Muntəqim isminin şərhi
81. Muntəqim isminin şərhi:
~ Təkəbbürlü insanların belini qıran;
~ Caniləri (günahkarları) cəzalandıran;
~ Tüğyan edənlərin əzabını şiddətli qılan
(Zat)'dır.
Bu isə:
~ məzur (üzrlü) qılındıqdan;
~ xəbərdarlıq edildikdən;
~ möhlət və imkan verildikdən
sonra gerçəkləşir. Bu şəkildəki intiqam, tələsərək cəzalandırmaqdan daha şiddətlidir. Çünki cəzalandırılmada tələsildiyi vaxt, xətaya çox diqqət edilməz. Bu da, cəzada kifayət qədər əzabın olmasını gərəkdirməz.
Tənbeh:
Qulda təriflənən intiqam, Allah Taala'nın düşmənlərindən intiqam almasıdır. Onun ən böyük düşməni isə, onun nəfsidir. Nəfsin haqqı da, hər günah işlədiyində; yaxud da bir ibadəti etmədiyində, ondan haqqını almasıdır (yəni, nəfsini cəzalandırmasıdır). Bəyazid Bistami (rahiməhullah)'dan nəql edildiyi kimi:
"Nəfsim, bəzi gecələrdə bəzi virdlərini (zikrlərini) yerinə yetirərkən, tənbəllik etdi. Mən də, 1 il, onu sudan məhrum etdim."
Qul, bu şəkildə intiqam yolunda süluk etməlidir.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
----------------
----------------
Əlavələr:
"Vaxta ki, bizi beləcə qəzəbə dəvət etdilər; biz də onlardan intiqam aldıq, beləcə onları toplu olaraq suda boğduq." ( Zuxruf surəsi, 55)
İlahi intiqamın ilk həmsöhbətləri, insanları şirk, küfr, dəlalət və pozğunluq yoluna sürümək üçün çalışan din və əxlaq düşmənləridir. Haqq Taala, bunlardan belə intiqamını dərhal almaz və onlara tövbə etmələri üçün müddət verər. Yaşadıqları müddətcə, bütün kainatı onlara da xidmət etdirər, onlara ruzi verər, bəsləyib böyüdər. Tövbə etməyərək üsyanında israr edən kəslərdə, Muntəqim ismini təcəlli etdirər. Bu təcəlli əksəriyyətlə axirətə buraxılar. Çünki intiqam və cəza diyarı orasıdır. Bəzən, insanlara ibrət olmaq üzrə bu dünyada da bu ismin təcəlliləri görülər; Nuh və Səmud qövmünün başına gələnlər kimi. Bu ismin təcəllisinə ayna olacaq bir başqa qrup isə zalımlardır. Zalımlar, qul haqqına təcavüz etməklə, özlərində bu adın təcəlli etməsini, bir baxıma istəmiş olarlar. Bir mömin, təqva dairəsində yaşayaraq bu ismin təcəllisindən həssaslıqla çəkinməlidir. Nə öz nəfsinə, nə də digər qullara zülm etməməlidir. O günahsız orqanlarını və duyğularını üsyan yolunda istifadə edən bir insan, onlara zülm etdiyini düşünməli və özündən mütləq intiqam alınacağını bilərək qorxmalı və tövbə yoluna girməlidir.
--------------------------
--------------------------
Nəfslə cihad:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/n%C9%99fsl%C9%99-cihad-vardi...
