sahibi, Mətindir." (Zariyat surəsi, 58)

 

• Mətin: mətanət sahibi deməkdir. Yəni, Allahın qüdrəti üçün, yorulma, zəifləmə kimi nöqsanlıqlar düşünülə bilməz. Onun qüvvəti çox şiddətlidir.

• Qaviyy isə: hər şeyə təsirli olan deməkdir.

Mətin, heç bir şeydən mütəəssir olmayan mənasını verər. Yəni, Qaviyy adının təcəllisi qarşısında bütün məxluqat zəif, alçaq və aciz qaldıqları kimi, Mətin adı qarşısında da məxluqun azı çox, böyüyü kiçiyi fərq etməz, heç biri o Mətin qüdrəti yora bilməz, aciz buraxa bilməzlər.

Mətin isminin sirrinə çatan bir qul, səbir və qüvvət sahibi olar. Kimsə onu haqqdan ayırıb batilə apara bilməz.

 

 

Read 8.038 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR