Hadi isminin şərhi
94. Hadi isminin şərhi:
~ Qullarının xaslarını, ilk əvvəl, Zat'ının mərifətinə; beləliklə də, bütün əşyaya, Onunla şahidlik etməyə;
~ Qullarının avamlarını da, məxluqları tanıyıb, onlar (yəni, məxluqlar) vasitəsilə Zat'ına şahidlik etmələrinə
hidayət edəndir.
(O), hər bir məxluqa, ehtiyacını ortadan qaldırmaq üçün zəruri olanı öyrənməyə hidayət etmişdir. Məsələn:
~ uşağa, doğulduqdan dərhal sonra, anasının sinəsini əmməyi;
~ quşun balasına, yumurtadan çıxar-çıxmaz, yerdəki dənələri yeməyi;
~ arıya, yuvasını 6 bucaqlı inşa etməyi
hidayət etmişdir -ki, 6 bucaq, arı bədəni üçün, ən müvafiq və ən (yaxşı) qoruyucu olmasıdır. (Bununla bərabər, 6 bucaq), pətək cəhətindən də, aralarda boşluğun meydana gəlməsinə ən uzaq olan şəkildir. (haşiyə)
-----------------------
(Haşiyə:
Arılar, pətəklərini, 6 bucaq yerinə, 5 bucaq və ya başqa şəkillərdə düzəltsəydilər, aralarda istifadə edilməyən boşluqlar ortaya çıxması səbəbilə, pətəklərdə, daha az bal depolamağa məcbur olacaqlardı. 3 bucaq və ya 4 bucaq şəkillərdə də, boşluq qalmadan, bal düzəldə bilərdilər. Ancaq bu fərqli geometrik şəkillərdən, kənarları, ən qısa; və dolayısı ilə ən az ləvazimat istifadə edilən şəkil, 6 bucaqdır. Bu səbəblə, 6 bucaq hüceyrələrdən meydana gələn bir pətək, ən az bal mumu ilə, ən çox depolama sahəsi təmin edən şəkildir. Bu da, əl-Hadi isminin ən böyük təzahürlərindən, təcəllilərindən olub, Onun əl-Hadi olmasının ən böyük dəlillərindəndir.)
----------------------------
Bunun şərhi, uzun gedər. Allah Taala'nın bu ayələri, bunu ifadə etməkdədir:
قَالَ رَبُّنَا ٱلَّذِىٓ أَعْطَىٰ كُلَّ شَىْءٍ خَلْقَهُۥ ثُمَّ هَدَىٰ
Qalə: Rabbunəlləzi ə'ta kullə şey in xalqəhu, summə hədə.
Yəni:
"(Musa) dedi: 'Rəbbimiz, hər şeyə öz xilqətini verən, sonra da hidayət edəndir (yəni, yaratdıqlarına doğru yolu göstərəndir)." (Taha/50);
وَٱلَّذِى قَدَّرَ فَهَدَىٰ
Vəlləzi qaddəra fəhədə.
Yəni:
"(O Rəbbin ki), hər şeyin müqəddəratını müəyyən edərək hidayət etdi (yol göstərdi)." (Əla/3)
Tənbeh: Qullardan hudat (hadi olanlar), insanları, axirət səadətinə irşad edən peyğəmbərlər və alimlərdir. Onlar, Allahın doğru yoluna hidayət edənlərdir. Əslində isə, Allah, onları (insanları), onların dililə hidayət etməkdədir. Onlar isə, Onun qüdrət və tədbiri altında boyun əymişdirlər.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
---------------------
---------------------
Əlavələr:
Nəhl surəsi 68-ci ayə:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/n%C9%99hl-sur%C9%99si-68-ci-...
