Mumit isminin şərhi

61. və 62. Muhyi və Mumit isimlərinin şərhi:

Bunlar da, icad (felinə) racidir. Lakin mövcud olan şey:

~ həyatdırsa, buna "ihya/həyat vermə";

~ ölümdürsə, buna da "imatə/öldürmə"

deyilir.

Allah (subhənəhu və taala)'dan başqa, ölümün də, həyatın da başqa yaradıcısı yoxdur. Allah (azzə və cəllə)'nin xaricində, nə Muhyi (həyat verən), nə də Mumit (öldürən) yoxdur. Daha əvvəl, "Bais" ismində, həyatın mənasına işarət edilmişdi. Bundan dolayı, təkrar edilməyəcəkdir.

(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)

----------------------------

----------------------------

Əlavələr:

• "Ölümü yaradan."

• "Canlılara ölümü daddıran."

• "O, dirildər və öldürər. Və Ona çeviriləcəksiniz." (Yunus surəsi, 56)

Ruhun bədən həbsinə soxulması kimi, bu həbsdən azad edilməsi də ayrı və müstəqil bir hərəkətdir. Onsuz da, ölüm ‘bu dünyadan qəbir aləminə doğuş' deməkdir. Bu doğuş, təsadüfi və təsadüfən olmuş bir hadisə deyil.

Ruh bu ilahi hərəkət ilə bir ölkədən bir başqa diyara köç etdirilmişdir. Əgər bu köç təsadüfə verilsə, insanın dünyada inkişaf etdiyinin də öz-özünə olması lazımdır.

Nur Müəllifi Said Nursi, "(Allah, o şəxsdir ki,) həyatı və ölümü yaratdı" (Mülk surəsi, 2) ayəsini təfsir edərkən, belə buyurar:

"Ölüm, vəzifəsi həyatdan bir tərxisdir, bir fasilədir, bir məkandır, bir təhvili bədəndir, bir məbəddir. Necəki həyatın dünyaya gəlməsi bir xəlq və təqdir ilədir; elə də, dünyadan getməsi də bir xəlq və təqdir ilə, bir hikmət və tədbir ilədir." ( Məktubat)

Qulun bu isimdən alacağı ən böyük dərs, ölməyən varlığın yalnız Allah olduğunu bilməsi, ölümü unutmaması və bütün işlərini ölüm sonrası əbədi həyata görə tənzimləməsidir.

 

Read 8.537 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR