Cami isminin şərhi
87. Cami isminin şərhi:
• Bir-birinə bənzəyənləri;
• Bir-birindən fərqli olanları;
• Bir-birinə zidd olanları
cəm edəndir. (Belə ki):
• Onun, bir çox insanı yer üzündə cəm etməsi və onları qiyamət günü həşr etməsi, Allahın, bir-birinə bənzəyənləri cəm etməsinə misaldır.
• Bir-birindən fərqli olanları cəm etməsinə misal: göylər, ulduzlar, hava, yer üzü, dənizlər, heyvanlar, bitkilər və müxtəlif mədənləri cəm etməsidir. Bütün bunların şəkilləri, rəngləri, dadları və vəsfləri, bir-birindən fərqlidir. Bunların bir çoxunu, yerdə; hamısını isə, aləmdə cəm etmişdir. Yenə, eyni şəkildə, sümük və sinirləri, damar və əzələləri, beyin, dəri, qan və axlatı (bədən mayelərini), insanın və digər canlıların bədənində toplaması da, buna misaldır.
• Bir-birinə zidd olanları cəm etməsinə isə: canlıların mizacında hərarət və soyuqluğu, rütubət və quruluğu cəm etməsi, misal verilə bilər. Bunlar, bir-birinə müxalif, bir-birinə "düşmən" (olan ünsürlər)'dir. Və bu, cəm etməyin ən bəliğ vəchi (cəhəti)'dir.
Onun cəm etməsinin təfsilatını, ancaq dünya və axirətdəki məcmuat (cəm edilənlər)'in təfsilatını bilən bilər. Bunların hamısının şərhi isə, uzun gedər.
Tənbeh: Qullardan cami (cəm edən, cəm edici) olanlar, orqanlarında zahiri ədəblər ilə qəlblərində batini həqiqətləri cəm edənlərdir. Mərifəti, kamil; sirəti (davranışı, əxlaqı), gözəl olan kimsə, camidir. Bundan dolayı, "Kamil olan şəxsin mərifətinin nuru, vərasının (təqvanın daha iləri mərtəbəsi) nurunu söndürməz." deyilmişdir.
Səbr ilə bəsirəti toplamaq, çətindir. Bundan dolayıdır ki, zühd və vəra xüsusunda səbrli olanı, bəsirətsiz; bəsirətli adamı da, səbrsiz görərsən. Cami olan isə, səbr ilə bəsirəti birləşdirəndir. Və's-salam.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
