Evliliyə niyyət etmək, sonsuz bir bərabərlik üçün atılan ilk addımdır. İnsan hələ bu niyyət mərhələsində ikən məsələni ciddi qəbul edib, ölçülü və məqbul davranarsa, gələcək üçün sağlam və xoşbəxt bir yaşayışın təməlini atmış sayılır.Çünkü yaradılış, xarakter və xasiyyət baxımından fərqli olan müxtəlif çevrə və mühitdə yetişən iki ayrı insanın bərabərliyi söz mövzusudur. Ailə həyatının istənilən şəkildə olması və arzu edilən səadət və hüzurun təmin edilməsi baxımından ilk teşəbbüslərdəki davranışlar mühüm bir yer tutmaqdadır. Xoşbəxt bir yuvanın fərdləri, həm dünyaları, həm də dinî həyatları baxımından qazanclı kimsələrdir. Dolanışıqsız bir evdə isə, maddi və mənəvi sarsıntıların hər an ortaya çıxması mümkündür. Məhz, yuvanın təməli atılarkən, diqqətli, ehtiyatlı və ağıllı hərəkət etmək lazımdır.


Evlənməyə təşəbbüs edən insan, ilk olaraq araşdırma və istintaqa başlayar. Uyğun bir namizəd tapınca, necə bir insan olduğunu öyrənmək üçün görmək və bəzi xüsusiyyətlərini bilmək istəyər. Bu hal, şəxsin birbaşa özü tərəfindən edilə bildiyi kimi, yaxınları və ya etimad etdiyi kəslər tərəfindən də həyata keçirilə bilər. Bu məsələdə dinimizin göstərdiyi yol və tövsiyə etdiyi üsul ən məqulu və ən doğrusudur.


Arzuolunmaz bəzi halların ortaya çıxmasını əvvəldən qarşısını almaq üçün tərəflərin bir-birlərini görmələri istənilmiş və bu görmə sünnə olaraq təsbit edilmişdir. Səhabələrdən Muğirə bin Şöbə (Allah ondan razı olsun), bir gün Peyğəmbərimiz sallallahu aleyhi və səlləm`ə gələrək bir qadınla evlənmək istədiyini söyləyər. Rəsul-i Əkrəm Əfəndimiz, "Onu gördün mü?" deyə soruşduqda, "Xeyr" deyər. Bunun üzərinə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm,


"Get, o qadına bax. Çünki baxmağın, evləndiyinidə aranızda ülfət (uyğunlaşma, dolanışıq) və sevginin davam etməsi üçün daha uyğundur" buyururlar.


Hz. Muğirə (Allah ondan razı  olsun), Peyğəmbərimiz aleyhissalatu vəssalam`ın dediyini edər, daha sonra qadınla evlənər. Hz. Muğirə, Peyğəmbərimizin tövsiyəsi üzərinə etdiyi bu evlilikdən xoşbəxt olduğunu və çox yaxşı anlaşdıqlarını söyləməkdədir. (Nəsai, Nigah: 17; İbni Macə, Nigah: 9.)


Yenə bir başqa Səhabə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm`ə gələrək, Ənsar qadınlarından biriylə evlənmək istədiyini söyləyər. Peyğəmbərimiz, ona da "O qadına baxdın mı?" deyə soruşar.Görmədiyini söyləyincə Rəsulullah, "Elə isə get, o qadına bax. Çünki Ənsarın gözlərində bir şey vardır" buyurur. (Müslim, Nigah: 74.)


Rəvayətlərdə Ənsar qadınlarının bəzilərinin gözlərinin kiçik və ya gecə korluğuna mübtəla olduğu bildirilməkdədir. Muhamməd min Məsləmə`yə də Peyğəmbərimiz aleyhissalatu vəssalam belə buyurur:


"Allah, bir kişinin qəlbinə bir qadınla evlənmə istəyini atdığı zaman, artıq onun o qadına baxmasında heç bir günah yoxdur." (İbni Mâcə, Nigah: 9)


Üləmadan Ameş isə bu barədə belə deməkdədir: "Hansı evlənmə ki baxmadan və tədqiq etmədən olmuşdur, sonu üzüntü və sıxıntıdır." (İhya-u Ulum’ud’Din, 2: 40.)


Bütün məzhəb imamları evlənmək niyyətində olan kimsənin talib olduğu qadına, qadının da kişiyə baxmasının caiz olduğu hökmünə gəlmişlər. Ancaq, bu görüş əsnasında, qadının yanında məhrəmlərinin birinin olması şərti qoyulmuşdur. Çünki tərəflər hər nə qədər evlənmək niyyəti ilə bir araya gəlmişlərsə də, nigah olmadığı müddətcə bir-birlərinə yad və naməhrəmdirlər. Yalnız olaraq bir arada olmaları doğru olmaz.


Tərəflərin bir-birlərini görmələriylə yalnız gözəllik və ya çirkinlikləri müəyyən olar. Lakin, diyanət cəhəti (dindarlığı), əxlaqı və ev xanımında olması gərəkən xüsusiyyətləri isə, ya şəxsən özü soruşar və ya sözlərinə güvəndiyi bir kimsə vasitəsiylə öyrənə bilər. Bu məsələdə diqqət yetirilməsi lazım olan ən mühüm məqam, tərəflərin açıq fikirliyaxşı niyyətli olmalarıdır. Daha işin başındaykən vərdiş və xasiyyətlərini bildirməlidirlər. Hətta sevib sevmədiyi yeməklərə çatana qədər danışıqlarında fayda vardır. Sadəcə bəyənilən xasiyyətlərin bəhs edilməsi, xüsusi xarakter və vərdişlərdən söz edilməməsi, irəlidə bəzi narahatlıqlara meydan verə bilər.


Çox vaxt tərəflərin üz-üzə danışmaları mümkün olmaz. Bu vəziyyətdə hər iki namizədin vəziyyəti bir başqası vasitəsilə öyrənilir. Bu barədə İmamı Qəzali həzrətləri bu tövsiyyələri verir: "Qadının gərək əxlaqını və gərəksə gözəlliyini, ancaq, doğru, bəsirət sahibi, yaxşıyı pisi bir-birindən ayırd edə bilən birindən öyrənməlidir. Özüylə müşavirə edilən adam, istənilən qıza çox tərəfdar olmamalıdır ki, qızın vəsflərini olduğu kimi açıqlasın. Eyni zamanda bu adam qızı sevməyən biri də olmamalıdır ki, onun yaxşı vəsflərini gizləyib, üstünlüklərindən gərəyi kimi bəhs etməməsi halı ortaya çıkmasın.Çünkü insan təbiəti, evliliyin başlanğıcında və özüylə evlənilmək istənilən qadınların vəsfində ya ifrata və ya təfritə meyil edicidir. bu barədə normal hərəkət edib, həqiqəti söyləyən çox azdır. Bu səbəblə, ehtiyatlı hərəkət etmək, xanımından başqasına könül verməkdən qorxan bir mömin üçün çox mühümdür. " (A.k.ə)


Həqiqətən də, ətrafımızda mübaliğəçi bəzi qadınların kişini və ya qızı həddindən artıq dərəcə tərifləməsi, onlarda olmayan xüsusiyyətləri bir-bir sayması böyük əngəllərə gətirib çıxarmaqdadır. Evlilik həyata keçib, yoldaşlar bir araya gəldiklərində, bir-birlərində deyilənləri tapa bilməyincə hüzursuzluqlar başlamaqdadır. Bunun üçün, hər şeyi olduğu kimi bildirməli, ifrata və təfritə qaçmamalıdır.


Mənbə: Mehmet Paksu, Qadın, Ailə, Hayat, Nəsil Nəşrləri

Read 3.048 times
In order to make a comment, please login or register