Qur`an'da beş vaxt namaz varmı ?


Müəyyən şərtləri daşıyan Müsəlmanlara gündə beş vaxt namazın fərz olması Kitab, sünnə və icma ilə sabitdir. Beş vaxt namazın əda ediləcəyi vaxtlara və nə şəkildə əda ediləcəyinə Qur'an-ı Kərim`in bir qisim ayələrində mücməl olaraq işarə olunmuş, bu işarələr Rasulullah (s.ə.s.) 'ın söz və əməli sünnətiylə aydınlıq qazanmışdır.


Məlum olduğu kimi Qur'an-ı Kərim'dəki mücməl əmr və hökmləri açıqlama səlahiyyəti, onu insanlara təbliğlə vəzifəli olan Peyğəmbər (sallallahu aleyhi və səlləm) Əfəndimizə aiddir. O namazı şəxsən qılaraq və müsəlmanlara imam olub qıldıraraq necə qılınacağını öyrətdiyi kimi, bunların vaxtlarını də göstərmişdir. Gərək qılınma şəkli, gərək vaxtları ilə əlaqədar bu tətbiq əməli tevatür olaraq, günümüzə qədər davam etmişdir.(Tevatür, bir xəbərin ağızdan ağıza yayılması. Ərəb mənşəli bir söz olan təvatür dini mətnlərdə, yalan olması mümkün olmayan bir sözün, xəbərin; ağız birliyi etmiş Etibarlı kəslərdən yayılması mənasında istifadə edilər. Böyük Lüğət`də, "içində yalan ehtimalı olmayan və bir camaata söykənən qüvvətli xəbər" olaraq təyin olunar.)  


Qur'an-ı Kərim'də beş vaxt namaza mücməl olaraq işarə edən ayələrdən Taha surəsinin 130.ayətində:


"... Günəşin doğmasından öncə də, batmasından öncə də Rabbini həmd-səna ilə təqdis et. Gecənin bəzi saatlarında və gündüzün ətrafında (iki ucunda) da Ona təriflər de ki, rızaya qovuşasan ."

buyurulmuş; günəşin doğmamışdan və batmasından öncə, gecə saatlarında və gündüzün iki ucunda olmaq üzrə beş ayrı vaxtda Cənab-ı Haqq`ı təsbeh, yəni namaz qılmaq əmr edilmişdir.


Bəqərə surəsinin, "namazlara və ayrıca orta namaza davam edin" (hafizu aləssaləvati va salətil vusta{orta}) tərcüməsindəki 238. ayət-i kəriməsində "namazlar" mənasındakı "salavat" sözü cəmdir. Ərəbcədə çoxluq üçdən başlar. "İki''- yə təsniyə deyilir və ''iki namaz'' sözü "salateyn'' şəklində deyilər. Demək olur ki, ayədəki ''salavat'' sözündən ən azı üç namaz nəzərdə tutulur. Ayrıca bir də "orta namaz" var. Çünki istinad edilən istinad edilən əleyhdən (üzərinə istinad ediləndən) ayrıdır. Bu səbəblə "orta namaz", "namazlar'' ifadəsinə daxil olmadığı kimi, hər iki yanında bərabər sayı olmadığı üçün, üç namazın arasında yer alacaq bir namaza ''orta namaz'' deyilməsi də mümkün deyil. O halda, ayədəki "salavat" sözü, ən az dörd namazı ifadə edər. Orta namaz buna əlavə olunduğunda beş vaxt namaz ortaya çıxar. Orta namazın ikindi namazı olduğu bəzi hədislərdə açıqlanmışdır.


Hud surəsinin 114'üncü ayəsində isə, "Gündüzün iki ucunda və gecənin (gündüzə) yaxın saatlarında namaz qıl ..." buyurulmaqdadır.


Ayət-i cəlilədə ''gündüzə yaxın saatlar" mənasındakı "züləf" sözü, "zülfə" nin cəmidir. Yuxarıda qeyd olunduğu kimi ən az üç ədədi ifadə edər. Demək olur ki, bu ayəyə görə gecənin gündüzə yaxın saatlarında, (axşam, yatsı və sübh namazı olmaq üzrə) ən az üç namaz var. Ayrıca gündüzün iki ucunda da iki vaxt var. Beləcə bu ayət-i kərimədən də namazın beş vaxt olduğu aydın olmaqdadır.


Bunlardan başqa Nisa, 4/103; İsra, 17/78; Rum, 30/17-18; Nur, 24/36; Qaf, 50/39-40; Dəhr (İnsan), 76/25-26 ayət-i kərimələrində də beş vaxt namaza və ya vaxtlarına mücməl olaraq işarə edən ifadələr var. Bu mücməl ifadə və işarələr, Rəsulullah sallallahu aleyhi və səlləm-in söz və tətbiqləri ilə açıqlanmış, onun açıqladığı və tətbiq etdiyi şəkildə bütün müsəlmanlar tərəfindən əməli tətbiq olaraq günümüzə qədər davam etdirilmişdir. Əsr-i Səadətdən bəri hər əsrdə Müsəlmanlar beş vaxt namaz qılmış, heç kim bunun əksini söyləməmişdir. Beləliklə "Qur`an'da beş vaxt namazın olmadığı" iddiasının elmi heç bir dəyəri yoxdur.

Read 10.398 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR