HƏR CÜMLƏ BİR E`TİQAD
Əhli sünnət və-l-camaat məzhəbinin etiqad əsaslarını 45 bənddə cəm edərək sizə təqdim edirik. Bu əsaslar İmam Taftazaninin “ Şərhu Əqaidu-n-Nəsəfiyyə ” kitabından toplanmışdır.
1- Biz inanırıq ki, Allah təkdir, şəriki yoxdur.
2- Biz inanırıq ki, bütün aləmi Allah təala yaratmışdır.
3- Biz inanırıq ki, Allah təkdir, Başlanğıcı yoxdur (əl-Qədim), Diridir (əl-Həyy), Hər şeyə qadirdir (əl-Qadir), Hər şeyi biləndir (əl-Aliim), Hər şeyi eşidəndir (əs-Səmi`), Hər şeyi görəndir (əl-Basiir), İstədiyini edəndir (əş-Şəəii).
4- Biz inanırıq ki, Onun elmi və qüdrəti xaricində heç nə baş verə bilməz.
5- Biz inanırıq ki, Allahın elm, qüdrət, həyat, qüvvət, eşitmək, görmək, yaratmaq və kəlam kimi əzəli sifətləri vardır.
6- Biz inanırıq ki, Qur`an Allah`ın kəlamıdır və yaradılmamışdır. Yəni sonradan var olmamışdır.
7- Biz inanırıq ki, Axirətdə möminlər Allah təalanı görə bilcəkdir.
8- Biz inanırıq ki, qulların bütün əməllərini Allah təala yaradır.
9- Biz inanırıq ki, qulların əməl etməkdə seçim ixtiyarı vardır.
10- Biz inanırıq ki, qul gücü çatandan artığa cavabdeh deyildir.
11- Biz inanırıq ki, qətl edilən kəs də öz əcəli ilə ölür.
12- Biz inanırıq ki, haram da ruzidir.
13- Biz inanırıq ki, Allah təala istədiyini doğru yola yönəldir, istədiyini də azdırır.
14- Biz inanırıq ki, kafirlər və bəzi asi möminlər üçün qəbir əzabı vardır.
15- Bİz inanırıq ki, taət sahibləri qəbirdə nemət görürlər.
16- Biz inanırıq ki, Axirətdə əməllərin çəkiləcəyi haqdır.
17- Biz inanırıq ki, savab və günah əməllərin yazıldığı “ Əməl dəftəri ” haqdır.
18- Biz inanırıq ki, Axirətdə sorğu-sual olacaqdır.
19- Biz inanırıq ki, Rəsulullahın (sallallahu aleyhi va səlləm) Kövsər hovuzu haqdır.
20- Biz inanırıq ki, Sirat körpüsü vardır.
21- Biz inanırıq ki, Cənnət də, Cəhənnəm də vardır.
22- Biz inanırıq ki, böyük günah işləyən, onu halal saymadıqca kafir olmaz.
23- Biz inanırıq ki, iman artmaz azalmaz, yəqinlik artar-azalar.(İmam Əbu-l-Həsən Əş`əriyə görə yəqinlik elə artan azalan imandır.)
24- Biz inanırıq ki, iman və islam bir pulun iki üzü kimidir.
25- Biz inaırıq ki, birinci peyğəmbər Adəm aleyhissalam, sonuncu peyğəmbər isə Məhəmməd Mustafadır (sallallahu aleyhi va səlləm)
26- Biz inanırıq ki, yüz iyirmi dörd mindən çox peyğəmbər vardır.
27- Biz inanırıq ki, mələklər vardır.
28- Biz inanırıq ki, Tövrat, İncil, Zəbur və Qur`an Allah təalanın nazil etdiyi haq kitablardır.
29- Biz inanırıq ki, Merac hadisəsi baş vermişdir, haqdır.
30- Biz inanırıq ki, övliyaların kəraməti vardır.
31- Bİz inanırıq ki, Peyğəmbərimizdən sonra ən fəzlilətli insan Əbu Bəkr əs-Sıddıqdır (Radıyallahu anhu)
32- Biz inanırıq ki, hər bir təqva və günah sahibinin arxasında namaz qılmaq, həmçinin hər bir təqva və günah sahibinin üzərinə cənazə namazı qılmaq caizdir.
33- Biz səhabələri xeyirdən başqa bir şeylə yad etmərik.
34- Biz inanırıq ki, bu on nəfər; Əbu Bəkr əs-Sıddıq, Ömər ibn əl-Xəttab, Osman ibn əl-Əffan, Əli ibn Əbi Talib, Təlha ibn Ubeydullah, Zubeyr ibn əl-Əvvam, Abdurrahmən ibn Auf, Sə`d ibn Əbi Vəqqas, Əbu Ubeydə ibn əl-Cərrah və Səid ibn Zeyd (Allah hamısından razı olsun) sağlıqlarında ikən Cənnətlə müjdələnibdir.
35- Biz səfərdə və iqamət halında məs (xuff) üzərinə məsh etməyi caiz görürük. (Şərtlərə cavab verməyən corab üzərinə məsh caiz deyildir.)
36- Biz inanırıq ki, övliya peyğəmbər dərəcəsinə yüksələ bilməz.
37- Biz inanırıq ki, əmr və qadağanlar heç bir zaman qulun üzərindən qalxa bilməz.
38- Biz inanırıq ki, Allah`dan ümid kəsmək küfrdür.
39- Qiblə əhlindən heç kəsi kafir adlandırmırıq.
40- Biz inanırıq ki, kahin və falçının qeybdən dediklərini təsdiq etmək küfrdür.
41- Biz inanırıq ki, dirilərin ölülər üçün etdikləri savab əməllərin (Qur`an oxumaq, sədəqə vermək və s.) ölülərə xeyri vardır.
42- Biz inanırıq ki, Allah təala duaları qəbul edir, ehtiyacları ödəyir.
43- Bİz inanırıq ki, Qiyamətin böyük və kiçik əlamətləri vardır.
44- Biz inanırıq ki, müctəhid xəta da edə bilər, isabət də edə bilər və xətasına bir savab, isabət etdiyinə isə iki savab qazanır.
45- Biz inanırıq ki, bəşər oğlundan olan rəsullar, mələklərin rəsullarından üstündür. Mələklərin rəsulları geridə qalan bəşər oğullarından üstündür. Bəşər oğulları da geridə qalan mələklərdən üstündür.
Mülkədar Hacıoğlu/İlahiyyat Məscidi.
