Baqi isminin şərhi

96. Baqi isminin şərhi:

Varlığı, Zatı ilə vacib olan Mövcud'dur.

Lakin bu, zehndə,

~ gələcəyə izafə edilərsə, Baqi;

~ keçmişə izafə edilərsə, Qədim

deyə təsmiyyə edilir (adlandırılır).

• Mütləq Baqi, varlığının, gələcəyə dair təqdirində bir son olmayan deməkdir ki, bu mənada, "əbədi" deyilir.

• Mütləq Qədim də, varlığının keçmişə dair davamlılığında sonu olmayandır ki, buna da, bu mənada, "əzəli" deyilir.

"Zatı ilə Vacibu'l-Vücud / varlığı zəruri" sözün, bütün bunları ehtiva edir. Bu isimlər, bu varlığın, zehndə, keçmişə və ya gələcəyə nisbəti haqqında bəhs mövzusu olur. Keçmişə və ya gələcəyə, yalnız mütəğayyir (dəyişgən)'ə tabe olan varlıqlar daxildir. Çünki, bu ikisi, zamandan ibarət olub; zamana isə, sadəcə təğayyur (dəyişmə) və hərəkət daxildir. Necə ki, hərəkət, öz varlığı etibarı ilə, (tamamlanmış hərəkət və meydana gələcək hərəkət şəklində) keçmiş və gələcəyə ayrılır. Dəyişgən olan hər varlıq, zamana, dəyişgənlik vasitəsilə daxil olur. (Bu halda), dəyişgənlik və hərəkətdən uca olan bir varlıq, zamana daxil deyildir. Onda, keçmiş və gələcək, bəhs mövzusu deyildir. Onun üçün, qidəm, bəqadan (yəni, əzəliyyət, əbədiyyət)'dan ayrılmaz. Keçmiş və gələcək, ancaq bizim üçün, bizə nəzərən var olurlar. Bəzi hadisələr, bizimlə əlaqəli olaraq, bizdə təsir etmək surətilə keçib-gedər; və bəziləri də, bizə nəzərən hələ vaqe olmamış, daha sonra vaqe olacaqlardır. Buna görə, ard-arda meydana gələn hadisələrin mövcud olması labüddür ki, zaman:

1. Bitmiş;

2. Hazır;

3. Hələ meydana gəlməmiş olub vaqe olması gözləntisi içində olunan

olmaq üzərə, qisimlərə ayrıla bilsin. Bu halda, yenilənmə və sonlanma yoxdursa, zaman da yoxdur.

Necə belə olmasın ki?! Haqq (subhənəhu və taala), zamandan əvvəl var idi. Və zamanı yaratdığında da, Öz Zat'ında bir dəyişiklik meydana gəlmədi. Zamanı yaratmadan əvvəl, zamanın, Onun üzərində bir təsiri yox idi. Və zamanı yaratdıqdan sonra da, əvvəlkisi kimi davam etdi.

Bəqa (əbədilik) sifətinin, Allahın baqi (əbədi) olan Zat'ına zaid bir sifət olduğunu deyənin sözü, nə qədər uzaqdır. Bundan daha uzaq olanı isə, qidəm sifətinin, qədim olan Zat üzərinə zaid bir sifət olduğunu deyənin sözüdür. Bu sözün fəsadına burhan (dəlil) olaraq, bəqa ilə bərabər digər sifətlərin də bəqasının; və eyni şəkildə, qidəm və digər sifətlərin də qidəminin lazım gəlməsidir.

(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)

 

 

 

"Varlığının sonu olmayan."

 

"Məxluqat yox olduqdan sonra da varlığı davam edən."

 

"Sizə verilən hər şey, yalnız dünya həyatının bəzəyidir. Allah qatında olan isə, həm daha xeyirlidir, həm də baqidir. Hələ, ağıllanmayacaqsınız?" (Qəsəs surəsi, 60)

 

Allahın varlığı vacibdir, məxluqatın varlığı isə mümkün. Vacib varlığın, əvvəli olmadığı kimi axırı da olmaz. Yəni, O həm Qədimdir, həm Baqi. Mümkün varlıqların isə həm əvvəlləri vardır, həm də axırları.

 

Məxluqat, əvvəlləri cəhətiylə Allahın Qədim olduğunu göstərdikləri kimi; varlıqlarının fani olması cəhətiylə də Allahın Baqi olduğunu bütün ağıl və şüur sahiblərinə elan edərlər.

 

Read 12.835 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR