Təşəhhüddə barmaqlar necə tutulmalıdır?

837. Malik'in, Muslim b. əbu Məryəm'dən nəqlinə görə, Əli b. Abdu'r-Rahmən əl-Maavi, belə deyir:

Abdullah b. Ömər, məni, namazda, çınqıl daşlarla oynayarkən gördü. Namazı bitirdiyimdə, belə etməyimi nəhy etdi və: "Allah rəsulu (sallallahu aleyhi və səlləm) necə edirsə, elə et!" dedi.

- Mən: "Allah rəsulu (sallallahu aleyhi və səlləm), necə edirdi?" deyə soruşdum.

- O: "Allah rəsulu (sallallahu aleyhi və səlləm) namaza oturduğunda, sağ əlini, budlarının üzərinə qoyar; barmaqlarını yumar və şəhadət barmağını, işarət şəklində açıq tutardı. Sol əlini də, sol budunun üstünə qoyardı." dedi.

Bu hədisi, Muhamməd b. əl-Həsən, "əl-Muvatta"da (s. 106) rəvayət etmişdir. Hədisin raviləri siqa olub, Muslim'in ravilərindəndir. İmam Muhamməd: "Biz, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in etdiyini (yəni, tətbiqatını) götürürük. əbu Hənifə'nin qövlü də, belədir." demişdir.

Bu hədis, təşəhhüddə, işarətin sünnət olduğunu açıqca göstərməkdədir.

"ət-Tə'liqu'l-Muməccəd"də, imam Muhamməd'in "Bu, əbu Hənifə'nin qövlüdür." şəklindəki ifadəsi üzərinə, belə deyilir:

"Fəthu'l-Qadir"də, ibnu'l-Hümam;

~ "Şərhu'n-Nuqayə"də, əş-Şumni və başqa alimlər;

əbu Yusuf'un da, "əl-Əmali"də, imam Muhamməd'in dediyinin eynisini dediyini bildirməkdədirlər.

Bundan başa düşülən, məzhəbimizin 3 imamının (əbu Hənifə, əbu Yusuf və Muhamməd)'in,

-bu tətbiqatın, Allah rəsulu (sallallahu aleyhi və səlləm) və səhabələrindən, rəddinə və inkarına imkan olmayacaq bir şəkildə, bir çox rəvayət və saysız yolla sabit olması səbəbilə-

namazda, şəhadət barmağı ilə işarət etməyin caiz olduğu yönündə, ittifaq içində olduqlarıdır.

Bu xüsusda, bizim imamlarımızdan başqa alimlər də, eyni görüşdədirlər. Hətta ibn Abdi'l-Bərr, bu mövzuda, hər hansı bir ixtilaf olmadığını söyləməkdədir.

"əl-Xülasə", "əl-Bəzzaziyyə", "əl-Kubra", "əl-Attabiyyə", "əl-Ğiyasiyyə", "əl-Vəlvəliciyyə", "Umdətu'l-Mufti" və "əz-Zahiriyyə" müəllifləri kimi fətva sahibləri və daha başqa alimlərimizin etdiklərini, Allaha şikayət edirik. Çünki onlar, məzhəbimizdə (Hənəfi məzhəbində) tərcih edilənin, şəhadət barmağı ilə işarət etməmək olduğunu söyləməkdədirlər. Onları buna sövq edən, imamlarımızın, "Zahiru'r-Rivayə"də bu məsələyə təmas etməmələridir. Onlar, bunun, imamlarımızdan bir çox rəvayətlə sabit olduğunu bilməməkdə; və işarət etməyin, bir çox hədisdə varid olduğundan xəbərsizdirlər. Bu məsələdə, onların qövllərinə etimad etməkdən, qətiyyən həzər etmək lazımdır. Çünki, bu, Allah rəsulu (sallallahu aleyhi və səlləm) və səhabələrindən nəql edilən tətbiqata müxalif olduğu kimi; bizim imamlarımızın tətbiqatına da müxalifdir.

Bundan da əlavə, imamlarımızdan barmaqla işarət edilməyəcəyi şəklində bir görüş olsa; Allah rəsulu (sallallahu aleyhi və səlləm) və səhabələrinin də işarət etdikləri, sabit olsa; Allah rəsulu (sallallahu aleyhi və səlləm) və səhabələrinin tətbiqatı, qəbula dəyər və daha bağlayıcıdır. Necə belə olmasın ki?! Qaldı ki, imamlarımız da, bu mövzuda, o yöndə görüşə sahib olduqlarını, açıqca söyləməkdədirlər. (ibnu'l-Hümam, "Fəthu'l-Qadir", l, 106)

ibnu'l-Hümam'a "və lilləhi durrahu" (yəni, əhsən ona)! Belə deyərək, tam isabət etmiş; (gözəl) cavab vermiş; həm (qəlblərə) şəfa vermiş (yəni, sağaltdı); həm də şəfa tapmışdır.

Şurunbulali, "Nuru'l-İdah"da, belə deyir:

"Səhih olan görüşə görə, barmaqla işarət etmək, sünnətdir. Çünki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) az miqdar bükülmüş olan işarət barmağını, qaldırardı. 'Namaz qılan kimsə, barmağı ilə əsla işarə etməz.' deyən görüş, rəvayət və dirayətə müxalifdir."

"Nuru'l-İdah"ın Tahtavi "Haşiyə"sində, "İşarət etmək, sünnətdir." ifadəsi açıqlanarkən:

"Barmaq hərəkət etdirilmədən (oynadılmadan) işarət edilər. Çünki, barmağı oynatmaq, məzhəbimizə (Hənəfi məzhəbinə) görə, məkruhdur. Əli əl-Qari'nin 'Şərhu'l-Mişkət'ində də, bu şəkildə qeyd edilmişdir. İşarət, -alimlərin ifadələrindən başa düşüləcəyi üzərə- qibləyə doğru edilir.

~ Şurunbulali'nin, 'Bu, rəvayətə müxalifdir.' deməsi, barmaqla işarətin, bir çox xəbərdə yer almasından dolayıdır.

ibnu's-Səkən'in 'Səhih'ində, ibn Ömər (radiyallahu anh)'dan nəqlinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

'(Şəhadət gətirərkən) barmaqla işarət, şeytana, dəmirdan daha ağır gəlir.' (Əhməd b. Hənbəl, ll, 119; Beyhaqi, "Sünən", ll, 133)

İşarətin edilmə şəkli haqqındakı ifadələr, -Fəthu'l-Qadir və başqa əsərlərdə zikr edildiyi üzərə- məzhəbimizin 3 imamına aiddir. Zahidi'nin belə dediyi, qətidir:

Barmaqla işarət etməyin sünnət olduğu xüsusunda, məzhəb imamlarımızın hamısından gələn rəvayətlər; bununla bərabər, Kufə və Mədinə alimlərindən nəql edilən xəbərlər, eyni olunca; və gərək xəbərlər və gərəksə də nəqllər çox olunca, buna görə əməl etmək, 'Hələbi' və 'ibn Əmir Hacc'da yer aldığı üzərə, daha əvla olmuşdur.

~ Şurunbulali'nin: 'Barmaqla işarət edilməyəcəyini söyləmək, dirayətə müxalifdir.' (yəni, barmaqla işarət etmək, dirayətə də uyğundur) şəklindəki ifadəsi isə, barmaqla işarət felinin, sözə uyğun düşməsindən dolayıdır. Necə ki, söz, nəfy (lə iləhə = ilah yoxdur) və isbat (illəllah) şəklindədirsə; fel (işarət) də eyni şəkildədir. Nəticə olaraq, barmağı qaldırmaq, nəfy; və sonra da endirmək, isbat olmaqdadır." (Tahtavi, "Nuru'l-İdah haşiyəsi", s. 156) 

------------------

------------------

838. Vail b. Hucr (radiyallahu anh)'dan belə rəvayət edilir:

"(Öz-özümə), Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in necə namaz qıldığına baxacam..." deyə başlayır və sözünə davam edir.

Rəvayətin mövzumuzla bağlı olan qismində, ravi Bişr b. Mufaddal, şeyxi Asim b. Kuleyb'in, bəhsi keçən namazı necə tərif etdiyi haqqında, belə deyir:

"Sonra oturdu; sol ayağını yerə döşədi; sol əlini, sol ayağının üzərinə qoydu; sağ dirsəyini bir az qaldırıb vücudundan uzaq tutaraq, budlarına birləşdirmədi və beləcə, sağ əlini, sağ budunun üzərinə qoydu; sonra, baş barmağı ilə orta barmağını bir-birinə birləşdirərək xalqa etdi."

Bişr b. Mufaddal, "Asim b. Kuleyb'i, belə edərkən gördüm." demiş və baş barmağı ilə orta barmağını xalqa edib şəhadət barmağı ilə işarət etmişdir." (əbu Davud, "Salat"/114)

əbu Davud, hədis haqqında (yəni, hədisin sihhəti haqqında) hər hansı bir söz danışmamışdır. Onun, Ziya əl-Maqdisi'dəki hədisində, "2 barmağını yumdu və üçüncünü xalqa etdi." deyilməkdədir. (Əli əl-Müttəqi, "Kənzu'l-Ummal", l, 221)

Bu hədis, təşəhhüddə oturuş şəklini və barmaqla necə işarət ediləcəyini, açıqca göstərməkdədir.

Hədisi, haqqında bir söz danışmadan, Nəsai də rəvayət etmişdir. Nəsai'nin rəvayətində, Bişr b. Mufaddal'ın, şeyxi Asim b. Kuleyb'in namazı haqqında danışarkən:

"Sağ dirsəyini, sağ budunun üzərinə qoydu (yəni, budu ilə birləşdirdi); 2 barmağını yumub xalqa etdi. Mən, onu, belə edərkən gördüm." dedikdən sonra: "Sağ əlinin şəhadət barmağını qaldırdı; baş və orta barmağını xalqa etdi." dediyi nəql edilməkdədir. (Nəsai, "Səhv"/31)

Allamə Sindi, bu ifadəni: "Sağ dirsəyinin ucunu, sağ budunun üzərinə qoydu." şəklində açıqlamaqdadır. Bu rəvayət, "Sağ dirsəyinin ucunu, baldırının üzərinə qoydu." şəklindədir ki, iləridə gələcəkdir.

Gələcəyini söylədiyimiz rəvayət, Nəsai'nin, Vail'dən, haqqında bir söz danışmadan,

"Sağ dirsəyinin ucunu, sağ baldırının üzərinə qoydu. Sonra, 2 barmağını yumdu..." şəklində nəql etmiş olduğu rəvayətdir. (Nəsai, "İftitəh"/11)

əl-Muzhir, "Avnu'l-Məbud"da (l, 361) da ifadə edildiyi üzərə, "O, dirsəyini, budlarından qaldırdı və dirsək sümüyünü sanki payanın başı kimi etdi." deməkdədir.

Qənaətimizcə, tərcihə ən uyğun olanı, Sindi'nin görüşüdür. Deyilmək istənilən, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, sağ dirsəyini, sağ budu üzərində tutmaqda mübaliğə edərək, sanki, qoymuşcasına ona yaxın tutmuş olduğudur. Çünki həqiqətdə, dirsəyi budun üzərinə qoymaq, çətinlik çəkmədən mümkün deyildir.

Bilmək lazımdır ki, təşəhhüddə, sağ dirsəyin sağ budun üzərinə qoyulması xüsusunda, bir-birindən fərqli şəkillər nəql edilmişdir. Bunlardan:

• Biri: -yuxarıda gördüyümüz Vail hədisində yer aldığı üzərə- baş barmaqla işarət barmağını xalqa etməkdir.

• İkincisi: Muslim'in, Abdullah b. Ömər (radiyallahu anh)'dan etdiyi nəqldir. Abdullah b. Ömər'in nəqlinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), namazda oturduğunda, sol əlini, sol dizinin; sağ əlini də, sağ dizinin üzərinə qoyardı. Sərçə, üzük və orta barmaqlarını yumar; baş barmağını, şəhadət barmağının kökünə birləşdirər və şəhadət barmağı ilə işarət edərdi. (Muslim, "Məsəcid"/114)

"Haşiyə"də, bu hədis, belə açıqlanmaqdadır:

"Tibi, 'Şərhu'l-Mişkət'də deyir: Sərçə, üzük və orta barmağını yumaraq, şəhadət barmağını açıb; baş barmağını da, şəhadət barmağının kökünə birləşdirmək surətilə, 53 işarəti edərdi." (Bu şəkil, "Avnu'l-Mə'bud" [lll, 196] və "Tuhfətu'l-Əhvəzi"də [ll, 158] belə açıqlanmaqdadır.)

• Üçüncüsü: "əl-Muvatta"da (l, 216), Muhamməd b. Həsən rəvayətilə Muslim'in ("Məsəcid"/114) isnad və mətn cəhətindən bənzər şəkildə nəql etdiyi ibn Ömər (radiyallahu anh) hədisində keçdiyi üzərə, bütün barmaqları yumub, işarət barmağı ilə işarət etmək.

• Dördüncüsü: Muslim'in, ibnu'z-Zubeyr'dən nəql etdiyi rəvayət şəklidir. Bu rəvayətdə, "Peyğəmbər (sallallahu aleyhi və səlləm), təşəhhüd duasını oxumaq üçün oturduğu vaxt, sağ əlini, sağ budunun üzərinə; sol əlini də, sol budunun üzərinə qoyar; şəhadət barmağı ilə işarət edərdi. Baş barmağını da, orta barmağı üzərinə qoyardı. Sol ovucunu, diz qapağı üzərinə qoyardı." deyilməkdədir. (Muslim, "Məsəcid"/113)

• Beşincisi: Sağ əli yummadan, bud üzərinə qoymaq və şəhadət barmağı ilə işarət etməkdir. Muslim'in, ibnu'z-Zubeyr'dən nəql etdiyi bir başqa rəvayət, buna dəlalət etməkdədir. Çünki, ibnu'z-Zubeyr, bu rəvayətində, sadəcə əllərin budlara qoyulması və şəhadət barmağı ilə işarətdən bəhs etməkdə, ancaq, barmaqların yumulmasından bəhs etməməkdədir. Bu rəvayətə görə, "Peyğəmbər (sallallahu aleyhi və səlləm), sol əlini, sol dizinin üzərinə; sağ əlini də, sağ budunun üzərinə qoyar; barmağı ilə işarət edərdi." (Muslim, "Məsəcid"/112)

Muslim'də, ibn Ömər (radiyallahu anh)'dan gələn rəvayət də belə olub, sadəcə, əllərin budlar üzərinə qoyulmasından və -barmaqların yumulmasından bəhs edilmədən- şəhadət barmağı ilə işarətdən bəhs edilməkdədir. (Muslim, "Məsəcid"/114)

Eyni şəkildə, əbu Davud və Tirmizi, əbu Humeyd'dən, barmaqların yumulmasından bəhs edilmədən rəvayət etmişlərdir.

Barmaqların yumulmasından bəhs etməyən rəvayətin,

-mütləqin muqayyədə həmli qəbilindən olaraq-

barmaqların yumulmasından bəhs edən rəvayətə həml edilməsi, mümkündür.

Lakin, şəhadət barmağı ilə işarətin şəkli xüsusundakı rəvayətlərin fərqliliyi, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, bəzən elə, bəzən də belə etmiş olmasını gərəkdirməkdədir. Dolayısı ilə, bu rəvayətlərin bir qisminin digərinə həml edilməsi, lazım gəlməz.

Fərqli hədislərin tətbiq edilmə yolu:

Mühəddis şeyx Abdu'l-Haqq əd-Dihləvi, "Əşiətu'l-Ləməat"ında (l, 200), belə deyir:

"Bəzi hədislərdə, barmaqları xalqa etmədən şəhadət barmağı ilə işarətdən bəhs edilməkdədir. Hənəfi məzhəbindən bəzi alimlərin tərcih etdikləri görüş də, budur. Ümumiyyətlə, əbu Hənifə'nin tətbiqatı da, fərqli şəkillərdə olmuş; bəzən, xalqa edərkən; bəzən də etməmişdir. Fərqli rəvayətlərin keçdiyi bir çox yerdə, tətbiqat şəkli, budur."

"ət-Tə'liqu'l-Muməccəd"də (s. 106), belə deyilməkdədir:

"Baş barmaqla orta barmağın xalqa edilməsi, səhih olan başqa rəvayətlərdə də sabitdir. Bu halda, bu mövzudakı fərqli rəvayətlər, fərqli hallara və tətbiqatda genişlik olduğuna həml edilir. Bəzi xəbərlərin zahirindən başa düşülən, baş barmaqla orta barmaq, xalqa edilmədən və yumulmadan, sadəcə şəhadət barmağı ilə işarət ediləcəyi şəklindədir. İmamlarımızın cumhuru (əksəriyyəti) nəzdində isə, tərcih edilən görüş, barmaqları yummaq və ya xalqa etməkdir. Əli əl-Qari'nin 'Təzyinu'l-İbarə' adlı risaləsində təhqiq etdiyi üzərə, ikincisi (barmaqları yummaq və ya xalqa etmək), daha gözəldir."

Allamə Əli əl-Qari, yuxarıda zikri keçən risaləsində (s. 17), eynilə belə deyir:

"İmamlarımızın cumhuru (əksəriyyəti)'nin görüşünə görə, səhih və tərcih ediləni, namaz qılan kimsənin (təşəhhüd oxuyarkən), əllərini, budları üzərinə qoymasıdır. Daha sonra, kəlime-i tövhidə gəlincə, sərçə barmağı ilə üzük barmağını yumar. Orta barmağı ilə baş barmağını xalqa edər; şəhadət barmağını, 'lə iləhə' deyərkən, yuxarı qaldıraraq işarət edər; 'illəllah' deyərkən də, aşağı endirər. Sonra, bu şəkildə oxumasına davam edər. Barmaqların, işarət əsnasında yumulması, sabitdir və bu mövzuda, heç bir ixtilaf yoxdur. Bu mövzuda parmaqların mövqeyini dəyişdirici, başqa bir əmr də yoxdur. Əsl olan, bir şeyi, olduğu hal üzərə buraxmaqdır. Buna görə, işarətdən sonra, barmaqların, yumulu olaraq davamı bəhs mövzusudur."

Əzimabadi, "Avnu'l-Mə'bud"da (l, 375), bu xüsusda, belə açıqlama verir:

"Muvatta şərhi əl-Muhalla'da deyilir:

~ Hənəfilərdən Hulvani, namaz qılan kimsə, 'lə iləhə'yə gəldiyində, barmağını yuxarı qaldırar; 'illəllah' deyərkən də, aşağı endirər. Beləcə, yuxarı qaldırmaq, nəfyi (yəni, Allahdan başqa heç bir ilah olmadığını); aşağı endirmək isə, isbatı (yəni, Allahın var olduğunu) ifadə edir.

~ Şafiilər isə, 'illəllah'a gəldiklərində, şəhadət barmağları ilə işarət edərlər. Beyhaqi, hər 2 hal üçün, bir hədis rəvayət etmiş və Nəvəvi də, bunu zikr etmişdir."

Bəhsi keçən hədislərdən heç birindən, biz, xəbərdar ola bilmədik. Çünki, Beyhaqi'nin "Sünən"i və yazmış olduğu bir çox əsər, yanımızda mövcud deyildir. Bəhsi keçən hədislərdən xəbərdar olan, isnadlarını təhqiq etsin.

Şeyx Vəliyyullah'ın "əl-Musəvva" adlı əsərində, bu açıqlama yer alır:

"Alimlərin əksəriyyəti, kəlime-i şəhadətə gəlindiyində, sağ əlin şəhadət barmağını qaldıraraq işarət etməyin müstəhəb olduğu görüşündədirlər. Buna görə, namaz qılan kimsə, təşəhhüd oxuyarkən, 'illəllah'a gəldiyində, (şəhadət barmağı ilə) işarət edər. əbu Hənifə'nin məzhəbində səhih olan, işarətin, müstəhəb olduğudur. Bunu, imam Muhamməd, 'əl-Muvatta'sında zikr etmişdir. Eyni şey, Malik'in 'Muvatta'sı üzərinə yazılan 'Haşiyə'də və 'əd-Durru'l-Muxtar'da (l, 530); hətta, 'Duraru'l-Bihar' mətnilə, onun şərhi 'Ğuraru'l-Əzkar'da da mövcuddur.

Məzhəbimizdə, fətvaya əsas olan, namaz qılan kimsənin, barmaqlarını yummadan, öz halına buraxmış olaraq, şəhadət barmağı ilə işarət etməsidir. 'Şurunbulaliyyə'də, 'Burhan'dan nəqlən, belə deyilir:

'Səhih olan, namaz qılan kimsənin, sadəcə şəhadət barmağı ilə işarət etməsidir. Buna görə, 'lə iləhə'yə gəldiyində, barmağını qaldırar; 'illəllah'ı oxuyarkən, endirər.'

'Səhih olan...' ifadəsilə, 'Şəhadət barmağı ilə işarət etməz. Çünki bu, dirayət və rəvayətə müxalifdir.' şəklindəki görüşə etibar edilməmiş olmaqdadır.

~ 'Sadəcə şəhadət barmağı ilə...' ifadəsilə də, 'İşarət edərkən, barmaqlarını yumar.' şəklindəki hökmə iştirak edilmədiyinə işarət edilmişdir.

'Ayni'də, 'Tuhfə'dən nəqlən, ən səhih olanın, şəhadət barmağı ilə işarətin, müstəhəb; 'əl-Muhit'də isə, sünnət olduğu ifadə edilməkdədir."

Şəhadət barmağı ilə işarətin sünnət olması, qənaətimizcə, səhihdir. Bu, -daha əvvəl keçdiyi üzərə- "Nuru'l-İdah"da, açıqca bildirilmişdir.

Burda, belə bir sual ünvanlana bilər:

"İşarət əsnasında, barmaqlarını yumar.' şəklindəki görüşdən, 'Sadəcə işarət barmağı ilə' ifadəsilə çəkinmək, isabətli olmaz. Çünki, işarət, -insan, istər barmaqlarını yumsun; istər yummasın- ancaq, şəhadət barmağı ilə olur..."

Bu etiraza, belə cavab vermək olar:

"Sadəcə şəhadət barmağı ilə işarət edər." şəklindəki ifadəmiz, işarətdə, sadəcə şəhadət barmağının rolu olduğunu göstərir. Bu da, "İşarət edərkən, barmaqlarını yumar." şəklindəki görüşə qatılmadığımızı ifadə edir. Çünki, barmaqlarını yummaq halında, digər barmaqların da işarətdə bir cür rolu olur. Bunu başa düşmək lazımdır!

Çünki, "əl-Burhan"ın ifadəsi, ancaq belə açıqlana bilir. Hələbi, Tahtavi və Şami (ibn Abidin), bu xüsusda, xəta etmişlərdir. Hər halda, "əl-Burhan"ın nə demək istədiyini başa düşməmişlərdir.

Ən doğrusunu, uca Allah bilir.

Allamə ibn Abidin, belə deyir:

"əl-Burhan'ın ifadəsindən başa düşülən, bunun, 2 görüşdən toplanmış olduğudur. Buna görə, insan, barmaqları bağlamayıb açaraq, şəhadət barmağı ilə işarət edər. Ancaq, bu görüşün, məzhəb kitablarında nəql edilən görüşə müxalif olduğunu öyrəndik. Şarih'in, 'Duraru'l-Bihar' və şərhindən nəql etdiyi görüş, tətbiqatın əksinədir. İstənilən halda, bu, məzhəbə yad bir görüşdür. Zatən, söyləyənin kim olduğunu da, təsbit edə bilməmişik. 'əl-Burhan'da, müəllif, buna tabe olmuş və İslam diyarlarının əksəriyyətində, xalq, buna görə əməl etmişdir. Məzhəb kitablarında nəql edilən məşhur görüş isə, burda zikr ediləndir." ("Raddu'l-Muhtar", l, 531)

İbn Abidin'in, "Burda zikr ediləndir." ifadəsi, daha əvvəl zikr etmiş olduğu görüşə işarət etməkdədir. Orda, belə deyilir: "Bütün bu nəqllər, sünnətə uyğun olan işarətin, barmaqları yummaq və ya xalqa etmək şəklində, xüsusi bir şəkli olduğunu, açıqca göstərməkdədir. Barmaqların, işarət əsnasında, yummadan öz halında açıq olacağı şəklindəki rəvayətdə, əsasən, şəhadət barmağı ilə işarət deyə bir şey yoxdur." İbarənin davamında isə, belə deyilməkdədir: "Barmaqları xalqa etmədən şəhadət barmağı ilə işarət ediləcəyi şəklində, bizim hər hansı bir görüşümüz yoxdur. Bundan dolayı, şəhadət barmağı ilə işarət, kitabların əksəriyyətində, bu şəkildə açıqlanır."

Müəllif, daha sonra, belə davam edir:

"Bizim, bu mövzuda, sadəcə 2 görüşümüz vardır:

~ Birincisi: məzhəbdə məşhur olan görüş olub, şəhadət barmağı ilə işarət etmədən əl barmaqlarının açıq olaraq budların üzərinə qoyulmasıdır.

~ İkincisi isə: barmaqların, kəlime-i şəhadətə qədər açıq saxlanılması və şəhadəti oxuyarkən, yumulması və şəhadət barmağının, 'lə iləhə' deyərkən qaldırılıb, 'illəllah' deyərkən endirilməsidir. Bu, -Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən səhih hədislərlə sabit olduğu və 3 məzhəb imamımızdan səhih bir şəkildə nəql edildiyi üçün- mutəaxxirun alimlərinin əsas aldıqları görüşdür. Bundan dolayı, 'Fəthu'l-Qadir'də, belə deyilir: Birincisi, rəvayət və dirayətə müxalifdir. Zamanımızda, xalqın əksəriyyətinin tətbiqatı olan barmaqları bağlamadan açıq şəkildə saxlayaraq şəhadət barmağı ilə işarət etməyə gəlincə, Şurunbulali'nin 'əl-Burhan'dan nəql etdiyi görüşə tabe olaraq, şarihdən başqa belə deyən heç kim görmədim." ("Raddu'l-Muhtar", l, 509)

"ət-Tahriru'l-Muxtar" adlı əsərdə (s. 63-64), bu görüşə, bu şəkildə cavab verilməkdədir:

"əl-Burhan" müəllifi, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, 'Namazda, sükunətli olun!' (Muslim, "Salat"/119) əmrinə görə əməl etmək və sünnət olan şəhadət barmağı ilə işarəti də etmək üçün, barmaqların hamısının açıq olmasını və sadəcə, şəhadət barmağı ilə işarət etməyi tərcih etmişdir. əbu Humeyd əs-Səidi'nin rəvayət etmiş olduğu hədisdə isə, barmaqların yumulmasından bəhs edilməməkdədir. Bu hədis, Tirmizi'də, bu şəkildə keçir: "Peyğəmbər (sallallahu aleyhi və səlləm), sol ayağını yerə döşədi; sağ ayağının arxasını qibləyə çevirdi və sağ əlini, sağ diz qapağının üzərinə, sol əlini də sol diz qapağının üzərinə qoyaraq, şəhadət barmağı ilə işarət etdi." (Tirmizi, "Salat"/103)

Qısacası, işarətin hansı şəklinin səhih olduğu, ixtilaflıdır. Bütün bu şəkillər, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən rəvayət edilmişdir. "əl-Burhan"da ifadə edilən görüş, -məşhur olan əksi olsa da- Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in sünnəti xaricində bir fel (tətbiqat) deyildir. Əli əl-Qari'nin "Şərhu'l-Mişkət"ində, təşəhhüd mövzusunda, Muslim'dən belə bir rəvayət nəql edilir: "Peyğəmbər (sallallahu aleyhi və səlləm), namazda oturduğunda, əllərini, diz qapaqları üzərinə qoyar; şəhadət barmağını qaldırar; və bununla dua edər; sol əlini isə, barmaqlarını öz halına buraxaraq, sol diz qapağının üzərinə qoyardı." (Muslim, "Məsəcid"/114). Əli əl-Qari, bu rəvayətə yer verdikdən sonra, belə deyir: "Rəvayətin zahiri, işarət edərkən, barmaqların yumulmayacağını göstərməkdədir. Bəzi imamlarımızın tərcihi də, bu yöndədir."

Tahtavi, "Məraqi'l-Fəlah" üzərinə yazdığı haşiyəsində, müəllifin, "Barmaqlarından heç birini yummayacağına işarət etdik. Bəziləri, İmameyn'dən nəql edilən rəvayətdə, 'Sadəcə şəhadət barmağı ilə işarət əsnasında barmaqlar yumular.' demişlərdir." ifadəsi üzərinə, belə açıqlama verir: "Onun bu açıqlaması, barmaqları yummaqdan bəhs edən rəvayətin, zəif olmasını gərəkdirir. Halbuki, həqiqət belə deyildir. Çünki, 'ən-Nəhr'də, bu görüşün, tərcihə uyğun olduğu və alimlərimizin əksəriyyətinin görüşünün, bu yöndə olduğu, açıqca bildirilməkdə və -bütün fətva kitablarında yer aldığı üzərə- fətvanın, bu tətbiqat üzərinə olduğu ifadə edilməkdədir. Ediliş şəkli isə, sərçə barmaqla üzük barmağını yumub, orta barmaqla baş barmağı xalqa etməkdir. Burdan başa düşülür ki, tərcih, fərqlidir."

Tahtavi, ifadəsinin davamında: "Barmaqların yumulması, təşəhhüd (əşhədu ən lə....) oxuyarkəndir. Təşəhhüddən əvvəl də, sonra da, barmaqlar yumulmaz. Fətva da, buna görədir." deyilməkdədir. (Tahtavi, "Haşiyə alə Məraqi'l-Fəlah", s. 157)

------------------------------

------------------------------

839. Uqbə b. Mukərrəm'in, Səid b. Süfyan əl-Cəhdəri ---> Abdullah b. Mə'dən ---> Asim b. Kuleyb əl-Cərmi

isnadı ilə, atasından nəqlinə görə, babası, belə demişdir:

Bir gün namaz qıldığı vaxt, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in yanına daxil oldum. Sol əlini, sol budu; sağ əlini də, sağ budu üzərinə qoymuş; barmaqlarını yummuş; şəhadət barmağı açıq bir halda,

"Yə Muqallibə'l-qulub! Səbbit qalbi alə dinikə = Ey qəlbləri çevirən (Allahım)! Qəlbimi, dinin üzərinə sabit qıl." deyə dua edirdi. (Tirmizi, "Daavat"/124)

Hədisi, Tirmizi rəvayət edərək, "Hədis, bu yönü ilə ğaribdir." demişdir. Bizə görə, hədisin isnadı, "Lə bə'sə bih"dir (yəni, zərəri yoxdur.)

Bu hədis, təşəhhüd əsnasında, əllərin budlar üzərinə qoyulacağını, açıqca ifadə etməkdədir.

Mühəqqiq ibnu'l-Hümam, "Fəthu'l-Qadir"də (l, 272), belə deyir:

Muslim'də, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, "Namazda, təşəhhüddə oturduğunda, sağ əlini, sağ budu üzərinə qoyduğu; barmaqlarının hamısını yumub, sadəcə şəhadət barmağı ilə işarət etdiyi; sol əlini də, sol budu üzərinə qoyduğu" rəvayət edilməkdədir. ("Məsəcid"/116)

Heç şübhəsiz, əlin barmaqlarını, (əlin iç qismi, buda qoyulacaq şəkildə) yumulmuş olaraq budlar üzərinə qoyulması, mümkün deyildir. Bu halda, Allah bilir, ya məqsəd, ilk əvvəl, əlin, budlar üzərinə öz halında açıq olaraq qoyulması; sonra da, işarət edərkən, barmaqların bağlanması olsa gərəkdir. İmam Muhamməd'dən işarətin şəkli xüsusunda rəvayət edilən də, budur.

Şeyx Əşrəf Əli Təhanəvi isə, belə deyir:

Bu və bənzəri hədislərdə, əllərin budlar üzərinə qoyulmasından bəhs edilməkdədir. Abbas b. Səhl və başqalarının rəvayət etdikləri hədislərdə isə, əlin, diz qapaqları üzərinə qoyulmasından bəhs edilməkdədir. Bu 2 rəvayəti, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in,

~ əllərini, budlarının;

~ barmaq uclarını isə, diz qapaqlarının

üzərində olması şəklində açıqlayaraq birləşdirmək mümkündür.

ibnu'l-Hümam'ın "Fəthu'l-Qadir"ində (l, 272) ifadə edildiyi üzərə, məzhəbimizin bu mövzudakı görüşü, budur. Barmaq uclarının, diz qapaqlarının uc qismində olması, aşağı doğru sallanmaması lazımdır. Bunun hikməti, -Tahavi'nin, dizlərin bağlanması şəklindəki görüşünün əksinə- barmaqların, o əsnada, qibləyə doğru çevrilməsini təmin etməkdir. Halbuki, Tahavi'nin dediyi şəkildə, barmaqlar, qibləyə deyil, yerə yönəlmiş olur. Muslim'də, Tahavi'nin görüşünü dəstəkləyən bir rəvayət olduğunu da bildirək. (Belə ki), bu rəvayətdə, ibnu'z-Zubeyr (radiyallahu anh), belə deyir:

"Peyğəmbər (sallallahu aleyhi və səlləm), təşəhhüd duasını oxumaq üzərə oturduğunda, sağ əlini, sağ budunun; sol əlini də, sol budunun üzərinə qoydu və şəhadət barmağı ilə işarət etdi. Baş barmağını, orta barmağı üzərinə qoydu; sol əlini, diz qapaqları üzərinə salladı." (Muslim, "Məsəcid"/112)

Nəvəvi, belə deyir:

Alimlər, sol əlin, diz qapağına yaxın və ya diz qapağı üstünə qoyulmasının müstəhəb oldu görüşündə, ittifaq etmişlərdir. Bəziləri, əl barmaqlarının diz qapağı üzərinə buraxılması görüşünü mənimsəmişlərdir. Hədisdəki "...sol əlini, diz qapağı üzərinə salladı..." ifadəsinin mənası, budur. Ən uyğun olanı, belə deməkdir: Bütün bu şəkillərin hamısı, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən rəvayət edilmişdir. Bunların hamısı ilə əməl etmək, mümkündür. Tərcihə uyğun olanı, -rəvayətlərin əksəriyyətində yer aldığı üzərə- əllərini, budlarının üzərinə və ya diz qapaqlarına yaxın qoymaqdır. Bunun hikməti, -daha əvvəl keçdiyi üzərə- barmaqların qibləyə doğru yönəlməsini təmin etməkdir. Uqbə b. Mükərrəm'in hədisində, namazın sonuna qədər, barmaqların yumulmuş və şəhadət barmağının açıq olaraq qalmasını göstərən ifadələr vardır. Çünki, ravi, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'i, bu halda, "Yə Muqallibə'l-qulub! Səbbit qalbi alə dinikə." deyə dua edərkən gördüyünü bildirməkdədir. (Tirmizi, "Daavat"/124)

Bu şəkildə dua, ancaq, namazın sonunda edilir. Əli əl-Qari'dan, daha əvvəl nəql edildiyi üzərə, bəzi imamlarımız, bu tətbiqatı mənimsəmişlərdir. İşarət barmağının öz halı üzərə açıq buraxılmasının, işarət etməkdən daha ümumi olduğu, çox açıqdır. Bu rəvayətdə, namazın sonuna qədər barmağı işarət edən bir halda buraxmaq gərəkdiyinə dəlalət edən bir hal yoxdur. Əksinə, -işarət etmədən belə olsa- sadəcə barmaqları yumulmuş və şəhadət barmağını açıq buraxmaq gərəkdiyinə işarət vardır. Necə ki, Əli əl-Qari, "Təzyinu'l-İbarə"də (s. 8), belə deyir:

əbu Yə'lə, bunun bənzərini rəvayət etmişdir ("Müsnəd", lV, 2318; Vl, 3688; Vlll, 4669; Xll, 6919, 6986) Bu rəvayətdə, 'barmaqları açmaq' yerinə, 'şəhadət barmağı ilə işarətə davam edər' deyilməkdədir. Əgər rəvayət səhihdirsə, -bu, bəzi böyük alimlərin görüşünə uyğun olaraq- namazın sonuna qədər, şəhadət barmağı ilə işarətə davam ediləcəyini göstərir. Muvatta şərhi "əl-Muhalla"da, belə deyilir:

Bəzi Şafii və Maliki imamlarından, namaz qılan kimsənin, barmağını, təşəhhüdün sonuna qədər qaldırmağa davam edəcəyi şəklində bir görüş nəql edilmişdir. Bunlar, öz görüşlərini, əbu Davud'dakı rəvayətdən götürmüşlərdir:

"Peyğəmbər (sallallahu aleyhi və səlləm), barmağını qaldırdı. Biz, onu hərəkət etdirib dua edərkən gördük."

Bu rəvayətdən, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, davamlı olaraq barmağını hərəkət etdirdiyi mənası çıxır. Çünki, dua, təşəhhüddən sonra edilir.

ibn Həcər əl-Məkki, belə deyir:

"Təşəhhüdün sonuna qədər barmağını qaldırmış olaraq tutmaq, sünnətdir. 'Avnu'l-Mə'bud'da da belə qeyd edilmişdir."

Məzhəbimizdə (Hənəfi məzhəbində), fətvanın, şəhadət barmağının 'lə iləhə'yə gəlindiyində qaldırılacağı; 'illəllah'ı oxumağa başlayarkən də, endiriləcəyi şəklində olduğunu söyləmişdik. əbu Davud'dan nəql edilən rəvayətə isə, iləridə cavab veriləcəkdir.

-------------------------

-------------------------

840. əbu Hureyrə (radiyallahu anh)'dan belə rəvayət edilir:

Bir nəfər, 2 barmağı ilə işarət edərək dua edirdi. Peyğəmbər (sallallahu aleyhi və səlləm), ona: "Bir, bir." buyurdu.

Hədisi, haqqında "həsən-ğarib" deyərək Tirmizi rəvayət etmişdir. ("Daavat"/104) Bu hədisin mənası, insan, təşəhhüd duasını oxuyarkən, sadəcə 1 barmağı ilə işarət edər deməkdir.

Bu hədis, 2 barmaqla işarət etməyin məkruhluğunu göstərməkdədir. "2 barmağı ilə işarət edərək dua edirdi." ifadəsindəki duadan məqsəd, -daha əvvəl keçdiyi və iləridə daha çox incələnəcəyi üzərə- təşəhhüd duasıdır.

----------------------

----------------------

841. Vail b. Hucr (radiyallahu anh)'ın: "Peyğəmbər (sallallahu aleyhi və səlləm)'i, namazda, (təşəhhüddə) oturarkən gördüyü və sol ayağını yerə döşəyib, qollarını budları üzərinə qoyduğu; şəhadət barmağı ilə işarət edərək dua etdiyini gördüyü" rəvayət edilmişdir.

Hədisi, Nəsai ("Səhv"/30), haqqında bir söz danışmadan rəvayət etmişdir. Bizə görə, hədisin isnadı, həsəndir.

Bu hədisdə, qolların, budlar üzərinə qoyulmasından; və barmaqların, yumulub xalqa edilmədən işarət edilməsindən bəhs edilməkdədir.

Hədis, şəhadət barmağı ilə işarət etməyin hökmünü, açıqca göstərməkdədir.

Hədisdəki "yəd'u bihə = onunla dua edirdi" ifadəsi haqqında, Əzimabadi, "Avnu'l-Mə'bud"da (l, 375), "əl-Mirqat"dan nəqlən belə deyir:

Təşəhhüd kəliməsi, lüğət mənası etibarı ilə, "şəhadəti oxumaq" deməkdir. Təşəhhüdə dua adı verilməsi, dua ehtiva etdiyindən dolayıdır. İkinci rəvayətdəki "yəd'u bihə" feli, "yətəşəhhədu bihə = onunla, təşəhhüd duasını oxuyurdu." mənasındadır.

Bir çox ayətdə, zikrə, dua deyilməkdədir. Əzizi'nin, haqqında "səhihdir" dediyi və şeyxi vasitəsilə ibn Ömər (radiyallahu anh)'dan nəql etdiyi bir Tirmizi hədisində, Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmaqdadır:

"Duanın ən xeyirlisi, Ərəfə günü ediləndir. Mənim və Məndən əvvəlki peyğəmbərlərin etdikləri ən xeyirli dua, 'lə iləhə illəllahu vəhdəhu lə şərikə ləh, ləhu'l-mulku və ləhu'l-həmdu və huvə alə kulli şeyin qadir' duasıdır." (Tirmizi, "Daavat"/122)

~ Tirmizi'nin ("Daavat"/9), haqqında "həsən-ğarib";

~ Hakim'in ("əl-Müstədrək", l, 676, 681), haqqında "səhih"

deməsilə, -Əzizi'də yer aldığı üzərə (l, 245)-;

~ Nəsai ("Aməlu'l-Yəvmə və'l-ləylə", s. 831);

~ ibn Macə, ("Ədəb"/55); və

~ ibn Hibban'ın ("Səhih" lll, 126)

Cabir (radiyallahu anh)'dan nəqllərinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Zikrin ən üstünü, lə iləhə illəllah; və duanın ən üstünü isə, əlhəmdulilləhdir."

----------------------------

----------------------------

842. Amir b. Abdullah b. Zubeyr'in, atasından nəqlinə görə:

Peyğəmbər (sallallahu aleyhi və səlləm), təşəhhüddə oturduğunda, sol əlini, sol budunun üzərinə qoyar; şəhadət barmağını qaldıraraq işarət edər; və gözü, işarət barmağında olardı.

Hədisi, haqqında bir söz danışmadan, Nəsai ("Səhv"/39) rəvayət etmişdir.

Bu hədisdə də, əllərin budlar üzərinə qoyulmasından və barmaqların (öz halı üzərə buraxılaraq) yumulmadan şəhadət barmağı ilə işarət edilməsindən bəhs edilməkdədir.

"Gözü, işarət barmağında olardı." cümləsi, "baxışları, işarətinə tabe olardı" mənasına gəlməkdədir. Çünki, namazdakı xuşuya və edilən felin şüurunda olmağa uyğun olan ədəb, budur. Bunun mənası, budur: Tövhidə işarət edərkən, -bəzi cahil insanların adəti olduğu üzərə- göyə baxmazdı; əksinə, barmaqlarına baxar və baxışlarını başqa yerə yönəltməzdi, deməkdir.

---------------------------

---------------------------

843. Abdullah b. Zubeyr (radiyallahu anh)'ın nəqlinə görə:

Peyğəmbər (sallallahu aleyhi və səlləm) dua edərkən, barmağı ilə işarət edər və onu hərəkət etdirməzdi (oynatmadı).

Hədisi, haqqında bir söz danışmadan, Nəsai ("Səhv"/35) rəvayət etmişdir. Bununla bərabər, hədisi, əbu Davud ("Salat"/180) da nəql etmişdir. (Hədis, səhihdir!)

Bu rəvayətdə, işarət edərkən, barmağın hərəkət etdirilməyəcəyi bildirilməkdədir. Bizim məzhəbimiz də, bu yöndədir. Tahtavi, "Məraqi'l-Fəlah" üzərinə yazdığı haşiyəsində, belə deyir:

"İşarət etmək, sünnətdir." demək, "Barmaqları oynatmadan işarət etmək, sünnətdir." mənasındadır. Çünki, hərəkət etdirmək, -Əli əl-Qari'nin 'əl-Mişkət şərhi'ndə (s. 156) ifadə etdiyi üzərə- məzhəbimizə görə, məkruhdur. Məkruhluq, hər halda, barmaq oynatmağın əbəs iş olmasından dolayıdır.

Şeyx Əşrəf Əli Təhanəvi, belə deyir:

"Məkruh olan, -bəzi Vəhhabilərin adəti olduğu üzərə- barmaqları, davamlı oynatmaqdır. 1 və ya 2 dəfə oynatsa və ya hər hansı bir qəsd olmadan barmaqlar oynasa, bu, məkruh deyildir. Çünki barmaq oynatmağın azı, əbəs sayılmaz." (Haşiyə)

------------------

(Haşiyə:

Dəyərli oxuyucu! Tire içində yazılan sözlər, tərcüməçinin təsərrüfü deyildir. Mətndə, eynilə bu cür keçməkdədir.)

--------------------

Nəsai'nin, sihhəti haqqında hər hansı bir söz danışmadan nəql etdiyi rəvayətə görə, Vail b. Hucr (radiyallahu anh)'ın:

"(Öz-özümə), Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in necə namaz qıldığına baxacam və Ona nəzər saldım." deyərək, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in namazı haqqında danışdığı hədisin, mövzumuzla bağlı qismində, bu ifadələr yer almaqdadır:

"Peyğəmbər (sallallahu aleyhi və səlləm), sonra, 2 barmağını yumdu və xalqa etdi; 1 barmağını yuxarı qaldırdı. Dua edərkən, o barmağını hərəkət etdirdiyini gördüm." (Nəsai, "Səhv"/34. Hədis, səhihdir.)

"Avnu'l-Mə'bud"da nəql edildiyi üzərə, bu hədis, barmağı qaldırmağın nə mənaya gəldiyinin açıqlanması şəklinə həml edilmişdir. Orda, eynilə belə deyilir:

"Bu rəvayətə görə, barmaq yuxarı qaldırılarkən, hərəkət etdirilər. İmam Malik, bu görüşü götürmüşdür. Fəqihlərin cumhurunun görüşü isə, burdakı şəhadət barmağını oynatmaqdan məqsəd, sadəcə yuxarı qaldırmaqdır." (Əzimabadi, "Avnu'l-Mə'bud", l, 375)

"əl-Mirqat"da (l, 558) isə, belə deyilir:

"Barmağını oynadırdı."dan məqsəd, "Onu, yuxarı qaldırırdı." demək ola bilər. Çünki, barmağı hərəkət etdirmədən yuxarı qaldırmaq, mümkün deyildir.

Ən doğrusunu, uca Allah bilir...

"əl-Muzhir"də (l, 559), belə deyilməkdədir:

"Alimlər, işarət üçün barmağın qaldırıldığı əsnada, onu hərəkət etdirib-etdirməmək xüsusunda, ixtilaf etmişlərdir. Səhih olanı, barmağını hərəkət etdirmədən endirməsidir."

Eyni əsərin bir başqa bölməsində, belə deyilir:

"ibn Həcər, barmağı oynatmağın şeytana qorxu verəcəyi xəbərinin, zəif olduğunu söyləmişdir."

Bizə görə, barmağı oynatmamaq hökmünü gətirən hədis, oynatmaqdan bəhs edən rəvayətə, 2 cəhətdən tərcih edilir. Bunlardan:

• Birincisi: Nəvəvi, bu hədisin isnadının səhih olduğunu söyləmişdir. Onun bu dəyərləndirməsi, Vail hədisilə ziddiyyət halında, onun tərcih edilməsi gərəkdiyini ifadə edir. Çünki, Vail hədisi haqqında, sükut edilmişdir (yəni, hər hansı bir söz, görüş bildirilməmişdir). Bunu, Əli əl-Qari, "Şərhu'l-Mişkət"ində zikr etməkdədir.

• İkincisi: Abdullah b. Zubeyr, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, davamlı felinin, barmağı oynatmamaq şəklindən olduğundan bəhs edir və: 'Peyğəmbər (sallallahu aleyhi və səlləm) dua edərkən, barmağı ilə işarət edir və onu hərəkət etdirmirdi.' deyir. Hədisdəki "kənə = idi" feli, davamlılıq ifadə edir. Vail b. Hucr isə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in barmağını, sadəcə bir namazda oynatdığından bəhs etməkdədir. Bu, Onun, hər hansı bir qəsd olmadan oynatdığına həml edilir.

-----------------------

-----------------------

844. Xuffəf (radiyallahu anh)'dan belə rəvayət edilir:

Peyğəmbər (sallallahu aleyhi və səlləm), namazın sonunda oturduğunda, şəhadət barmağı ilə işarət edərdi. Müşriklər, "Cadu edir." deyirlərdi. Ancaq, onlar, yalan söyləyirlərdi. Çünki bu, tövhidə işarət idi.

Hədisi, Əhməd b. Hənbəl (lV, 57), uzun halda rəvayət etməkdədir. Bu hədis, daha əvvəl, namazın qılınış şəkli xüsusunda keçmişdi. Hədisi, Taberani "əl-Mu'cəmu'l-Kəbir"ində (lV, 217) rəvayət etmişdir. Raviləri, siqadır.

Bizə görə, bu hədis, bəhsi keçən işarətin, tövhid üçün, yəni, tövhidi, felilə də göstərmək məqsədilə edildiyini ifadə etməkdədir. Məqsəd, tövhiddə, qəlb, dil və başqa orqanların bir-birinə müvafiq olmasıdır. Bu isə, barmaqla işarətin, "lə iləhə illəllah" deyərkən olmasını gərəkli qılar. Çünki bu cümlə, təşəhhüd duası içində, tövhidi ehtiva etməkdədir. Şübhəsiz ki, kəlime-i tövhid, həm nəfyi (yəni, heç bir ilahın olmamasını) və həm də isbatı (yəni, bir tək Allahın var olduğunu) ehtiva etməkdədir. Bu halda, işarətin də, həm nəfyə və həm də isbata müvafiq olması lazımdır. Burdan yola çıxaraq, imamlarımız, namaz qılanın, "lə iləhə" deyərkən, şəhadət barmağını qaldırması; "illəllah" deyərkən endirməsi lazım gəldiyini söyləmişlərdir. Beləcə, yuxarı qaldırmaq, nəfyi; aşağı endirmək isə, isbatı ifadə etmiş olar. "İlləllah" deyərkən barmaq qaldırılar görüşündə olanlara görə, edilən işarət, nəfy və isbatın ikisinə də birdən uyğun düşməmiş olur.

əbu Yə'lə'nin, Asim b. Kuleyb ---> atası isnadı ilə babasından nəqlinə görə,

Peyğəmbər (sallallahu aleyhi və səlləm), təşəhhüd duasını oxuyarkən, barmaqlarını yummuş; şəhadət barmağı ilə işarət edərək: "Yə Muqallibə'l-Qulub! Səbbit qalbi alə dinikə." deyə dua etmişdir. (əbu Yə'lə əl-Məvsili, "Müsnəd", lV, 2318)

Bu rəvayəti, Əli əl-Qari, "Təzyinu'l-İbarə"sində zikr edir və belə deyir:

"Bu rəvayət, (təşəhhüd duasını oxuyarkən), 'illəllah'a gəldiyində, şəhadət barmağının endirilməyəcəyini; əksinə, namazın sonuna qədər işarət edilməyə davam ediləcəyini göstərməkdədir."

Buna bizim cavabımız, belədir:

"Şəhadət barmağı ilə işarət edər." cümləsindən məqsəd, şəhadət barmağını, digər barmaqları kimi yummaz; əksinə, öz halı üzərə buraxar, deməkdir. Barmağın öz halı üzərə buraxılması, işarət kəliməsilə ifadə edilmişdir. Necə ki, Tirmizi'dəki "Şəhadət barmağını, (budları üzərinə) yayar." şəklindəki ifadə də, bunu göstərməkdədir.

Ən doğrusunu, uca Allah bilir.

Bununla bərabər, əbu Yə'lə'nin nəql etmiş olduğu bu rəvayətin səhih olub-olmadığını öyrənə bilmədim. Səhih olması halında, bu 2 rəvayəti, -daha əvvəl ifadə etdiyimiz şəkildə- uzlaşdırmaq, mümkündür. Dolayısı ilə, ortada, hər hansı bir problem yoxdur.

---------------------------

---------------------------

845. Basra xalqından Malik b. Numeyr əl-Xuzai'nin nəqlinə görə, atası,

Peyğəmbər (sallallahu aleyhi və səlləm)'i, namazda oturarkən, sağ əlini, sağ budunun üzərinə qoymuş; şəhadət barmağını qaldırmış və dua edərkən, onu bir az əymiş olaraq görmüşdür.

Hədisi, haqqında bir şey danışmadan Nəsai təxric etmişdir. (Nəsai, "Səhv"/38. Hədis, zəifdir. Peyğəmbərin, barmağını bir az əymiş olaraq tutduğu şəklindəki əlavə, münkərdir.)

Bu rəvayət, namazda oturarkən, əllərin hara qoyulacağını və necə işarət ediləcəyini, açıqca göstərməkdədir. Rəvayətdə, işarətin, barmağın çox qaldırılmadan bir az əyilərək ediləcəyi ifadə edilməkdədir.

------------------------

------------------------

846. Abdullah b. Zubeyr (radiyallahu anh)'ın nəqlinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), ikinci və ya dördüncü rükətdə oturduğunda, 2 əlini, budlarının üzərinə qoyar; sonra, şəhadət barmağı ilə işarət edərdi.

Hədisi, haqqında bir söz danışmadan, Nəsai təxric etmişdir. (Nəsai, 1274)

Bu hədis, hər 2 oturuşda, şəhadət barmağı ilə işarətin sünnət olduğunu göstərməkdədir.

-------------------------

-------------------------

847. Əli b. Muhamməd'in, Abdullah b. İdris ---> Asim b. Kuleyb isnadı ilə atası Kuleyb'dən nəqlinə görə, Vail b. Hucr (radiyallahu anh), belə deyir:

"Allah rəsulu (sallallahu aleyhi və səlləm)'i, baş barmağı ilə orta barmağını xalqa etmiş; şəhadət barmağını yuxarı qaldırmış; təşəhhüd duasını oxuyarkən gördüm." (İbn Macə, 912. Səhihdir.)

Hədisi, ibn Macə rəvayət etmişdir. Ravilərindən Əli və Kuleyb xaric, qalanları, Muslim'in raviləridir. Ravilərdən birincisi, siqa və abid (ibadətə düşgün); ikincisi isə, saduq'dur. "Zəvaid"də isə, hədisin isnadının, səhih; ravilərinin, siqa olduğu bildirilməkdədir. Sindi'nin "Təliq"ində (l, 153) də, eyni şeylər qeyd edilmişdir.

Bu hədis, barmaqların necə xalqa ediləcəyini və şəhadət barmağı ilə necə işarət ediləcəyini göstərməkdədir.

Daha əvvəl rəvayət edilən şəkillərin hər birini tətbiq etmək imkanı varsa da, barmaqları xalqa etməyin, bizim (Hənəfi) məzhəbində, daha üstün olduğu bildirilmişdi.

"Təşəhhüd duasını oxuyarkən..." ifadəsi, "Kəlime-i şəhadəti oxuyarkən işarət edərdi." deməkdir. Kəlime-i şəhadətdən məqsəd, "əşhədu ən lə iləhə illəllah" deməkdir. Fəhm et!

(Təhanəvi, "İ'lau's-Sünən")

------------------------------------

------------------------------------

Əlavələr:

Abdu'r-Rahmən əl-Cəziri, "əl-Fiqh alə'l-Məzəhibi'l-Ərbaa / 4 məzhəb fiqhi" adlı əsərində, namazın, məzhəblərə görə sünnətlərini sayarkən, belə deyir:

• Hənəfilərə görə, namazın, 43 sünnəti vardır. Onlardan:

~ 32. Şəhadət gətirərkən (yəni, əşhədu'nu oxuyarkən), işarət barmağının qaldırılması.

---------------------

• Şafii'lər dedilər:

Namaza daxil olan sünnətlər, 2 qismə ayrılır. Bunların:

~ bir qisminə - heyət;

~ bir qisminə də - əbad

deyilir.

...Heyət'ə gəlincə, onlardan:

16. Təşəhhüddə oturarkən, əlləri, baldırlar üzərinə qoymaq;

17. Sol əlini açaraq, barmaq uclarını, dizin hizasına gətirmək;

18. Təşəhhüddə oturarkən, sağ əli yummaq. Yalnız işarət barmağını sərbəst buraxmaq lazımdır. Təşəhhüddə, "illəllah" deyərkən, işarət barmağı qaldırılar. Qaldırıldıqdan sonra, bu barmağın hərəkət etdirilməsi, səhih qövlə görə, məkruhdur. Hətta, bəziləri, bu halda, namazın batil olacağını söyləmişlərdir. Çünki, barmağın hərəkət etdirilməsi, namaz əməllərinin xaricində sayılmaqdadır. Ancaq ki, bu, zəif bir görüşdür. Bəhsi keçən davranış, az bir əməl sayıldığından, namazı pozmaz.

----------------------------

• Maliki'lərə görə, namazın 14 sünnəti vardır.

Daha sonra, müəllifimiz Cəziri, bu 14 sünnəti zikr etsə də, barmaqların namazda oynadılmasından bəhs etməməkdədir. Biz, mətndə bu haqda danışdıq. Ora müraciət edilsin!

------------------------------

• Hənbəlilər'ə görə, namazın, 68 sünnəti vardır. Bunlar, qövli və feli olaraq, 2 qismə ayrılırlar.

...Feli sünnətlərə gəlincə, bunlara, "heyətlər" də deyilir ki, bunlar, təxminən 56 ədəddir. Onlardan:

40. Birinci təşəhhüddə oturarkən, əlləri, budların üzərinə qoymalıdır;

41. Birinci təşəhhüddə əlləri baldırların üzərinə qoyarkən, yaymalıdır;

44. İkinci təşəhhüddə oturarkən, əl barmağı, yumulmalıdır;

45. Sağ əlin sərçə barmağı ilə, onun yanındakı barmaq, büküləcək;

46. Orta barmaqla baş barmaq da, bir-birinə gətiriləcək;

47. İşarət barmağı da, sərbəst (öz halı) üzərə buraxılacaqdır;

48. Təşəhhüd əsnasında, "illəllah" deyərkən, bu barmaqla işarət ediləcəkdir;

49. Açıq tutulan sol əl barmaqları, qibləyə yönəlmiş olmalıdır.

-------------------------------

-------------------------------

Əlavələr:

https://www.ehlitevhid.com/forums/index.php?showtopic=380#entry1874

Read 3.722 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR