İftitəh təkbiri fiqhi

Namazın birinci fərzi: təhrimə (iftitəh təkbiri)'dir. (haşiyə)

------------------------------

(Haşiyə:

Namazın başlanğıc təkbiri, "iftitəh" (açılış) kəliməsilə vəsf edildiyi kimi; özü ilə namaz xaricində edilməsi halal olan fellər haram hala gəldiyi və xarici aləmlə münasibəti kəsdiyi üçün, "təhrimə təkbiri" deyə də bilinir. Bu adlandırma, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in,

"Namazın açarı, təmizlik; haram qılanı, təkbir; halal qılanı isə, salamdır." (əbu Davud, "Taharət"/31) hədisindən yola çıxılaraq verilmişdir.)

------------------------------------

• İftitəh təkbiri, bizə görə, şərtdir.

Hətta bir kimsə, fərzlər üçün təkbir alsa, o təkbirlə, nafilə bir namazı qıla bilər. "Hidayə"də də belədir. Lakin, belə etməsi, fərz üçün aldığı iftitəh təkbirini, salamla tamamlamağı tərk etmiş olduğu üçün, məkruh olar.

Lakin, bir fərzin təkbiri üzərinə başqa bir fərzi bina etmək, icma ilə caiz olmaz.

Yenə, nafilə bir namazın təhriməsi üzərinə fərz bir namazı bina etmək də, caiz deyildir.

• Bir kimsə,

~ üzərində nəcasət olduğu halda təkbir alsa, təkbirdən sonra o nəcisi atmış olsa; və ya

~ təkbir aldığı zaman, açıq olan bir yerini bağlamış və bunları da az bir əməl (1 rükətdə, 1 üzvlə edilən və namazdan sayılmayan bir hərəkət və ya ard-arda edilən 3-dən az hərəkət) ilə etmiş olsa; və yaxud da

~ zaval vaxtının bəlli olmasından əvvəl təkbir almış olsa, təkbir aldıqdan sonra da zaval vaxtı girsə; və ya

~ yönü qiblədə deyilkən təkbir almış olsa, təkbirdən sonra da yönünü qibləyə çevirmiş olsa,

bütün bunlar, caizdir. "Bahru'r-Raiq"də də belədir.

• Bir kimsənin, "SubhanAllah" və ya "Lə iləhə illəllah" deyərək başlaması, səhihdir. Lakin əvla olan, namaza "Allahu Əkbər" deyərək başlamasıdır. "Təbyin"də də belədir.

• Təkbirdən başqa bir ləfzlə namaza başlanıb-başlana bilməyəcəyi xüsusunda, məşəyix (şeyxlər) arasında ixtilaf vaqe olmuşdur. (Belə ki):

~ bəziləri: "Namaza, təkbirdən başqa bir ləfzlə başlamaq, məkruhdur." demişlərdir.

Əsahh (ən doğru olan) da, budur. "Zəxirə"də, "Muhit"də və "Zahiriyyə"də də belədir.

• İmam əbu Hənifə (rahiməhullah)'a görə: Bir kimsənin, "Allahu İlah", "Subhanallah", "Lə iləhə illəllah" kimi Allah'ın isimlərindən birini, təzim qəsdilə söyləyərək namaza başlaması, caizdir. "Təbyin"də də belədir.

• Yenə, "Əlhəmdulilləh", "Lə iləhə ğayruhu", "təbərakallah" ləfzlərilə də namaza başlanması, caizdir. "Muhit"də də belədir.

• Yenə, İmameyn (əbu Yusuf və imam Muhamməd)'ə görə, bir kimsənin, "Allahu Əcəll" və ya "Allahu Ə'zəm" və ya "ər-Rahmənu Əkbər" ləfzləri ilə də namaza başlaması, caizdir.

Lakin, başda "əcəll" və ya "ə'zəm" və ya "əkbər" ləfzlərini deyər və bunların arxasınca dərhal "Allah" ləfzini zikr etməzsə, bu sifətlərlə namaza başlamaq, icma ilə caiz olmaz. "Cəvhərətu'n-Nəyyirə"də də, "Siracu'l-Vəhhac"da da belədir.

• Yenə, bir kimsə, namaza başlayarkən, "Allahummə" demiş olsa, fəqihlərimizə görə, namaza başlamış sayılır. "Xülasə"də və "Fətəva Qadıxan"da da belədir. Əsahh olan da, budur. "Muhit"də də belədir.

• Bir kimsə, sifəti zikr etməsə də, sadəcə, "Allah", "ər-Rahmən", "ər-Rabb" və (bənzəri kimi isimlərdən birini) zikr etmiş olsa və bu isimlərə də, heç bir sifət əlavə etməmiş olsa, imam əbu Hənifə'yə görə, bu kimsə, namaza başlamış olur. "Təbyin"də də belədir. Səhih olan da, budur.

Namaza, Allah'ın, sadəcə Özünə məxsus isimləri iləmi başlanır; yoxsa -başqalarına da isim olmuş olmaları etibarı ilə- müştərək olan (məsələn, alim, əziz kimi) isimləri ilə də başlanıla bilərmi xüsusunda, alimlər arasında fərqli görüşlər ortaya çıxmışdır. Bu xüsusda zahir və əsahh olan, Allahın isimlərinin hər biri ilə namaza başlana biləcəyidir. Bu qövlü, əl-Kərxi də zikr etmişdir. İmam Mərğinani də, bununla fətva vermişdir. "Zahidi"də belədir.

"Allahummə'ğ-firli" ləfzilə namaza başlanması, səhih olmaz. Çünki, bu ləfz, sadəcə tə'zim üçün deyildir. Bu ləfz, qulun ehtiyacı ilə qarışıqdır. Səraxsi'nin "Muhit"ində də belədir.

"Əstəğfirullah", "əuzu billəh", "innə lilləh" və ya "lə həvlə və lə quvvətə illə billəh" və yaxud da "məşəAllah" ləfzləri ilə də, namaza başlanmış olmaz. "Muhit"də də belədir.

• Bir kimsə, təzim qəsd etmədən və ya müəzzinə cavab vermək niyyətilə və təəccüb ilə təkbir almış olsa, bu vaxt namaza niyyət də etmiş olsa, bu təkbirlə namaza başlamaq, caiz olmaz. "Tatarxaniyyə"də də belədir.

"Bismilləhi'r-Rahməni'r-Rahim" ləfzilə də namaza başlanmış olmaz. "Təbyin"də də belədir.

"Allahu Əkbər" ləfzi, başına bir istifhəm (sual) əlifi gətirilərək söylənmiş olsa (yəni, Ə llahu Əkbər, yəni, Ə'ni uzadaraq) bu şəkildə namaza başlanmış olmayacağı xüsusunda, ittifaq vardır. "Sayrafiyyə"dən nəqlən "Tatarxaniyyə"də də belədir.

"Allahu Əkbər" ləfzini, farisi kəf'i ilə oxumuş olsa, namaza başanmış olar. "Muhit"də də belədir.

• Təkbir ilə namaza başlanıla bilməsi üçün də, təkbirin, ayaq üstə və ayaqda durmağa yaxın bir şəkildəki ruku halında söylənmiş olması lazımdır. Əks halda, təkbir gətirilsə belə, namaza başlanılmış olmaz. "Zahidi"də də belədir.

• Hətta, oturduğu yerdən təkbir alıb sonra ayağa qalxmış olan şəxs də, namaza başlamış olmaz.

• Lakin, bir kimsənin, ayaqda durmağa gücü çatdığı halda, nafilə namazları oturduğu yerdə qılması və təkbirini də oturduğu yerdə alması, caizdir. Səraxsi'nin "Muhit"ində də belədir.

• imam əbu Hənifə'yə görə, muqtədi (namazda imama tabe olan şəxs)'in təkbirinin, imamın təkbirinə (bitişik kimi) yaxın olması lazımdır.

İmameyn'ə görə isə, muqtədi, imam təkbir aldıqdan sonra təkbir alar. Fətva da, İmameyn'in qövlü üzərədir. "Mə'dən"də də belədir.

"Bu iki halın da caiz olduğunda, ixtilaf yoxdur. Səhih olan da, budur. İxtilaf, sadəcə, hansının daha əfdal və daha əvla olduğu xüsusundadır." deyilmişdir. "Təbyin"də də belədir.

"Muqtədi'nin təkbirinin, imamın təkbirinə yaxın olması" sözü, "barmağı hərəkət etdirincə, üzərindəki üzüyün də hərəkət etməsi kimi, 2 təkbirin də, bir anda alınması" deməkdir.

İmameyn'ə görə, uzaqlıqdan məqsəd isə, muqtədi'nin, "Allah" ləfzi başındakı "əlif"i, imamın söylədiyi "Allahu Əkbər" ləfzinin sonundakı "ra" hərfinə əlavə edib bitişdirilməsidir. "Musaffa"da "Hənəfiyyə babı"nda da belədir.

• İmama tabe olan kimsə, imamla birlikdə təkbir alar və Allah ləfzini, imamla birlikdə söyləmiş olmasına baxmayaraq, "əkbər" ləfzini ondan əvvəl bitirmiş olarsa, fəqih əbu Cə'fər'ə görə, o kimsə, namaza başlamış olmaz və əsahh olan da, budur.

Yenə, imama rukuda çatan bir kimsə, "Allahu Əkbər" deyər; lakin, "Allah" ləfzini, ayaqda ikən; "Əkbər" ləfzini də, rukuda olarkən deyərsə, bu kimsə, namaza başlamış olmaz.

İmama tabe olan kimsənin, hələ imam təkbir almadan əvvəl "Allah" deməsi halında, "Zahiru'r-Rivayə"də, namaza başlamış olmayacağı xüsusunda, icma vardır.

• Bir kimsə, imamdan əvvəl təkbir almışsa, səhih olan qövlə görə, əgər o kimsə, aldığı təkbirlə imama iqtida etməyə (tabe olmağa) niyyət etmişdirsə, namaza başlamış olmaz.

Lakin bu kimsə, o təkbirlə, imama tabe olmağa niyyət etməmişdirsə, özü, tək başına qılacağı namaza başlamış olur. Səraxsi'nin "Muhit"ində də belədir.

• İftitəh təkbiri xüsusunda əfdal olan, bir kimsənin, imama çatdığı zaman təkbir almasıdır.

Səhih olan qövlə görə, imama birinci rükətdə çatmış olan kimsə, imamın iftitəh təkbirinin fəzilətinə də çatmış olar. "Hasr"da, "əbu Yusuf babı"nda da belədir.

• İmam, rukuda ikən ona çatan bir kimsə, ayaq üstə təkbirini alar; onunla (yəni, bu iftitəh təkbirilə) ruku təkbirini də iradə edərsə, namazı caiz olar. Bu niyyəti də lazımsız olar. Səraxsi'nin "Muhit"ində də belədir.

• Ərəbcəni gözəl bilsin və ya bilməsin, bir kimsənin, farsca təkbir alması, caizdir. Yalnız, ərəbcəsi gözəl olanın, farsca təkbir alması, məkruhdur.

İmam əbu Yusuf və imam Muhamməd'ə görə, ərəbcəni gözəl bilən bir kimsənin farsca təkbir alması, caiz olmaz. "Muhit"də də belədir.

• Bu ixtilaf, təşəhhüd, qunut duaları, ruku, səcdə təsbihləri kimi bütün namaz zikrləri xüsusunda, bu şəkildə vaqe olmuşdur.

Yenə, bu ixtilaf, sadəcə, ərəbcə ilə farsca arasında deyildir; türk, zənci, həbəş, nabti və bənzəri (dillərə görə də belədir). (Yəni bu), ərəb dili xaricindəki bütün dillər arasında, caridir. "Fətəva Qadıxan"da da belədir.

"əl-Məbsut əl-Vəbri"də: "Lal və ümmi, heç bir şey söyləyə bilməsələr, niyyətlərilə namaza başlamış olarlar. Dillərini hərəkət etdirmələri isə, lazım deyildir." deyilmişdir. "Təbyin"də də belədir.

("əl-Fətəva əl-Hindiyyə")

-------------------------------------------------

Əlavələr:

~ İftitəh təkbiri üçün əlləri qaldırmaq;

~ Əlləri qaldırarkən barmaqların arasını açmaq;

~ İmam olan kimsənin, təkbiri, açıqdan gətirməsi,

sünnətdir.

• (Namaza başlamaq istəyən kimsə), ilk əvvəl, təkbir gətirər və baş barmaqları, qulaq yumşaqlarının hizasına qədər, əllərini qaldırar. "Təbyin"də də belədir. (Haşiyə)

---------------------------------

(Haşiyə:

Kişilərin, əlləri qulaqlara qədər qaldırmasının dəlilləri üçün bax:

https://archive.org/details/dord-dogru-rustm-mehdi

---------------------------------

• Təkbir gətirərkən, başını əyməz. "Xülasə"də də belədir.

