Hz. Məhəmməd (s.ə.v.) "Mən, atam İbrahimin duasıyam." buyurmaqdadır. Bunun mənası nədir?

İlk banisi Hz. Adəm olan yer üzünün ilk məbədi Kəbə, uzun zamanın keçməsiylə yıxılmış, sanki yerlə bir olmuşdu. Hz. İbrahim, bu müqəddəs binanın təkrar inşası üçün Cənabı Haqqdan əmr aldı və oğulu İsmayılla birlikdə dərhal işə başladı.

Kəbənin inşası tamamlanınca, ata oğul əllərini dərgahı İlahiyyə açaraq belə yalvardılar:

"Ey Rəbbimiz! Nəsilimizdən gələn Müsəlman ümmət içindən bir peyğəmbər göndər. Ki o, onlara ayələrini oxusun, Kitabı və hökmlərini öyrətsin. Onları günahlardan təmizləsin!" 1

Cənabı Haqq, edilən bu səmimi duanı cavabsız buraxmadı və Hz. İsmayılın nəsilindən peyğəmbərlərin rəisi Hz. Məhəmmədi (s.ə.v.) göndərərək qəbul etdi. Bu həqiqəti Kainatın Əfəndisi, "Mən, atam İbrahimin duasıyam..." 2 buyuraraq ifadə etmişdir.

 

1. Bəqərə Surəsi, 129

2. İbni Hişam, Sire: 1/175; Taberi, Tarix: 2/128;Kainatın Əfəndisi (s.ə.v.), Saleh Suruç

Read 5.948 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR