ORUCU POZUB SADƏCƏ QƏZA TƏLƏB EDƏN HALLAR
1.Oruclu olduğu yadında ikən boğazına bir şeyin getməsi;
2. Ağzına aldığı və ya burnuna çəkdiyi suyun boğazına getməsi;
3. Niyyət vaxtı keçib günortadan sonra niyyət etmək;
4. Unudaraq yedikdən sonra orucu pozulmadığı halda nəyi isə qəsdən yemək;
5. Ağzına girən qar və ya yağış suyunu udmaq;
6. İynə vurdurmaq;
7. Buruna dərman tökmək;
8. Qulağa yağ tökmək;
9. Fəcri-sadiq doğmadığı zənni ilə sahur yemək;
10. Günəş batdığı zənni ilə iftar etmək;
11. Qusuntusunu ağzından çıxarmayıb udmaq;
12. Arvadının və ya başqasının tüpürcəyini udmaq;
13. Öz tüpürcəyini çölə çıxarıb sonra udmaq;
14. Su və ya yağ ilə islanmış barmağını ayıb yerlərinə yeritmək;
15. Dişi qanayıb qanı tüpürcəyindən çox və ya tüpürcəyi qədər olduğu halda udmaq;
16. Buxur edib, dumanını boğazına çəkmək.