• Fəqih əbu Cə'fər: "Bu (yəni, namaza başlayan) kimsə, əllərinin içini qibləyə qarşı çevirər; barmaqlarının arasını açar; əllərini qaldırar; və baş barmaqları qulaq yumşaqları hizasında istiqrar qazandığı vaxt, təkbirini gətirər." demişdir.

Şəmsu'l-Əimmə Səraxsi isə: "Bütün məşayix (şeyxlər), bu görüşdədir." "Muhit"də də belədir.

• (Namaza başlayacaq olan kimsə), əllərini, təkbirdən əvvəl qaldırar. Əsahh (ən doğru) olan da, budur. "Hidayə"də də belədir.

• Vitr'dəki qunut təkbiri ilə bayram namazlarındakı təkbirlər də, belədir. Bunlardan başqa, heç bir təkbirdə, əllər qaldırılmaz. "əl-İxtiyar Şərhu'l-Muxtar"da da belədir.

• Səhih olan qövl üzərə, bizə (Hənəfilərə) görə, (namaza girmək istəyən kimsə), əgər əllərini qaldıracaq olsa, yenə namazı fasid olmaz. "Siracu'l-Vəhhac"da da belədir.

• Qadınlar, -bu təkbir əsnasında- əllərini, çiyinləri hizasına qədər qaldırarlar. Səhih olan, budur. "Hidayə"də və "Təbyin"də də belədir.

• Kişilər, -təkbir əsnasında- əllərini qaldırdıqları vaxt, barmaqlarını tam bir şəkildə bir-birilərinə birləşdirmədikləri kimi, tam bir şəkildə açmazlar da. Əksinə, öz halı üzərinə buraxar və barmaqlar, qapalılıqla açıqlıq arasında qalar. "Nihayə"də də belədir. Mötəməd (etimad edilən) də, budur. "Muhit"də də belədir.

• Təkbirini bitirənə qədər əllərini qaldırmadan təkbir gətirərsə, təkbir gətirmiş sayılmaz. Əgər təkbir gətirmə əsnasında əl qaldırmağı xatırlayarsa, (o əsnadan etibarən) qaldırar.

Bir kimsənin, qaldırılması sünnət olan yerə qədər əllərini qaldırmağa gücü çatmazsa, gücünün çatdığı yerə qədər qaldırar.

Bir kimsənin, sadəcə bir əlini qaldırmağa gücü çatarsa, o əlini qaldırar.

Əgər bir kimsənin, əllərini, sünnət olan yerə qədər qaldırmağa gücü çatmaz, lakin daha yuxarı qaldırmağa gücü çatarsa, elə qaldırar. "Təbyin"də də belədir.

"Məbsut"da: "Bir kimsə, 'Allah' ləfzinin başındakı əlif'i mədd edər (uzadarsa), namaza başlamış olmaz. Bunu qəsdən edərsə, o kimsənin kafir olmasından qorxular." deyilmişdir. (haşiyə)

---------------------------

(Haşiyə:

Allahu Əkbər deyərkən, Allah ləfzinin başındakı əlif uzun oxunularsa, məna, "Ə llahu əkbəru?" yəni, "Allah, böyükdürmü?" şəklində olur.)

---------------------------

Yenə, "əkbər" ləfzinin "əlif"ini və ya "bə"sini uzadarsa, o kimsə, yenə namaza başlamış olmaz.

• Bir kimsənin, "Allah" ləfzinin "hə"sini; və "Əkbər" ləfzinin "ra"sını uzatması da, xətadır.

• Allah ləfzinin "lam"ını uzatmaq, savabdır.

"Allahu Əkbər" ləfzində, "hə"ni cəzm edib "Allah Əkbər" şəklində oxumaq da, xətadır. "Fəthu'l-Qadir"də də belədir.

• Bir kimsə, "Allahu Əkbər" ləfzinin həmzələrini uzatdığı vaxt, bu hal, şəkk (şübhə) yerində olduğundan, namazı pozular.

"Əkbər" ləfzində, "bə" ilə "ra" arasında bir əlif gətirərək bir az uzatmaq, bəzilərinə görə, namazı ifsad edər; bəzilərinə görə isə, ifsad etməz. "Nihayə"də də belədir.

("əl-Fətəva əl-Hindiyyə")

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Read 6.777 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR